Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-162/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-41/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, X6, X8, Məmmədov Təbriz Arif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində istifadədə olan 0,02169 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 84,1 m2 yaşayış, 56,1 m2 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış sahəsindən ona məxsus 8/14 və 1/14 paylarının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-41/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində istifadədə olan 0,02169 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 5 otaqlı, 84,1 m2 yaşayış, 56,1 m2 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxus 1/14 hissə və 8/14 hissənin naturada bölgüsü mümkündür. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində istifadədə olan 0,02169 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 84.1 m2 yaşayış, 56,1 m2 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/14 hissə, İddiaçı 8/14 hissə, Cavabdeh1 1/4 hissədən – 1 hissə, X7 1/14 hissə, Cavabdeh2 və Cavabdeh4 1/14 hissə, X2 1/14 hissə, X3 1/14 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 74 nömrəli reyestr kitabının 6612 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işdə olan 25753 nömrəli, 10 aprel 2017-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən 8 nömrəli evin faktiki vəziyyətini, tikililərin planlı yerləşməsini, tərəflərin 1/14 paylarına düşən yaşayış sahəsinin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.4-cü bəndində göstərilən yaşayış sahəsindən az təşkil etdiyini nəzərə alaraq, tədqiq olunan evin tərəflərin payına uyğun olaraq 6 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən 8 nömrəli evin tikililərin planlı yerləşməsini, faktiki olaraq yaşayış və yardımçı otaqlarının sayını, iddiaçının istifadəsində olan tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu nəzərə alaraq, tədqiq olunan evdən İddiaçı məxsus 8/14 və 1/14 payların naturada ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89un 1.1, 2.2, 2.4, 2.7, bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Təklif olunan bölgü variantı rəyə əlavə edilmiş plan sxemdə və rəuin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Aparılmış ekspertiza xərci 100 manat təşkil edir. Mülki işdə olan 1991 nömrəli, 31 may 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində yerləşən 8 nömrəli evinin bütün mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Tədqiq olunan yaşayış evinin planlı yerləşməsinin, o cümlədən “A” tikilisinin digər tikililərdən təcrid vəziyyətdə yerləşdiyini və faktiki olaraq iddiaçının istifadəsində olduğunu, həyətyanı sahənin faktiki olaraq iki hissəyə bölündüyünü və hər iki hissəyə küçə tərəfdən ayrı-ayrılıqda giriş-çıxış qapıları olduğunu nəzərə alaraq, həmin yaşayış evindən İddiaçı məxsus 1/14 və 8/14 (cəmi 9/14) payların bölünərək ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün “A” saylı yaşayış evinin 1, 2, 3, 4, 5, 6 saylı tikililəri və “D” tikilisi bütünlüklə iddiaçının istifadəsinə verilə bilər. Aöarılmış ekspertiza xərci 100 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/685 saylı, 03.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus 1/14 və 8/14 (cəmi 9/14) payların bölünərək ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Təklif olunan bölgü variantı rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməlidir. Bakı Apellyasiya Məkəməsinin 2(103)-13159/2019 saylı, 11 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində istifadədə olan 0,02169 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 84,1 m2 yaşayış, 56,1 m2 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış sahəsindən iddiaçıya məxsus 8/14 və 1/14 paylarına uyğun real bölgünün aparılması, digər payçıların payı nəzərə alınmaqla faktiki mümkün olub-olmaması sualı qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 10/685 saylı, 03.05.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus 1/14 və 8/14 (cəmi 9/14) payların bölünərək ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Təklif olunan bölgü variantı rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, ekspert rəyi ilə İddiaçı məxsus 1/14 və 8/14 (cəmi 9/14) payların bölünərək ayrılması “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olması təsdiq edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Kollegiya həmçinin bildirir ki, rayon məhkəməsində iki dəfə ekspertiza keçirilmiş, hər iki rəydə İddiaçı məxsus 1/14 və 8/14 (cəmi 9/14) payların bölünərək ayrılmasının texniki cəhətdən mümkün olduğu qeyd edilmiş və həmin bölgü variantı plan-sxem şəklində rəyə əlavə edilmişdir. Buna baxmayaraq, iddia tələbini təmin etməyən rayon məhkəməsi bildirmişdir ki, ekspert rəyinə əlavə edilmiş plan-sxemdə əks edilən bölgü variantında olan otaqların və sahənin həcmi çıxarışda olan həmin göstəricilərlə uyğunsuzluq təşkil etdiyinə görə iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsinin həmin dəlilə istinadən iddia tələbini rədd etməsi əsaslı olmamışdır. Çünki həmin məsələ sırf texniki xarakterli olmaqla hüquqi əhəmiyyət kəsb etmir və həm də onun aradan qaldırılmasının xüsusi qaydası mövcuddur. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində istifadədə olan 0,02169 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 84,1 m2 yaşayış, 56,1 m2 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış sahəsindən ona məxsus 9/14 (8/14 və 1/14) payı naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində istifadədə olan 0,02169 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 84,1 m2 yaşayış, 56,1 m2 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış sahəsindən ona məxsus 9/14 (8/14 və 1/14) payı naturada ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün (20+15=35) 35 manat və ekpertiza tədqiqatının dəyəri 50 manat iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-41/2019 saylı, 18 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nəsimi küçəsində istifadədə olan 0,02169 ha. torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 84,1 m2 yaşayış, 56,1 m2 köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış sahəsindən İddiaçı məxsus 9/14 (8/14 və 1/14) payı rəydə göstərilən bölgüyə uyğun olaraq naturada ayrılsın. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün (20+15=35) 35 manat iddiaçının özünə aid edilsin, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçıdan alınaraq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-162/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-162/2021
14.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver