Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1610/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili X5, Cavabdehin LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Mərkəzi Bankını cəlb etməklə cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi, borcun silinməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)-4072/2020 saylı qətnaməsindən iddiaçıların apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Əmanətlərin Sığortalanması Fonduna qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X3 əsasən Cavabdeh1 ASC-yə yerləşdirilən və xx.xx.2020-ci il tarixində sığorta hadisəsi baş verdikdən sonra ödənilmiş müvafiq kompensasiya çıxıldıqdan sonra yerdə qalan 15400 manat məbləğində qorunan əmanətə görə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən həmin məbləğ dəyərində kompensasiyanın ödənilməsi, xx.xx.2020-ci il tarixində sığorta hadisəsi baş verdiyi andan etibarən xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və (və ya) cərimə borcunun cavabdeh ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən silinməsi, xx.xx.2019-cu il tarixli, 16/1882/DİK saylı kredit müqaviləsi üzrə öhdəliyin vaxtından əvvəl icrası cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməli olan 15400 manat məbləğində kompensasiya hesabına cavabdeh ləğv etmə prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda ləğvetmə prosesində olan Cavabdeh1 ASC-nin Babək filialı ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X3 əsasən sonuncuya məxsus 27000 manat məbləğində pul vəsaiti 36 ay müddətinə, illik 15 faizlə əmanət olaraq yerləşdirilmişdir. Sözügedən əmanət “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, xx.xx.2017-ci il tarixli 06/SD17/036 saylı “Sığortalı” X2 5.7-ci bəndinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fondunun üzvü olan iştirakçı Bank tərəfindən tam şəkildə sığortalanmışdır. İddiaçı2 ilə Bank arasında 20 ay müddətinə illik 18 faizlə 17500 manat məbləğində xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsi bağlanmışdır. Həmin öhdəliyin təminatı kimi sözügedən əmanət xx.xx.2019-cu il tarixli, 06/1882/DİK saylı pul vəsaitinin girovu haqqında müqaviləyə əsasən girov qoyulmuşdur. Bundan əlavə, həmin öhdəliyin təminatı olaraq Bank, İddiaçı2 və İddiaçı1 arasında üçtərəfli qaydada xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli 06/1882/DİK saylı kredit müqaviləsinin tərkib hissəsi olan və kreditin geri ödəniş qaydasını tənzimləyən ödəniş qrafikinə əsasən müqavilə üzrə tərəflər kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğinin yalnız müqavilənin son günündə (xx.xx.2020), ödənilməli olan aylıq 262,50 manat məbləğində faiz borcunun isə aylıq ödənilməsinə razılaşmışlar. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası ləğv edilmiş və sığorta hadisəsi günü bu il aprelin 28-i müəyyən olunmuşdur. Əmanətçi İddiaçı1, ona məxsus olan və tam sığortalanmış 27000 manat məbləğində əsas əmanətə və əlavə olaraq sonuncu ay üçün hesablanmış, lakin tam şəkildə məxaric edilməmiş əmanət faizinə görə kompensasiya məbləğinin ödənilməsi məqsədilə müvafiq hesabdan çıxarış və bank əmanəti sənədlərini agent bank “xxxx” ASC-yə təqdim etdiyində, xx.xx.2020-ci il tarixdə ona 11741 manat məbləğində kompensasiya ödənilmiş, qalıq əmanətə görə yəni 15400 manat kompensasiyanın ödənilməməsinə səbəb olaraq isə həmin məbləğin bank qarşısında aktiv kredit öhdəliyinin təminatı kimi girov qismində çıxış etməsi bildirilmişdir. Birgə iddiaçıların maliyyə vəziyyətinin qənaətbəxş olmadığını, onlardan asılı olmayan səbəblərdən kredit borcunun əvvəlki qaydada qaytarılmasının mümkün olmadığını, qalıq əmanət məbləğinə görə kompensasiyanın ödənildiyi təqdirdə həmin məbləğ hesabına kredit öhdəliyinin icrasının da mümkün olması barədə cavabdeh olan Fonda ünvanlanmış şifahi və yazılı müraciətləri bugünədək cavabsız qalmışdır. Belə ki, Fond, həmin müraciətlərlə bağlı hər hansı hərəkət etməmiş, qalıq əmanətə görə kompensasiyanın ödənilməməsinə, eləcə də, kompensasiya məbləği hesabına öhdəliyin icrasının qəbul edilməməsinə dair əsaslı bir səbəb göstərməmişdir. Digər tərəfdən isə, bu hərəkətsizlik nəticəsində süni şəkildə kredit borcuna əlavə faiz və cərimələrin yaranmasına şərait yaradılmışdır. İddiaçı1 tərəfindən əmanət Banka, İddiaçı2 ilə bağlanmış kredit müqaviləsindən 1 ildən daha çox əvvəl yerləşdirilmiş və sığotalanmışdır. Kredit müqaviləsinə görə ödənişlər İddiaçı1 tərəfindən girov qoyulmuş depozitə görə bank tərəfindən ödənilən faiz gəlirləri hesabına həyata keçirilmiş, ödənişlərdə heç vaxt gecikmələrə yol verilməmiş, əksinə, aylıq ödənişdən artıq məbləğin ödənilməsi səbəbindən kreditin əsas borc məbləği üzrə də müəyyən silinmələr aparılmışdır. Bankın lisenziyası ləğv edildiyi andan etibarən depozitə görə bank tərəfindən ödənilən faiz gəlirləri dayandırılmışdır ki, bu səbəbdən kreditin əvvəlki qaydada geri ödənişi maddi cəhətdən mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 4072/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. İddia tələbinin birinci hissəsi sığortalanmış əmanətə görə kompensasiyanın ödənilməsi ilə bağlıdır, kompensasiyanın ödənilməsi isə Mülki Məcəllə ilə deyil, xüsusi sahəni tənzimləyən “Əmanətlərin Sığortalanması haqqında” Qanun ilə tənzimlənir. Fond yalnız əmanətçinin sığorta hadisəsi baş verən xx.xx.2020-ci il tarixə bank qarşısında vaxtı çatmış və icra edilməyən öhdəliyi qədər kompensasiya ödənişindən imtina edə bilər, yerdə qalan hissə isə birmənalı şəkildə əmanətçiyə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçıların nümayəndəsivəkili iddiadan imtina edilməsi haqqında ərizə təqdim edərək, iddiaçıların iddiadan imtina etdiklərini bildirərək, imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qeyd etdi ki, İddiaçı1 müvafiq bank əmanət məbləği hesabına İddiaçı2 müvafiq kredit borcu tam şəkildə silinmiş və tərəflər arasında mübahisə həllini tapmışdır. Cavabdehin nümayəndəsi imtinanın qəbul edilməsini xahiş etdi. Kollegiya izahatları dinləyib, iddiaçıların iddiadan imtina barədə ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 391-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 4072/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1610/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1610/2021
22.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver