Məhkəmə qərarları › İş №2(103)-1644/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1644/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1644/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Əliyev Kənan İlyas oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" BOKT MMC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması və mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 10B nömrəli, 9 mərtəbəli binada 67.21 kv.m ümumi, 38,71 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzilin boşaldılması, Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verərək həmin mənzildən çıxarılmaları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Ramazanov Namik Rasim oğlu arasında 01 may 2015-ci il tarixində Kredit müqaviləsi və həmin müqavilə üzrə verilmiş kreditin təminatı kimi İpoteka müqaviləsi imzalanmışdır. Qeyd olunan ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 10B nömrəli, 9 mərtəbəli binada 67.21 kv.m ümumi, 38,71 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil ipoteka hüququ ilə yüklü edilmişdir. Borclu Ramazanov Namik Rasim oğlu kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün "xxxx" BOKT MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsi 20 dekabr 2017-ci il tarixli 2(010)-553/2017 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, cavabdehlərdən borcun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini qət etmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və müvafiq icra qurumu tərəfindən icra edilmişdir. Hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən 10B nömrəli 9 mərtəbəli binada 67.21 kv.m ümumi, 38,71 kv.m yaşayış sahəsindən ibarət 3 otaalı 14 nömrəli mənzil ƏMDK DƏDRX-nin 08.04.2020ci il tarixli, ********** Qeydiyyatnömrəli Çıxarışa əsasənTBC Kredit” BOKT MMC-nin mülkiyyətindədir. Lakin bu günə kimi Cavabdeh2 və Cavabdeh1 yuxarıda qeyd edilən mənzili tərk etməmişlər və qeydiyatdan çıxmamışlar. Baxmayaraq ki, hər iki cavabdeh ipoteka müqaviləsi bağlanarkən müvafiq öhdəliyi notarial qaydada öz üzərlərinə götürmüşlər. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2020 saylı, 21 otyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindəki ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icra vərəqəsi üzrə icraat zamanı mübahisələndirilən əmlakın satışı qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən, hazırki iddia üzrə Cavabdeh2 tərəfindən “Hərracın nəticələrinin ləğv edilməsi barədə” iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinin müraciət edilərək keçirilmiş hərracın, o cümlədən hərracın nəticələri barədə protokol və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yəni faktiki olaraq şikayət edilən məhkəmə qətnaməsinin əsasını təşkil edən əmlakın mülkiyyətçisinin dəyişməsi barədə sənədləşmə mübahisələndirilmişdir. Məhkəmə tərəfindən maddi normalardan başqa, prosessual hüquq normalarının da pozuntusuna yol verilmişdir. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər məlumatlandırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi Əliyev Kənan İlyas oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 553/2017 nömrəli iş üzrə qəbul etdiyi 20.12.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Ramazanzadə Namik Rasim oğluna qarşı “borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası tddia qismən təmin edilmiş, cavabdehlər Ramazanov Namik Rasim oğlundan və Ramazanzade Rasim Əskər oğlundan müştərək qaydada 34.063,95 (otuz dörd min altmış üç dollar 95 sent) ABŞ dollan məbləğində əsas borc, 13.257,53 (on üç min iki yüz əlli yeddi dollar 53 sent) ABŞ dollan məbləğində faiz borcu və 1.000 (min) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 48.321,48 (qırx səkkiz min üç yüz iyirmi bir dollar 48 sent) ABŞ dollan məbləğində pul vəsaitinin iddiaçı “TBC Kredit bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Ramazanov Namik Rasim oğlundan və Cavabdeh2 müştərək qaydada iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, cavabdehlər Ramazanov Namik Rasim oğlundan və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 48.321,48 (qırx səkkiz min üç yüz iyirmi bir dollar 48 sent) ABŞ dolları məbləğində borc və 60 (altmış) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Ramazanzade Rasim Əskər oğluna məxsus Bakı şəhəri Hövsan qəsəbəsinin İ.Əhlimanov küçəsindəki 10b saylı evin 14 saylı mənzilinə yönəldilməsi və həmin mənzil açıq hərracda satılaraq, iddiaçıya olan borcun ödənilməsi, iddiaçı "xxxx"Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Ramazanov Namik Rasim oğlu arasında bağlanılmış 01 may 2015-ci il tarixli BAKU1-24021-H209 saylı kredit müqaviləsinə xitam verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Ramazanov Namik Rasim oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3210/2018 nömrəli iş üzrə qəbul etdiyi 18.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" BOKT MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-553/2017 nömrəli iş üzrə qəbul etdiyi 20.12.2017-ci il tarixli qətnaməsinin tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsində dəyişdirilərək, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə yönəldilməsi, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7390/2018 nömrəli iş üzrə qəbul etdiyi 20.11.2018-ci il tarixli qərarına əsasən cavabdeh Ramazanzadə Namik Rasim oğlunun kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3210/2018 nömrəli iş üzrə qəbul etdiyi 18.05.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 08.04.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 07.08.2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki,Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, 10b ünvanında yerləşən 14 saylı mənzilin 31 avqust 2020-ci il tarixindən gec olmayaraq boşaldılaraq könüllü şəkildə banka təhvil verilməsi, əks təqdirdı fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında 05.08.2020-ci il tarixli ******* №-li arayışından görünür ki, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 22.04.2015-ci il tarixdə ünvan 2 ünvanlanmış ərizədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetinə tutma yönəldiləcəyi halda məhkəmə qətnaməsini gözləmədən ünvan 1 ünvanını tərk edəcəyini bildirmişdir. İş materiallarında olan 07.09.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; - və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərizində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs-yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı evi qanuni əsasla əldə etmişdir və ev onun xüsusi mülkiyyətindədir. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları və həmin mənzildən istifadə etmələri mülkiyyətçi kimi onun iradəsinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Göründüyü kimi, hazırda yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qalmaları yeni mülkiyyətçiyə mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh1 həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən səhvən Azərbaycan Respublikası “İpotek haqqında” Qanun 59.4-cü maddəsinin əvvəlki redaksiyasına istinad edildiyini qeyd etsə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətin dəlilini əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi qanunvericilikdə göstərilən dəyişiklik 28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir. Halbu ki, iş materialarından gürünür ki, iddiaçının tələb hüququ Bakı Apellyasiya Məhkəməsinin 18.05.2018-ci il tarixli qətnaməsindən yaranmış və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin qəbul etdiyi 20.11.2018-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. Ona görə də, məhkəmə haqlı olaraq həmin tarixə qüvvədə olan Azərbaycan Respublikası “İpotek haqqında” Qanun 59.4-cü maddəsinin tələbinə uyğun qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər məlumatlandırılmamışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarından və cavabdehin özünün də məhkəməyə müraciət etdiyi iddia ərizəsindən görünür ki, cavabdehlərin ünvanı ünvan 3siya məhkəməsi də qeyd edilən ünvana bildiriş göndərmiş, lakin qeyd edilən bildiriş geri qayıtmışdır. Göründüyü kimi, məhkəmə, iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq cavabdehlərin məhkəməyə məlum olan sonuncu ünvanına bildiriş göndərməklə üzərinə düşən vəzifəni icra etmiş və cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4087/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar