Məhkəmə qərarları › İş №2(103)-1640/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1640/2023

12.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1640/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yusufovna və müstəqil tələb irəli sürən üçünçü şəxs X6 Cavabdeh qarşı iddiaları və iddiaçı Cavabdeh İddiaçı (Polina) Yusifovnaya qarşı qarşılıqlı iddiasına dair iş üzrə (Açar sözlər: ləyaqətsiz vərəsə hesab edilməsi və ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi, miras əmlakdan payın artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, tərcüməçi X8, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X16 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə 12 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X19 ilə Cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. X19 cavabdehlə birgə nikahda olduqları dövrdə xx.xx.2016-cı ildə notariat ofisində ölən günədək özünə məxsus bütün əmlakını, o cümlədən ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzili öz qardaşbacılarına - X17, X7, X14, X3, X9 vəsiyyət etmişdir. X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (Abdulaev Porat (Polina)) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi və onun vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Üçüncü şəxs X16 da Cavabdeh qarşı müstəqil iddia ərizəsi ilə məhkəməyə müraciət Cavabdeh ləyaqətsiz vərəsə sayılmaqla vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Cavabdeh X4rşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X11 miras qalmış ünvan 1, mənzil 30 ünvanında yerləşən mənzildən onun miras payının 70% müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum bacısı X19 ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildə yaşamışlar. Həmin mənzil ilkin olaraq onun atası X18 verilmiş və onlar bütün ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. O, xaricə getdikdən sonra, həmin mənzil bacısı X12 adına rəsmiləşdirilmiş və sonuncuya DƏDRX tərəfindən mənzilə dair müvafq çıxarış verilmişdir. Bundan sonra, 2006-cı ildə iddiaçının bacısı Cavabdeh ilə nikaha daxil olmuşdur. O və qohumları cavabdehi tanımadıqlarından və nə dərəcədə səmimi olduğunu bilmədiklərindən, onu mənzillərinə qeydiyyata almamışlar. O, (iddiaçı) həmin dövrlər, cavabdehin onun bacısına münasibətdə səmimiyyətindən şübhə etmiş, cavabdehin əsl niyyətinin şəhərin mərkəzində olan və bacısının adına rəsmiləşdirdikləri mənzili ələ keçirmək niyyətinin olduğunu düşünmüşdür. Onun mərhum bacısı da, cavabdehə tam inanmadığına və etibar etmədiyinə görə yuxarıda qeyd edilən mənzili iddiaçıya və digər yaxın qohumlarına vəsiyyət etmişdir. Onun mərhum bacısının cavabdehlə münasibətləri son dövrdə pozulmuş, hətta bacısı cavabdehi mənzildən qovmuşdur. Lakin sonradan, sadəlövlük göstərərək cavabdehin dediklərinə aldanaraq onu yenidən mənzilə buraxmışdır. Sonradan cavabdeh xəstələnmiş və mərhum bacısının da COVİD-19 virusuna yoluxmasına səbəb olmuşdur. Cavabdeh, bacısının vəziyyətinin ağır olmasına baxmayaraq, ona lazımi yardım etməmiş və vaxtında xəstəxanaya yerləşdirilməsinə imkan verməmişdir. Sonradan onun mərhum bacısı xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmamış və xx.xx.2021ci il tarixdə o vəfat etmişdir. Cavabdeh ümumiyyətlə onun bacısının səhhəti ilə maraqlanmamış, ona tamamilə biganə qalmışdır. Onun bacısı X19 vəfat etdikdən sonra, cavabdeh bir sıra hərəkətləri ilə miras qoyanın son iradəsinin həyata keçiriiməsinə aşkar şəkildə qəsdən maneə törətmiş, o, cümlədən miras qoyandan qalmış qiymətli zinət əşyalarını özünə götürmüş, vəsiyyətnamə üzrə vərəsə olan onu və digər vərəsələri mənzilə buraxmamışdır. Bununla əlaqədar o, polis orqanlarına müraciət etmiş, lakin cavabdeh mənzildə olan daşınar əşyaları ələ keçirmişdir. Cavabdeh hətta mərhumun qəbir daşının düzədilməsi üçün verilmiş 500 manat vəsaiti də özünə götürmüşdür. Bununla da, cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, miras əmlakı qanunsuz olaraq ələ keçirmişdir. Qeyd olunanlara əsasən Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməli və o, ləyaqətsiz vərəsə kimi vərəsəlik hüququndan məhrum edilməlidir.

6. Üçüncü şəxs X16 da iddiasını ilkin iddianın dəlillərinə uyğun əsaslandırmışdır.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X12 ölümündən sonra hazırda yaşadığı mənzil miras qalmışdır. Cavabdeh birinci dərəcəli vərəsədir, lakin sonradan iddiaçı tərəfindən vəsiyyətnamə verildiyi müəyyən edilmişdir. Cavabdeh 16 il ərzində X19 ilə birlikdə yaşamış və o, 2006-cı ildən xəstə olduğu üçün işləməmişdir. Bununla əlaqədar olaraq X15 2-ci qrup əlillik təyin olunmuşdur. Belə ki, o, epilepsiya və şəkər xəstəliyinə tutulmuşdur. Cavabdeh daimi olaraq işləmiş və evin bütün daimi ehtiyaclarını ödəmişdir. Onun bütün dərmanları və iynələri cavabdeh tərəfindən təmin olunmuşdur. Evə dair bütün kommunal xərclər Cavabdeh tərəfindən ödənilmişdir. Lakin evə dair sənədləşmə X12 adına olduğundan bütün ödəmələr onun adından olmuşdur. Buna görə də hesab edir ki, miras əmlakdan onun payı artırılmalı və onun payı 70% müəyyən olunmalıdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2566/22 saylı iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) ilkin iddia və üçüncü şəxsin iddiası rədd edilmiş, qarşılıqlı iddia baxılmamış saxlanılmışdır.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh ilə X19 arasında bağlanmış nikah və tərəflər arasında ailə-nikah münasibətləri pozulmamış, birgə təsərrüfat aparmışlar və heç vaxt ər-arvad münasibətləri kəsilməmiş, nikah formal xarakter daşımamışdır. İddiaçı və üçüncü şəxs R.Samoylova Cavabdeh tərəfindən onların bacısı X5yğı göstərilməməsini, hörmət edilməməsini, onunla ailə münasibətlərinin yaxşı olmamasını, onlara məxsus olan əşyaların bir neçəsinin cavabdeh tərəfindən evdən götürüldüyünü, ona məxsus olan şəxsi əşyaların, o cümlədən qızıl-zinət əşyalarının evdə tapılmadığını əsas gətirsə də, bu hal miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi kimi qiymətləndirilə bilməz və onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas hesab edilə bilməz. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1139-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 1 may 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin olunmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız yuxarıda göstərilənləri qətnamədə qeyd etməklə kifayətlənmiş, iddiaçı tərəfindən təqdim edilmiş sübutların heç birinə qiymət verməmiş, ümumiyyətlə iş materiallarında olan sübutları dəyərləndirməmiş, işə heç bir aidiyyəti olmayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1 may 2019-cu il tarixli qərarında göstərilənləri qətnamədə yazmaqla, Mülki Məcəllənin 1137-cimaddəsinə heç bir rəsmi əsas olmadan yanlış şərh verməklə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 1137-ci maddəsinin dispozisiya şərtlərini düzgün tətbiq etməmiş, həmin maddənin mahiyyətinə varmadan tamamilə yanlış qənaətə gəlmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, vəsiyyətnaməyə əsasən miras qoyan bütün əmlaklarını (daşınar və daşınmaz əmlaklarını) iddiaçıya və digər qohumlarına vəsiyyət etdiyi halda (vəsiyyətnamədə ifadə edilmiş son iradəsi), Cavabdeh də bunu bilərək, mərhumun mənzilində qalan bütün daşınar miras əmlaklarını, o cümlədən miras qoyana məxsus olan məişət əşyaları (kondisioner, mebellər və s.), geyim əşyaları, qızıl-zinət əşyaları, iddiaçının və mərhumun atasından qalmış bir çox əşyaları (bu əşyaların hər biri barədə məhkəməyə foto, video və digər bütün zəruri sübutlar təqdim edilmişdir) mənzildən apararaq ələ keçirmişdir. Bununla da, Cavabdeh yuxarıda qeyd edilən, miras kütləsinə aid bütün daşınar əşyaları ələ keçirməklə, miras qoyanın vəsiyyətnamədə ifadə edilmiş son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş və aşkar şəkildə mirasdan öz payının artmasına nail olmuşdur. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, cavabdeh iddiaçıya və mərhumun digər qohumlarına, miras açıldıqdan sonra uzun müddət miras əmlak olan mənzilə daxil olmağa imkan verməmiş, yalnız məhkəmə qərardadının icrası zamanı, yəni mənzildə olan əşyaların siyahıya alınması üçün icra məmurunun mənzilə daxil olduğu zaman, iddiaçı və onun vəkili həmin mənzilə daxil ola bilmişlər. Bundan sonra, icra məmurunun iştirakı ilə miras qoyana məxsus olan əşyaların mənzildə olmadığı aşkar edilmiş və bu fakt icra məmuru tərəfindən akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilən miras kütləsinə daxil olan bütün əşyaların mövcud olmasına dair dəlillərə, o cümlədən iddiaçı icra məmuru ilə birlikdə mənzilə daxil olana qədər, daha əvvəl çəkilmiş miras qoyana məxsus olan əşyaların mənzildə mövcudluğunu təsdiq edən video və foto görüntülərə heç bir diqqət ayırmamışdır. Halbuki, miras kütləsinə daxil olan və Cavabdeh tərəfindən ələ keçirilən əşyaların məhz mənzildə olması bu sübutlarla tam təsdiq edilir. Cavabdehin mərhum X5rşı neqativ münasibəti, ona heç bir qayğı göstərməməsi, xəstə olduğu dövrdə onunla maraqlanmaması, bu zaman ona heç bir yardım göstərməməsi kimi halları təsdiq edən şahid ifadəsini və yazılı müraciətləri birinci instansiya məhkəməsi görməzdən gəlmişdir. 13.Üçüncü şəxs Rita Samoylova da apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və üçüncü şəxsin iddiasının təmin olunmasını xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əşyalarının cavabdeh tərəfindən evdən götürüldüyünü, iddiaçıya məxsus olan əşyaların, qızı-zinət əşyalarının evdə tapılmadığı kimi halların miras qoynanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi kimi qiymətləndirməməsi məhkəmə tərəfindən iş üzrə faktiki hallarının kifayyət qədər obyektiv araşdırılmadığını ehtiva edir. Miras qoyan bütün əmlaklarını iş üzrə iddiaçıya, üçüncü şəxsə və digər qohumuna vəsiyyət etmişdir. Lakin, cavabdeh isə bunu biləndən sonra, iddiaçının və üçüncü şəxsin mənzildə olmadıqlarından istifadə edərək, miras qoyanın əşyalarını mənzildən aparmışdır. Bu hal icra məmuru tərəfindən tərtib edilmiş akt, çəkilmiş video görüntü, o cümlədən məhkəməyə verilmiş şahid ifadə əsasında sübut edilir. Birinci instansiya məhkəməsi, iddiaçı tərəfindən təqdim edilən şahid ifadələrinə, cavabdehin oğlu X2 məhkəmə veridyi yazılı izahatına əhəmiyyət verməyərəq hərtərəfli və obyektiv tədqiqini aparmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16.İddiaçı, onun nümayəndəsi Vəkil1 və üçüncü şəxsin nümayəndəsi Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdilər. 17.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18.Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 19.Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 20.Maddə 1164. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Ərin (arvadın) miras qoyanın vərəsəsi olmaq hüququndan məhrum edilməsi barədə iddia ilə məhkəməyə Mülki Məcəllənin 1159-cu maddəsində müəyyən edilmiş növbəliliyə uyğun olaraq ölən şəxsin vərəsələri müraciət edə bilərlər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 1 may 2019-cu il tarixli qərarı

21.Mülki Məcəllənin boşanmış ərarvadın vərəsəlik zamanı vəziyyətini müəyyən edən 1163-cü maddəsinin məzmununa uyğun olaraq, nikahı pozulmuş arvad (ər) miras qoyan ərin (arvadın) qanun üzrə vərəsəsi olmaq hüququndan məhrum olur. Belə ki, həmin maddəyə görə, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Göründüyü kimi, əgər ər (arvad) miras qoyanın öldüyü anda nikahı qanunvericiliklə nəzərdə tutulmuş qaydada ləğv etmiş olarsa, bu zaman o, qanun üzrə vərəsə olmaq hüququnu itirir. Ərin (arvadın) nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etməsindən sonra ölməsi ilə əlaqədar qeyd edilməlidir ki, tərəflərdən birinin şəxsi iştirakı olmadan icranın mümkünsüz olduğu, eləcə də şəxsi xarakter daşıyan və ölən tərəfin şəxsiyyəti ilə bilavasitə əlaqədar olan hüquq münasibətlərində prosessual hüquq varisliyinə yol verilmir.

Apellyasiya baxışının hədləri

22.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 23.Hazırkı iş üzrə apellyasiya şikayətlərində qətnamə iddiaçı və üçüncü şəxs tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. 25.Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. 26.Mülki Məcəllənin 1137-ci maddəsinə müvafiq olaraq miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. 28.Qeyd olunan maddi hüquq normasından və həmin normaya verilmiş rəsmi şərhdən göründüyü kimi hazırkı tələbin qanuni və əsaslı olması üçün hər hansı şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş olması məhkəmə qərarı ilə təsdiq olunmalıdır. 29.Lakin məhkəmə baxışının gedişində iddiaçı belə bir qərarı məhkəməyə təqdim etməmiş, hazırkı məhkəmə baxışında da bu hal təsdiq olunmamışdır. 30.Bununla yanaşı Kollegiya nəzərə alır ki, iddia ərizəsində iddiaçı cavabdehin onun bacısı ilə onun əmlakını ələ keçirmək məqsədilə ailə qurduğunu bildirsə də, işin baxışı zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, işdən görünür ki, cavabdeh X19 ilə sonuncunun öldüyü günədək 15 il nikahda olmuş, birgə təsərrüfat aparmış, mərhumun dəfnini həyata keçirmişdir. Bu faktı tərəflərin heç biri mübahisələndirməmişlər. 31.İddiaçı və üçüncü şəxs iddia ərizəsində qeyd etmişlər ki, miras qoyan bütün əmlaklarını iddiaçıya və digər qohumlarına vəsiyyət etdiyi halda cavabdeh də bunu bilərək, mərhumun mənzilində qalan bütün daşınar miras əmlaklarını, o cümlədən miras qoyana məxsus olan məişət əşyaları (kondisioner, mebellər və s.), geyim əşyaları, qızıl-zinət əşyaları, iddiaçının və mərhumun atasından qalmış bir çox əşyaları mənzildən apararaq ələ keçirmişdir. 32.Kollegiya hesab edir ki, bu hallar miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törədən hal kimi qiymətləndirilə və Mülki Məcəllənin 1137-ci maddəsinin mənasına görə şəxsin ləyaqətsiz vərəsə hesab olunmasına əsas verən hal kimi qəbul oluna bilməz. 33.Belə ki, qanunun yuxarıda göstərilən tələbinə əsasən həmin hallar öz təsdiqini tapmış olsa belə, miras qoyanın vəfatından sonra baş verdiyindən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən törədilmiş maneə kimi qiymətləndirilə bilməz. 34.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının və üçüncü verdikləri apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. 35.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 36.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar