Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1632/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülk iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 2(005)-4244/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 05 noyabr 2021-ci il tarixli 2(004)-4244/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 240000 ABŞ dolları məbləğində pulun (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, məhkəmə tərkibinin icraatında olan başqa bir mülki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ümumilikdə 20000 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(005)-1148/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 20000 ABŞ dolları məbləğində pulun (öhdəliyin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər. Qeyd olunan mülki iş hal-hazırda məhkəmə sənədlərin texniki еkspеrtizаsının keçirilməsi üçün Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə göndərilmişdir. İş materiallarından görünür ki, hər iki işdə “Google Drive” serveri daxilində yaradılmış “X1” adlı Excel sənədi üzrə pul vəsaitlərinin mədaxil və məxaric olunması mübahisələndirilmişdir. Belə ki, həmin Excel sənədi üzrə ekspertizanın rəyi hər iki iddia tələbi ilə baxılan işlərdə pul vəsaitlərinin verilməsi və qaytarılması məsələsinin həllində istifadə edilə bilər. Bundan əlavə, hər iki işdə tərəflər eyni olmaqla iddia pul tələbi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədi ilə, eləcə də prosessual qənaət prinsipinin tələblərinə uyğun olaraq hər iki işdə mübahisə predmeti və tərəflər eyni olduğundan onlar bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsini rəhbər tuturaq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair 2(103)-10022/2021 saylı və İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 və Cavabdeh3 na qarşı borcun ödənilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(103)- 1632/2022 saylı mülki işlər bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1632/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1632/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver