Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-161/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X16, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsindən qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 və X27 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia edir ki, onun tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metri üçün 2.200 manat olmaqla 880.000 manat məbləğində ödəniş edilmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, MMC binanın tikintisini müqavilədə göstərilən müddətdə başa çatdırsa və tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz icra olunsa da, cavabdehin məsuliyyətsiz davranışından, heç bir səbəb göstərilmədən, sözügedən qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin təhvil verilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metri üçün 2200 manat olmaqla 880000 manat məbləğində ödəniş edilmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. MMC binanın tikintisini müqavilədə göstərilən müddətdə başa çatdırsa və tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz icra olunsa da, cavabdehin məsuliyyətsiz davranışından, heç bir səbəb göstərilmədən, sözügedən qeyri-yaşayış sahəsitəhvil verilməmişdir. Məhkəmə iclasında cavabdeh MMC-nin direktoru X28 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, müqaviləni o imzalamışdır. Belə ki, İmran adlı şəxs ona 50000 manat ödəniləcəyini bildirmişdir (cild 1, səhifə 121). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı müqavilə üzrə razılaşdırılmış məbləği vaxtında ödəsə də, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, müqavilə üzrə mübahisəli qeyriyaşayış sahəsini iddiaçıya təhvil verməmişdir. Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçının pay dəyərini tam ödədiyi qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ, 29-cu maddəsinin İV hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 152.2, 152.3, 157.4, 157.8, 178.8, 385.1, 425.1, 442, 448.1, 560.1, 560.2, 752.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsinə izah verilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsindəki – “İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun” ifadəsinin – “İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin” kimi başa düşülməsi qərara alınmışdır. Həmin qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-ci il tarixli müqavilələr əsasında Bakı şəhər, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m, 2-ci blokun 1ci mərtəbəsində yerləşən 164.5 kv.m və 3-cü blokunun 1-ci mərtəbəsində 118.3 kv.m sahələrdən ibarət qeyri-yaşayış obyektləri binanın sahibi olmuş X6 almış, həmin müqavilə üzrə nəzərdə tutulmuş qeyri-yaşayış sahələrinin dəyəri onun tərəfindən tam şəkildə ödənilmiş və ona təhvil verilmişdir. Qeyri-yaşayış sahələri onun tərəfindən təmir olunmuşdur və həmin vaxtdan onun sahibliyində və istifadəsindədir. İddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinə dair xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binaya dair heç bir hüququ olmamışdır. Bina "xxxx" MTK tərəfindən idarə olunur. Birinci instansiya məhkəməsi tərəfindən 04 iyul 2018-ci il tarixli müqavilənin etibarlı olub-olmaması araşdırılmamışdır. Cavabdeh MMCnin direktoru Telman Səlimov binanın sahibi Şakir Hüseynovun həbsdə olmasından suiistifadə edərək, MMC yaratmaqla, Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binadan müxtəlif şəxslərə mənzil satdığı üçün Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum edilmişdir. Məhkəmə araşdırmamışdır ki, sözügedən bina Telman Səlimov tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamışdır və binanın tikintisi barədə cavabdehə aid heç bir sənəd mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-1408/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Maraqlı şəxs1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2994/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)- 1408/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “işə baxmış məhkəmələr, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin tam icra edildiyinə istinad etməklə iddianı təmin etmişdir. Lakin üçüncü şəxs də mübahisəli qeyri-yaşayış sahəsinə dair başqa podratçı ilə bağlanmış podrat müqaviləsi təqdim edərək, həmin sahənin faktik olaraq ona təhvil verildiyini bildirir. İşin bu halı apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxsin təqdim etdiyi müqavilədə göstərilən qeyri-yaşayış sahəsinin iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi ilə eyni olub-olmadığını, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın kim tərəfindən inşa edildiyini, tikilidən sahələrin satılması hüququnun kimə məxsus olduğunu araşdırmağı tələb edirdi. Məhkəmə iddia tələbinin düzgün həlli üçün, iddia tələbi təmin edildiyi təqdirdə gəlinən nəticənin podratın nəticələrini qüsursuz icra etmə tələbinə uyğun olacağını araşdırmalı idi. Çünki, Mülki Məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri məhz ondan ibarət idi ki, «sözügedən bina Telman Səlimov tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamışdır və binanın tikintisi barədə cavabdehə aid heç bir sənəd mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi isə üçüncü şəxsin bu dəlillərini qəbul etməmiş və mövqeyini belə əsaslandırmışdır ki, “Maraqlı şəxs1 şikayətdə qeyd etdiyi hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim etməmişdir. ... Maraqlı şəxs1 Cavabdeh MMC-nin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə aidiyyətinin olmaması, orada cavabdehin hər-hansı bir tikinti işləri aparmaması barədə göstərdiklərini əsassız hesab edir və eyni zamanda qeyd edir ki, qətnamə maraqlarına toxunan şəxsin iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona məxsus qeyri-yaşayış sahəsi ilə eyni olması barədə dəlillərini də əsaslı saymır və bu barədə təsdiqedici sübutlar qətnamə maraqlarına toxunan şəxs tərəfindən təqdim edilməmişdir”. Halbuki, üçüncü şəxsin təqdim etdiyi müqavilələrə əlavə edilmiş evin mərtəbəsinin eskiz layihəsində X53, 2-ci Dairəvi küçəsi 2 ünvanda yerləşən binanın layihəsinin Bakı şəhəri İH Memerlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması qeyd olunub. Bundan başqa, üçüncü şəxsin təqdim etdiyi X9 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə 23 may 2018-ci il tarixli sübutlarln qiymətləndirilməsi haqqında qərarda və 31 may 2018-ci il tarixdə təsdiqlənmiş ittiham aktında göstərilir ki, X28 xx.xx.2012-ci ildə təsis etdiyi, sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan Cavabdeh MMC-nin direktoru vəzifəsində işləyərkən, tanışı X10 və qeyrilərinin Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1, 213.2.1, 213.2.2-ci maddələri ilə məhkum olunmalarına dair Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmündə və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2009-cu il tarixli qərarında onun üzərinə Bakı və Sumqayıt şəhərlərində 117 nəfər zərərçəkmiş şəxsə mənzil və obyekt tikib vermək vəzifəsinin qoyulmasının guya ona Yasamal rayonu X54 massivi 2-ci Dairəvi küçəsi 2 ünvanında inşa edilmiş, X21 məxsus çoxmərtəbəli yaşayış evindən mənzil satmaq hüququ verdiyini əsas gətirərək, buna səlahiyyətinin olduğuna X38 və X29 inandırmaqla aldadaraq binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, 4 otaqlı, 165 kv/m ölçülü 55 nömrəli mənzilin Şahin Aslanovun qohumu X17 adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri – xx.xx.2015-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin tam ödənilməsi barədə həmin tarixli və nömrəli maliyyə arayışını imzası və rəhbərlik etdiyi cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya cavab verməklə mənzilin dəyəri kimi 57000 manat pulu vahid niyyətlə Şahin Aslanovdan alıb özgənin külli miqdarda 57000 manat pulunu öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməklə dələduzluq etmiş, təkrarən vəzifə saxtakarlığı törədib, həmin əməli ilə X22 faktiki olaraq mənzildən məhrum etməklə fiziki şəxsin qanunla qorunan mülkiyyət hüquqlarına mühüm zərər vurulmasında ifadə olunan əməl törətmişdir. Eyni zamanda həmin qərar və ittiham aktında zərərçəkmiş şəxs kimi tanınmış X35 ifadəsində qeyd etmişdi ki, atası X30 2009-cu ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı ildə vəfat etmişdir. Bundan sonra bacısı X11 adına "xxxx" MTK təsis edilmişdir və həmin MTK-nın direktorudur. Bundan əlavə, üçüncü şəxsin təqdim etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-553/2021 saylı qətnaməsindən müəyyən olunurdu ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X12 cavabdeh X18 qarşı iddia tələbi təmin edilərək, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanda yerləşən 10 mərtəbəli binanın 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73 və 75 saylı mənzillərin iddiaçıya verilməsi qət edilmişdir. Lakin həmin iş üzrə icra mərhələsində icra məmurunun səhvi nəticəsində X19 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yaşayış sahələri ilə yanaşı Maraqlı şəxs1 məxsus qeyri-yaşayış sahəsi də təhvil verilmişdir. Buna görə də Həsənov X24 rayon icra və probasiya şöbəsinə qarşı (X2, X23, X31 və "xxxx" MTK üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 kv.m və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 kv.m qeyriyaşayış sahələrinin X7 və X1 nümayəndəsi X19 təhvil verilməsində ifadə olunan hərəkətin qanunsuz hesab edilməsi, Yasamal Rayon icra və probasiya şöbəsinin üzərinə Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi, 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 kv.m və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 kv.m olan qeyri-yaşayış sahələrinin boşaldılaraq Maraqlı şəxs1 təhvil verilməsi vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə məxsus olub-olmamasını araşdırmağı zəruri edən kifayət qədər məlumat mənbələri apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdu. Üçüncü şəxsin işə apellyasiya icraatında qoşulması, apellyasiya instansiyası məhkəməsindən tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutların tam araşdlrılmasını tələb edirdi. Lakin işə baxmış məhkəmə kollegiyası Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunan hallara heç bir qiymət verməmiş, bu qətnamənin qanuni qüvvəyə minməsini, ləğv olunmuşsa mübahisənin hansı qaydada həllini tapdığını müəyyən etməmişdir (İşə yenidən baxacaq məhkəmənin diqqətinə çatdırılır ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı qeyd olunan mübahisə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-576/2022 saylı qərardadı və Bakı Apellyasiya Məhkəməsinin 8(103)-30/2023 saylı qərardadları çıxarılmışdır). Məhkəmə kollegiyası ümumiyyətlə mübahisəli çoxmərtəbəli yaşayış binasının cavabdeh tərəfindən inşa edilib edilmədiyini, oradan yaşayış və qeyri-yaşayış sahəsini özgəninkiləşdirmək hüququna malik olub-olmadığını, torpaq sahəsinin hansı fiziki və ya hüqiqi şəxsə ayrıldığını, çoxmərtəbəli binanı inşa etmək üçün kimə icazə verildiyini araşdırmamışdır. Nəticədə, Cavabdeh MMC-nin üzərinə tələb olunan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə öhdəliyin qoyulmasının Mülki Məcəllənin 762-ci maddəsinin tələblərinə, yəni podratın nəticəsinin üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olmasına uyğunluğu araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin «hazırki iş üzrə iddiaçı mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etmiş və hazırda iddiaçının qeyriyaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədədir, ləğv və ya etibarsız hesab olunmamışdır” kimi mövqeyi də, işin hazırki vəziyyətində, yəni, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehə aidiyyətinin (binadan qeyri-yaşayış sahəsini satmaq, bununla bağlı podrat müqaviləsi bağlamaq səlahiyyətinin) müəyyən olunmadığı halda əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə qətnaməsinə verilmiş izahla əslində işin sonrakı icraatına təsir edən prosessual vəziyyət yarandığına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq cavabdehin mövcud olubolmamasını araşdırmağa borclu idi. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməsi barədə iddiaçının ərizəsi belə əsaslandırılmışdı ki, icra tədbiri qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdeh "X42” MMC-nin üzərinə qoyulmasıdır, hazırda isə "X42” MMC həmin ünvanda fəaliyyət göstərmədiyindən, mövcud olmadığndan, eyni zamanda həmin qeyri-yaşayış sahəsinin bir hissəsinə dair fiziki şəxs X30 ilə Maraqlı şəxs1 arasında bağlanmış müqavilə mövcud olduğundan məhkəmə qərarının icrasında çətinliklər yaranmışdır. Birinci instansiya məhkəməsi qətnaməyə izah verərək, qətnamənin nəticə hissəsindən qeyriyaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə müddəanı xaric edərək, qətnamənin həmin hissəsinin “İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin” kimi başa düşülməli olduğu barədə qərar vermişdir. Bu cür nəticə əslində qətnamənin icrasında olan maneənin aradan qaldırılmasına xidmət etmir. Bu qərardadın apellyasiya baxışına təsiri isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi həmin izahla bilavasitə iş üzrə cavabdeh hüquqi şəxsin “mövcud olmadığını” təsbit etməklə, apellyasiya icraatı zamanı cavabdeh tərəfin mövcud olub-olmamasının araşdırılmasını birinci növbədə həll olunmalı prosessual məsələyə çevirmişdi. Çünki MPM-nin 261.0.8-ci maffəsinin tələbinə görə işdə iştirak edən hüquqi şəxs ləğv olunduqda iş üzrə icraata xitam verilməlidir. Həmçinin MPM-nin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, iş üzrə icraat dayandırılır. Lakin birinci instansiya məhkəməsi cavabdeh hüquqi şəxsin yenidən təşkil edildiyini (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya ləğv olunduğunu araşdırmadan hüquqi şəxsin “mövcud olmadığı” barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də icraat zamanı cavabdehin mövcud olub-olmadığını araşdırmamışdır.Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli, həmçinin "xxxx" MTK-nın üçüncü şəxs kimi işə cəlb olunması məsələsi müzakirə edilməlidir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: İş yeni apellyasiya baxışına göndərildikdən sonra maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «X42” MMC nin 05 aprel 2017-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal X41 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci girişi, 1-ci mərtəbəsində sahəsi 140.5 kv metr, 2-ci giriş 1-ci mərtəbəsində sahəsi 140.5 kv metr, 3-cü giriş 1-ci mərtəbəsində sahəsi 118.3 kv metr sahədən ibarət qeyri-yaşayış sahələrin dəyəri payçı onun tərəfindən tam ödənilmiş, borcu qalmamışdır. Həmin qeyd olunan qeyri-yaşayış sahəsinin adına olan planı da apellyasiya şikayətinə əlavə olunur. Bundan əlavə, apellyasiya şikayətinə əlavə edilmiş Cavabdeh MMC-nin 10 iyul 2018-ci il tarixli bildirişinə əsasən yazıb İddiaçı çatdırılır ki, onunla Cavabdeh MMC arasında 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu, X54 X41 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsi 400 kv. metr qeyriyaşayış sahəsinin dəyəri Cavabdeh MMC-nin "xxxx" ASC-nin Sumqayıt fılialındakı H/h AZ49ZAMİ00002786 SUMAZMC 00001 manat hesabı və AZ03ZAMİ00002786 SUMUSDC00002 dollar hesabına köçürülmədiyi üçün aralarında bağlanan müqaviləni və Cavabdeh MMC tərəfindən İddiaçı təqdim olunan maliyyə arayışını etibarsız olunur, odur ki, həmin 400 kv. metr qeyri-yaşayış sahəsinin dəyəri yuxarıdakı bank hesabına köçürülənədək həmin sənədlərin qanuni qüvvədən düşmüş hesab olunmasını İddiaçı xahiş olunmuşdur. Bundan başqa, hal-hazırdakı ərizəyə əlavə edilmiş Cavabdeh MMCnin İddiaçı ünvanlanan 14 iyul 2018-ci il tarixli bildirişindən göründüyü kimi, İddiaçı çatdırılır ki, onunla aralarında 04 iyul 2018-ci il tarixdə bağlanmış 27 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X54 X41 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1,2,3 blok 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin 880.000 (səkkiz yüz səksən min) manatlıq dəyəri həmin müqavilənin bağlanması üçün vasitəçi olan Maraqlı şəxs2 ilə və onun oğlu X36 tərəfindən barter vasitəsilə aparılaraq Cavabdeh MMC-nin "xxxx" ASC-nin və "xxxx" ASC-nin filiallarındakı hesablarına köçürülməmişdir. Həmin səbəbə görə aralarında bağlanmış 27 saylı 2018-ci il tarixli müqaviləni və tərəfidən təqdim olunan maliyyə arayışı etibarsız hesab olunur. Odur ki, həmin qeyri-yaşayış sahəsinin dəyəri Cavabdeh MMC-nin bank hesabına və ya xəzinəsinə köçürüləndən sonra həmin sənədlərin qanuni qüvvədən düşmüş hesab olunmasını ondan xahiş edilir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1-ci maddəsini pozmaqla qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(044)- 751/2022 nömrəli qətnaməsi ilə onu işdə iştirakını təmin etməməklə hüquq və vəzifələrinə toxunub. Həmçinin hazırki apellyasiya baxışı zamanı "xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1980/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli 3 16-16/2-10/3641/2024 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1980/2024 saylı, 07 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan (iş nömrə e-2(004) 1506/2024) iddiaçı Maraqlı şəxs2 cavabdehlər Maraqlı şəxs1 və qeyrilərinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, X54 Massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 400 kv.m qeyri-yaşayış sahəsinə dair cavabdeh Maraqlı şəxs1 adına verilmiş 17 oktyabr 2006-cı il tarixli 3 ədəd müqavilələrin (118,3 kv.m, 140,5 kv.m, 164,5 kv.m) etibarsız hesab edilməsi və həmin müqavilələrin əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** və ********** reyestrdən çıxarışların ləğv edilməsi və 400 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. İş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Həmçinin hazırki apellyasiya baxışı zamanı X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi-vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Rüstəmov Taleh Bəxtiyar oğlu verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29 (hissə İ). Hər kəsin mülkiyyət hüququ vardır. 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilməli, Maraqlı şəxs2 apellyasiya şikayəti ilə qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, “Payçı”- İddiaçı ilə “İcraçı”- Cavabdeh MMC (direktoru X9 şəxsində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 saylı müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanda inşa edilən 10 mərtəbəli yaşayış binasının 1-3-cü blokunda 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 400 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən qeyri-yaşayış sahəsinin qiyməti 1 kv.metr üçün 2.200 manat olmaqla, ümumi dəyəri 880.000 manat təşkil edir. İddiaçının adına verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı tərəfindən müqavilədə müəyyən edilmiş məbləğ Cavabdeh MMC-yə ödənilmişdir. “İcraçı”- fiziki şəxs X30 ilə “Payçı”- Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2006-ci il tarixli müqavilələrə əsasən, icraçı Bakı şəhər, Yasamal rayonu, X54 massivi, 2-ci Dairəvi küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m olan qeyri-yaşayış sahəsini, həmin binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m qeyri-yaşayış sahəsini, habelə 3-cü blokunun birinci mərtəbəsində yerləşən ümumi sahəsi 118,3 kv.m olan qeyri-yaşayış sahəsini inşa edib payçıya təhvil verməyi, Maraqlı şəxs1 isə qeyd olunan 140.5 kv.m qeyri-yaşayış sahəsinə görə 140.500 manat, 164.5 kv.m qeyri-yaşayış sahəsinə görə 164.500 manat, 118,3 kv.metr qeyri-yaşayış sahəsi üçün 118.300 manat ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs1 adına verilmiş maliyyə arayışlarından görünür ki, tərəfindən xx.xx.2006-ci il tarixl müqavilə əsasında Bakı şəhər, Yasamal rayonu, X54 massivi, 2-ci Dairəvi küçəsi 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 1-ci mərtəbəsində 140.5 kv.m üçün 140.500 manat, 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164.5 kv.m üçün 164.500 manat, 3-cü blokunun birinci mərtəbəsində olan 118,3 kv.m qeyri-yaşayış sahəsi üçün 118.300 manat ödənilmişdir. X32 ilə Maraqlı şəxs2 arasında bağlanmış 18 may 2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal X41 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 400 kv.metr qeyri-yaşayış sahəsi pay kimi Maraqlı şəxs2 verilib. «X42” MMC-nin direktoru X28 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu. X58 dairəvi 2 ünvanda yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci girişi, 1-ci mərtəbəsində sahəsi 140,5 kv.metr 2-ci giriş 1ci mərtəbəsində sahəsi 104,5 kv.metr.3-cü giriş 1-ci mərtəbəsində sahəsi 118,3 kv.metr sahədən ibarət qeyri-yaşayış sahələrin dəyəri payçı X27 təərinfdən tam ödənilmişdir. Borcu qalmamışdır. Hazırda iddiaçı bildirir ki, onun tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metr üçün 2.200 manat olmaqla 880.000 manat məbləğində ödəniş edilmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, MMC binanın tikintisini müqavilədə göstərilən müddətdə başa çatdırsa və tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz icra olunsa da, cavabdehin məsuliyyətsiz davranışından, heç bir səbəb göstərilmədən, sözügedən qeyri-yaşayış sahələri təhvil verilməmişdir. Bununla yanaşı iş üzrə apellyator Maraqlı şəxs1 mübahisəli qeyri-yaşayış sahəsinə dair başqa podratçı ilə bağlanmış podrat müqaviləni təqdim edərək, apellyasiya şikayətində həmin sahənin faktiki olaraq ona təhvil verildiyini bildirir. Həmçinin qeyd edir ki, sözügedən bina Telman Səlimov tərəfindən tikilməyib və onun bu bina ilə heç bir hüquqi bağlılığı yoxdur. Cavabdeh MMC binada heç bir tikinti işləri aparmamış və binanın tikintisi barədə cavabdehə aid heç bir sənəd mövcud deyil. Eyni zamanda apellyator Maraqlı şəxs1 təqdim etdiyi müqavilələrə əlavə edilmiş qeyri-yaşayış sahələrinin mərtəbəsinin eskiz layihəsində X53, 2-ci Dairəvi küçəsi 2 ünvanda yerləşən binanın layihəsinin Bakı şəhəri “İH Memarlıq və Şəhərsalma” Baş İdarəsi ilə razılaşdırılması qeyd olunmuşdur. Həmçinin, maraqlarına toxunan şəxs Maraqlı şəxs2, Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış mübahisəli qeyri-yaşayış sahəsinə dair bildiriş təqdim edərək, 04 iyul 2018-ci il tarixdə bağlanmış 27 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X54 X41 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1,2,3 blok 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv metrdən ibarət olan qeyri-yaşayış sahəsinin 880.000 (səkkiz yüz səksən min) manatlıq dəyəri həmin müqavilənin bağlanması üçün vasitəçi olan Maraqlı şəxs2 ilə və onun oğlu X36 tərəfindən barter vasitəsilə aparılaraq Cavabdeh MMC-nin "xxxx" ASC-nin və "xxxx" ASC-nin filiallarındakı hesablarına köçürülməmişdir. Həmin səbəbə görə aralarında bağlanmış 27 saylı 2018-ci il tarixli müqaviləni və tərəfidən təqdim olunan maliyyə arayışı etibarsız hesab olunmasını göstərmişdir. Göründüyü kimi, maraqlarına toxunan şəxslərin təqdim etdiyi sənədlərdə göstərilən qeyri-yaşayış sahəsinin iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi ilə eyni olubolmadığının müəyyən edilməsi zərurəti yaranmışdır. Beləliklə hazırki apellyasiya baxışı zamanı apellyatorların dəlillərini, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2994/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarındakı mövqeyini nəzərə alınaraq apellyatorların dəlillərinin qiymətləndirilməsi, eləcə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün apellyatorların təqdim etdiyi sənədlərdə göstərilən qeyri-yaşayış sahəsinin iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsi ilə eyni olub-olmadığının müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2024-cü il tarixli, 10/3641 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "İcraçı"- fiziki şəxs X30 ilə "Payçı" - Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2006-ci il tarixli 3 müqaviləni (118,3 m², 164,5 m² və 140,5 m²) və «Payçı» Maraqlı şəxs2 ilə fiziki şəxs X25 ilə bağlanmış xx.xx.2005-ci il tarixli müqaviləni (400 m²), həmin müqavilərə əlavə olunmuş eskizləri nəzərə alaraq, Maraqlı şəxs1 və Maraqlı şəxs2 müqavilələrində göstərilən qeyri-yaşayış sahələrinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. "Payçı" - İddiaçı ilə "İcraçı" - "X42" MMC (direktoru X9 şəxsində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 saylı müqavilədə, qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvan, qeyri-yaşayış sahəsinin ümumi sahəsi Maraqlı şəxs1 və Maraqlı şəxs2 aid müqavilələr ilə eynilik təşkil etsə də, həmin müqaviləyə eskiz əlavə olunmadığından İddiaçı müqaviləsində göstərilən qeyri-yaşayış sahəsinin Maraqlı şəxs1 və Maraqlı şəxs2 aid müqavilələrə əlavə olunmuş eskiz üzrə üst-üstə düşüb-düşmədiyi ilə bağlı tədqiqat aparmaq mümkün olmamışdır. Həmçinin hazırki apellyasiya baxışı zamanı 20 fevral 2025-ci il tarixdə məhkəmə kollegiyası tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə yerli müayinə keçirilmiş və müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsi çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Mübahisəli yerə girişi küçə tərəfdəndir. Həmin qeyri-yaşayış sahəsi iş materiallarında olan ekspert rəyində əks olunmuş fotoşəkillərlə eynilik təşkil edir. Giriş binanın komendantı X37 tərəfindən açıldı. Sədrlik edənin sualına cavab olaraq X37 bildirdi ki, açar ona indiki mülkiyyətçi olan Şəmsəddin müəllim tərəfindən təqdim olunub. Sədrlik edənin s/c iddiaçı bildirdi ki, açar onlarda olub, həmin yer onun istifadəsində olub, açarı gecə ilə dəyişiblər, özbaşınalıq ediblər. İcra məmuru tərəfindən həmin yer ona təhvil verilib, onun istifadəsində olub. Hətta mübahisəli qeyriyaşayış sahəsinə pəncərələr onun tərəfindən qoyulub. Qapının açarının dəyişməsi barədə heç yerə şikayət etməmişdir. Sədrlik edənin s/c maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi-vəkili Nümayəndə bildirmişdir ki, mübahisəli yer Elxan tərəfindən Şəmsəddin müəllimə satılıb. Həmin yer Elxanın istifadəsində olub. Heç vaxt iddiaçının istifadəsində olmayıb. Görünən vitrin pəncərələr də Elxan tərəfindən qoyulub. Lazım gəlsə həmin ustaların şahid qismində məhkəmə iclasında iştirakları təmin oluna bilər. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, dövlət reyestrində Cavabdeh MMC-nin xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və rəhbərinin X28 olması barədə məlumat mövcuddur. Dövlət reyestrində Cavabdeh MMC-nin yenidən təşkil edilməsi barədə məlumat mövcud deyildir. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim edilmiş arayışa əsasən uçot məlumat bazasında Cavabdeh MMC-nin fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılması barədə qeyd aparılmışdır (cild 4,i.v 162). Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 14 saylı ümumi sahəsi 111.5 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs1 adına qeydiyyatdan keçmişdir, 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1457 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 164.5 kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2023-ci il tarixdə Maraqlı şəxs1 adına qeydiyyatdan keçmişdir, lakin 12 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-1547 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (cild 4, i.v.214). Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 29 aprel 2024-cü il tarixli məktubundan görünür ki, “Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1514 saylı Sərəncamına əsasən "Təbii qaz qəbulu nəqli və təchizi üzrə istehsalat birliyinə çoxmərtəbəli yaşayış evinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Baş plana əsasən sahədə 3 girişli, 10 mərtəbəli (+zirzəmi, mansarda) və 1 girişli, 10 mərtəbəli (+zirzəmi, mansard) yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Yaşayış binasının 3 girişinin tikintisinə 1995-ci ildə başlanılmış, lakin tikinti işləri tam başa çatdırılmadan dayandırılmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin (Qeydiyyat № 004403, xx.xx.2005) balansında olan yarımçıq tikili fiziki şəxs X13 mülkiyyətinə verilmişdir. Sonradan həmin yarımçıq tikili 12 fevral 2005-ci il tarixli etibarnamə ilə fiziki şəxs X21 verilmişdir. Qeyd olunan sənədlərin əldə edilməsi üçün aidiyyəti üzrə müraciət etməyiniz məqsədə uyğundur.” (cild 4, i.v.223). Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 may 2024-cü il tarixli məktubundan görünür ki, “Bakı şəhəri, Yasamal rayonu, X53, 2-ci Dairəvi küçəsi, 2 ünvanında yerləşən binanın layihəsinin və bu tikinti işlərinə əsas verən bütün hüquqi sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə xx.xx.2024-cü il tarixli 2(103)-1980/2024 nömrəli müraciətlə əlaqədar bildirilir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir” (cild 5, i.v.1). Hazırki apellyasiya baxışı zamanı tələb edilən və tədqiq olunan 8(004)-576/2022 saylı və 2(103)-1172/2022 saylı işlərə əlavə olunmuş qərarlardan həmçinin müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-553/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1ci mərtəbəsində yerləşən 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 m2 qeyri-yaşayış sahələrinin X7 və X1 nümayəndəsi X19 təhvil verilməsində ifadə olunan hərəkətin qanunsuz hesab edilməsi, Yasamal Rayon icra və probasiya şöbəsinin üzərinə Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi, 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən sahəsi 140,5 m2 və ikinci blokun 1-ci mərtəbəsində yerləşən sahəsi 164,5 m2 olan qeyri-yaşayış sahələrinin boşaldılaraq Maraqlı şəxs1 təhvil verilməsi vəzifəsinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1172/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 553/2021 saylı iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, Maraqlı şəxs1 Yasamal rayon icra və probasiya şöbəsinə qarşı (X1, X7, X12 və "xxxx" MTK-nın üçüncü şəxslər qismində göstərildiyi) “icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi, icra sənədinin geriyə icra olunması və icra məmurunun üzərinə qeyri-yaşayış sahələrinin təhvil verilməsi vəzifəsinin qoyulması” tələblərinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmış, iddiaçıya icra məmurunun qərar və hərəkətlərini (hərəkətsizliyini) ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə şikayət verməklə mübahisələndirə bilməsi izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2890/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1172/2021 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən qərarlardan görünür ki, Maraqlı şəxs1 ilə X30 arasında qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilə bağlamış, tərəflər müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. Daha sonra Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə X12 X18 qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin olunaraq Bakı şəhəri, X53, 2-ci dairəvi küçəsi 2 ünvanında yerləşən müəyyən mənzillərin-yaşayış sahələrinin X19 verilməsi qət edilmişdir. Lakin icra mərhələsində icra məmurunun səhvi nəticəsində X19 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yaşayış sahələri ilə yanaşı Maraqlı şəxs1 məxsus qeyriyaşayış sahəsi də təhvil verilmişdir. Maraqlı şəxs1 onun istifadəsində olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini xahiş etmiş, iddiası qismən təmin edilsə də, apellyasiya məhkəməsi qətnaməni ləğv edərək tərəflər arasında yaranan mübahisə inzibati mübahisə olmaqla yanaşı qeyd etmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Həmçinin apellyasiya baxışı zamanı tədqiq olunan işlərə əsasən müəyyən edilmişdir ki, Maraqlı şəxs1 məhkəməyə şikayət ərizəsi verərək ona məxsus ünvan 17 ünvandakı binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140.5 kv.m və 2-ci blokun 1ci mərtəbəsində yerləşən 164.5 kv.m sahədən ibarət qeyri-yaşayış sahələrinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-1868/2014 saylı icra sənədi üzrə tələbkarlara təhvil verilməsi barədə Yasamal rayon İcra şöbəsinin (icra məmuru Sahib Allahverdiyev) hərəkətlərinin qanunsuz hesab edilərək tərtib edilmiş aktın etibarsız hesab edilməsini və icra işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 8(004)- 576/2022 saylı qərardadına əsasən şikayət təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı icra sənədi üzrə qəbul edilmiş Yasamal rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş, xx.xx.2019-cu il tarixli akt ünvan 17 binanın 2 və 38 saylı mənzillərin tələbkarlara təhvil verilməsi hissəsində etibarsız hesab edilərək icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 8(004)-576/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edilən tədqiq olunan işlərdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102) 2450/2021 saylı qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, Maraqlı şəxs1 tələb etdiyi Bakı şəhəri, X53, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin cavabdeh Venera Rüstəmova tərəfindən zəbt edilməsi, qanuni əsaslar olmadan tutması öz təsdiqini tapmır. Həmin sahələr ona Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsinin icrası qaydasında təhvil verilmiş, icra məmurunun bu barədə olan hərəkətləri “İcra haqqında” Qanunun tələblərinə uyğun rəsmiləşdirilmişdir. İddiaçı Maraqlı şəxs1 ilk növbədə icra məmurunun həmin hərəkətlərinin və tərtib olunmuş sənədlərin məhkəmə qaydasında qanunsuz hesab edilməsinə nail olmalıdır. (2(103)-1172/2022 saylı mülki iş, i.v.159). Bakı şəhəri, X53, 2-ci dairəvi küçəsi 2 ünvanında yerləşən X21 məxsus çoxmərtəbli yaşayış evinin eskiz layihəsinin surətindən müəyyən olunur ki, həmin yaşayış binasının birinci mərtəbəsində yaşayış və qeyri-yaşayış sahələrinin tikilməsi nəzərdə tutulmuşdur. Layihədən həmçinin müəyyən edilmişdir ki, qeyri-yaşayış sahələrinin girişləri magistral yola, yaşayış sahələrinin girişləri isə məhəllə tərəfdə yerləşir. Yeni-Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 saylı ünvanında yerləşən binaya məhkəmə tərəfindən yerində müayinə keçirilərkən müəyyən olunmuşdur ki, mübahisəli binanın köhnə qayda ilə 1-ci blok, yeni qayda ilə 3-cü blokunun 2 saylı mənzili girişdən dəhlizə açılır, solda 2 otaq yan-yana yerləşir və hər iki otaq eyni birləşik eyvana açılır. Dəhlizin sağ tərəfi isə bütöv divardır. Qapı isə yoxdur. Həmin binanın 2-ci blokun 38 saylı mənzili isə girişdən daxil olduqda dəhlizdən, sol tərəfdə 1 otaq, baş tərəfdə isə 1 otaqdan ibarətdir. Hər iki otağın eyni eyvana çıxışı var. Dəhlizin sağ tərəfi isə bütöv divardır. Yol tərəfdən 1 və 2 saylı mənzillərin arxası bütöv böyük 1 otaqdan ibarətdir və qeyri-yaşayış sahəsi görüntüsü yaradaraq şüşə divarlarla birbaşa yola açılır. 37 və 38 saylı mənzillərin arxası da eynilə qeyri-yaşayış sahəsi görüntüsü yaradaraq şüşə divarlarla birbaşa yola açılır və 1 uzunsov otaqdır, ortada arakəsmə var, ancaq qapı yoxdur. Ümumiyyətlə binanın yola baxan tərəfin 1-ci mərtəbəsində 4 qapı var, qeyriyaşayış sahəsi görüntüsü yaradan şüşə divarlarla əhatə olunmuş 4 girişdən ibarətdir. Həmçinin baxış zamanı müəyyən edildi ki, 2 və 38 saylı mənzillərə yol tərəfdən giriş yoxdur, mənzillərin arxa hissəsində yerləşən arakəsmələrlə ayrılmış boş təmirsiz otaqlar isə açıq-aşkar qeyri-yaşayış sahəsi formasındadır. Bundan başqa binanın hər üç girişinin birinci mərtəbəsindəki mənzillər bir-iki otaqlı olmaqla sahələri kiçik ölçülüdür. Qətnamə əsasında verilmiş və Yasamal rayon İcra şöbəsinin icraatında olan icra sənədi üzrə tərtib edilmiş xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli aktlardan müəyyən edilir ki, mübahisə predmeti olan 2 və 38 saylı mənzillərin tələbkarlara təhvil verilməsi ilə bağlı mübahisələr mövcud olmuşdur. Sonda tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktla Venera Rüstəmovaya təhvil verilmiş, həmçinin qeyd edilmişdir ki, mənzillərin açarları tələbkarlarda olmuşdur. Aktlardan görünür ki, borclunun hüquqi varisi və ya MTK-nın səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. ( 2(103)- 1172/2022 saylı mülki iş, i.v.170). Həmin qərarlarla müəyyən edilmişdir ki, Maraqlı şəxs1 ilə X30 arasında qeyriyaşayış sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, tərəflər müqavilə üzrə öhdəliyini yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi ərizəçiyə təhvil verilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə X12 X18 qarşı mənzilin təhvil verilməsi barədə iddia tələbi təmin olunaraq Bakı şəhəri, X53, 2-ci dairəvi küçəsi 2 ünvanında yerləşən müəyyən mənzillərin-yaşayış sahələrinin X19 verilməsi qət edilmişdir. Lakin icra mərhələsində icra məmurunun səhvi nəticəsində X19 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yaşayış sahələri ilə yanaşı Maraqlı şəxs1 məxsus qeyri-yaşayış sahəsi də təhvil verilmişdir. Beləliklə, ərizəçinin istifadəsində olan qeyri-yaşayış sahəsinin qətnamənin icrası zamanı icra məmuru tərəfindən səhvən tələbkarların nümayəndəsi olan X19 təhvil verilməsi yerində müayinə zamanı və iş materialları ilə sübut olunduğundan icra məmurunun hərəkətlərinin qanunsuz hesab edillərək xx.xx.2019-cu il tarixli aktın qanunsuz hesab edilməsi və icra işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarın ləğv edilməsi barədə tələbi əsaslı hesab edilmişdir. Hazırki apellyasiya baxışı zamanı daha sonra müəyyən edilmişdir ki, iddiaçı Maraqlı şəxs2 cavabdehlər X31, Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçə, 2 ünvanında yerləşən 400 kv.m qeyri-yaşayış sahəsinə dair Maraqlı şəxs1 adına verilmiş xx.xx.2006-cı il tarixli 3 ədəd müqavilə (118,3 kv.m, 140,5 kv.m, 164,5 kv.m sahəyə dair müqavilələr) etibarsız hesab olunması, həmin müqavilələrin əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi və 400 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi və X14 imzaladığı xx.xx.2006-cı il tarixli iltizama əsasən əlavə olaraq Xətai və Binəqədi rayonlarında tikilmiş binalardan 2.000 kv.m yaşayış sahəsi, 1.000 kv.m qeyri-yaşayış sahəsi tam təmirli şəkildə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1506/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə iddiaçı Maraqlı şəxs2 tərəfindən apellyasiya qaydasında mübahisələndirilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5762/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1506/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahələrinin mərhum Rövşən Rüstəmov tərəfindən ona satıldığına istinad etsə də, məhkəməyə sübut kimi təqdim etdiyi sənədlər onlar arasında etibarlı alqı-satqı münasibətlərinin olduğunu təsdiq etmir. Onlar arasında podrat münasibətlərinin yaranmış olsa belə, iddiaçının Rövşən Rüstəmova qeyri-yaşayış sahələrinin tikilib ona təhvil verilməsi müqabilində haqq ödəməsi iş materialları ilə müəyyən olunmur. İddiaçının Yasamal RPİ-nin İstintaq şöbəsində verdiyi ifadədən görünür ki, o X20 2.527.400 ABŞ dollarını mənzil-tikinti kooperativinin digər üzvləri və şahidləri oğlu Realın, Şakir Hüseynovun və Rövşən Yüzbaşovun iştirakları ilə verdiyini bildirmişdir. İddiaçı polis bölməsində ifadə verən zaman adları qeyd olunan şəxslər artıq vəfat etmişdirlər. Bundan başqa iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün X4 şahid qismində dindirilməsi barədə vəsatət vermişdir. Məhkəmə həmin şahidin ifadəsinə qiymət verərək belə nəticəyə gəlmişdir ki, onda olan məlumatlar iddiaçıdan alınan məlumatlardır. Şahid, verilən suala cavab olaraq da bildirmişdir ki, ona Maraqlı şəxs2 adlı şəxsin Rüstəmova Veneranın həyat yoldaşından 20 mənzil və sahəsi 400 kv.m. olan qeyri-yaşayış sahəsi aldığını demişdilər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin şahid ifadəsi iddiaçının istinad etdiyi halları təsdiq edən sübut kimi qəbul edilə bilməz Məhkəmə qeyd etmişdir ki, müqavilənin etibarsızlığı və çıxarışın ləğvi üçün qanuni əsaslar, həmçinin iddiaçının mənafeyini və qanuni maraqlarını pozan hallar məhkəmə tərəfindən müəyən edilməmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2018ci il tarixli müqaviləyə uyğun olaraq 400 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin hər 1 kv.metri üçün 2.200 manat olmaqla 880.000 manat məbləğində ödəniş edilməsini iddia etsə də, iş üzrə apellyator Maraqlı şəxs1 mübahisəli qeyri-yaşayış sahəsinə dair başqa podratçı ilə 2006-cı ildə, Maraqlı şəxs2 isə Rüstəmov Rövşən ilə 2005-ci ildə bağlanmış podrat müqaviləsi təqdim edərək, sonuncuların apellyasiya şikayətlərində həmin sahənin faktiki olaraq onlara təhvil verildiyi bildirilir. İşin araşdırılmış hallarından məlum olur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında tam paylı olaraq xx.xx.2023-cü il tarixdən Maraqlı şəxs1 mülkiyyətindədir. Həmçinin iş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış sahəsi Maraqlı şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəmsəddin Quliyevə satılmışdır Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, “Bakı şəhəri, Yasamal rayonu, X53, 2-ci Dairəvi küçəsi, 2 ünvanında yerləşən binanın "X42" MMC-yə hər-hansı bir aidiyyatının olmaması təsdiq edildiyindən iddiaçının hazırda ona təhvil verilməsini tələb etdiyi qeyri-yaşayış sahəsinin ona heç bir aidiyyatı olmamış və yoxdur. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən həmçinin Maraqlı şəxs2 iddiası üzrə qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1506/2024 nömrəli qətnaməsini də nəzərə almışdır. Məhkəmə kollegiyası birinci instansiya məzhkəməsinin hazırki iş üzrə iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsini Cavabdeh MMC ilə bağlanmış müqavilə üzrə əldə etməsi və hazırda iddiaçının qeyri-yaşayış sahəsini əldə etməsi barədə müqavilə qüvvədə olması ləğv və ya etibarsız hesab olunmaması kimi mövqeyi ilə bağlı qeyd edir ki, kassasiya məhkəməsinin göstərdiyi kimi işin hazırki vəziyyətində, yəni, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın cavabdehə aidiyyətinin müəyyən olunmadığı halda iddia əsassızdır. Belə ki, Cavabdeh MMC-nin binadan qeyri-yaşayış sahəsini satmaq, bununla bağlı podrat müqaviləsi bağlamaq səlahiyyətinin olmasına dair kollegiyaya mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməsi barədə qərardadı ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi həmin qərardada yuxarıda göstərlilən mövqedə olsa da, hazırki icraatda tələbin əsassız olması müəyyən edildiyindən ləğv edilmiş qətnamənin icrası üzrə verilmiş ərizə ilə bağlı məhkəmənin səhv mövqeyinə təkrar qiymət verilməsinə zərurət yoxdur. İş materiallarından görünür ki, Səmədov X26 Elxanın mübahisəli sahəyə dair aldığı çıxarışları mübahisələndirilmiş və Bakı İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiası mümkünsüz sayılmış, daha sonra etdiyi müraciət əsasında eyni məzmunlu iddiası təkrar icraata götürülmüşdür. İddiaçı təkrar müraciətinin icraata götürülməsinə istinad edərək hazırki işin icraatını dayandırılmasını xahiş etsə də, kollegiya bu vəsatətlə razılaşmamışdır. Belə ki, Məhkəmə kollegiyası mübahisəli sahənin dövlət reyestrindən keçmiş iki hissəsinin hazırda Quliyev Şəmsəddinin mülkiyyətində olmasını da vurğulayır və hesab edir ki, qalan 1 hissə Maraqlı şəxs1 mülkiyyətində olmasa da, faktiki olaraq istifadəsində olması müəyyən edilmişdir. Başqa sözlə, mübahisəli sahəyə dair artıq Maraqlı şəxs1 adına dövlət ryestrindən çıxarış olmadığı və sahələr Quliyev Şəmsəddinin mülkiyyəti kimi qeydiyyatdan keçdiyi üçün Bakı İnzibati məhkəməsinin icraata götürdüyü iddianın hazırki işlə heç bir hüquqi əlaqəsi müəyyən edilməmişdir. Belə olan halda tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Həmçinin apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti tam təmin, X27 tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 751/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Cavabdeh MMC (direktoru X9 şəxsində) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 saylı müqaviləyə əsasən ümumilikdə 880.000 manat ödəməsinə dair mötəbər sübutlar əsasında ona vurulmuş ziyanla bağlı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilməlidir. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat vəsait iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilsin. X27 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı, 29 aprel 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X54 massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat vəsait İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə