Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1623/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: kredit borcunun düzgün hesablanmaması, ekspert rəyi, əsas öhdəliyin icrasının təmin edilməsi üsulları, zaminlik, gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik, zaminlik müqaviləsinin mühüm şərtləri, ipoteka müqaviləsi, ipoteka müqaviləsinin etibarlılığı, dövlət reyestrində qeydə alınmayan mənzilə tutma yönəldilməsinin mümkünsüzlüyü, dəbbə pulunun məbləğinin azaldılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı – ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh1 və "xxxx" MMC-nə qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC, Cavabdeh1 və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (birinci cavabdeh və ya MMC) ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti (sonrakı adı: İddiaçı, hazırda ləğv prosesindədir, bundan sonra - iddiaçı və ya Bank) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən, tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 %-dən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar qarşılıqlı öhdəliklər götürmüşlər. Müqavilənin 4.3-cü bəndinə əsasən MMC, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödəməyi öhdəsinə götürmüş və özünə məxsus bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka vermişdir.
2. Cavabdeh1 (ikinci cavabdeh və ya əsas borclu) ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli İH15/010 saylı kredit müqaviləsinə əsasən, həmin cavabdehə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində salınmış “AAAF-Park 3” Yaşayış Massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 m2 olan 67 saylı mənzilin (mübahisəli mənzil) alınması məqsədilə 120 ay müddətinə illik 14% dərəcəsilə ödəniş cədvəlinə uyğun qaytarmaq şərti ilə 41 000 manat məbləğində kredit verilmiş və həmin tarixdə tərəflər arasında qeyd olunan mənzilin Bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilə imzalanmışdır.
3. İkinci cavabdeh borcunu qrafik üzrə qaytarmayaraq öhdəliyin icrasını gecikdirmiş, Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında ona xx.xx.2016-cı il tarixdə xəbərdarlıq məktubu ünvanlamışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
4. Bank Cavabdeh1 və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2015-ci il tarixli 15/010 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən onun xeyrinə 38 675,71 manat əsas, müqavilə müddəti üçün hesablanmış 19 795,31 manat faiz, 10 065,96 manat dəbbə borcunun, yəni cəmi 68 536,98 manat manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tələbin xx.xx.2015-ci il tarixli İP 15/010 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF PARK 3” yaşayış massivi 240 C saylı evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilmiş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, həmin mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bank işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcları qalmışdır.
6. Bankın nümayəndəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən 38 675,71 manat əsas, 33 437,21 manat faiz, 19 909,51 manat cərimə borcu olmaqla ümumilikdə 92 022,43 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 C saylı evin 6-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m olan 67 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və evdə yaşayan digər şəxslərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci cavabdehin (MMC-nin) nümayəndəsi iddia ərizəsinə etirazında qeyd etmişdir ki, borcun MMC-dən tutulmasının əsası kimi istinad olunan 18 mart 2014-cü il tarixli Kooperativ müqaviləsi borc-kredit öhdəliyinin təminatı qismində çıxış edə bilməz. Həmin müqavilənin predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin 120 ay müddətə qədər kreditləşdirməsi barədə qarşılıqlı razılıqdır. Bu müqavilə zaminlik müqaviləsi deyil, ilkin müqavilədir. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var. Müqavilə tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Lakin MMC borc alan Cavabdeh1 kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmişdir və bununla bağlı iddiaçı zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsində MMC-nin iddiaçı bankdakı bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Ekspert rəyini qəbul etmirlər, lakin iddianın tutmanın mübahisəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin banka olan borca ödənilməsi və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsinə etiraz etmirlər.
8. İkinci cavabdeh iddia ərizəsi üzrə məhkəməyə və ölkə rəhbərliyinə ünvanladığı müraciətində bildirmişdir ki, 38 675,71 manat əsas borc məbləğinin ondan və "xxxx" MMC-dən müştərək qaydada tutulmasına etiraz etmir, lakin faiz borcunun məbləği ilə razılaşmır.
9. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza əsasında tədqiqata aparan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASCyə 39 569,43 manat əsas, 29 326,07 manat məbləğində faiz borcu vardır.
10. Məhkəmənin 30 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli İH15/010 saylı kredit müqaviləsi üzrə 38 675,71 manat əsas, 29 326,07 manat faiz, 2000 manat cərimə borcu olmaqla cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin likvid dəyəri 55 000 manat olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun ödənilməsi, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin Cavabdeh1 və "xxxx" MMCdən müştərək qaydada tutulub ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxlər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 6,90 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza xərcinin 77% hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən müştərək qaydada, 23% hissəsinin isə LPO İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, mənzilin qiymətləndirilməsi üçün hesablanmış xərcin 77% hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dan müştərək qaydada, 23% hissəsinin isə LPO İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən şəkildə əsaslandırmışdır:
11.1. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini Cavabdeh1 verməklə öhdəlyini icra etmiş, lakin sonuncu aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir. 11.2. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında da Cavabdeh1 xx.xx.2021-ci il tarixə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 38 675,71 manat əsas borcu, 29 962,93 manat faiz borcu olmaqla cəmi 68638,64 manat məbləğində borcunun olması qeyd edilmişdir. 11.3. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizlə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 göstərilən müqavilə əsasında pul vəsaitini alaraq ondan istifadə etmiş, lakin pulu qaytarmaqla bağlı vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində tam təmin edilməklə 66 875,80 manat pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. 11.4. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2022-ci il tarixli 9/1427 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı ASCyə 29 326,07 manat məbləğində faiz borcu vardır. 11.5. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. 11.6. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdeh "xxxx" MMC-yə aid hissədə araşdıraraq hesab edir ki, iddia həmin hissədə də təmin edilməlidir. 11.7. "xxxx" MMC-nin nümayəndəsi bank ilə aralarında zaminlik müqaviləsinin olmamasına əsaslanaraq Cəmiyyətin Cavabdeh1 kredit borcuna görə məsuliyyət daşımamasını bildirsə də, məhkəmə qeyd edir ki, qanunvericilikdə öhdəliyin müxtəlif təmini üsulları nəzərdə tutulmuşdur. Bunlara girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullar aiddir. 11.8. Göründüyü kimi, öhdəliyini təmin üsulu təkcə zaminliklə məhdudlaşmır, qanunvericilik həmin üsulların müxtəlif formalarda, hətta tərəflərin müqavilədə müəyyənləşdirdiyi formada (qaydada) həyata keçirilməsini təsbit edir. 11.9. Cəmiyyətlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmeti Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında çoxmənzilli yaşayış kompleksində tikdiyi mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik l4%-lə 12o ay müddətinədək kreditləşdirilməsi ilə bağlı Bankla Cəmiyyət arasındakı qarşılıqlı əməkdaşlıq təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən bircun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir. 11.10. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində Cavabdeh1 öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret qayda müəyyən etmişlər. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən tədbirlər görməsini xahiş etmişdir. 11.11. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Bankla Cəmiyyət arasında zaminlik müqaviləsi bağlanmasa da, onlar arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə Cavabdeh1 kredit öhdəliyinin təmini üsulu kimi, kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödəməklə bağlı Cəmiyyət öhdəlik götürdüyündən, Cavabdeh1 isə krediti tam ödəmədiyindən "xxxx" MMC sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. 11.12. Məhkəmə, tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi və ipoteka predmetinin saqtışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda borcun cavabdehlərdən tutulmasına dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının tələbi ipoteka ilə yüklü edilmiş həmin mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Mənzilinin likvid dəyəri isə 55 000 manat müəyyən edilməlidir. Belə ki, "Əmlak Ekspert Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Mənzilin likvid dəyəri 55 000 manat, bazar qiyməti isə 58 000 manat təşkil edir. 11.13. İpoteka predmeti olan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay ərzində Cavabdeh1 və mənzildə yaşayan digər şəxslərin mənzili boşaltmaları hissəsində iddia təmin edilməlidir. 11.14. İddia tələbi Cavabdeh1 və mənzildə yaşayan digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların Mənzildən çıxarılması hissəsində iddia təmin edilməməlidir. Cavabdeh1 və mənzildə yaşayan digər şəxslərin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır və bu tələblərə yeni icraatda baxılmalıdır.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 317.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci, 460.1-ci, 739.1-ci, 739.2-ci, “İpoteka haqqında” Qanunun xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü, 34.1-ci, 39.3.3-cü, 59.1-ci, 59.3cü, 59.4-cü, Mülki Prosessual Məcəllənin14.2-ci, 77.1-ci, 103.1-ci, 119.1-ci, 217-ci maddələrinə istinad etmişdir.
13. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun faiz borcunun tutulması ilə bağlı hissədə qismən ləğv olunmasını və faiz borcunun ödənilməsi tələbinin tam təmin edilməsini xahiş etmiş, şikayətini, məhkəmənin bankın maliyyə arayışını əsassız olaraq nəzərə almadığı, həmin arayışda göstərilən faiz məbləğinin ekspert rəyində müəyyənləşdirilən məbləğə yaxın olmasına diqqət yetirmədiyi arqumentləri ilə əsaslandırmışdır.
14. Qətnamədən birinci cavabdehin (MMC)-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun “xx.xx.2015-ci il tarixli İH15/010 saylı kredit müqaviləsi üzrə 38 675,71 manat əsas, 29 326,07 manat faiz, 2000 manat cərimə borcu olmaqla cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun MMC-dən tutulması” hissəsində ləğv olunmasını və həmin tələbin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normasını düzgün tətbiq etmədiyini, MMC ilə zaminlik müqaviləsi bağlanmadığını, eləcə də iddiaçı bankın pretenziya qaydalarına əməl etmədiyini nəzərə almadığını irəli sürmüşdür.
15. Qətnamədən ikinci cavabdeh də apellyasiya şikayəti verərək onun faiz borcunun və dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsini, tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin likvid dəyəri 55 000 manat olmaqla açıq hərracdan satılması, mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxslər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi” hissəsində ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə işə iştirakı olmadan baxaraq Mülki Prosessual Məcəllənin 9-cu maddəsinin tələbini pozmuş, tərəflər arasında qanunla müəyyənləşdirilmiş qaydada ipoteka müqaviləsi bağlanmadığını, faiz borcunun düzgün hesablanmadığını, cərimə məbləğinin tənasübsüz olduğunu nəzərə almamış, əmlakın ipoteka ilə yüklü edilməsi ilə bağlı qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
16. Məhkəmə iclaslarında iştirak edən tərəflər (nümayəndələri) hər biri öz apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərin məzmunlarına uyğun izahatlar vermişlər.
17. Həm iddiaçı bankın, həm də birinci cavabdehin nümayəndələri tərəfindən məhkəmə kollegiyasına bənzər mübahisələrlə bağlı çoxsaylı məhkəmə aktları təqdim olunmuş, məhkəmə təcrübəsinin nəzərə alınması xahiş edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
24. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
26. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
27. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
28. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
31. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
32. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
33. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
34. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
38. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
39. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
40. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
41. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
42. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar
43. Maddə 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
44. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.
45. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (28 dekabr 2018-ci il tarixinədək qüvvədə olmuş redaksiyada)
46. Maddə 10.2. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əmlakın ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
47. Maddə 10.4. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
48. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.
49. Maddə 11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
50. Maddə 11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.
51. Maddə 11.6. Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.
52. Maddə 11.7. İpoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun.
53. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
54. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi.
55. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
56. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
57. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
58. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentybar 2012-ci il tarixli Qərarı
59. Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: 1) hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); 2) əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
60. Mülki Məcəllənin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, "gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir.
61. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər.
62. Gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: - ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; - zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; - ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
66. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
69. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
73. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
74. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddiaçı bankın şikayəti üzrə yalnız “29 326,07 manat faiz borcunun tutulması”, birinci cavabdehin şikayəti üzrə “38 675,71 manat əsas, 29 326,07 manat faiz, 2000 manat cərimə borcu olmaqla cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun müştərək qaydada həmçinin "xxxx" MMC-dən tutulması”, ikinci cavabdehin şikayəti üzrə “29 326,07 manat faiz, 2000 manat cərimə borcunun ondan tutulması, tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin likvid dəyəri 55 000 manat olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun ödənilməsi, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin Cavabdeh1 tutulub ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxlər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi” hissələrində yoxlanılması təşkil edir. İddiaçı bank cərimə borcunun ödənilməsi ilə bağlı tələbinin təmin olunmayan hissəsindən şikayət vermədiyindən qətnamə həmin hissədə yoxlanılmır. Həmçinin nəzərə alınmalıdır ki, tərəflər qətnaməni “ödənilmiş dövlət rüsumunun 6,90 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza xərcinin 77% hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada, 23% hissəsinin isə LPO İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, mənzilin qiymətləndirilməsi üçün hesablanmış xərcin 77% hissəsinin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dan müştərək qaydada, 23% hissəsinin isə LPO İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi” hissələrində də mübahisələndirməmişlər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
75. Kollegiya iddiaçı bankın apellyasiya şikayətinin dəlilini əsaslı hesab etmir; belə ki, bankın təqdim etdiyi maliyyə arayışında Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 29 962,93 manat faiz borcunun olduğu göstərilsə də, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza rəyi əsasında həmin maliyyə arayışında qeyd olunan tarixə, yəni xx.xx.2021-ci il tarixinə adı çəkilən şəxsin faiz borcunun məhz 29 326,07 manat təşkil etdiyi müəyyən olunmuşdur.
76. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçı bankın “faiz borcunun məbləğinin düzgün müəyyənləşdirilmədiyi” dəlilini əsassız sayaraq qeyd edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı əsas mövcud deyildir və məhkəmə həmin rəylə müəyyənləşdirilən rəqəmi əsas götürməkdə haqlı olmuşdur.
77. Qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biridir və onunla müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi, rəyin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olur.
78. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı bank sonuncu dəfə iddia tələbinin həcmini müvafiq ekspert rəyi alındıqdan sonra artıraraq xx.xx.2022-ci il tarixinə hesabladığı borc məbləğini tələb etmiş, məhkəmə isə ekspert rəyində müəyyənləşdirilən xx.xx.2021-ci il tarixinə yaranmış faiz borcu məbləğini əsas götürmüşdür. Kollegiyanın qənaətinə görə, belə bir arqumenti qəbul etmək prosessual qanunvericiliyin mənasına zidd olardı ki, müvafiq ekspert rəyi alındıqdan sonra iddiaçıya dəfələrlə tələbinin həcmini artırmaq imkanı verilməklə yenidən ekspertizalar təyin olunsun – məhz bu səbəblə prosessual qanunvericilik iddia tələbinin həcminin artırılması imkanını yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, istisnai hallarda isə məhkəmə baxışı zamanı mümkün hesab etmişdir.
79. Həm də qeyd olunmalıdır ki, iddiaçı bankın xx.xx.2021-ci il tarixindən sonrakı dövr üçün yarandığını iddia etdiyi faiz borcu məbləğini tələb etmək imkanı mövcuddur.
80. Kollegiya ekspert rəyi ilə bağlı dəyərləndirməsini Cavabdeh1 apellyasiya şikayətinin “qətnamənin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi” hissəsi üzrə də tətbiq edərək şikayəti həmin hissədə əsassız sayır və bununla bağlı əlavə əsaslandırma aparmağa lüzum görmür.
81. Cavabdeh1 şikayətinin cərimə borcu ilə bağlı hissəsi üzrə kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir (§ 18, 34). Mülki qanunvericiliyin müvafiq normalarının mənasına görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir (§ 38).
82. Kollegiya hesab edir ki, məhkəmə cavabdehlərdən tutulmalı dəbbə pulunun məbləğini ağlabatan və ədalətli həddədək azaltmışdır. Cərimə pulunun tutulmasına dair hissədə iddianın rədd edilməli olduğuna dair apellyasiya şikayətinin dəlili əsassızdır. Çünki tərəflər bunu müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
83. Məhkəmə iclasları haqqında ona rəsmi məlumat verilməməsi barədə Cavabdeh1 apellyasiya şikayətinin dəlili isə iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından ona məhkəmə iclası barədə bildirişlərin çatdırıldığı, məhkəməyə və müxtəlif orqanlara işlə bağlı mürəciətlər ünvanladığı, ekspert rəyi alındıqdan sonra SMS bildiriş vasitəsilə məlumatlandırıldığı aydın olur; məlumatlı olduğu proseslə bağlı məhkəmə iclaslarına getməməsinin məsuliyyətini isə cavabdeh özü daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.
84. Bununla belə kollegiya, Cavabdeh1 apellyasiya şikayətini digər hissədə əsaslı hesab edir.
85. Belə ki, iddiaçı bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlandığı irəli sürülən ipoteka müqaviləsinin predmeti olan mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, ipotekanın dövlət qeydiyyatı həyata keçirilməmiş, beləliklə də bu müqavilə əsasında mənzil üzərində ipoteka yüklülüyü yaranmamışdır (§ 46-51).
86. Buna görə də kollegiyanın qənaətinə görə, iddiaçı bankın müvafiq iddia tələbinin əsasında dayanan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi heç bir hüquqi nəticə doğura və həmin sənədə istinadən irəli sürülən iddia təmin oluna bilməz.
87. Birinci cavabdehin apellyasiya şikayəti üzrə isə kollegiya aşağıdakıları qeyd edir:
88. Yuxarıda qeyd olunduğu kimi bank, MMC ilə arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqaviləyə istinadla ikinci cavabdehlə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun zamin kimi müştərək qaydada həm də MMC-dən tutulmasını tələb edir. MMC isə aralarında bağlanmış həmin müqavilənin zaminlik müqaviləsi deyil, ilkin müqavilə olduğunu bildirərək kredit borcunun müştərək qaydada ondan tutulması hissəsində iddiaya etiraz edir.
89. Kollegiya, Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı “gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsinə dair” hüquqi mövqeləri (§ 59-62) də nəzərə almaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, xx.xx.2014-cü il tarixli müqavilənin 4.3-cü bəndi Mülki Məcəllənin 470.1 və 470.2-ci maddəsinin tələblərinə cavab verməklə MMC bu müqavilə ilə gələcəkdə yaranacaq öhdəliyi icrasına təminat vermişdir.
90. Nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilkin müqaviləyə aid qaydalara cavab verməməklə gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsidir və bu müqavilə növü üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərtlərə (zaminliklə təmin edilmiş əsas öhdəliyin həcmi, icra müddəti, faiz dərəcəsi və s.) də riayət olunmuşdur.
91. İddiaçı bank tərəfindən pretenziya qaydasına əməl olunmadığının nəzərə alınmadığı barədə birinci cavabdehin nümayəndəsinin arqumentinə münasibətdə kollegiya qeyd edir ki, mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair qayda prosessual qənaət prinsipinə əməl olunması məqsədini daşımaqla, həmin qaydaya əməl edilməməsi, əgər müvafiq imkan aradan qalxmamışdırsa qanunda göstərilən nəticəyə səbəb ola bilər. Kollegiyanın qənaətinə görə, hətta bank tərəfindən müvafiq qaydaya əməl olunmadığı qəbul edilsə belə, 2018-ci ilin yanvar ayından başlanmış mübahisə üzrə hazırkı dövrədək iddiaya etiraz edən MMC-nə pretenziya göndərilməsinin hər hansı nəticəyə səbəb olacağını qəbul etmək yalnız formal yanaşma kimi qiymətləndirilə bilər.
92. Şərh olunanları ümumiləşdirərək kollegiya qeyd еdir ki, iddiaçı bankın və birinci cavabdehin şikayətləri təmin olunmamalı, ikinci cavabdehin şikayəti qismən təmin olunaraq qətnamə “tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin likvid dəyəri 55 000 manat olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun ödənilməsi, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin Cavabdeh1 tutulub ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxlər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi” hissələrində ləğv edilməli, mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
93. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ASC-nin və "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin olunmasın. Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-421/2022 saylı iş üzrə 30 sentyabr 2022-ci il tarixli qətnaməsi “tələbin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzilə yönəldilməsi, mənzilin likvid dəyəri 55 000 manat olmaqla açıq hərracdan satılması, həmin əmlakın satılmasından əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan cəmi 70 001,78 manat borcun və 23,10 manat dövlət rüsumunun ödənilməsi, hərracdan satış hesabına əldə edilmiş vəsaitin kredit müqaviləsi üzrə borca yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin Cavabdeh1 tutulub ləğv prosessində olan İddiaçı ASC-yə ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilmiş “AAAF Park 3” Yaşayış massivi 240C nömrəli evin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 69 kv.m. olan 67 nömrəli mənzil satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və evdə yaşayan digər şəxlər tərəfindən boşaldılması və LPO İddiaçı ASC-yə təhvil verilməsi” hissələrində ləğv olunsun. İddiaçı ASC-nin iddia tələbləri həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə