Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-163/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)- 2676/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 56 ünvanına istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2676/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 2676/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27 saylı evin, 56 saylı mənzili atası X2 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir. Atası xx xxxxxx 2008-ci tarixdə ölmüşdür. Atasının ölməsi ilə göstərilən mənzilə dair miras açılmış və o həmin mənzildə pasport qeydiyyatında olmaqla göstərilən mənzildə yaşamaqla mirası qəbul etmişdir.Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27 saylı evin, 56 saylı mənzildə qeydiyyatda olmaqla yaşadığından, həmçinin miras əmlakı kütləsinə daxil olan digər əmlaklara faktiki yiyələndiyindən, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası tamamilə qəbul etmiş və qanuna əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Odur ki, birinci instansiya məhkəməsinin Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 07 saylı evin mülkiyyət hüququ əsasında Cavabdeh adına hüquqi qeydiyyatdan keçməsinə və həmin yaşayış sahəsinin hazırda da onun mülkiyyətində olmasına, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 27 saylı evin, 56 saylı mənzilində yaşamamasına və buna görə də həmin yaşayış sahəsinə istifadə hüququnu itiriməsinə dair gəldiyi nəticə əsassızdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırılmalı olan hallar və tərəflərin hüquq və vəzifələri düzgün müəyyən edilməmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasındaCavabdeh vəsatət təqdim edərək, mülki işin icraatının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-2723/2019 saylı qərardadı ilə vəsatət təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh və X4 cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)-163/2020 saylı qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya MH №0157900 saylı xx.xx.2008-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Ü.Hacıbəyov küçəsində istifadədə olan 0,20987 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 10,7 mərtəbəli binada 49,34 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 56 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 802 nömrəli reyestr kitabının 74835 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 107, mənzil qeydiyyatdan keçmiş və Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, 8-ci Kiçik Qala küç, 30 ünvanında yerləşən qeyri-yaşayış (fərdi yaradıcılıq emalatxanası) qeydiyyatdan keçmiş və Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məcəllə nəzərdə tutur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (157.4). Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh xx xxxx 1999-cu ildə ailə qurduqdan sonra ünvan 1 mənzil 56-dan başqa ünvana köçmüş və orada faktiki yaşamış, hal-hazıradək müxtəlif digər ünvanlar üzrə yaşamağa davam etmişdir. Eyni zamanda, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, ev 107, mənzilinin mülkiyyət hüququ ilə qeydiyyatdan keçməsi onun hazırda da yaşayış sahəsi ilə təmin olunduğunu təsdiq etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı geniş şəkildə işlədilmişdir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. “İstifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Göründüyü kimi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (1982-ci ildən 2009-cu ilədək qüvvədə olan) 123-cü maddəsi baxımından Cavabdeh xx xxxx 1999-cu ilədək ünvan 1 mənzil 56-dan mülkiyyətçininin ailə üzvü kimi onunla bərabər istifadə etmək hüququna malik olmuş, ailə münasibətlərindən irəli gələn istifadə etmək hüququ yaranmış, lakin həmin vaxtdan 6 (altı) aydan artıq müddətə başqa ünvana köçməklə faktiki olaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh mübahisəli mənzilə “pasport qeydiyyatı” kimi xüsusata münasibətdə qeyd etmişdir ki, şəxsin pasport qeydiyyatı onun həmin mənzil üzrə əmlak hüquqlarını təsdiq etmir və qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, digər şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaq üçün dövlətin realizə etdiyi xüsusi bir təbirdir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü, Mülki Məcəllənin 152, 178.1, 203.1-ci maddələrini tətbiq edərək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2004-ci il tarixli qərarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, mülkiyyətçinin iradəsinə zidd ona məxsus əmlakdan istifadə olunması, hər hansı bir hərəkət və ya hərəkətsizlik nəticəsində mülkiyyətçinin əmlak hüquqlarının məhdudlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində, habelə Mülki Məcəllənin 152.1-ci maddəsində təsbit olunmuş müddəalara ziddir və yolverilməzdir. Belə olduğu təqdirdə iddia əsaslı sayılmalı, təmin olunmalı və Cavabdeh ünvan 1 mənzil 56 ünvana istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində cavabdeh mübahisəli mənzildə yaşamaqla mirası qəbul etdiyini bildirsə də qeyd edilməlidir ki, cavabdeh işin apelyasiya baxışı zamanı vəsatət verərək onun hazırkı iş üzrə iddiaçıya və digərlərinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılmışdır. İşin dayandrılmasına əsas olmuş məhkəmə icraatı nəticəsində Cavabdeh iddiası təmin olunmamış, qəbul edilmiş məhkəmə aktları qanuni qüvvəyə minmişdir. MPM-ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə mübahisə predmeti olan miras əmlaka olan payın cavabdeh tərəfindən faktiki olaraq qəbul edilmədiyi müəyyən edildiyi üçün həmin faktlar hazırkı işə baxılması zamanı mübahisələndirilə bilməz və yenidən sübut edilməsinə zərurət yoxdur, istinad olunan qərarda müəyyən edilmiş hallar baxılan iş üzrə preyudisial əhəmiyyətə malikdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(009)- 2676/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-163/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-163/2020
20.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver