Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1620/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin dəyəri olaraq 34000 manat pulun cavabdeh X6 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(008)- 814/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, “Toyota Land-Cruiser-Prado” markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. O, xx.xx.2018-ci il tarixdə həmin nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında X9 etibarnamə vermişdir. Cavabdeh də həmin etibarnamə əsasında avtomobili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. DİN-nin BDYP-də rəsmiləşdirilmiş alqı-satqı müqaviləsində avtomobilin dəyəri ilə 10000 manat göstərilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsi əsasında X9 verdiyi xx.xx.2018ci il tarixli etibarnamə ləğv edilmişdir. Həmin avtomobil xx.xx.2018-ci il tarixdə X2 adından qeydiyyatdan çıxmış, elə həmin tarixdə X5 adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə sonuncunun adından qeydiyyatdan çıxaraq X7 adına qeydiyyata alınmış və halhazırda onun adına qeydiyyatdadır. İddiaçı bildirir ki, etibarnamənin ləğv edilməsinə baxmayaraq avtomobil cavabdehin sahibliyindədir. Dəfələrlə avtomobilin qaytarılması barədə cavabdehi xəbərdar etsə də, cavabdeh avtomobili qaytarmamışdır. Hazırki məhkəmə iclasında isə iddiaçı bildirdi ki, o, avtomobili cavabdehə qəzalı vəziyyətdə vermiş, lakin bu zaman avtomobil istismara yararlı olmuşdur. Yararlı avtomaşının qiyməti 38000 manatdır. O, avtomobili qəzalı vəziyyətdə verəndə onun qiyməti 28000 manat təşkil edirdi, avtomobili təmir etmək üçün isə 3000-4000 manat xərc tələb olunurdu. Cavabdeh avtomobili 39000 manata satmış və ən çoxu 5000 manat xərc çəkmişdir. O, etibarnaməni cavabdehə avtomobili satmaq üçün deyil, təmir etmək üçün vermiş, lakin o avtomobili satmış və ona hər hansı məbləğ ödəməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçıya 11000 manat ödəyərək qəzalı vəziyyətdə olan mübahisəli avtomobili əldə etmişdir. İddiaçı özü ona avtomobilə dair bir neçə dəfə etibarnamə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 359.1 və 362.1-ci maddələrinin birgə təfsirinə görə etibarnamə əsasında təmsilçi tərəfindən bağlanan əqd təmsil edilənin adından bağlanır və məhz sonuncu üçün mülki hüquq və vəzifələrinin yaradılması, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olur. Hazırkı işin halları da ondan ibarətdir ki, iddiaçının etibarnamə əsasında təmsilçisi olan cavabdeh öz öhdəliklərini pozmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə özünə məxsus “Toyota Land-Cruiser-Prado” markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomobilə sərəncam verilməsi haqqında X9 etibarnamə vermiş, sonuncu da həmin etibarnamə əsasında avtomobili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1. Göründüyü kimi X10 İddiaçı adından avtomobili üçüncü şəxsə satmış, lakin təmsilçilik vəzifələrini icra etməyərək alqı-satqı müqaviləsi əsasında əldə etdiyi pul vəsaitini İddiaçı verməmişdir. Çünki o, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələblərinə görə isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin öhdəliyini icra etməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Zərərin məbləği isə aşağıdakı qaydada müəyyən edilməlidir. Belə ki, iddiaçı bildirir ki, cavabdehə verdiyi avtomobil qəzalı vəziyyətdə olsa da, o, 34000 manat dəyərində olmuşdur. Avtomobilin dəyərinin müəyyən edilməsi ilə bağlı apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 2009-cu il buraxılışlı, ağ mirvari rəngli, mühərrikin həcmi 2700 sm3 olan “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin 2018-ci ilin aprel və iyun aylarına aid bazar qiymətinin nə qədər təşkil etməsi və buraxılış ili, rəngi, göstəriciləri və markası eyni olan, lakin mülki işin 69-71-ci vərəqələrindəki fotoşəkillərdə əks olunan qəzalı vəziyyətdə olan avtomobilin 2018-ci ilin aprel və iyun aylarına aid bazar qiymətinin nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 9/2498 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmayan, “Toyota Land-Cruiser-Prado” markalı ağ mirvari rəngli, mühərrikin həcmi 2700 sm3 olan, 2009-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin 2018-ci il tarixə orta bazar qiyməti təxminən 36000 manat müəyyən olunur. Eyni zamanda ekspert qarşısında qoyulmuş 2-ci sual üzrə tədqiqat aparılmamışdır. İddiaçı isə cavabdehə təhvil verilən zaman avtomobilin məhz 34000 manat dəyərində olduğunu bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bununla yanaşı cavabdeh bildirir ki, o, iddiaçıya 11000 manat məbləğində pul vəsaiti ödəyərək avtomobili əldə etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, avtomobilin dəyəri ilə bağlı iddiaçının istinad etdiyi halları təsdiq edən heç bir sübut olmadığından, avtomobilin dəyərinin məhz cavabdehin etiraf etdiyi 11000 manat məbləğində olması qəbul edilməli və yuxarıda göstərilən əsaslara görə həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh X6 11000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərci olan 100 manat cavabdeh X6 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-1620/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1620/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver