Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1632/2024 02.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakim N.Nəbizadə, iş № e-2(001)-1603/24) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə əmək münasibətlərindən əmələ gələn mübahisə deyil. Tərəflər arasında hazırkı mübahisə “Tam Maddi məsuliyyət müqaviləsi”ndən irəli gələn öhdəliklərin nəticəsi zamanı dəymiş maddi ziyan və qalan bir hissəsi isə tərəflər arasında xx.xx.2021-ci il tarixində bağlanmış “Borc müqaviləsi” olmuşdur. Bu səbəbdən də iddia ərizəsi geri qaytarılmamalı və icraata götürülməli idi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən iddiaçının qanunla müəyyən edilmiş qaydada mediasiya orqanına müraciət etmədiyinə istinad etmiş və gəldiyi nəticəni “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə əsaslandırmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə görə, ... əmək ... münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırkı mübahisə tərəflər arasında əmək münasibətlərindən əmələ gəlmişdir. Belə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı və cavabdeh arasında faktiki əmək münasibətləri olmuşdur. Həmçinin, Kollegiya onu da nəzərə alır ki, iddiaçı eyni tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-7588/2023 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 148 dövlət rüsumunun geri qaytarılması qərara alınmış və iddiaçıya hazırkı tələb üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakının qanunvericiliklə tələb olunması izah edilmişdir. Həmin qərardad iddiaçı tərəfindən mübahisələndirilməmiş və xx.xx.2024-cü il tarixdə qərardadda qeyd olunmuş nöqsan aradan qaldırılmadan eyni tələblə yenidən məhkəməyə müraciət edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia ərizəsini göstərilən əsasla geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1632/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1632/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver