Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1619/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə kompensasiyanın və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndələri X2 və Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6170/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan X3 və İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə 29 iyul 2020ci il tarixli ittiham aktından görünür ki, həmin cinayət işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 18 noyabr 2019-cu il tarixdə başlanaraq istintaqı aparılmış ********* nömrəli cinayət işindən 10 aprel 2020-ci il tarixli qərarla X7 və İddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə etməklə onlara etibar edilmiş külli miqdarda özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talamaları barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ayrıca icraata ayrılmış və ibtidai istintaqı aparılmışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-244/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib AR CMnin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İddiaçı barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədiri ilə əvəz olunmuş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 1(103)-21/2024 saylı hökmünə əsasən, İddiaçı müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, X3 və İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 1(101)-244/2021 nömrəli hökmü qismən, İddiaçı münasibətdə ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1734/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1,(103)- 21/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün qismən - X4 aid hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
5. Bakı 12 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışına əsasən ilkin mediasiya sessiyası ilə bağlı bildiriş xx.xx.2024-cü ildə tərəflərə göndərilmişdir.
6. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli №16 saylı əmrinin surətindən müəyyən olunur ki, Cəmiyyətin satış departamentinin satış üzrə nümayəndə vəzifəsində çalışan X7 və satış üzrə bölmə rəhbəri vəzifəsində çalışan İddiaçı əmək fəaliyyətinin icrası zamanı yol verdikləri pozuntular nəticəsində şirkətəvurulmuş zərələ bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlanması və Cəmiyyətə dəyə biləcək əlavə zərərin qarşısının alınması məqsədi ilə X7 və İddiaçı xx.xx.2020-ci il tarixdən işdən kənarlaşdırılması və kənarlaşdırılma verildiyi tarixdən əməkhaqqı hesablanmaması qərara alınmışdır.
7. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 141 saylı məktubuna əsasən iddiaçının vəkili Nümayəndə1 xx.xx.2020-ci il tarixli ərizəsi “İddiaçı barəsində cinayət təqibi aparıldığı üçün əmək məcəlləsinin tələbinə uyğun olaraq işdən kənarlaşdırılması” kimi cavablandırılmışdır.
8. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin xx.xx.2020-ci il tarixli çıxarışından müəyyən olunur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, həmin tarixdə sistemə daxil edilmişdir.
9. "xxxx"ın əmək haqqı üzrə çıxarışından müəyyən olunur ki, İddiaçı 559,01 manat son haqq hesab üzrə ödəniş xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus hesaba mədaxil edilmişdir.
10. Azərbaycan Respublikası ƏƏSMN elektron sistemdən çıxarışlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə bağlanaraq, xx.xx.2020-ci il tarixində xitam verilmiş (Cavabdeh MMC ilə) və digər xx.xx.2020-ci il tarixdə bağlanan və xx.xx.2021-ci il tarixdə xitam verilmiş, xx.xx.2021-ci il tarixində bağlanaraq xx.xx.2022- ci il tarixində xitam verilmiş əmək müqavilələrinə dair məlumat mövcuddur.
11. İddiaçı ilə X11 Xidməti arasında olan yazışmalardan görünür ki, xx.xx.2020-ci il tarixli müraciətdə “vətəndaş xx.xx.2020-ci il tarixdə əmək haqqının ödənilməməsi ilə əlaqədar 142 çağrı mərkəzinə zəng edərək şikayət etmişdir.”
12. 20010035117 nömrəli, xx.xx.2020-ci il tarixli, **********3 nömrəli, xx.xx.2020ci il tarixli, **********8 nömrəli, xx.xx.2020-ci il tarixli müraciətlərə cavab olaraq iddiaçıya Cavabdeh MMC”-də əmək hüquqlarının pozulmasına dair 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN etmiş olduğu müraciətlərə baxıldığı, xx.xx.2020-ci il tarixdə əmrlə işdən kənarlaşdırıldığı, xx.xx.2020-ci il tarixdə isə son haqq hesabın əmək haqqı kartına köçürülməklə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi “ məzmununda cavablandırılmışdır.
13. xx.xx.2024-cü il tarixli İddiaçı ərizəsində “2020-ci ilin təxminən yanvar, fevral aylarında tərəfindən müfəttişliyə Cavabdeh MMC-nin işçisi olduğunu, qanunsuz olaraq işdən azad olunmağına və şirkət rəhbərliyinin barəsində qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsinə dair müraciət etdiyini, şikayətlərin nəticəsi ilə maraqlandığını, aparılmış araşdırmalar barədə ətraflı məlumatın ona təqdim edilməsini xahiş etmişdir.
14. 3-17-5/1-R-16501/2024 saylı, xx.xx.2024-cü il tarixli İddiaçı müraciətlərə cavab olaraq bildirilmişdir ki, “ Cavabdeh MMC”-də əmək hüquqlarının pozulmasına dair 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN etmiş olduğu müraciətlərə baxıldığı, xx.xx.2020-ci il tarixdə əmrlə işdən kənarlaşdırıldığı, xx.xx.2020- ci il tarixdə isə son haqq hesabın əmək haqqı kartına köçürülməklə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə cavablandırılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən xitam verilməsinə dair Cavabdeh MMC-nin 08 iyun 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun həmin işə bərpa edilməsi; 16 yanvar 2020-ci il tarixdən 0 sentyabr 2024-cü il tarixədək məcburi işburaxma dövrü üzrə aylıq 2500 manat əmək haqqı və digər ödənclər üçün ümumi olaraq 140000 manat pulun, həmçinin hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq ona ödənilməsi; mənəvi zərərə görə 160000 manat pul vəsaitinin, mediasiya xərci kimi ödənilmiş pulun əvəzi kimi 60 manat, dövlət rüsumunun əvəzi kimi 590 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ildən etibarən 16 yanvar 2020-ci il tarixədək Cavabdeh MMC-də işləmişdir. Sonuncu vəzifəsi «Xorika energetik» şöbəsində bölgə müdiri olmuşdur. İddiaçı “Xorika energetik” şöbəsində bölgə müdiri işləyən zaman işçisi Mehman Müseyibovun hesabında maliyyə çatışmamazlıqlarının olması səbəbindən həmin MMC-də ondan daha üst vəzifədə işləyən MMC-nin əməkdaşları Fərmayıl Kalova və Emin Səfərova məsələ ilə bağlı iki dəfə xəbərdarlıq etmişdir ki, X3 borcu ilə bağlı müəyyən mübahisə var, bu məsələ araşdırılsın və nəticələnənə kimi də X4 mal verilməsinə blok qoyulsun. Lakin şirkətin rəhbərliyi tərəfindən X4 qoyulmuş blok aradan qaldırılaraq ona mal verilməyə davam edilmişdir. Hətta “Whatsapp” proqramı vasitəsilə şirkətin rəhbəri tərəfindən İddiaçı göndərilmiş səs yazısından da görünürdü ki, şirkətin rəhbəri bildirmişdir ki, özünün səhvi ucbatından X3 borcu çoxalıb və borcun azalması üçün İddiaçı tədbirlərin görülməsini xahiş etmişdir. Halbuki cinayət işi üzrə məhkəmə iclası zamanı dindirilərkən Ceyhun Abbasov əsassız olaraq bunu təkzib etmiş, bununla da qərəzli mövqeyini göstərmişdir. Mehman Müseyibovun MMC-yə olan borcu ilə bağlı daxili iclas aparılarkən şirkətin rəhbəri X18 Tofiqi əsassız olaraq günahlandırmaq istəyəndə Tofiq ona bildirmişdir ki, o, dəfələrlə (xx.xx.2019-cu və xx.xx.2019-ci il tarixli təqdimatlarla) bu barədə Fərmail Kalovu və Emin Səfərovu xəbərdarlıq etmişdir. İddiaçı şirkətin rəhbərinə cavab qaytardığı üçün bunu əsas gətirərək onunla ədavət aparılmış və 16 yanvar 2020-ci il tarixdə qanunsuz olaraq işdən çıxarılmış, bundan sonra MMC-nin inzibati binasına buraxılmamış, qanunsuz olaraq faktiki işdən azad edilmişdir. Lakin bununla bağlı ona hər hansı əmr təqdim edilməmiş, əmək kitabçası təhvil verilməmişdir. Bununla bağlı iddiaçı tərəf dəfələrlə Əmək Müfəttişliyinə şikayətlər etmişdir. İddiaçı qanunsuz olaraq 16 yanvar 2020-ci il tarixdə işdən azad edilmə fakti ittiham aktında da öz əksini tapır. Sonradan MMC-nin əsassız şikayəti nəticəsində iddiaçı cinayət məsuliyyətinə cəlb edilmişdir. Nəticədə barəsində 1 (bir) il 6 (altı ay) 9 (doqquz) gün müddətinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. Sonradan isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Sonradan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-21/2024 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-21/2024 saylı hökmü Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 1(102)- 1734/2024 saylı qərarı ilə hökm İddiaçı aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı X7 ifadəsində bildirmişdir ki, cəmi bir dəfə şirkətdə şirkət rəhbərinin yalan vədləri və təzyiqi ilə İddiaçı pul verməyi barədə izahat vermişdir. Fərmayıl Kalov və Emin Səfərov ifadələrində göstərmişlər ki, İddiaçı bölgə müdiri kimi onlara X3 borc məsələri ilə bağlı xəbərdarlıq etmiş və bununla da öz vəzifəsini yerinə yetirmişdir. Buradan görünən odur ki, Ceyhun Abbasov qərəzli mövqe sərgiləyərək şəxsi ədavətə görə əsassız olaraq iddiaçının işdən azad olunmasına və cinayət məsuliyyətinə cəlb olunmasına şərait yaratmışdır. İddiaçı qanunsuz olaraq 16 yanvar 2020-ci il tarixdən etibarən, həmçinin cinayət məsuliyyətinə cəlb edildiyi və barəsində başqa yerə getməmək haqqında iltizam seçildiyi 1 (bir) il 6 (altı ay) 9 (doqquz) gün müddətində, həmçinin barəsində qanunsuz olaraq həbs qətimkan tədbiri seçildiyi və məhkum edildiyi 2 (iki) il 1 (bir) ay 7 (yeddi) gün müddətində mənəvi sarsıntı keçirməklə yanaşı, qanunsuz olaraq işdən azad edilmişdir. Məhkəmənin diqqətinə bir daha çatdırılır ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünsə də ki, İddiaçı barəsində cinayət işi olduğundan o işdən kənarlaşdırılıb, ittiham aktında qeyd edilir ki, İddiaçı 16 yanvar 2020-ci il tarixdə işdən azad olunmuşdur. Bütün bunlarla bağlı dəfələrlə X6 müraciətlər olunsa da bir tədbir görülməmişdir. İddiaçı sonradan azadlığa çıxdıqdan sonra fərdi şəxsi hesabına daxil olaraq öyrənmişdir ki, onun işdən azad olunması rəsmi olaraq AR ƏM-nin 72-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli əmr ilə sənədləşdirilmişdir. Cinayət işi materiallarından müəyyən olunur ki, İddiaçı hər hansı bir təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmamış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməmişdir. Lakin işəgötürənin qərəzli mövqeyi, ələ alma yolu ilə digər şəxsin onun barəsində yalan izahat yazması İddiaçı əmək hüquqlarını ciddi şəkildə pozmuş, onun işgüzar nüfuzuna xələl gətirmiş, ona mənəvi iztirablar vermişdir. Digər tərəfdən iddiaçıya istinad edilən pozuntular həqiqətən mövcud olsaydı, məhkəmə iclasında Cavabdeh MMC-nin işçiləri İddiaçı lehinə ifadə verməzdilər. Bu isə onu göstərir ki, İddiaçı yaxşı işçi olub və onun işdən azad olunmasına qanuniəsaslar mövcud olmayıb. Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı işlədiyi dövr ərzində faktiki olaraq aylıq 2500 manat əmək haqqı almışdır və buna dair bank sənədləri məhkəməyə təqdim edilir. İddiaçı dəfələrlə yüksək maaşlı işlərə qəbul edilməsi üçün müraciətlər etsə də onun Cavabdeh MMC-dən qanunsuz işdən azad olması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmışdır. Baş vermiş hadisələr nəticəsində cəmiyyətin, ailə quracağı xanımın və onun yaxınlarının İddiaçı mənfi reaksiyası formalaşmış, artıq toy günü bəlli olsa da toyu baş tutmamışdır.
17. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi aşağıda göstərilənlərə görə qismən əsassızdır və iddiaçının işə bərpa olunması hissəsindən başqa digər hissələrdə rədd edilməlidir. 1. İddia ərizəsində qeyd edilib: Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünsə də ki, İddiaçı barəsində cinayət işi olduğundan o işdən kənarlaşdırılıb, ittiham aktında qeyd edilir ki, İddiaçı 16 yanvar 2020-ci il tarixdə işdən azad olunmuşdur”. Bununla bağlı bildirilir ki, ittiham aktında İddiaçı işdən kənaşdırılması deyil, işdən azad edilməsi barədə məlumatın qeyd olunması Cavabdeh MMC-nin iradəsindən kənar baş verib. 2. İddiaçı daha sonra öz iddia ərizəsində qeyd edib: “Cinayət işi materiallarından müəyyən olunur ki, İddiaçı hər hansı bir təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulmamış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməmişdir. Lakin işəgötürənin qərəzli mövqeyi, ələ alma yolu ilə digər şəxsin onun barəsində yalan izahat yazması İddiaçı əmək hüquqlarınıciddişəkildə pozmuş, onun işgüzar nüfuzuna xələl gətirmiş, ona mənəvi iztirablar vermişdir”. İddia ərizəsində göstərilən bu fikirlər tamamilə əsassız və absurd fikirlərdir və iş materialları ilə öz təsdiqini tapmır. Ümumiyyətlə, Cavabdeh MMC-nin şikayəti əsasında bir cinayət işi üzrə ittiham edilən iki təqsirləndirilən şəxsdən birinin digəri haqqında yalan izahat yazması üçün onu ələ almasına inanmaq məntiqsizlikdir və həqiqətə uyğun ola bilməz. Çünki, İddiaçı barəsində ibtidai istintaq və birinci instansiya məhkəməsində aparılan istintaq dövründə həbs qətimkan tədbiri seçilmədiyi halda, digər təqsirləndirilən şəxs Mehman Müseyibov hələ ibtidai istintaq dövründən bu günədək həbsdədir. 3. İddia ərizəsində qeyd edilib ki, guya İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə aylıq 2500 manat əmək haqqı almışdır. Halbuki, iddiaçının əməkhaqqı xx.xx.2018ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 200 manat, həmin tarixdən sonra isə 600 manat təşkil etmişdir və bu, onunla bağlanmış əmək müqaviləsində də öz əksini tapır. Cavabdeh MMC-nin İddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən artıq əmək haqqı ödəməsi isə qanunvericiliklə mümkün olmamışdır. İddiaçı məhkəməyə özünə məxsus bank kartı hesabından çıxarışlar təqdim etmişdir ki, həmin çıxarışlarda göstərilən məbləğlərin yalnız əmək müqaviləsində nəzərdə tutulmuş hissəsi Cavabdeh MMC tərəfindən ona ödənilmişdir. Digər ödənişlər isə Cavabdeh MMC tərəfindən icra edilməmişdir. Bu, elə iddiaçının özünün məhkəməyə təqdim etdiyi bank hesabı çıxarışlarından da aydın görsənir. 4. İddiaçı ona mənəvi zərərin vurulduğunu və bu zərərvurmanın Cavabdeh MMC-nin təqsirindən baş verdiyini qeyd etmişdir. Halbuki, Cavabdeh MMC bir işəgötürən kimi, ona külli miqdarda maddi zərər vuran Mehman Müseyibov barəsində hüquq mühafizə orqanlarına müraciət edərkən, X12 Rzayevin rəhbərliyi altında çalışdığını nəzərə alaraq, Mehman Müseyibovun mənimsəmə cinayətini törətməsi üçün İddiaçı şəxsi maraqları naminə şərait yaratdığını və onunla əlbir olduğunu düşünmüşdür. Həm ibtidai istintaq, həm də ilkin məhkəmə istintaqı ilə İddiaçı təqsiri sübuta yetirilmiş və ona müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. İddiaçı kassasiya şikayəti əsasında işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ona bəraət vermiş və o, azadlığa buraxılmışdır. İbtidai istintaq dövründə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı təqsiri öz təsdiqini tapmışdır və o, təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb edilmişdir. Cavabdeh MMC də mövcud qanunvericiliyin verdiyi hüququndan istifadə edərək, ona külli miqdarda zərər vurmaqda ittiham edilən şəxsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Göründüyü kimi, Cavabdeh MMC İddiaçı işdən azad edilməsi barədə Əmri verərkən heç bir qanunsuz hərəkətə və ya ona qarşı qərəzə yol verməmişdir. İndiki halda iddiaçı dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində ona ziyan vurulduğunu hesab edirsə, bu barədə müvafiq orqana qarşı iddia qaldıra bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məvəlləsinin 291-ci maddəsinə əsasən, “1. Əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır. 2. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işçinin işdən çıxarılması və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi qaydası müvafiq qanunla müəyyən edilir”. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, “Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir”. Həmin Qanunun 5-ci maddəsinə əsasən, “Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz”. Həmin Qanunun 8-ci maddəsinə əsasən, “Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən (vəzifədən) çıxarılma haqqında əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Şəxsin tələbi ilə onun işdən (vəzifədən) çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir”. Göründüyü kimi, iddiaçının işdən azad edilməsi barədə olan xx.xx.2020-ci il tarixli əmr qanunvericiliyin tələbinə görə etibarsız hesab edilməlidir ki, iddianın həmin hissəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı ilə aralarında olan mübahisənin mediasiya vasitəsilə həll edilməsi zamanı da, bu gün də əmrin etibarsızlığını, iddiaçıya aid əmək kitabçasında müvafiq qeyd etməyi və ya onun istəyinə uyğun olaraq xx.xx.2020-ci il tarixli əmr barədə qeyd olmayan əmək kitabçasının dublikatını verməyi qəbul edirər. Bütün bunlar, iddianın “işə bərpa” hissəsindən başqa digər hissələrdə tamamilə əsassız olduğunu bir daha təsdiq edir. Yuxarıda qeyd edilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı “işəbərpa, əməkhaqqı və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasının “işə bərpa barədə” hissəsindən başqa digər hissələrdə əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Sonradan cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd edib ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işəbərpa, əməkhaqqı və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə olan xx.xx.2020-ci il tarixli Əmrin ləğv edilərək işə bərpa olunması, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək məcburi işburaxmaya görə əməkhaqqının və digər ödənclər üçün, ümumi olaraq 140.000 manat pulun, həmçinin hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi, mənəvi zərərə görə 160.000 manat pul vəsaitinin, mediasiya xərclərinə görə 60 manat, ödənilmiş dövlət rüsumuna görə 590 manat pulun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə verdiyimiz Etirazda iddia tələbinin “əmrin ləğv edilməsi və işə bərpa” hissəsinin təmin olunmasına etiraz etmədiyimizi bildirmişik. Bu mövqedən çıxış etməyimizin səbəbi “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri olmuşdur. Lakin iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın “əmrin ləğvi və işəbərpa” hissəsini belə əsaslandırmağa çalışdı ki, guya İddiaçı işdən azad olunması ilə bağlı əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulduğuna görə belə bir tələblə məhkəməyə müraciət ediblər. İddia ərizəsində fərqli mövqedən çıxış edən iddiaçı tərəfin məhkəmə iclasında bildirdiklərindən sonra, hazırki ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş, etirazda da qeyd etdiyimiz kimi, İddiaçı işdən azad edilməsi ilə bağlı olan əmr qanunvericiliyin tələblərinə tamamilə uyğundur və əmək qanunvericiliyinin tələbləri tərəflərindən pozulmamışdır. Bundan başqa, məhkəmənin diqqətinə çatdırırlar ki, İddiaçı hələ xx.xx.2020-ci ildə, yəni Cavabdeh MMCdən işdən azad edilməmişdən öncə başqa yerdə əmək müqaviləsi bağlamaqla, xx.xx.2021-ci il tarixinədək işləmişdir. İddiaçı barəsində həm ibtidai istintaq, həm də məhkəmə istintaqı getdiyi müddətdə o, azadlıqda olmuş, əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı Baki Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli Hökmü ilə məhkəmə iclas zalından həbsə alınmışdır. Yəni o, Cavabdeh MMC-nin onun işdən azad edilməsi ilə bağlı olan xx.xx.2020-ci il tarixli Əmrindən məlumatlı olmuş, həmin əmrin məhkəmə qaydasında mübahisələndirilməsinə heç bir hal maneə yaratmamışdır. Əgər, İddiaçı onun işdən azad olunması barədə olan əmrin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyini hesab edirdisə, o, AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə etməklə, əmri mübahisələndirə bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işəbərpa, əməkhaqqı və vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş edir.
19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbi rədd edilmişdir.
20. Məhkəmə gəldiyi nəticənin əsası kimi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 70-ci maddəsinin ç) bəndinə, 74.1-ci maddənin çbəndinə, 172.5, 288-ci maddəsinin h) bəndinə, 296-cı maddəsinin 2-ci hissəsinə, 296.3, 296.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1, 82.4, 119.1-ci maddələrinə, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının qanununun 1-ci maddəsinə, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin şərh edilməsinə dair qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair qərarına, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı faktiki olaraq 16 yanvar 2020-ci il tarixdə Cavabdeh MMC-nin inzibati binasından kənarlaşdırılaraq, sonradan inzibati binaya buraxılmamışdır. Lakin bu heç bir halda işə bərpa ilə bağlı iddia tələbində müddətinin axımının başlanmasına əsas ola bilməz. Belə ki, İddiaçı 16 yanvar 2020-ci il tarixdə qanunsuz olaraq işdən azad etməmiş və bu barədə əmr tərtib etməmişlər. Hətta İddiaçı şifahi olaraq sualına “əgər işdən çıxarmısınızsa əmək kitabçamı verin”, Cavabdeh MMC-də hələ araşdırma aparılır deyə cavab verilmişdir. Bundan əlavə iddiaçının nümayəndəsi təxminən 2020-ci ilin fevral ayının ortalarında MMC-nin hüquqşunası ilə telefon vasitəsi ilə əlaqə yaratmışdır (zənglərin giriş çıxışı yoxlanıla bilər) və ona bildirilmişdir ki, onlar sadəcə onu müvəqqəti olaraq işdən kənarlaşdırmışdır. Buna dair əmr və digər sənədləri tələb edəndə sorğu verməyini xahiş etdi. Sorğu verildikdə də, ona sadəcə kənarlaşma barədə əsassız bir məlumat verildi, amma hər hansı bir əmr və ya digər sənəd təqdim edilmədi, kənarlaşmanın hansı tarixdən başlandığı qeyd edilmədi. Hətta həmin tarixli məktubla da cavabdeh iddiaçının işdən azad edilməməsini rəsmi olaraq təsdiq etdi. Belə olan halda qanunsuz olaraq işdən azad edilməmiş iddiaçı əmək hüquqlarının pozulmasını necə aşkar edə bilərdi? Ümumiyyətlə qanunun mənasına görə işdən azad edilmiş şəxsə sonuncu iş günü işdən azad olunmasına dair əmr, əmək kitabçası və son haqq-hesab verilməlidir. Bunların heç biri edilmədikdə iddiaçı necə qanunsuz olaraq işdən azad olunmasını aşkar etməli idi? Bu ki absurddur. Qanunun belə tələblərinə əsaslanaraq iddiaçı işdən azad olunmadığına əmin olmuş və maneəsiz iş yerinə buraxılması üçün işəgötürənə təzyiqin hüquqi vasitəsi kimi, Əmək Müfəttişliyinə müraciəti seçmişdir. Məktub vasitəsi ilə müraciətlər etmişdir. Lakin məktub vasitəsi ilə edilən həmin müraciətlərin mətni məhkəmənin sorğusuna baxmayaraq Əmək Müfəttişliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmin müraciətlərin mətnindən müəyyən edilərdi ki, müraciət qanunsuz olaraq işdən azad olunmadan yox, iş yerinə (Cavabdeh MMC-nin inzibati binasına”) buraxılmama ilə bağlı olmuşdur. İddia müddətinin son haqq hesab tarixindən hesablana biləcəyi məsələsinə gəldikdə isə, qeyd edir ki, iddiaçı istifadəsində olan bank kartına xx.xx.2020-ci il tarixdə köçürülən 559 manat pulun Cavabdeh MMC tərəfindən ödənilən “son haqq hesab” olmasını heç bir halda bilə bilməzdi. Belə ki, iddiaçı həmin vaxt gəlir əldə etmək üçün işləyirdi və ödənilən pulun həmin iş üçün köçürüldüyünü düşünmüşdür. Karta pul köçürüləndə qəbz təqdim edilməyənə qədər ödənişin səbəbini müəyyən etmək mümkün deyil. İddiaçı gərək öngörücü ola ki, Cavabdeh MMC-dən işdən azadolunmaya dair əmri və əmək kitabçasını əldə etmədən, hətta barəsində olan cinayət işi üzrə yekun məhkəmə qərarı olmadan kart hesabına köçürülən pulun son haqq hesab olduğunu müəyyən etsin. Hətta iddiaçı barəsində olan cinayət işi üzrə məhkəmə baxışı zamanı Cavabdeh MMC-nin nümayəndəsinə İddiaçı işdən azad olunma tarixi barədə sual verildikdə, o cavab olaraq “bilmirəm” demişdir. Halbuki, bu məlumata sahib olmalı şəxslərdən birincisi o olmalıdır. Bu da bir daha sübut edir ki, iddiaçıdan işdən azad olunma faktını həmişə gizlədiblər. O bu faktı yalnız barəsində bəraət hökmü Ali Məhkəmənin qərarı ilə qüvvədə qaldıqdan sonra öyrənmişdir. Və sonda məhkəmə 2020-ci ilin mart ayının sonundan ölkədə sərt karantin rejiminin olmasını nəzərə almamışdır. Həmin müddət ərzində ölkə daxilində əhalinin sərbəst hərəkəti sərt şəkildə məhdudlaşdırılmış, onlara tibbi və digər vacib ehtiyaclar olmadan evləri tərk etmək qadağan edilmişdir. Belə olan təqdirdə iddiaçı tərəfindən müəyyən hərəkətlərin edilməsində də maneələr yaranmışdır. Mənəvi tələblə bağlı məhkəmənin əmək qanunvericiliyinin müddəalarını tətbiq etməsini qəbul etməsə də, yenə də məhkəmənin bu tələbə iddia müddətini tətbiq etməsi yanlışdır. Belə ki, belə hallarda əmək qanunvericiliyinin tələbinə görə iddia müddəti 1 il olmalıdır. Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Maddənin məzmunundan da anlaşıldığı kimi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda işəgötürən tərəfindən işçinin işdən kənar edilməsi müvəqqəti xarakter daşıyır və işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını (vəzifələrini) yerinə yetirmək imkanından müvafiq iş vaxtı ərzində məhrum edilməsini ehtiva edir. Qanunverici işəgötürənə bu səlahiyyəti aşağıdakı məqsədlərə nail olmaq üçün vermişdir: mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq; - baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq; - əmək intizamını təmin etmək. Göründüyü kimi, işçinin işdən kənar edilməsi intizam tənbeh tədbiri və ya cəza xarakteri daşımır. Məqsədi işçinin əmək funksiyalarının yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək əlverişsiz halların, mümkün ziyanın qarşısını almaqdır. Qanunverici Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə işçinin işdən kənar edilməsi üçün aşağıdakı şərtləri də müəyyən etmişdir: - işçi inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməlləri iş vaxtı ərzində törətməli; - işçi inzibati xətaları və ya cinayət tərkibi olan ictimai təhlükəli əməlləri bilavasitə iş yerində törətməli; - işçinin inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri törətməsi müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilməlidir. Müraciətdən göründüyü kimi, qeyd olunan normanın tətbiqi zamanı mübahisə doğuran məqamlar işçinin işdən kənarlaşdırılması üçün inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri törətməsinin hansı orqanın qərarı ilə təsdiq edilməli olması, habelə bu orqan ibtidai araşdırma orqanı olduğu təqdirdə həmin orqanın məhz hansı qərarının olması ilə bağlıdır. İlk növbədə normativ aktdan da görürür ki, işçi maddədə qeyd edilən hallardan biri mövcud olduqda müvafiq iş vaxtı ərzində işdən kənar edilə bilər. Həmçinin KM-nin qərarının əsaslandırması hissəsinə əsasən də iddiaçı barəsində hüquq mühafizə orqanının işdən kənarlaşdırmağa əsas verən qərarı qəbul etməmişdir. Məhkəmə müddət axımını işçinin özhüquqlarının pozulmasını aşkar etdiyi gündən, yəni cavabdeh qurumun iddiaçının hüquqlarını hər hansı sənədləşdirmə aparmadan bilə-bilə qəsdən pozduğu xx.xx.2020-ci il tarixdən hesablandığı qənaetinə gəlmişdir. İşçinin işdən kənarlaşdırılması xx.xx.2020-ci il tarixində baş vermişdir. Halbuki iddiaçı barədə ancaq xx.xx.2020-ci il tarixində təqsirləndirilən şəxs qismində tanıma barədə qərar qəbul edilmişdir. Və xx.xx.2020-ci il tarixində barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda hüquq mühafizə orqanlarının müvafiq qərarı olmadan işəgötürən hansı əsasla işçini işdən kənarlaşdırır və həmin kənarlaşdırmanın əsasını nə təşkil edir? Çünki bu günə kimi həmin əmr də iddiaçıya təqdim edilməyib. Cavabdeh MMC iddiaçının vəkili Nümayəndə1 xx.xx.2020- ci il tarixli məktubuna cavab olaraq 1 aydan sonra xx.xx.2020-ci il tarixdə bildirmişdir ki, İddiaçı barəsində cinayət təqibi aparıldığı üçün Əmək Məcəlləsinin tələbinə uyğun olaraq işdən kənarlaşdırılmışdır. Göründüyü kimi iddiaçı heç bir Əmr ilə tanış ediləmişdir. Belə olan təqdirdə məhkəmənin müddət axımının işçinin işdən kənarlaşdırması tarixindən hesablanmasına dair hansı normativ akta əsaslandırdığı bizə məlum deyil. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda;” Yuxarıda qeyd edildiyi kimi şəxs barəsində şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar olmadan iddiaçı işdən kənarlaşdırılmışdır. Bu isə işdən azad olmaq demək deyil. Məhkəmə iclası zamanı cavabdeh tərəfindən təqdim edilmiş işdən azad olunma əmrinin iddiaçıya göndərilməsinə dair qəbzdə və onun ünvana çatdırılmamsına dair guya daşıyıcı(poçt) şirkət tərəfindən tərtib edilən aktda olan tarixlər fərqlidir. Belə ki, qəbzdə olan tarix tərtib edilmiş aktdan 1 gün sonradır. Yəqin birinci aktı tərtib edib sonra qəbzi tərtib ediblər. Bundan əlavə məhkəmə 2020-ci ilin mart ayından ölkə daxilində sərt karantin rejiminin olmasını nəzərə almamış və iddiaçının məcburi qaydada müəyyən hərəkətləri edə bilməkdən məhrum olmasını nəzərə almamışdır. Bu ziddiyyət isə ona dəlalət edir ki, əmr və əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Lakin məhkəmə buna hüquqi qiymət verməmişdir. Bundan əlavə məhkəmə sübutlara və izahatlara hüquqi qiymət verməmiş və ya qərəzli olaraq həmin dəlillərin guya inandırıcı olmadığını qeyd etmişdir. Lakin bunun səbəbini izah etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, apellyator öz şikayətində AR Əmək Məcəlləsinin 83.1, 83.3, 296.2, 296.4-cü maddələrinə istinad edərək göstərmişdir ki, guya İddiaçı xx.xx.2020-ci il tarixində faktiki olaraq işə buraxılmaması onun əmək hüquqlarının pozulduğunu bildiyi vaxt kimi hesablana bilməz, çünki həmin vaxt o işdən azad edildiyini yox, işə buraxılmadığını bilmişdir. Bununla bağlı bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsində də göstərildiyi kimi, iddiaçı öz əmək hüquqlarının pozulduğunu, yəni işdən azad edildiyini məhz həmin gün bildiyini həm iddia ərizəsində, həm məhkəmə iclasında verdiyi ifadəsində, həm də apellyasiya şikayətində etiraf edir və bildirir ki, həqiqətən də xx.xx.2020-ci il tarixində ona işdən çıxarıldığı bilirilib və bundan sonrakı müddətlərdə işə buraxılmayıb. Apellyasiya şikayətində göstərilir ki, guya iddiaçı işə buraxılmamağa başladıqdan sonra təzyiqin hüquqi vasitəsi kimi X11 Xidmətinə müraciət etmişdir. Halbuki, X11 Xidmətindən məhkəməyə daxil olmuş materiallardan aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müraciətləri üzrə lazımi araşdırmalar aparılmış, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verildi və son haqq-hesabının bank hesabına köçürüldüyü müəyyənləşdirilmiş və İddiaçı bu barədə xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla cavab verilmişdir. Yəni, İddiaçı X11 Xidmətinin xx.xx.2020-ci il tarixli məktubu ilə də, işdən azad olunduğu barədə məlumat əldə etmiş, lakin 3 il 11 ay keçməsinə baxmayaraq, məhkəməyə müraciət etmir. Bundan başqa, "xxxx" MMC İddiaçı işdən azad edildiyi barədə rəsmi məktubla elə işdən azad edildiyi gün onun pasport qeydiyyatında olan ünvanına məktub ünvanlamışdır və məktub iş materiallarına əlavə edilib. İddiaçı həmin məktubla məlumatlandırsa da, məhkəməyə müraciət etmək üçün mediasiya prosesinə yalnız 4 il 2 ay sonra başlayır. Apellyasiya şikayətinin növbəti arqumenti isə belədir ki, guya iddiaçının əməkhaqqı bank hesabına xx.xx.2020-ci il tarixində son-haqq hesab köçürülərkən o başqa yerdə əmək fəaliyyəti ilə məşğul olurdu və köçürülən pulun həmin müssisə tərəfindən əməkhaqqı əvəzi köçürüldüyünü zənn edib. Bildirir ki, İddiaçı son-haqq hesab o işdən azad olunduğu gün və onun "xxxx" MMC tərəfindən təmin edilmiş əməkhaqqı bank hesabına köçürülmüşdür. Həmin bank hesabı əsasında İddiaçı plastik bank kartı verilmişdir və kartın üzərində "Avrora” MMC-nin adı qeyd edilmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan da göründüyü kimi, əməkhaqqı hesabına 2020-ci ilin fevral ayından iyun ayınadək cəmi 1 dəfə pul köçürülüb ki, o da məhz son haqq-hesabdır. Kart üzrə növbəti əməliyyat isə 2021-ci ilin mart ayında həyata keçirilib və təyinatı "DEPOZİT" olub. İddiaçı başqa müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə "xxxx" MMC tərəfindən ona təmin edilmiş bank hesabı vasitəsilə əməkhaqqı və ya digər ödənişlər əldə etməmişdir. Bu isə, xx.xx.2020-ci il tarixində onun istifadəsində olan Paşa Bank kartına köçürülən 559,01 manat pul vəsaitinin son haqqhesab oluduğundan məlumatlı olduğunu bir daha təsdiq edir. İddiaçı barəsində gedən cinayət işi üzrə məhkəmə Hökm və Qərarlarında İddiaçı səciyyələndirən hallar bölməsində, yəni Hökm və Qərarların ilk səhifəsində açıq aşkar aşağıdakılar yazılıb: "Avrora» MMC-nin «Xorika Energetik» şöbəsinin bölgə müdiri vəzifəsində işləmiş, hazırda "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyən" Bu isə, o deməkdir ki, İddiaçı hələ cinayət işi üzrə araşdırmanın getdiyi müddətdə də, "xxxx" MMC-də işdən azad olunduğundan məlumatlı olub. İddiaçı həbsdə olması isə onun əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsinə mane olmurdu. İş materiallarından da aydın olur ki, İddiaçı 06 03.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək və xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək başqa bir müəssisədə işçi kimi qeydə alınıb. Yəni, İddiaçı həmin müəssisələrə işə düzələrkən, artıq "xxxx" MMC-də işdən azad edildiyinə əmin idi və geri qayıdıb işləmək şansının ona verilməyəcəyini bilirdi. İddiaçı xx.xx.2021-ci ildə başqa bir şirkətdə işə qəbul olunarkən rəsmi olaraq heç yerdə işləmirdi və həmin şirkətə "əsas iş yeri" kimi qeydiyyata alındığını bilirdi. Birinci instansiya məhkəməsində araşdırma aparılarkən, İddiaçı bildirdi ki, guya həmin yerdə işə qəbul edilərkən, "əlavə iş yeri" kimi qeydiyyata alınıb. X20 həmin ifadəsində də qeyri-səmimilik nümayiş etdirmişdir. Çünki, “əsas iş yeri" olmayan şəxsin "əlavə iş yeri" kimi qeydə alınması nə qanunvericiliklə, nə də əmək müqavilələrinin rəsmiləşdirildiyi elektron hökümət portalında texniki olaraq mümkün deyildir. İddiaçı isə əmək müqaviləsini həm kağız daşıyıcıda imzalamaqla, həm də şəxsi elektron kabinetini izləməklə əmək müqaviləsinin "daimi iş yeri" kimi rəsmiləşdirildirini görmüşdür. Bütün bunlar, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin formal xarakter daşıdığını və iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün heç bir əsasın olmadığını təsdiq edir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)-6170/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
24. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, cədvəldə göstərilən əlavə edilmə tarixi kimi xx.xx.2022-ci il göstərilib. Lakin həmin vaxtı həbsdə olub. Hesab edirlər ki, göstərilən tarix əmək müqaviləsinin elektron sistemə yerləşdirildiyi tarixdir. Lakin xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılıb. 2022-ci il 01 yanvardan ölkə üzrə minimum əməkhaqqı məbləğinin dəyişdiyinə görə müqaviləyə əlavə formatında dəyişiklik olunub. Bu həmin tarixi əks etdirir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
26. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
27. Maddə 10. “b” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir.
28. Maddə 11. “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
29. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
30. Maddə 70, “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
31. Maddə 71.2. bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
32. Maddə 74.1-ci maddənin ç bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir.
33. Maddə 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
34. Maddə 83.1. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
35. Maddə 83.2. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
36. Maddə 186.2. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək;
37. Maddə 288. h) bəndinə əsasən işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisəsidir.
38. Maddə 296.2 bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
39. Maddə 296.3 hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
40. Maddə 296.4 pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
41. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair qərarına əsasən qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; ·müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması; Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər. Həmçinin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X11 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X11 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
53. İşin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh şirkətdə işləmiş, sonuncu tutduğu vəzifə satış bölmə rəhbəri olmaqla, aylıq əmək haqqı 600 manat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişdən onunla xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Lakin işin faktiki hallarından, mübahisə ilə əlaqədar tədqiq edilmiş və faktiki halları təsdiq edən cinayət işinin ittiham aktı, hökmlər, o cümlədən də tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı faktiki olaraq xx.xx.2020-ci il tarixdən cavabdeh şirkət tərəfindən işdən kənarlaşdırılmışdır. Sonradan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 8 iyun 2020-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə İddiaçı AR CM-nin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş 8 iyun 2020-ci il tarixli «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə sözügedən hökm İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
54. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, iddiaçı xx.xx.2020-ci il tarixli iclasdan sonra qeyri-rəsmi işdən kənarlaşdırılmış, sonrakı günlərdə isə işə çıxmaq istəsə də onu şirkətə buraxmamışlar. Kollegiya hesab edir ki, iddiaçının işəgötürənlə münasibətlərinin pisləşdiyi, işə gedən zaman qarşı tərəfin onu işə buraxmaması, onlar arasında sözlü qarşıdurmanın yaranması, bununla əlaqədar əmək müfəttişliyinin müvafiq qurumuna (ilk müraciət xx.xx.2020-ci il tarixində olmuşdur) müraciət etməsi barədə izahatlarında bildirdikləri və iddiaçı ilə Əmək Müfəttişliyinin arasında aparılan yazışma və müraciətləri nəzərə alınaraq hazırki iş üzrə əmək qanunvericiliyinin əmək mübahisəsi ilə əlaqədar müəyyən etmiş olduğu “iddia müddəti”nin başlanğıcı məhz qanunun normasında göstərilən kimi – işçinin öz hüquqlarının pozulmasını aşkar etdiyi gündən, baxılan mübahisə üzrə isə məhkəmə cavabdeh qurumun iddiaçının hüquqlarını hər hansı sənədləşdirmə aparmadan bilə-bilə qəsdən pozduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, iddiaçı hüququnun pozulduğunu onu qarşı tərəfin işə buraxmadığı – 2020-ci ilin yanvar ayında bilmiş, hətta işdən qanunsuz çıxarılması ilə əlaqədar əmək müfəttişliyinə müraciətlər etmiş, belə olan halda isə əmək qanunvericiliyin tələbinə uyğun olaraq artıq işəgötürən tərəfindən özünün bildirdiyi kimi ona əmrinin, əmək kitabçasının verilməsini gözləməli olmadığı halda fərdi əmək mübahisəsini həll etməyən əmək müfəttişliyinə etmiş olduğu müraciətlər əvəzinə, məhkəməyə müraciət etməli olduğu halda, təyinatı əmək qanunvericiliyi sisteminə daxil normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olan və fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmayan əmək müfəttişliyinin müvafiq qurumuna təkrar müraciətlər edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair qərarına əsasən qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; ·müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması; Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər. Həmçinin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X11 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X11 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Bundan başqa, X11 Xidmətindən məhkəməyə daxil olmuş materiallardan aydın olur ki, İddiaçı xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müraciətləri üzrə lazımi araşdırmalar aparılmış, onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verilmiş və son haqqhesabının bank hesabına köçürüldüyü müəyyənləşdirilmiş və İddiaçı bu barədə xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubla cavab verilmişdir. Yəni, İddiaçı X11 Xidmətinin xx.xx.2020-ci il tarixli məktubu ilə də, işdən azad olunduğu barədə məlumat əldə etmiş, lakin 3 il 11 ay keçməsinə baxmayaraq, məhkəməyə müraciət etməmişdir.
55. Kollegiya apellyasiya şikayətinin “iddiaçının xx.xx.2020-ci il tarixində hesabına köçürülmə yolu ilə aldığı son haqq hesab məbləği” barədə dəlilinə münasibətdə bildirir ki, iddiaçının həmin məbləğin təyinatını tam olaraq başa düşməməsi ilə əlaqədar bildirdikləri həqiqətə uyğun hesab edilmir, hətta o tarixdən hesablandıqda belə yenə iddia müddəti ötürülmüş olur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı son-haqq hesab o işdən azad olunduğu gün onun "xxxx" MMC tərəfindən təmin edilmiş əməkhaqqı bank hesabına köçürülmüşdür. Həmin bank hesabı əsasında İddiaçı plastik bank kartı verilmişdir və kartın üzərində "Avrora” MMC-nin adı qeyd edilmişdir. İş materiallarında olan, "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan da göründüyü kimi, əməkhaqqı hesabına 2020-ci ilin fevral ayından iyun ayınadək 1 dəfə pul köçürülüb ki, o da məhz son haqq-hesabdır. Kart üzrə növbəti əməliyyat isə 2021-ci ilin mart ayında həyata keçirilib və təyinatı "Depozit" olub. İddiaçı başqa müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə "xxxx" MMC tərəfindən ona təmin edilmiş bank hesabı vasitəsilə əməkhaqqı və ya digər ödənişlər əldə etməmişdir. Bu isə, xx.xx.2020-ci il tarixində onun istifadəsində olan Paşa Bank kartına köçürülən 559,01 manat pul vəsaitinin son haqq-hesab oluduğundan məlumatlı olduğunu təsdiq edir.
56. İş üzrə keçirilmiş 02.04.025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 qeyd etmişdir ki, İddiaçılə xx.xx.2021-ci il tarixində Aymar Company MMC-də əmək müqaviləsi bağlanarkən ona əlavə iş yeri kimi işə qəbul edildiyi bildirilmiş, həmin müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 və Məşğulluq altsisteminə xx.xx.2022-ci il tarixində əlavə edilmiş və həmin vaxt İddiaçı həbsdə olduğuna görə əmək müqaviləsindən məlumatsız olmuşdur. Halbuki, Əmək Məcəlləsinin xx.xx.2021-ci il tarixində qüvvədə olmuş 43-cü maddəsinin 2-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsində işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd mütləq göstərilməlidir. Əmək Məcəlləsinə 1 saylı Əlavədə olan Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasının 1.2-ci bəndində işçinin əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd keçilməsi üçün xüsusi bölmə nəzərdə tutulmuşdur. "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlandığı vaxt İddiaçı əsas iş yeri kimi aktiv əmək müqaviləsi yox idi və onun əmək müqaviləsində əlavə iş yeri qeydinin keçilməsi mümkün deyildi. Müqavilənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 və Məşğlluq altsisteminə xx.xx.2022-ci il tarixində əlavə edilməsi ilə bağlı İddiaçı nümayəndəsinin bildirdiklərini də məhkəmə kollegiyası inandırıcı hesab etmir. Belə ki, iş materiallarına əlavə edilmiş X11 Xidməti tərəfindən Femida Vəkil Bürosuna ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-19500/2025 nömrəli məktuba qoşmada olan arayışdan da göründüyü kimi əmək müqaviləsi xx.xx.2021-ci ildə bağlanmış xx.xx.2022-ci il tarixindən Respublika üzrə minimum əməkhaqqı məbləğinin 250 manatdan artırılaraq 300 manat kimi müəyyən edilməsi səbəbindən xx.xx.2022-ci il tarixində müqaviləyə əlavə edilmişdir. Yəni İddiaçı xx.xx.2021-ci il tarixində əmək müqaviləsini kağız daşıyıcıda imzalayarkən "xxxx" MMC-də əsas iş yeri kimi işə qəbul olunduğunu, bununla da həmin vaxt artıq Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini bilmişdir. Əks təqdirdə "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsində əsas iş yeri deyil, əlavə iş yeri qeyd olunardı. Yuxarıda qeyd olunanlar İddiaçı həbsdən azadlığa buraxılanadək Avrora MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyini bilmədiyi ilə bağlı bildirdiklərinin həqiqətə uyğun olmadığını təsdiq edir.
57. Kollegiya hazırki tələblə bağlı irəli sürülən işəgötürənin işçiyə vurmuş olduğu mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə hesab edir ki, əmək qanunvericiliyinin müddəalarına əsasən mülki qanunvericiliyin 384-cü maddəsində nəzərdə tutulduğu kimi, şəxsin qeyri-əmlak hüquqlarının müdafiəsindən daha çox hazırki məqamda xüsusi norma ilə tənzimləndiyindən (288-ci maddəsinin h) bəndinə əsasən işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mübahisəsidir.) və fərdi əmək mübahisəsi sayıldığından ona da əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddətinin şamil edilməsi qanunamüvafiqdir. Belə ki, kollegiya qanunla hər hansı tələbə münasibətdə iddia müddətinin müəyyən edilməsindən dolayı həmin hüquqların pozulması nəticəsində vurulmuş mənəvi zərərlə əlaqədar məhkəməyə müraciət hüququnun da həmin iddia müddəti ilə məhdudlaşmasını ağlabatan hesab edir.
58. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
60. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
61. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
62. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
63. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəmə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz.
64. Beləliklə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6170/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.