Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1650/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4274/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, **********9 nömrəli əmrin ləğv olunması, işə bərpa və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Protez X2 Gəncə filialına komyuter-operator işinə daxil olmuşdur. xx.xx.2020-ci il tarixə kimi işində hər hansı nöqsan və gecikmə olmadan vəzifəsini icra etmişdir. xx.xx.2020-ci il tarixdə yıxılaraq başın ənsə nahiyyəsinin çapılmış yarası L-5 fəqərəsinin sol yan çıxıntısının qapalı travması, çanağın qapalı nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, L-5 fəqərəsinin çapılmış yarası xəsarətlərini almışdır. Bunun əsasında xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada yataq şəraitində müalicə almışdır. xx.xx.2020-ci il tarixdə işə çıxmışdır. Ancaq səhhəti həddindən artıq pis idi. Çətinliklə xx.xx.2020-ci il tarixədək işləmişdir. Ondan sonra Novruz bayramı və hamıya bəlli olduğu kimi pandemiya ilə əlaqədar sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi iş rejimi may ayının 26-dək işə çıxmamışlar. xx.xx.2020-ci il tarixdən sonra işə çıxmışlar. Qısa müddət işlədikdən sonra isə xx.xx.2020-ci il tarixdə yenidən əməliyyat keçirmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işə çıxmamışdır. Bununla bağlı olaraq əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. Qeyd olunan tarixdə işə çıxmışdır. İşə çıxarkən rəhbərlik tərəfindən ona qarşı münasibət tamamilə dəyişmişdir. Onlardan bunun səbəbini soruşduqda xx.xx.2020-ci il tarixdə ona bildirdilər ki, Azərbaycan Respubikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunmuşdur. İşdən çıxması qanunsuz və əsassızdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, birincisi, cavabdeh orqanın onu işdən azad etməsi əmək məcəlləsinin 187-ci maddəsinin 3- cü bəndinin kobud pozulması ilə nəticələnmişdir. Çünki cavabdeh orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilir ki, İddiaçı işdən çıxmasının səbəbi vətəndaş Verdiyeva Hicran Həmid qızının xx.xx.2020-ci il tarixdə verdiyi ərizə olmuşdur. Həmin ərizədə isə Verdiyeva Hicran Həmid qızı göstərmişdir ki, “Protez X2 Gəncə filialının komyuter operatoru İddiaçı xx.xx.2019-cu il tarixdə Gəncə X6nə süd vəzi protezi üçün müraciət etmiş və ondan Rəna 30 manat pul alıb və ona protez satıb”. Cavabdeh orqanın təbirincə deyilsə, bu intizam xətasıdır. İntizam pozuntusu isə xx.xx.2019-cu il tarixdə baş vermişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndində göstərilir ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Cavabdeh orqan isə inzibati tənbehi 1 il 6 ay sonra vermişdir. İkinci məsələ ondan ibarətdir ki, iddiaçı heç vaxt Verdiyeva Hicran Həmid qızından pul istəməmişdir və o, ona 30 manat pul verməmişdir. Yalnız xx.xx.2019-cu il tarixdə onunla ünsiyyətdə olmuş və gedərkən stolunun üstünə pul atmışdır. Həmin vəsait isə 30 manat yox, 5 manat olmuşdur. Bu gün onun ailə vəziyyəti ağırdır. O, heç kimin haqqına girməmişdir. Ancaq bəzi insanlar onun haqqına girməklə 2 azyaşlı uşağının ac qalmasına səbəb olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4274/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli əmri ləğv edilsin, xx.xx.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez X2 Gəncə filialının İqtisadiyyat və istehsalın təşkili şöbəsinin komputer operatoru vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxararkən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, işəgötürən faktiki olaraq işçinin korrupsiya ilə bağlı hüquqpozma əməlini törətməsini əsas gətirərək əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, bununla bağlı cinayət təqibinin həyata keçirilməsi barədə və ya inzibati xəta haqqında icraata dair hər hansı qərar göstərməmişdir. Yəni vətəndaşın şikayəti, bununla bağlı xidməti məruzə (təqdimat) şəxsin həmin əməli törətməsini sübut edən hal hesab edilə bilməz. Bununla bağlı cinayət qanunvericiliyində təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuşdur. Halbuki işçinin törətdiyi iddia edilən hərəkət, yəni işçinin rüşvət tələb etməsi və ya alması cinayət əməlidir və bu əməlin sübut edilməsi cinayət təqibini həyata keçirən orqanın səlahiyyətindədir. İşin hallarından da göründüyü kimi, bu barədə hər hansı qərar yoxdur, yəni əmək müqaviləsinə xitam verilərkən əmək məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan rəsmi sənədlərə istinad olunmamışdır. İddiaçı barəsində tərtib edilmiş əmrdən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, əlilliyi olan vətəndaş Verdiyevə Hicran Həmid qızının müraciəti zamanı aşkar edilmişdir ki, xx.xx.2019-cu il tarixdə süd vəzi protezini alan vaxtı Gəncə filialının kompyuter operatoru vəzifəsində çalışan İddiaçı xidməti səlahiyyətlərinin İcrası ilə əlaqədar paltar dəyişmə otağında protez məmulatının vətəndaş H.H.Verdiyevanın ölçülərinə uyğun olub-olmamasını yoxlayan vaxtı ondan bu protez məmulatının ona verilməsi üçün 50 manat məbləğində pul tələb edib, vətəndaşında həmin məbləği verməyə imkanı olmadığından protezin ona verilməsi üçün 30 manat məbləğində pulu İddiaçı verib. Protez məmulatı əlilliyi olan Hicran Verdiyevaya dövlət büdcəsi vəsaiti hesabına pulsuz verilir. İddiaçı tərəfindən Hicran Verdiyevaya münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin yaranması üçün maddənin dispozisiyasında qeyd olunan tələblər mövcud olmalıdır. Bunların mövcud olmaması İddiaçı cəzasız qalması üçün əsas deyil. Ona görə də işfegötürən tərəfindən haqlı olaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Əgər işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 72-ci maddəsinin f) bəndinə əsasən yəni, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə görə ləğv edilsəydi, o zaman məhkəmə cinayət təqibini həyata keçirən orqanın qərarının olmamasının əmrin həmin sənədlərlə əsaslandırılmadığı tələbində haqlı olardı. Hazırki vəziyyətdə isə qeyd olunan qərarın mövcudluğuna və istinadına zərurət yoxdur. Qətnamədə qeyd olunur ki, iddiaçı məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ... Özü kompüter operatoru işləyirdi. Xəstələri o qəbul edirdi. Receptionda oturmuşdu. Həmçinin qeyd olunur ki, iddiaçının vəkili məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ... Rəna özü bildirmişdir ki, 2 manat pul onun stolunun üstünə qoyulmuşdur. ... İddiaçının stolunun üstünə pul qoyularaq pul verilmişdir. Göründüyü kimi Hicran Verdiyevə ilə İddiaçı arasında pul alınması halının olması işin mübahisəsiz halıdır. Nəzərə alsaq ki, işə bərpa olmaq üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, İddiaçı pulun məbləğinə və verilmə qaydasına dəyişiklik edilməsi başa düşüləndir. Bununla bağlı qətnamədə qeyd edilir ki, iş materiallarında olan Verdiyevə Hicran Həmid qızının xx xxxxxxxx 2020-ci il tarixdə notariai qaydada təsdiq edilmiş ərizəsinə isə məhkəmə, həmin ərizənin mübahisədən sonrakı hala aid olduğuna görə hüquqi qiymət verməmişdir. Yəni məhkəmə özü də qeyd olunan halın mövcudluğunu qəbul edir. Pozuntu xx xxxx 2020-ci il tarixdə aşkar edilmiş, xx xxxx 2020-ci ildə yəni pozuntunun aşkar edildiyi gündən bir ay keçməmiş İddiaçı intizam tənbehi verilmişdir. Əgər intizam xətası işəgötürənə məlum olduğu halda intizam xətasının törədildiyi gündən altı ay keçərdisə o halda işçiyə intizam tənbehi verilə bilməzdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4274/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli **********9 nömrəli əmrinin surətindən görünür ki, Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez X2 Gəncə filialının İqtisadiyyat və istehsalın təşkili şöbəsinin komputer operatoru İddiaçı xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi Protez X2 direktoru A.Məcidovun xx.xx.2020- ci il tarixi **********9 nömrəli xidməti məruzəsi göstərilmişdir. İş materiallarında olan A.Məcidovun təqdimatından görünür ki, əlil olan vətəndaş Verdiyeva Hicran Həmid qızının müraciəti zamanı aşkar edilmişdir ki, xx.xx.2019-cu il tarixdə süd vəzi protezini alan vaxtı Gəncə filialının kompyuter operatoru vəzifəsində çalışan İddiaçı xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar paltar dəyişmə otağında protez məmulatının vətəndaş H.H.Verdiyevanın ölçülərinə uyğun olub-olmamasını yoxlayan vaxtı ondan bu protez məmulatının ona verilməsi üçün 50 manat məbləğində pul tələb edib, vətəndaşında həmin məbləği verməyə imkanı olmadığından protezin ona verilməsi üçün 30 manat məbləğində pulu İddiaçı verib. Göstərilənlərə əsasən İddiaçı barəsində tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan X7 X3 Komitəsi İdarə Heyəti üzvlərinin yığıncağının 09 saylı, xx.xx.2020-ci il tarixli Protokolun surətindən görünür ki, Protez X6 Gəncə filialının direktoru Anar İsgəndərovun xx.xx.2020- ci il tarixli xidməti məruzəsi İddiaçı 30 iyun tarixli izahatı, zərərçəkən Verdiyeva Hicran Həmid qızının əriəsi və X4 Qurbanovun izaladıqları akta və zərərçəkən İİ qrup əlil Verdiyeva Hicran Həmid qızının və cavabdeh X1 yazısındakı etiraflara əsaslanaraq İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı, əlillərə qarşı göstərdiyi kobud rəftar və əmək intizamını dəfələrlə pozaraq əvvəllər də eyni xarakterli əməllərlə məşğul olduğundan, onun haqqında intizam tənbeh tədbirlərin görülməsi üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilmişdir. İş materiallarında olan Gəncə “Asan xidmət” mərkəzində notarial qaydada təsdiqlənmiş Verdiyeva Hicran Həmid qızının xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Protez X2 Gəncə filialının istehsalat sahəsinin tibb qeydiyyatçısı İddiaçı barəsində xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi yazmışdır. Həmin vaxt ərizəni yazmasına səbəb xəstəxnadan çıxması, həddindən artıq əsəbi və gərgin olması olmuşdur. Çünki onkoloji xəstədir və protezinin cırılması onu daha da əsəbləşdirmişdir. əslində isə işin mahiyyəti o olmuşdur ki, o, Rəna xanıma özü 5 manat hörmət edərək, stolunun üstnə qoyub çıxmışdır. Rəna xanım ondan 30 manat pul istəməmiş və o, 30 manat pul verməmişdir. İddiaçı hər hansı şikayəti və tələbi yoxdur. İşin hallarından görünür ki, iddiaçı ilə cavabdeh qurumunun Gəncə filialının direktoru arasında 2016-cı ildə narazılıqlar olmuşdur. İddiaçı sonuncu haqqında mərkəzin direktoruna şikayət ərizəsi yollamış sonradan tərəflər arasında barışıq əldə olunmuşdur. Sonradan iddiaçının barəsində xx xxxxxx 2016-cı il tarixdə cavabdeh qurumun Gəncə filialının direktoru iddiaçının işdə əmək intizamını mütəmadi pozduğu, xəstələrlə kobud rəftar etdiyi, vəzifə səlahiyyətlərinin icrasında nöqsanlara yol verdiyi barədə rəhbərliyə müraciət etmiş və nəticədə İddiaçı töhmət verilmişdir. Daha sonra yəni 2020-ci ildə vətəndaşın İddiaçı ondan pul(rüşvət) istəməsi ilə bağlı şikayəti əsasında araşdırılma aparılmış və iddiaçının barəsində intizam tənbehi tətbiq edilərək əmək müqaviləsinə xitam verilmişdir. İddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Həmin maddədə qeyd olunmuşdur ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində qeyd olunmuşdur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, bu məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndində qeyd olunmuşdur ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 10-cu maddəsində işçinin əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq kimi əsas vəzifələri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 11-ci maddəsində işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək kimi işəgötürənin əsas hüquqları müəyyən olunmuşdur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 80-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsində qeyd olunmuşdur ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10- cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70- ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin Məcəllənin 189-cu maddəsinin 2 və 3-cü bəndlərinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən müvafiq əmr əsaslandırılmamışdır. Belə ki, həmin əmrin verilməsinə əsas kimi Protez X2 direktoru A.Məcidovun xx xxxx 2020-ci il tarixli **********9 nömrəli xidməti məruzəsi göstərilmişdir. Lakin əmrin verilməsi üçün əsas olmuş rəsmi sənədlər qeyd edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd edilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Odur ki, işəgötürən faktiki olaraq işçinin korrupsiya ilə bağlı hüquqpozma əməlini törətməsini əsas gətirərək əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, bununla bağlı cinayət təqibinin həyata keçirilməsi barədə və ya inzibati xəta haqqında icraata dair hər hansı qərar göstərməmişdir. Yəni vətəndaşın şikayəti, bununla bağlı xidməti məruzə (təqdimat) şəxsin həmin əməli törətməsini sübut edən hal hesab edilə bilməz. Bununla bağlı cinayət qanunvericiliyində təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuşdur. Halbuki işçinin törətdiyi iddia edilən hərəkət, yəni işçinin rüşvət tələb etməsi və ya alması cinayət əməlidir və bu əməlin sübut edilməsi cinayət təqibini həyata keçirən orqanın səlahiyyətindədir. İşin hallarından da göründüyü kimi, bu barədə hər hansı qərar yoxdur, yəni əmək müqaviləsinə xitam verilərkən əmək məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan rəsmi sənədlərə istinad olunmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərini də pozmuşdur. Belə ki, işəgötürənin intizam tənbehi verilməsi üçün əsas hesab etdiyi intizam xətasının törədilməsindən 6 aydan artıq müddət keçdikdən sonra əmr vermişdir. Yəni işəgötürən xx.xx.2019-cu ildə baş verdiyini hesab etdiyi intizam xətasına görə xx xxxx 2020-ci ildə intizam tənbehi vermişdir. Halbuki Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normasından da göründüyü kimi, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Əmək Məcəlləsinin 186-cı maddəsində isə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi kimi müəyyən edilmişdir. Odur ki, işəgötürən intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verə bilməzdi, baxmayaraq ki, həmin intizam xətasının törədilməsi ona xx xxxx 2020-ci ildə məlum olmuşdur. Beləliklə məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə həmin məcəllənin 71,76,187- ci maddələrinin tələbləri gözlənilmədən xitam verildiyindən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, **********9 nömrəli əmri ləğv edilərək, xx.xx.2020-ci il tarixdən hesablanaraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Protez X6 Gəncə filialında tutduğu əvvəlki vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4274/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4274/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1650/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1650/2021
10.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver