Məhkəmə qərarları › İş №2(103)-1660/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1660/2020

17.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1660/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7, X1, Muradov Rövşən Bəyəndik oğlu və X3 olmaqla pul və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada avtomobil üçün ödənilmiş 12500 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 12530 manat məbləğində pulun alınaraq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qəlan hissədə rədd dilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin ona dair hissədə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Cavabdeh1 qarşı iddia tələbindən imtina etdiyini bildirdi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X7, X1, Muradov Rövşən Bəyəndik oğlu və X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X5 nümayəndəsi, X1, Muradov Rövşən Bəyəndik oğlu və X2 iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, İddiaçıCavabdeh1 qarşı iddiadan imtinası qəbul edilməli və hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməklə, Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtina etməsi qanuna uyğun təqdim edildiyindən, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli və hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməklə, Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh1 qarşı pul və maddi ziyanın ödənilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı Cavabdeh1 qarşı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 12500 manat məbləğində pulunun alınıb İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar