Məhkəmə qərarları › İş №2(103)-165/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-165/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-165/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçı nümayəndəsiBayramov Pərviz Mövlud oğlununiştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)- 1403/2018.nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X6” X4 cavabdehlər “Türkan Telekom” X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 müştərək (birgə) qaydada 500000 manat (beş yüz min manat) əsas kreditin borcunun, 146 270,51 manat əsas hesablanmış faiz borcunun, 35 943,53 manat, hər gecikdirilmiş günə görə cərimə borcunun: cəmi 682 214,04 manant məbləğində borcun və 35,50 manat cavabdehlərə göndərilmiş bildiriş (pretenziya), ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə, habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan, ümumi sahəsi 246.8 kv.m, yaşayış sahəsi 173.6 kv.m, yarımçı sahəsi 73.2 kv.m-dən ibarət 4 otaqlı ünvan 1, mənzil 27 ünvanında yerləşən yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 790000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi borclu və zamindən tutulması, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə yaşayış sahəsinin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)- 1403/2018.nömrəli qətnaməsi ilə İddiaçı “X6” X2 cavabdehlər “Türkan Telekom” X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması barədə” iddia ərizəsinin qismən təmin edilməsi, cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 müştərək qaydada 500 000 (beş yüz min) manat əsas borc, 146 270,51 (yüz qırx altı min iki yüz yetmiş manat əlli bir) manat faiz borcu və 1000 (min) manat cərimə borcu, cəmi 647 270,51 (altı yüz qırx yeddi min iki yüz yetmiş manat əlli bir qəpik) manat məbləğində pul, 35,50 (otuz beş manat əlli qəpik) manat cavabdehlərə göndərilmiş bildiriş, ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, “X6 Azərbaycan” X2 xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan ümumi sahəsi 246.8 kv.m olan 4 otaqlı ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 460 000 (dörd yüz altmış min) manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ hesabına banka olan borc ödənilməsi və satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsi cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutulması, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil 1 ay ərzində boşaldılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3apelyasiya şikayəti verərək,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-1403/2018.nömrəli qətnaməsinin ləğv edilərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertzası keçirilərək alınmış olan ekspert rəyinə müvafiq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, Qətnamə iş üzrə cavabdehlərin maddi və prosessual hüquqlarını kobud şəkildə pozmuş və qanunvericiliyə uyğun olmayan tərzdə qəbul edilmiş, bu səbəbdən də qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, Bakı şəhər Yasamal rayon Məhkəməsində iş araşdırılarkən real borcu müəyyən etmək üçün tərəflərindən şifahi vəsadət verilərək məhkəmə mühasibatlıq ekspertzası keçirilməsi istənilsə də məhkəmə-mühasibatlıq ekspertzası keçirilməmişdir. Qətnamə iş iizrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin Yasamal rayon Məhkəməsində yuxanda qeyd olunan faktlar araşdırılmamışdır. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsinixahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsələr də iştirak etməmişlər.Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qətnamə ilə tutulan borc hissəsində (ipoteka predmetinin qiymətləndirməsi təyin edilsə də cavabdeh ərizə ilə müraciət edərək ancaq borc hissəsinin yoxlanmasını xahiş etmişdir.) apellyasiya şikayəti vermiş Cavabdeh3 münasibətdə yoxlanılması təşkil edir.İddiaçı və digər cavabdehlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara münasibətdə yoxlanılmır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, 1-ci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə və apelyatora münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 23943 saylı “X6” QSC ilə cavabdeh “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nə 36 ay müddətinə, illik 17% ödəmək şərtilə 500 000 manat məbləğində kredit verimişdir.Həmin kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli Zaminlik müqaviləsi, Cavabdeh3 ilə xx xxxxxx 2015-ci il tarixli, 23943 saylı İpoteka müqaviləsi bağlanmış, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil bank qarşısında ipoteka yüklü edilmişdir.İş materiallarında olan MA seriyalı, ******* saylı Çıxarışdan da görünür ki, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan X5 ekpert rəyindən görünür ki, Cavabdeh3 məxsus ünvan 1 ünvanında yerləşən 27 saylı mənzil 460 000 manat məbləğin qiymətləndirilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh “xxxxxxxxxxxxxx” MMC Kredit müqaviləsi, cavabdeh Hacıyev X3 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarında olan Maliyyə arayışından da görünür ki, cavabdehin əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 146 270,51 manat, cərimə borcu üzrə 35 943,53 manat, cəmi 682 214,04 manat borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7953 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən məlum olur ki, cavabdehlərin xx.xx.2018-ci il tarixə əsas borc üzrə 500000 manat, faiz borcu üzrə 164. 088,01 manat borcu vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmçinin MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Ona görə də Kollegiya hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, 500 000 manat əsas borc, 146 270,51 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 647 270,51 manat məbləğində pul, 35,50 manat cavabdehlərə göndərilmiş bildiriş, ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənimiş 30 manat dövlət rüsumu cavabdehlər “xxxxxxxxxxxxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.Belə ki, cavabdehin “xxxxxxxxxxxxxxxxxxxxx” QSC–nə olan əsas kredit borcu üzrə 500000 manat, faiz borcu üzrə 146270,51 manat olduğu halda cavabdehdən 35943,53 manat məbləğində dəbbə pulu tələb edilmişdir.Məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə tələb edildiyindən işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği 1000 manata qədər azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)- 1403/2018.nömrəli qətnaməsimübahisələndirilən hissədə və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlansın. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə 145 (bir yüz qırx beş) manat Cavabdeh3tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar