Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1620/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri barədə protokolun, həmin protokol əsasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(004)-644/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. 2.Hazırda iddiaçı keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
3.İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC-nin ünvan 2zilinə dair hərracın nəticələri barədə 30 noyabr 2021-ci il tarixli YP 162 saylı protokolun və həmin mənzilə dair hərrac protokolu əsasında cavabdehlər Cavabdeh2 ASC və “X1 Mərkəzi” MMC arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(006)- 110/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən bankın xeyrinə 101.121,27 manat əsas borc, 8.061,6 manat faiz borcu və 300 manat dəbbə pulunun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 2zilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 230.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və Nəsimi Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. İcranın həvalə edildiyi Nəsimi rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 2zil açıq hərracda satışa çıxarılmışdır. “X1 Mərkəzi” MMC tərəfindən 27 oktyabr 2021-ci il tarixdə və 10 noyabr 2021-ci il tarixdə hərraclar keçrilmiş, lakin o, bir mülkiyyətçi olaraq sözügedən hərraclar barədə məlumatlandırılmamışdır. Hərrac təşkilatında mənzillə bağlı aparılan hərracın qovluğuna əlavə edilən bildirişlər ona çatdırılmayıb və bildirişlərdə onun adı qeyd edilsə də, imzalar ona məxsus deyildir. xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə rəsmi müraciət etdikdən sonra əldə etdiyi sənədlərdən ona məlum olmuşdur ki, cavabdeh “X1 Mərkəzi” MMC 10 noyabr 2021-ci il tarixli hərracı keçirib və həmin tarixdə icra predmeti olan mənzilin hərraclar zamanı atılmadığını və əmlakı almaq üçün müqavilə bağlanması Cavabdeh2 ASC-yə təklif olunmuşdur. Öz növbəsində Cavabdeh2 ASC 19 noyabr 2021-ci il tarixli cavab məktubu ilə mənzili 146625 manata almaq təklifini qəbul etmişdir. Cavabdeh “X1 Mərkəzi” MMC-nin 30 noyabr 2021-ci il tarixli YP162 saylı hərracın nəticələri haqqında protokol tərtib olunmuş və cavabdehlər arasında mənzilin alqğ-satqısı müqaviləsi bağlanmışdır. Odur ki, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP162 saylı protokol və onun əsasında bağlanmış alğı-satıqı müqaviləsi etibarsız hesab edilməlidir. Protokola əsasən istinad edilən əmlak 146.625 manat məbləğində pula hərracda satılıb. Lakin əmlakın ilkin qiyməti 230.000 manat müəyyən edilmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsini 17 iyun 2020-ci il tarixli 2(006)-110/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 ASC borc məbləğinin yarıdan çox hissəsi ödənilmiş hazırda banka olan borc 54.000 manat təşkil edir. Bankla aralarında olan şifahi razılaşmaya əsasən banka olan borc mütəmadi şəkildə ödənilməsinə baxmayaraq Cavabdeh2 ASC onu aldadaraq onun iştirakı olmadan qanunsuz hərrac keçirərək mülkiyyətində olan mənzili ələ keçirmək niyyətindədir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2021-ci il tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. Ona görə də tələbin təmin edilməsini xahiş edir. 5.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinə müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh “X1 Mərkəzi” MMC-dən əldə etdiyi bildirişlərin iddiaçıya çatdırılması ilə bağlı xəbərnamələrdəki qeyd olunan imza iddiaçıya məxsus deyildir. Belə ki, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən 27 oktyabr 2021-ci il və 10 noyabr 2021-ci il tarixlərdə hərraclar keçirilmiş, lakin İddiaçı bir mülkiyyətçi kimi sözügedən hərraclar barədə məlumatlandırılmamışdır. Belə ki, bildirişlərdə İddiaçı adının qeyd olunmasına baxmayaraq imzalar ona məxsus deyildir. O, yalnız sonuncu hərracın bildirişini alsa da, hərracın keçirilməsinə az vaxt qalmış əldə etdiyindən hərraca çata bilməmişdir. Göstərilən səbəbdən hesab edir ki, hərrac qanunun tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 noyabr 2022-ci il tarixli, 2(004)-644/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Günel Əkbərli) ilə iddia təmin edilməmişdir. İş materiallarında olan: 7.“X1 Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 162 nömrəli protokolunun surətinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 4 açıq hərracda 146.625 manata Cavabdeh2 ASC-yə satılmışdır. 8.xx.xx.2021-ci il tarixli 746 №-li, xx.xx.2021-ci il tarixli 770 №-li bildirişlərin surətindən müəyyən olunur ki, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 230000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-dan ilkin satış qiyməti 195.500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı, X4, Nəsimi rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə göndərilmişdir. Hərracın keçirilməsi barədə “Market” qəzetində dərc edilmişdir.
9. 040238 və 040239 saylı qəbzlərin surətlərindən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə X4 və İddiaçı ünvan 1 ünvanına göndərilən “Açıq hərracın keçirilməsi” barədə bildirişlər həmin ünvandan alınmışdır. 040797 və 040798 saylı qəbzlərin təsdiq edilmiş surətindən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı və X4 ünvan 1 ünvanına göndərilən “Açıq hərracın keçirilməsi” barədə bildirişlər “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etmişdir: 10.İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın yekun protokolunun etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində iki dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 230000 manat, ikinci dəfə isə 195500 manat müəyyən edilmişdir. 11.İş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1128 nömrəli ekspert rəyindən müəyyən edilir ki, “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158 saylı mənzilinə göndərilən 040239 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasında “Ləzimova” əlyazması və qarşısındakı imza, “02.10.21” rəqəmləri İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. 12.Məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun özünün yaşayış yeri olaraq göstərdiyi ünvan ünvan 2zildir. İşin faktiki hallarından da müəyyən edilir ki, hərraca dair bildirişlər də qeyd olunan ünvana göndərildiyindən, MPM-nin tələbinə əsasən bildirişlər rəsmi qaydada çatdırılmış hesab olunmalıdır.Bundan başqa iddiaçı özü də qeyd etmişdir ki, sonuncu hərracdan məlumatlı olmuşdur. Eyni zamanda vəkili iddiaçının banka olan borcunu hissə-hissə ödəməsini əsas gətirsə də, məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qanunla müəyyən edilmiş müddətlərdə tam şəkildə icra edilməlidir. İcra sənədi üzrə tələbkar isə hissə-hissə icraya dair razılıq verməmişdir. İşin faktiki hallarında isə müəyyən edilir ki, icra sənədi üzrə borclu olan iddiaçının borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Hərracdan satılan mənzil isə borc üçün təminat altına alınaraq yüklü edilmişdir. 13.Məhkəmə belə hesab etmişdir ki, İddiaçı hərracla bağlı məlumatının olmamasını bildirsə də, yalnız bildirişlərdə deyil, hərracın keçirilməsi barədə elan “Market” qəzetində də dərc edilmişdir. Odur ki, iddiaçının hərracdan və nəticələrindən məlumatsız olduğunu iddia etsə də onun bu iddia tələbi əsassızdır.
14. Məhkəmə qeyd etmişdir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. 15.Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia rədd edilməlidir. 16.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1, 416.2; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1;“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 62.1;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.2, 77.1 və119.1-cimaddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məlumat üçün göndərilən bildirirşlər ona çatdırılmamış, bu səbəbdən də harrac barədə heç bir məlumatı olmamışdır. Qətnamənin 3-cü səhifəsinin 5-ci abzasında qeyd edilənlərdən (ekspertiza rəyindən) görünür ki, hərrac AR MM-də müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Səmədova X5 şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 21.Cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 ASCməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 22.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 23.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 24.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 25.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 26.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 27.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 28.Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 29.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 30.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 31.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 32.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 33.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 34.Maddə 44.Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 38.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. “Poçt haqqında” Azərbaycan Respublikası Qanunu: 39.Maddə 1.0.10.Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraqyoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib,apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 45.“F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 46.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 47.İddiaçının hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı adına bildirişlər, iddia ərizəsində də qeyd etdiyi ünvan 1 ünvana göndərilmiş, həmin ünvandan imza edilərək təhvil alınmışdır. Hətta iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində sonuncu hərracın bildirişini aldıqlarını bildirmişdir. 48.İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 177 nömrəli və xx.xx.2021-ci il tarixli, 122 nömrəli “Market” qəzetinin surətindən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 230000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-dan ilkin satış qiyməti 195.500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə məlumat qəzetdə dərc edilmişdir. 49.Bütün qeyd olunanlarla yanaşı kollegiya qeyd edir ki, iddiaçının borcunu tam ödəməsi ilə bağlı iş materiallarında heç bir sübut mövcud deyildir. 50.Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun bildirişdəki imzanın onun tərəfindən icra edilməməsi ilə bağlı dəlili əsassız hesab edilməklə, hərracın etibarlılığını şübhə altına ala bilməz. 51.Kollegiya qeyd edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə bildirişlərin göndərilməməsinə dair iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. 52.Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən, ü/s 154.5 kv.m sahədən ibarət 4 otaqlı mənzilə tutmanın yönəldilməsi məqsədilə “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. 53.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 54.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 55.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 56.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(004)-644/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdiyev
Fərrux Qasımov