Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1655/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1655/2025 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5036/2024 nömrəli 20 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-835/2021 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən olunması və aliment tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 18 mart 2008-ci il tarixdə Bakı Nikah Evində bağlanmış 426 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları - 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 11 iyun 2010-cu il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının əvvəli 02 avqust 2021ci il tarixdən hesablanması, aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(001)-835/2021 saylı qərardadının nəzərə alınması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı uşaqların atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, 01 sentyabr 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh yanında saxlanmasının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi və qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-113/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair ilk iddiası qismən təmin edilərək, Cavabdeh adına qeydiyyatda olan 2007-ci il istehsallı, ağ-mirvari rəngli, mühərrik nömrəsi 1GR5540324, ban nömrəsi JTEBU25J485114247 olan “Toyota Land-Cruiser minik” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilməsi, avtomobil üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə paylarının müəyyən edilməsi, avtomobilin dəyəri olan 25000 manatın ½ hissəsini təşkil edən 12500 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 23 noyabr 2006-cı il tarixli, 237/69 nömrəli qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli fərdi yaşayış evində olan, ümumi dəyəri 16670 manat təşkil edən əşyaların İddiaçı ilə Cavabdeh birgə mülkiyyəti hesab edilməsi, əşyaların üzərində İddiaçı və Cavabdeh hərəsinin ½ hissədə paylarının müəyyən edilməsi, əşyaların dəyərinin ½ hissəsini təşkil edən 8335 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, ilk iddianın digər hissələrdə təmin edilməməsi, ilk iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə yaranmış borc öhdəliyinin bölünməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsi ilə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamə ilkin iddia üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-7250/2022 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(001)- 113/2022 saylı qətnaməsi mübahisələndirilən - ilkin iddianın təmin edilməyən “Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən torpaq sahəsinin bölünməsi” hissəsində ləğv olunaraq, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, ilkin iddia tələbinin mübahisələndirilən həmin hissədə təmin olunmaması, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən cəmi ümumi sahəsi 10.5002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə paylarının müəyyən edilməsi, qətnamə mübahisələndirilən qalan - “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində inşa edilmiş 3 mərtəbəli fərdi yaşayış evinin dəyərinin tərəflər arasında bölünməsinin rədd edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1245/2023 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7250/2022 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-158/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş və 130000 manat dəyərində qiymətləndirilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilmiş evin dəyərinin yarısı olan 65000 manatın və birgə nikah dövründə İsmayıllı rayonu, Kəlbənd kəndində bağ salmaq məqsədilə alınmış 10 ha torpaq sahəsinin dəyəri olan 50000 manat pulun yarısı olan 25000 manat pulun, cəmi 90000 manatın və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu, himayəsində olan uşaqları - 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X6 ilə birlikdə keçmiş əri Cavabdeh tək yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən, lakin dövlət qeydiyyatına alınmamış, hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülməsi və həmin evdən istifadə etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olan xx xxx 1978-ci il təvəllüdlü Cavabdeh ilə 2008-ci il mart ayının 18-də rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 21 mart 2009-cu il təvəllüdlü X5, 11 iyun 2010-cu il təvəllüdlü X6 və 01 sentyabr 2013-cü il təvəllüdlü X4 adlı uşaqları dünyaya gəlmişlər. Əri onu döyüb evdən qovduğuna görə verdiyi iddia əsasında aralarında olan nikaha Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-835/2021 saylı qətnaməsi ilə xitam verilmişdir. Nəticədə birgə nikahdan doğulmuş qızları onun himayəsində, oğlu Tamerlan isə keçmiş ərinin himayəsinə verilmişdir. Birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlaklar olan Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda 2009-cu ilin aprel ayından 2014-cü ilin fevral ayına kimi olan müddət ərzində tikilən, lakin müvafiq dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evin, içərisində olan əşyaların və digər əmlakın bölünməsi barədə verdiyi iddiaya baxılaraq müvafiq qətnamə çıxarılmışdır. Həmin qətnamələrə görə, ev əşyalarının aralarında bölüşdürülməsi barədə qərar qəbul edilsə də, evin birgə nikah dövründə tikilməsini sübut edə bilmədiyinə görə evin tikilməsinə çəkilən xərcin bölünməsi barədə verdiyi pul tələbinə dair iddiyaya baxılaraq xx.xx.2023-cü il tarixli 2(001)- 158/2023 saylı qətnamə ilə iddiası təmin edilməmişdir. Onu əri döyüb evdən qovduqdan sonra müxtəlif ünvanlarda anası və iki qızı ilə birlikdə kirayələrdə yaşamağa başlamışdır. Sonradan anası öz evini satıb pulunu qardaşı ilə böldükdən sonra özünə qeyd etdiyi ünvanda 42 kv/metr sahəsi olan mənzil almışdır. O da anasının yanında yaşamağa başlamışlar. Hazırda qızları böyüyür və yaşayış evinin sahəsi az olduğundan artıq həmin evdə yaşamaqları çətinləşmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5036/2024 nömrəli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmiş, İddiaçı, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X6 ilə birlikdə keçmiş əri Cavabdeh yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülmələri və onların həmin evdən istifadə etmələri qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, tərəflərin birgə nikah dövründə Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda 2009-cu ilin aprel ayından 2014-cü ilin fevral ayınadək hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan, müvafiq dövlət qeydiyyatına alınmamış 3 mərtəbəli ev inşa edilmiş, tərəflər həmin evdə yaşayaraq birgə təsərrüfat aparmışlar.
10. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi cavabdeh və onun ailəsi tərəfindən istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 18, 27.1, 228.1-ci, xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü maddlərinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 106.1, 216-220ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, sözügedən evlə bağlı artıq məhkəmə mübahisəsi olmuş və bu hal məhkəmədə öz həllini tapmışdır. İddiaçının yenidən həmin evlə bağlı hər hansı iddia irilə sürməyi əsassızdır. Məhkəmə qərarı ilə iddiaçının həmin evdə hər hansı hüququnun olmadığı, yalnız evdə olan əşyaların birgə nikah dövrünə aid olaraq bölünməsi qərara alınmışdır. Məhkəmə qərarları ilə iddiaçı iki uşağa görə ondan aliment alır. Bundan başqa 16670 və 8335 manatın ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Lakin bunlar iddiaçını qane etmir və onunla prinsip aparır. İddiaçının bu iddiası da iddiaçının onunla prinsipial mövqedə olmasını sübut etməkdən başqa bir şey deyil. Çünki iddiaçı nikah pozulandan etibarən anasının evində yaşamışdır və bu illər ərzində onun sözügedən evə köçməsi marağında olmamışdır. Lakin artıq onunla prinsip aparmaq üçün iddia tələbi bitdiyinə görə indi də evə köçürülmə ilə bağlı iddia vermişdir. Bildirir ki, iddiaçının həmin evdə hər hansı hüquq yoxdur. Həmçinin bu iddianı qaldırmaq üçün də subyektiv hüququ yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
16. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
18. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
19. Maddə 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.
20. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
21. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
22. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
24. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
34. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və mübahisəyə Mülki Məcəllənin 228.1-ci maddəsinə uyğun qiymət vermişdir, bu hal isə qətnamənin ləğvi üçün əsasdır.
35. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinin tələbinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
36. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-113/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçı birgə nikah dövründə - 2009cu ildə birgə gəlirləri hesabına mübahisəli evi inşa etməyə başladıqlarını bildirsə də, cavabdeh tərəf bu halı inkar etmiş, əksinə torpaq sahəsinin xx.xx.2006-cı ildə Rəsulzadə qəsəbə Bələdiyyəsinin qərarı ilə cavabdehə ayrıldığını və evin 2008-ci ilədək, yəni tərəflər nikaha daxil olanadək inşa edildiyini bildirmişdir. İddiaçı evin onunla Cavabdeh birgə nikahda olduğu dövrdə inşa edilməsinə dair sübut təqdim edə bilməmiş, bu səbəbdən də evin dəyərinin bölünməsi hissəsində iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 1245/2023 nömrəli qərarı ilə həmin hissədə qətnamə qanuni qüvvəsini almışdır.
37. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-158/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı evin dəyərinin yarısını təşkil edən 65000 manat pulun tutulması barədə tələbi də, əvvəlki işdə həmin evin tərəflər nikaha daxil olanadək inşa edilməsinin müəyyən edilməsi əsası ilə rədd olunmuşdur.
38. Kollegiya qeyd edilən məhkəmə aktlarının preyudisial əhəmiyyətini prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlər çərçivəsində mümkün hesab edir, həm subyektiv, həm də obyektiv həd baxımından hazırki mülki iş üzrə preyudisial əhəmiyyət kəsb edir.
39. Göründüyü kimi, torpaq sahəsi tərəflər nikah münasibətlərinə daxil olmamışdan əvvəl əldə edilmişdir. İddiaçı daha öncə mübahisəli evin, sonra isə dəyərinin bölünməsi barədə tələblərlə məhkəməyə müraciət etsə də, mübahisəli evin 2009-2014-cu illərdə inşa olunması barədə dəlilləri təsdiq olunmadığından iddiası təmin edilməmişdir.
40. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi həmin evin 2009-cu ilin aprel ayından 2014-cü ilin fevral ayınadək inşa edilməsi kimi səhv nəticəyə gəlmişdir.
41. Beləliklə yaranan mənzərə ondan ibarətdir ki, cavabdeh nikaha daxil olanadək mübahisəli evi inşa etmiş və 2008-ci ildə tərəflər nikaha daxil olduqdan sonra iddiaçı hazır evə köçərək, həmin evdə yaşayıb, təsərrüfatı cavabdehlə birgə idarə etmişdir. Həmin evdə tərəflərin üç uşağı doğulmuşdur.
42. Tərəflər arasında mülki-hüquq münasibətlərinin yarandığı vaxt özbaşına tikililər və ya özbaşına tikili olmasa da qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərədə tutulmamışdır. Ancaq belə evlərin çoxluğu, bununla da həmin evlərdən istifadə (istifadə etmək) hüququ ilə bağlı mübahisələrin qaçılmaz olduğu da inkar oluna bilməz. Bu kateqoriyadan olan evlərdən istifadə hüququ ilə bağlı yaranmış mübahisələrin həllinə yönəlmiş maddihüquq normasının olmaması həmin məsələdə analogiyadan istifadə etməyi zəruri edir.
43. Hazırki iş üzrə iddiaçı və cavabdeh xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Belə olduqda isə tərəflər arasında olan mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
44. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
45. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən isə İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
46. Cavabdeh mübahisəli yaşayış evinin icarədarı qismində görən Kollegiya hesab edir ki, uzun müddət onunla birlikdə yaşayan və təsərrüfatı birgə idarə edən arvadı həmin evdən istifadə hüququ əldə etmişdir və hazırda da bu hüquqlar mövcuddur.
47. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, tərəflər arasında daha əvvəl olan məhkəmə mübahisələrinin predmeti fərqli olmuş və hazırki tələbi əhatə etməmişdir.
48. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçının, himayəsində olan uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi barədə tələbi tələbi təmin edilməlidir.
49. Mənzilə köçürülmə həmin yaşayış sahəsindən istifadəni ehtiva etdiyindən, “həmin evdən istifadə etmələri barədə” tələbin təmin olunmasına zərurət qalmır.
50. Məhkəmə xərclərinə aid hissədə kollegiya qeyd edir ki, bu barədə müvafiq tələb olmadığından xərcləri onu ödəyən tərəflərin özlərinə aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5036/2024 nömrəli iş üzrə 20 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı, himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X5 və 11 iyun 2010-cu il təvəllüdlü X6 ilə birlikdə keçmiş əri Cavabdeh yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kv.m-dən ibarət olan 3 mərtəbəli evə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumarı onu ödəyən tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.