Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1614/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X17rşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X22 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil Nəbi oğlunun, cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X23 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X17rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2024 saylı 19 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2015-ci il tarixdən 356-K saylı əmrə əsasən "xxxx" ASC-də işə başlamışdır. xx.xx.2017-ci il tarixdən isə iddiaçı “Təmir-tikinti şöbəsinin mühəndisi” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət X10 fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin X24 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Daha sonra, "İri Şəhərlərin X24 Xidməti" X30 tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış, Azərbaycan Dövlət X10 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X24 Xidməti” X29 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 6 təqvim həftəsindən sonra ləğv ediləcəyi ona bildirilmişdir.
2. Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi "İri Şəhərlərin X24 Xidməti" X23 ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-53-3-/2-2693/2024 saylı məktuba cavab olaraq xx.xx.2024-cü il tarixli məktubu ilə ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin (o cümlədən mühəndis İddiaçı) əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.
3. “İri Şəhərlərin X24 Xidməti” X23 xx.xx.2024-cü il tarixli, 674-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi, “İri Şəhərlərin X24 Xidməti” X29 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70ci maddəsinin b bəndinə əsasən xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X17rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X24 Xidməti” PHŞ-nin onun ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi və Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən əmək haqqının gecikdirildiyi hər günə görə 1% miqdarında ödəniş ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin X24 Xidməti” PHŞ-nin onun ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdən 356-K saylı əmrə əsasən "xxxx" ASC-də işə başlamışdır. xx.xx.2017- ci il tarixdən isə iddiaçı “Təmir-tikinti şöbəsinin mühəndisi” vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixdə ona tutduğu vəzifə - Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Su Təsərrüfatı X8 Respublika komitəsi tərəfindən 9 avqust 2024-cü il tarixli rəyi ilə ştat ixtisarı ilə bağlı onun ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. İri Şəhərlərin X24 Xidməti X23 İdarə Heyətinin sədri Köçərli Həsənovun 14 avqust 2024-cü il tarixli 674-K saylı əmrinə əsasən Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsində çalışan onun ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmri qanunsuz və qərəzli olduğundan ləğv edilməli, o, əvvəlki vəzifəsinə bərpa edilməli, ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməlidir. Ona ünvanlanmış xəbərdarlıq məktubunda qeyd edilmiş müddət bitdikdən sonra ona heç bir yeni iş təklifi edilmədən “İri Şəhərlərin X24 Xidmətinin” İdarə Heyətinin sədrinin xx.xx.2024-cü il tarixli 674-K nömrəli əmr ilə onun ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət X10 fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X24 Xidməti” X30 olaraq fəaliyyət göstərməyə başlamışdır. Eyni zamanda Fərmanın 5.4-cü bəndinə əsasən, Agentliyin tabeliyində “X9 Müdiriyyəti” X30 yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli 232 nömrəli Qərarı ilə “X9 Müdiriyyəti” X29 Nizamnaməsi təsdiq edilmişdir. Göründüyü kimi, ona Agentliyin tabeçiliyində olan digər müəssisədə - “X9 Müdiriyyəti” X29də ştat ixtisarından əvvəlki tutduğu Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsinə uyğun başqa iş təklif edilə bilərdi. Lakin, buna baxmayaraq, işəgötürən tərəfindən onun tutduğu ştat ixtisar edilən zaman heç bir tədbir görülməmiş, ona müəssisədə və ya Agentliyin tabeliyində olan digər müəssisələrdə iş təklif edilməmiş, onun (başqa) işlə təmin edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. Hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. Həmçinin, Tikinti-təmir şöbəsində mühəndis vəzifəsini tutan digər işçilər isə işdə saxlanılmışdır. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından onun peşəkarlıq səviyyəsi işdə saxlanılan digər işçilərdən yüksək olmuşdur. Azərbaycan Dövlət X10 tabeliyində “İri Şəhərlərin X24 Xidməti” X29 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2023-cü il tarixli 397 nömrəli əmri ilə “səmərəli fəaliyyətinə görə” ona Fəxri Fərman verilmişdir. Həmçinin o, Azərbaycan Respublikasının dövlət suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı (vəsiqə №032421) statusuna malikdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi və müharibə iştirakçısı olması nəzərə alınmamış, peşəkarlıq səviyyəsi aşağı olan və ixtisar zamanı işdə saxlanılmaqda üstünlük hüququ olmayan işçilər işdə saxlanılmışdır. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin sədri Akif Məmmədov tərəfindən “İri Şəhərlərin X24 Xidməti” PHŞ-nin İdarə heyətinin sədri Köçərli Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli 71 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” cavab məktubunda göstərilmişdir ki, siyahıda adları göstərilmiş şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Həmkarlar İttifaqı Komitəsinin heç bir etirazı yoxdur. X14 Respublika Komitəsi qərar qəbul etmək əvəzinə işəgötürənə məktub ünvanlamışdır. Məktubda heç bir iclas protokoluna və ya qərara istinad yoxdur. xx.xx.2024-cü il tarixli 71 nömrəli məktubuna baxılsa aydın olar ki, həmin məktub Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məktubda heç bir əsaslandırma yoxdur və məktub formal olaraq tərtib edilmişdir. Həmkarlar ittifaqı bu məsələ ilə bağlı onu məlumatlandırmamış və araşdırma aparmadan, heç bir iclas keçirilmədən cavabdeh müəssisəyə razılıq məktubu ünvanlamışdır. Məktubda həmkarlar ittifaqının iclasının keçirilməsi, iclasda kimlərin iştirak etməsi, iclas qərarının neçə səs çoxluğu ilə qəbul edilməsi ilə bağlı heç bir məlumat göstərilməyib. Bu da özlüyündə məktubun əsaslandırılmadan tərtib edildiyini, əslində faktiki olaraq heç bir iclasın keçirilmədiyini və onun ilə bağlanmış əmək müqaviləsinin ləğvinin müzakirə edilmədiyi göstərir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2024 saylı 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq həmkarlaq ittifaqı təşkilatının üzvüdür. Belə olduğu təqdirdə AR ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla xitam verilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin "İri Şəhərlərin X24 Xidməti" X26 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə razılığın verilməsi qeyd edilsə də, bu razılıq qanunauyğun hesab edilə bilməz.
9. Məhkəmə qeyd etmişdir ki, "İri Şəhərlərin X24 Xidməti" X23 Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubla, Azərbaycan Dövlət X10 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X24 Xidməti" X29 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat cədvəli ixtisar olunduğundan qoşmada adları qeyd edilən işçilərin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq əmək müqavilələrinin ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsini xahiş etmiş, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi isə həmin məktuba cavab olaraq, xx.xx.2024-cü il tarixli məktubu ilə ştat vahidinin ixtisarı ilə əlaqədar siyahıda adları qeyd olunan işçilərin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Sözügedən razılıq Həmkarlar ittifaqı təşkilatının qanunvericilikdə nəzərdə tutulan əsaslandırılmış yazılı qərarı kimi qiymətləndirilə bilməz. Buradan da müəyyən etmək olar ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi heç bir zəruri araşdırma aparmadan razılıq vermişdir və həmin razılıq formal xarakter daşıyır.
10. Həmçinin məhkəmə qeyd etmişdir ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndindən görünür ki, onun fəaliyyəti və davranışı məsələsinə baxılarkən həmkarlar ittifaqının yığıncaqlarında, həmçinin həmkarlar ittifaqı orqanlarının iclaslarında şəxsən iştirak etmək həmkarlar ittifaqı üzvünün hüquqlarından biridir. Lakin buradan görünən odur ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsi üzvləri olan hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxarkən onun iştirakını təmin etməmiş, təmin etməməklə yanaşı qərəzli mövqe nümayiş etdirərək, razılıq məktubunda işçinin AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işdən çıxarılmasını zəruri edən halları əsaslandırmamışdır. Məktubunda Azərbaycan Dövlət X10 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmri ilə "İri Şəhərlərin X24 Xidməti" X29 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən siyahıda adı göstərilən işçilərin tutduqları vəzifə üzrə ştat vahidi ixtisara düşdüyünü formal şəkildə qeyd etmişdir. Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin Nizamnaməsinin 3.6-cı bəndində işçinin hüquqlarının qorunmasını təmin etmək üçün işçinin iştirakının təmin edilməsi də əlavə olaraq normada öz yerini tapmışdır. Cavabdeh isə işçinin işdən çıxarılmasına razılıq verilməsi məsələsinə həmkarlar ittifaqında baxılması zamanı işçinin iştirakının təmini üçün zəruri tədbirlər görməmişdir. İclas keçiriləcəyi təqdirdə onun yeri və vaxtı barədə işçi məlumatlandırılmalı idi. Lakin belə bir iclasın təşkil olunması isə öz təsdiqini ümumiyyətlə tapmamışdır.
11. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, "İri Şəhərlərin X24 Xidməti" X30 İddiaçı Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlığı xx.xx.2024-cü il tarixli məktubla etmişdir. "İri Şəhərlərin X24 Xidməti" X30 İddiaçı da daxil olmaqla ştat vahidinin ixtisarı ilə bağlı işçilərin əmək müqavilələrinə ƏM-nin 70-ci maddəsinin b bəndinə müvafiq olaraq ləğv edilməsinə razılığın verilməsi ilə bağlı məktubu isə Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixdə ünvanlamışdır. Qeyd edilən hal da bir daha öz təsdiqini tapır ki, Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin razılığının alınması formal xarakter daşımışdır. Əks təqdirdə "İri Şəhərlərin X24 Xidməti" X30 ilkin olaraq Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin razılığını almalı, daha sonra İddiaçı Tikinti-təmir şöbəsinin mühəndisi vəzifəsi üzrə ştat vahidinin ixtisara düşəcəyi və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq etməli idi.
12. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Su Təsərrüfatı X8 Respublika Komitəsinin "İri Şəhərlərin X24 Xidməti" X26 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunu həmkarlar ittifaqı təşkilatının razılığı kimi qəbul etməmişdir.
13. Məhkəmə həmçinin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən qeyd etmişdir ki, hazırkı mübahisə üzrə ştat ixtisarı ilə bağlı əmrdə heç bir əsaslandırma aparılmamışdır. İddiaçı tərəf iddia edir ki, iddiaçının rəhbərlik etdiyi Tikinti-təmir şöbəsində mühəndis vəzifəsini tutan İddiaçı ixtisar edilmiş, digər işçilər isə işdə saxlanılmışdır. Qeyd edilən faktın dəqiqləşdirilməsi ilə bağlı hakimin verdiyi suala cavab olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, onda bununla bağlı məlumat yoxdur. Verilmiş cavabdan da görünən odur ki, cavabdehin nümayəndəsi qeyd edilən faktı inkar etməmiş, sadəcə onda bununla bağlı məlumat olmadığını bildirmişdir. Məlumdur ki, ixtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Göründüyü kimi həm təcrübi, həm də nəzəri bilikləri baxımından iddiaçının peşəkarlıq səviyyəsi işdə saxlanılan digər işçilərdən yüksək olmuşdur. Azərbaycan Dövlət X10 tabeliyində “İri Şəhərlərin X24 Xidməti” X29 İdarə Heyətinin sədri Köçərli Həsənovun xx.xx.2023-cü il tarixli 397 nömrəli əmri ilə “səmərəli fəaliyyətinə görə” İddiaçı Fəxri Fərman verilmişdir. Həmçinin iddiaçı Azərbaycan Respublikasının dövlət suverenliyi uğrunda döyüşlərdə iştirak etdiyinə görə müharibə veteranı (vəsiqə №032421) statusuna malikdir. Nəticə etibarı ilə hazırkı mübahisə üzrə işçinin peşəkarlıq səviyyəsi və müharibə iştirakçısı olması nəzərə alınmamışdır. Azərbaycan Dövlət X10 xx.xx.2024-cü il tarixli, 002/F nömrəli əmrindən görünür ki, Agentliyin tabeliyindəki "İri Şəhərlərin X24 Xidməti" X29 strukturu və ştat cədvəlinin təsdiq edilməsi, "İri Şəhərlərin X24 Xidməti" X29 işçilərinin say həddinin 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilməsi, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi barədə təkliflərini bir ay müddətində Aparatın rəhbərinə təqdim edilməsi əmr edilmişdir. Görünən odur ki, ştat cədvəlinə uyğun əməkdaşların yerləşdirilməsi zamanı İddiaçı "xxxx" ASC-də 8 il 8 ay 7 gün əmək stajının olması, peşəkarlıq səviyyəsi, müharibə iştirakçısı olmasından irəli gələn üstünlük hüququ nəzərə alınmamışdır.
14. Azərbaycan Dövlət X10 xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş “İri Şəhərlərin X24 Xidməti” X23 Aparatının Ştat cədvəlində “İri Şəhərlərin X24 Xidməti” X23 Aparatının strukturunda Təmir-tikinti şöbəsinin olmamasına baxmayaraq İddiaçı “İri Şəhərlərin X24 Xidməti” X23 Aparatının strukturunda analoji işə keçirilə bilərdi. Belə ki, “İri Şəhərlərin X24 Xidməti” X23 Aparatının Ştat cədvəlində müxtəlif sektor və şöbələrdə mühəndis vəzifəsi mövcuddur .
15. Məhkəmə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.8, 68.2, 74.1, 154, 296c maddələrinə; “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X30 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2024 saylı 19 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan X27 Ağentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx"ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X24 Xidməti” X30 yaradılmışdır. Azərbaycan Dövlət X10 29 may 2024-cü il tarixli 002/1 nömrəli əmri ilə “İri Şəhərlərin X24 Xidməti” PHŞ-nin strukturu təsdiq edilmişdir. Həmin əmrə əsasən X29 ştat vahidlərinin sayı 14.000-dən 7.700–dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, qeyd olunan əmrə istinadən iddiaçıya xx.xx.2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq təqdim edilmişdir. Daha sonra iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su təsərrüfatı X4 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli 3-53-3/2- 2693/2024 nömrəli müraciət ünvanlanmış və Həmkarların xx.xx.2024-cü il tarixli 71 nömrəli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əmək qanunvericiliyinin tələblərinə əsasən iddiaçıya işaxtarması üçün şərait yaradılmış, əmək müqaviləsi ləğv edildikdən sonra müvafiq ödənişlər tam şəkildə həyata keçirilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəf Əmək Məcəlləsinin 77-ci maddəsi üzrə tələblərə riayət etmiş, iş üzrə həmkarların razılığını almış, əmək haqqını, müavinətini və əlavə ödənişlərini vaxtında etmişdir. Bu faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət X10 29 may 2024-cü il tarixli 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X24 Xidməti” X29 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Yəni ki, yeni strukturda iddiaçının mühəndis olduğu şöbə nəzərdə tutulmamışdır. Agentlik mərkəzi icra hakimiyyəti orqanıdır və onun ştat vahidləri müvafiq orqan tərəfindən müəyyən və təsdiq edilir. Yəni, səhmdar cəmiyyətlərdən fərqli olaraq istənilən zaman ştat vahidinin açılması və bağlanması qeyri-mümkündür. Bu əsaslı faktlara məhkəmə tərəfindən hüquqi qiymət verilməmiş, iddiaçı əsassız olaraq işə bərpa edilmişdir. Azərbaycan Respublikası Dövlət X10 2024-cü il 29 may tarixli 002/f nömrəli əmr ilə təsdiq edilmiş İri Şəhərlərin X24 Xidməti X29 struktuna əsasən İddiaçı Təmir-Tikinti şöbəsində tutduğu mühəndis (vəzifəsi) ştat vahidi ixtisara düşmüş, ümumilikdə şöbə ləğv edilmişdir. Bu səbəbdən iş üzrə onun peşəkarlığının olub-olmaması əhəmiyyət kəsb etmir. İş təklifi ilə bağlı məsələyə gəldikdə qətnamədə qeyd olunan “X9 Müdiriyyəti” PHŞ cavabdehə tabeçiliyi olmayan qurumdur. Ona cavabdehin hər hansı bir təsir etmək ona göstəriş vermək səlahiyyəti yoxdur. Ümumiyyətlə bu məzmunlu işlərdə işçiyə iş təklif edilməsi ilə bağlı Əmək Məcəlləsi işəgötürənin üzərinə öhdəlik qoymamışdır. Belə hallarda işçiyə iş təklif edilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Həmçinin, iş materiallarında olan sübutlardan göründüyü kimi şöbə ümumilikdə ləğv edildiyi üçün müəyyən vəzifələr üzrə peşakarlıq səviyyəsinin daha yüksəyinə malik olan əməkdaşın seçilməsində və saxlanılmasında da heç bir öhdəlik yaranmır. İddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə Azərbaycan Su təsərrüfatı X4 Respublika Komitəsinə xx.xx.2024-cü il tarixli 3-53-3/2-2693/2024 nömrəli müraciət ünvanlanmış və Həmkarların xx.xx.2024-cü il tarixli 71 nömrəli cavabında əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Əlavə olaraq bildirmişdir ki, Əmək Məcəlləsinin 19-cu maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar İttifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarla İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. “Həmkarlar İttifaqları haqqında” Qanunun 1-ci maddəsinə əsasən həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Qanunun tələbindən göründüyü kimi həmkarlar ittifaqları müstəqil təşkilatdır və onun fəaliyyətinə müdaxilə etmək qadağandır. Odur ki, yığıncaqların təşkili, keçirilməsi, iclasda iştirak edəcək şəxslərin dairəsinin müəyyən edilməsi və əsaslandırılmış yazılı qərarın verilməsi, yəni razılığın verilməsinin formasını müəyyən etmək həmkarlar ittifaqının səlahiyyətlərinə aiddir. Bu fəaliyyətə cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əsasən müdaxilə edə bilməz. Hesab edir ki, məhkəmənin bununla bağlı gəldiyi nəticə əsassız və qanunsuzdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X23 nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, ixtisarla bağlı müvafiq əmrə istinad olunur. X11 əməkdaşı da məhkəməyə gələrək izahat vermişdir ki, bütün ixtisarlar həmin əmrə əsasən həyata keçirilir. İddiaçı Təmir-tikinti şöbəsində mühəndis vəzifəsində çalışırdı və həmin şöbə hazırda yoxdur. Həmin şöbədə 7 əməkdaş var idi, onun üçü digər rayonlara yerləşdirilmişdir. Həmin 3 nəfər şəxslə iddiaçı arasında hər-hansı müqayisəli təhlil aparılmamışdır. Həmin şəxslərdən Seyidov Azər Bakı Sukanal İdarəsinə, Dəmirov soyadlı şəxs X15 İdarəsində işlə təmin edilmiş, Yusifov Bəşir və hazırkı iddiaçı ixtisar olunmuş, Mirzəağa isə öz ərizəsi işə işdən azad edilmişdir. Bununla bağlı rəsmi şəkildə yazılı arayışı məhkəməyə təqdim edilir. Həmkarlar İttifaqı müstəqil təşkilatdır, onlar bu təşkilatın səlahiyyətinə müdaxilə edə bilməzlər. Həmkarların rəyi həmin formada olur, qərar və protokol olmur, etiraz edilmədiyi 1 cümlə ilə yazılır.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək bildirmişdir ki, apellyasiya şikayəti formal xarakterlidir və əsaslandırılmamışdır. İxtisar barədə əmr olmamışdır. Cavabdeh tərəf "İri Şəhərlərin X24 Xidməti" X26 çevrilmişdir və Dövlət X10 tərkibinə verilmişdir. X27 Agentliyi 2024-cü ilin 29 mayında əmr vermişdir. "xxxx" ASC-nin 14 min işçisi var idi və onu 2 yerə böldülər. Həmin əmrə əsas 7700 nəfər İri Şəhərlərin X24 Xidməti" X26 verilmiş, qalan hissə isə Regionlar üzrə X16 X26 keçirilmişdir. 7700 şəxslə bağlı ştat cədvəli təsdiq olunan zaman həmin işçilərin yerləşdirilməsi və 1 ay müddətində Dövlət X10 Aparatının rəhbərliyinə məlumat verilməsi nəzərdə tutulmuşdur. Onlar dəfələrlə cavabdehdən işçilərin yerləşdirilməsi ilə bağlı nə təklif olunduğunu soruşmuşlar. Hüquqlarını müdafiə etdiyi şəxsin şöbəsindən 3 nəfər işçisini saxlamışlar, lakin hansı meyarlar əsasında peşəkarlıqları müəyyən olunduğu barədə məlumat vermirlər. Hüquqlarını müdafiə etdiyi şəxs müharibə iştirakçısıdır, onun üstünlük hüququ vardır. O, bu barədə məsələni Həmkarlar İttifaqları Konfederasiyasında da qaldırmışdır. ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən, ştatların ixtisarı aparılan zaman Həmkarlar İttiqafının üzvü olanlar Həmkarlar İttiqafının əsaslandırılmış qərarı ilə çıxarılmalıdır. Lakin iş materiallarında heç bir qərar yoxdur. O, apellyasiya şikayətinə etirazda qərarla məktub arasındakı fərqin nə olduğunu da qeyd etmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Həmkarlar İttiqafından razılıq məhz formal xarakter daşımışdır. Əvvəlcədən razılıq alınmadan ştatın ixtisar olunması barədə xəbərdarlıq olunmuşdur, daha sonra Həmkarlar İttiqafına razılıq verilmişdir. Bundan başqa əsaslandırılmış əmr yoxdur, nəyə görə məhz iddiaçı işdən azad edilməlidir? Ştat ixtisarı formal xarakter daşımışdır. Barışıqla bağlı cavabdeh tərəf onlara heç bir təklif verməmişdir. Cavabdeh tərəf iddiaçı hər-hansı vəzifə təklif etməmişdir. Həmkarlar İttifaqının əsaslandırılmış qərarının olmaması, ƏM-nin 78-ci maddəsinin tələblərinə əməl edilməməsi, ştat ixtisası barədə əmrin olmaması, ƏM-nin 71ci maddəsinə əsasın iddiaçının ixtisar olunmasının zəruriliyinin əsaslandırılmaması kifayət edir. Məhkəməyə təqdim olunmuş sənədlərin içərisində “İri Şəhərlərin X24 Xidməti" X23 özünün sturukturuna tikinti müəssisəsi daxildir. Cavabdeh iddiaçını həmin müəssisəyə keçirə bilərdi.
Apellyasiya baxışının hədləri
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25.“İnsan hüquqlarına dair Ümumi Bəyannamə”nin 23-cü maddəsi əsasən: 1. Hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və yaxşı iş şəraiti və işsizlikdən müdafiə hüququ var. Həmçinin 2. Hər bir şəxs heç bir ayrı-seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. 3. Hər bir işləyən şəxs, əməyinin lazım gələrsə digər sosial müdafiə vasitələrilə tamamlanan, onun özünün və ailəsinin layiqli dolanışığını təmin edə bilən ədalətli və qənaətbəxş ödənilməsi hüququna malikdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 26.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 27.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. 28.70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 29.71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 30.77.1-77.3-cü maddələrinin tələblərinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmə khaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 31.77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 32.78-ci maddəsinin birinci və ikinci hissələrinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvləri; müharibə iştirakçıları; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. 33.79-cu maddəsinin birinci və ikinci hissələrinə görə işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. 34.80-ci maddəsinin birinci və ikinci hissələrinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 35.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
36.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 37.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və etirazın dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir. 40.Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. 41.Buna görə də hazırda qiymət verilməli olan məsələ apellyasiya şikayətinin dəlilləridir. 42.Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, işçilərin sayının və ya ştatların işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli cavabdeh-hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir. Belə ki, müəssisə istehsalın və idarəçiliyinin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə öz strukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. İşçi ilə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləğv olunduqda və bununla bağlı məhkəmə mübahisəsi yarandıqda işə baxan məhkəmə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub-olunmaması, işəgötürənin özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə edib-etməməsinə dair məsələləri nəzərdən keçirməlidir. 43.Qeyd edilməlidir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. İxtisar real olmalıdır. 44.İxtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı, işçiyə ixtisar olunacağı barədə əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd, xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd), ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr, işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat. 45.Beləliklə də, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. 46.Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən müvafiq qanun pozuntularına yol verilməsi aşkar edilmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisarın məqsədəuyğunluğu məsələsi əsaslandırılmamış, nəticələri barədə sənədlər tərtib olunmamış, həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verildiyi müəyyən edilməmiş, iddiaçının işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış, işlədiyi şöbənin digər mühəndislərindən fərqli olaraq ona – doqquz illik stajı olan mühəndisə, müharibə veteranına ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmişdir. 47.Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman təqdim edilmiş iş materiallarından başqa cavabdeh tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş məlumatdan görünür ki, iddiaçı ilə eyni şöbədə mühəndis vəzifəsində işləyən X21 Bakı Sukanal İdarəsinin Su təsərrüfatı qurğularında mexaniki avadanlıqların təmir, qəza-bərpa quraşdırma sahəsində, aparıcı mühəndis vəzifəsində işləyən X12 – X19 İdarəsinin Təchizat və Təsərrüfat şöbəsində, mühəndis vəzifəsində işləyən X6 Bakı Sukanal İdarəsinin Su kanalizasiya şəbəkələrinin sahəsində işlə təmin olunmuşdur. 48.Yuxarıda qeyd edilən hallar isə ona dəlalət edir ki, iddiaçının işlədiyi müəssisədə ixtisar tədbirləri həyata keçirilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyi ilə işəgötürənə aid edilən hüquqlardan sui-istifadə hallarına yol verilmişdir. Belə ki, işəgötürən, fəaliyyəti üçün iddiaçının icra etdiyi funksiyalara hazırda zərurətin qalmamasını, yeni ştat cədvəlində bu funksiyaları həyata keçirən başqa vəzifələrin mövcud olmamasını, iddiaçının yeni ştat cədvəlində göstərilən mühəndis vəzifələrinin hər hansına uyğun gəlməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
49. Belə olan halda məhkəmə kollegiyası məhkəmənin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Apelyasiya şikayətində qeyd edilən formal etirazlar, eləcə də işin faktiki halları ilə bağlı dəlillər də həmin qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz.
50. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5156/2024 saylı 19 dekabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "İri Şəhərlərin X24 Xidməti" X30 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev