Məhkəmə qərarları › İş №2(103)-1662/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1662/2021

18.02.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1662/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə və "xxxx" ASC-nin 28 may Filialına qarşı "cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və bildirişin ləğv edilməsi, qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5822/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh ASC və Cavabdeh ASC-nin 28 may filialına qarşı “bildirişin ləğvi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh ASC-nin 28 may filialından daxil olan xx xxxxxxxx 2020-ci il tarixli bildirişin ləğv edilməsi, qanunsuz hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək, iddianı təmin etmə tədbiri kimi iddiaçıya məxsus qızıl-zinət əşyalarının üzərinə həbs qoyulması və onların hərracdan satılmasının cavabdehlər Cavabdeh ASC və Cavabdeh ASC-nin 28 may filialına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 5822/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İş üzrə Cavabdeh ASC tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə şikayət ünvanlayaraq Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-5822/2020 saylı qərardadının ləğv edilərək girov predmeti olan qızıl-zinət əşyaları üzərinə qoyulmuş həbsin və qadağanın götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin səlahiyyətli nümayəndəsinin, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri barədə ərizəni təmin edərək, Mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti olaraq iddiaçıya məxsus qızıl-zinət əşyalarının üzərinə həbs qoyularaq onların hərracdan satılması cavabdehlərə qadağan edilməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaqla iddianı təmin etmək üçün tədir görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. İddianı təmin etmə tədbirinin tətbiq edilməsində məqsəd işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdan ibarətdir. Qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar