Məhkəmə qərarları › İş №2(103)-1627/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1627/2021

26.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1627/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehin vəkili və nümayəndəsi Nəsib Nəbiyevin iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrinin ləğv edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Apelyasiya icraatı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətindən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apelyasiya şikayətindən imtina qəbul edilməli və apelyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apelyasiya şikayətindən imtina qəbul olunsun. Hazırkı mülki iş üzrə apelyasiya icraatına İddiaçı münasibətdə xitam verilsin və mülki iş Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar