Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1631/2019 14.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və istifadə hüququnun tanınması” tələbinədair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1180 A saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma və istifadə hüququnun tanınması barədə iddia tələbiəsassız olduğundan təmin edilməmiş, iş üzrə 100 manat məbləğində ekspertiza xərci İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə EkspertizasıMərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin ediməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözü gedən bağ sahəsi Qarabağ müharibəsi veteran kimi X2 və İstismarı birliyi tərəfindən xx xxxxxx 2001-cı il tarixində bağın icarəyə verilməsi haqqında müqavilə ilə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsindən ona 0,12 ha torpaq sahəsi icarəyə verilmişdir. Lakin o bu vaxta kimi həmin bağ sahəsindən istifadə edə bilmir və həmin əraziyə onu buraxmırlar. O, bu barədə Bələdiyyə, Xəzər Rayon Polis İdarəsinin 2ci PB-nə və kənd ağsaqqallarına müraciət etsə də heç nəyə nail ola bilməmişdir. Hazırda həmin bağ sahəsinə icarə müqaviləsinə əsasən onun səlahiyyətindədir. Həmin bağ sahəsinin Xəzər rayonu Türkan qəsəbəsi bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 1180a saylı bağ sahəsinin özələşdirilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinə müraciət etmişdir. Həmin idarədən ona bildirdilər ki, sözü gedən bağ sahəsi digər fiziki şəxslər tərəfindən hasara alınaraq istifadə olunduğu üçün bağ sahəsinə texniki baxış keçirmək mümkün olmamışdır. Cavabdeh Hüseyin qızına 1180a saylı bağ sahəsi ayrılmış, lakin o hazırda 1180a saylı bağ sahəsindən istifadə edir. Onun isə hüquqları pozulur, çünki həmin bağ sahəsi ona ayrılmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin tam təmin edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, bağın icarəyə verilməsi haqqında 30597 saylı xx.xx.2001-ci il tarixli müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində 0,12 ha torpaq sahəsindən ibarət 1180 a nömrəli bağ sahəsi İddiaçı verilmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsiin Yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bala şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi, 1180 a saylı bağ sahəsində aid yoxlama ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, sözügedən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasara alınaraq istifadə etmişdir. Bu səbəbdən bağ sahəsinə texniki baxış keçirmək mümkün olmamışdır.Bakı şəhər Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı və texniki inventarlaşdırma şöbəsinin rəyinin surətindən görünür ki, tələbkar və icra məmuru ilə birlikdə sözügedən əraziyə baxış keçirilmişdir. Texniki baxış zamanı tələbkar mişar daşı ilə hasarlanmış özəl 1180b saylı tikilisiz bağ sahəsini göstərərək bildirmişdir ki, bu ona məxsus 1180a saylı bağ sahəsinin yeridir. 1180b saylı bağ sahəsi ləğv edilmiş DT və XK-nın **********379 saylı plan və ölçüsünə əsasən ******* saylı çıxarışla rəsmləşdirilmişdir. Bağ sahəsinin arxiv cizgisi olmadığından həmçinin ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından, bağ sahəsinin yerini təyin etmək mümkün deyildir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********83 saylı xx.xx.2016-cı il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyanın xx.xx.2001-ci il tarixli 825 saylı protokoluna əsasən Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan, 1180b saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının inkişaf və istismarı Birliyi ilə X7 arasında xx.xx.2002-ci il tarixli 30596 saylı müqavilə bağlanmışdır və xx.xx.2013-cü il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 33 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2013-cü il tarixli 4- Ə/01-193 saylı reyestri alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsi Nümayəndə2 adına qeydiyyatdan keçmişdir. Daha sonra 1 saylı Bakı «Asan xidmət» mərkəzi notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə- 1041 saylı reyestr bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri, Türkan qəsəbəsi, 1180b saylı bağ sahəsi Cavabdeh adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1180 a saylı bağ sahəsi Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2001-ci il tarixli 825 saylı protokoluna əsasən İddiaçı icarəsinə verilmiş və onunla xx.xx.2001-ci il tarixli 30597 saylı müqavilə bağlanmışdır.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, 0,12 ha-dan ibarət Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 1180 b saylı bağ sahəsi Cavabdeh mülkiyyətindədir. Bundan başqa müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2016-cı il tarixli 20295 saylı rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən baxış zamanı, təqdim edilmiş torpaq sahəsinin ümumi sahəsinin 1198,5 kv.metr təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyasının 2(103)-3659/2017 saylı xx xxxxx 2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 11668 saylı xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxx 2019-cu il tarixli **********79 saylı rəyinə əsasən, İddiaçı iddia etdiyi torpaq sahəsi barədə ölçüsü və bağ nömrəsi barədə məlumat olmadığı qeyd edilmişdir. Mütəxəssis tərəfindən aparılmış araşdırmalar nəticəsində Cavabdeh məxsus torpaq sahəsinin verilmiş koordinatlar daxilində yerləşdiyi, eləcədə göstərilən sahənin Cavabdeh adına qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Kolelgiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumiprinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya qeyd edir ki, məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə mübahisəli torpaq sahəsinin iddiaçının istifdəsində olan torpaq sahəsinə aid olmaması, Cavabdeh məxsus torpaq sahəsinin verilmiş koordinatlar daxilində yerləşməsi sübuit edilmiş və həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi əsası olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin rədd etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Apellyator apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini tələb etsə də, məhkəməyə istinad etdiyi halları sübut edən hər-hansı sübut təqdim etməmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın dəyəri 100 manat təşkil etdiyindən və iddia tələbi rədd edildiyindən, həmin məbləğ İddiaçı tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, məhkəmə tikinti-texniki ekspertizanın dəyəri 100 manat təşkil etdiyindən və iddia tələbi rədd edildiyindən, həmin məbləğ İddiaçı tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384-386, 388, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1372/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizanın dəyəri 100 manat təşkil etdiyindən və iddia tələbi rədd edildiyindən, həmin məbləğ İddiaçı tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-1631/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1631/2019
14.11.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver