Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1662/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)-4659/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı daha əvvəl Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbində "Avtomobilin quruluşu və Yol hərəkəti qaydaları" fənni üzrə nəzəriyyə müəllimi işləmiş, daha sonra təqaüdə çıxmışdır. Bundan sonra ona məlum olmuşdur ki, işlədiyi müddətdə 2006-2012-ci illər ərzindəki dövrlərdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqlarına görə dövlət sosial fonduna ödənişlər ödənilməmişdir. Hazırda məhkəməyə müraciət edərək, 2006-2012-ci illər ərzindəki dövrlərdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqlarına görə dövlət sosial sığorta üzrə ödənişlərin cavabdeh, həmin dövürdə direktor işləmiş Cavabdeh2 tutularaq dövlət sosial sığorta fonduna tam ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi və Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-ci ilin mart ayından 2017-ci ilə qədər cavabdeh Könüllü Hərbi X2 Cəmiyyətində "Avtomobilin quruluşu və Yol hərəkəti qaydaları" fənni üzrə nəzəriyyə müəllim işləmişdir. Təqaüdə çıxmağı ilə əlaqədər iddiaçıya məlum oldu ki, iddiaçıya aid sosial sığorta vərəqəsində 2006-2012-ci illər üzrə ödəniş tam ödənilməyib. Həmin dövrdə müəssənin rəhbəri Cavabdeh2 olub. Həmin dövrdə sosial sığorta üzrə ödənişlərin tam şəkildə ödənilmədiyi üçün hazırda pensiya ödənişində müəyyən problemlər ortaya çıxmışdır. Ona görə də ödənilməyən sosial sığorta ödənilməsini iş üzrə Cavabdeh2 tələb edir. İddiaçıya verilən əmək haqqı cədvəlində 2006-cı ildən 2012-ci il daxil olmaqla əmək haqqı yazılıb onun surətini də iddia ərizəsində göstərmişdir, idarənin möhürü və müdirin imzası olduğunu özü təsdiq edib. 2006-2012-ci ilin 1-ci və 2-ci hissəsi hərbi qruplar adına əmrdə qeyd olunub əmək haqqı üzrə imza etmiş, maaşı almışdır. Amma həmin sənədlər mühasibatlıqda tapılmır. 2006-2012-ci illərin əmək haqqı cədvəli ona verildi. Lakin digər dövürlərin əmək haqqı cədvəlin hərbi qrupların əmək haqqın həmin cədvəldə göstərməyiblər. Belə ki, Konstitusiyanın 16,26,27,35, 38, 57, 72-ci maddələrini pozan cavabdeh həmin dövrdə Sumqayıt avtomobil məktəbinin direktoru Cavabdeh2 öz şəxsi mənafeyi üçün heç kəslə hesablaşmadan öz mənafeyini dövlət mənafeyindən üstün tutmuşdur. İddiaçı 1986-cı ilin mart ayından 2017-cü ilə qədər bu kollektivdə çalışmış, ömrünün çox hissəsini bu kollektivə sərf etmiş, məktəbin ictimai və digər işlərində daim fəal olmuşdur. İndi iddiaçı təqaüdə çıxmış, ancaq aldığı məvacib azdır, buna görə də ödənilməmiş sosial sığortaların ödənilməsini istəyir, nəticədə aldığı təqaüddə müəyyən qədər dəyişliklik olacaq. İddiaçı da Azərbaycan xalqının övladıdır, bu xalqın vətəndaşıdır, amma iddiaçının hüquqları direktor tərəfindən əhəmiyyətli dərəcədə pozulmuşdur, tapdalanmışdır. Müdirin təqdim etdiyi Əmək haqqı cədvəllərində 2006-2012 ci illər göstərildiyi halda ancaq pensiya fondundun Proqramında isə bəzisində ya tam göstərilməyib və ya qismən əmək haqqı göstərilib, sığorta hissəsi isə bəzi aylar ödənilib, bəzi aylar isə tam ödənilməyib, 2006-2012-ci il hərbi qrupların əmək haqqı isə ümumiyyətlə göstərməyib. (Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-cü il tarixli 681 N-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi Vətənpərvərlik və X3 Məhdud Məsuliyyətli Cəmiyyəti yaranmışdır.Həmin Fərmanının 3-cü bəndində isə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Könüllü Hərbi X2 Cəmiyyəti (KHVTİC) könüllü olaraq özünün ictimai statusundan imtina etdiyini və əmlakını dövlətə verdiyini nəzərə alaraq, onun əmlakı bu Fərmanın 1-ci hissəsi ilə yaradılmış "Hərbi Vətənpərvərlik və X3 Məhdud Məsuliyyətli Cəmiyyəti verilsin. İddiaçıdan sosial sığorta tutulub ancaq onun adına fonda köçürülməyib, mənimsənilib. Müdir pensiya fonduna sığortaların ödəmələrini də ödəmək istəmir, onu yollarda süründürməçiliyə salıb. Sosial təminat hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrdə də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın bu müddəalarına və beynəlxalq Konvensiyalara uyğun olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsi iş vaxtı, əmək müqaviləsi,əmək normaları, əməyin ödənilməsi qaydaları, əmək və icra intizamı və digər qaydalarla yanaşı istirahət vaxtı və sosial təminatın ödənilməsi qaydalarını da müəyyənləşdirmişdir. 2006-2012-cü illər ərzindəki pensiya fonduna sosial sığorta haqqının ödənilməsi tam təmin olunmalıdır. Uzun müddət müraciətlərinin heç bir nəticəsi olmadığı üçün məcbur olub 2023-cü il dekabr ayından iddia qaldırmışdır, məhkəmənin gedişi zamanı gizlədilmiş 16443,87 manat borc ortaya çıxdı onu məhkəməyə təqdim etdi iddiaçı, vəkil və məhkəmə borc barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu yollanıldı ancaq qarşı tərəf borc barəsində heç bir məlumat vermədi eyni məzmunlu mətləbə uyğun olmayan cavab verildi və məsləhət görüldü ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməsi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etdikdə isə o qeyd edir ki,xx.xx.2019-cu ildə onlara verilib ondan əvvəlki dövr onlar cavablandıra bilmirlər, o vaxt dövr haqda onlarda məlumat yoxdur. Məhkəməni dayandırmış cox çalışdı, nə qədər yazıb, vəkil sorğu verilsə də, heç birindən doğru cavab ala bilmir. Ona görə də hələlik məhkəmə dayandırılmışdır ki, düzgün cavab alıb məhkəmə tez yekunlaşsın. Ancaq cavablandıra bilmir. Göstərilənlərə əsasən, cavabdeh Könüllü Hərbi X2 Cəmiyyəti Sumqayıt Avtomobil məktəbinin həmin dövrdə direktor işləmiş Cavabdeh2 tərəfindən iddiaçıya 2006-2012-ci illər ərzindəki dövrlərdə təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqqlarına görə dövlət sosial fonduna ödənişlərin iddiaçının adı iş üzrə cavabdeh, həmin dövrdə direktor işləmiş Cavabdeh2dan tutularaq dövlət sosial sığorta fonduna tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006) 4659/2024 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi və Cavabdeh2 qarşı “sosial sığorta fonduna ödənişlərin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi cavabdeh Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinə münasibətdə baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006) 4659/2024 saylı qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbini yönəltdiyi cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh2 isə hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə Cavabdeh2 İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. Hazırki iş üzrə məhkəmə qeyd etmişdir ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçının Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbində işləməsi və işlədiyi 2006-2012-ci illər ərzində onun təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqlarına görə dövlət sosial sığorta üzrə ödənişlərin tam ödənilməməsi işin mübahisəsiz halıdır. Belə ki, daha əvvəlki məhkəmə araşdırması zamanı (2(006)- 990/2024 saylı mülki iş üzrə) ekspert rəyi əsasında iddiaçının 2006-2012-ci illərdə Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbində nəzəriyyə müəllimi vəzifəsində işlədiyi dövrdə DSMF üzrə ayırmalarda hesablanmış və ödənilmiş məbləğlərdə yaranmış fərqin 294,52 manat (1307,70-1013,18=294,52) təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçıya 294,52 manat məbləğində ödənilməyən sosial sığorta haqqı mövcuddur. Lakin məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, həmin sosial sığorta haqqını iddiaçıya ödəməli olan tərəf, yəni iddiaçının hazırki iddiasına cavab verməli olan cavabdeh olan şəxs Cavabdeh2 deyildir. Belə ki, sonuncu, iddiaçının işlədiyi dövrlərdə Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru vəzifəsində çalışmış, lakin daha sonra iddiaçının işlədiyi dövrdə də cəmiyyətdən təqaüdə buraxılmışdır. İş materiallarından onun Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru olması və hal-hazırda fəaliyyətinin aktiv olması müəyyən edilsə də, halbuki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun cəmiyyətin direktoru olmasına dair VÖEN-i aktiv olmasına baxmayaraq o, 2011-ci ilin mart ayında cəmiyyətdən təqaüdə buraxılmış, ödənilməli olan borc məbləği tam şəkildə onun tərəfindən ödənilmişdir. Hazırda isə VÖEN-in onun adından çıxarılması onun yox, onun yerinə gələn yeni direktorun öhdəliyi olmuşdur. Qeyd edilən hallardan da bu qənaətə gəlmək olar ki, iddiaçıya qeyd edilən ödənilməmiş sosial sığorta ödənişi Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin özündən yəni müstəqil hüquqi şəxsə olaraq ondan tələb edilməlidir. Hazırki cavabdehin adına aktiv VÖEN hesabının olması, hüquqi şəxsin qanuni təmsilçisi olması hələ hüquqi şəxsin özünü öhdəliklərindən azad edə bilməz. Odur ki, Cavabdeh2 hazırki iş üzrə subyektiv cavabdehlik daşımır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı onun tələbinə cavab verməli olan şəxsin dairəsini düzgün seçmədiyindən məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt məkətəbinin Sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinin muzdlu işlə əlaqədar MDSS üzrə vərəqəsində 16443.87 manat borc məbləği saldo qalığı kimi işlənilmişdir. xx.xx.2021-ci il tarxidə borcun ödənilməsi istiqamətində tədbirlərdən biri kimi 10 gün ərzində borc məbləğinin ödənilməməsi təqdirdə vergi ödəyicisi rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərilmişdir. Bakı Kommersiya məhkəməsi xx.xx.2021-ci il tarixli e-2-2(113)-5476/2021 nömrəli qərarı qəbul edilmişdir. Belə olduğu təqdirdə hazırda məhkəmənin bağlanıb fəaliyyət göstərməməsini bildirdiyi bu cəmiyyət tərəfindən məhkəməyə müraciət olunub 448.32 manat məbləğin silinməsi təmin edilmişdir. Hazırda isə 15995.55 manat borc məbləği mövcud olması göstərilmişdir. Cavabdeh2 həmin müəssisəyə rəhbərlik edib çalışdığı dövrdə məktəbdə təsərrüfat hesablı qruplar hərbi qruppalara dərs söylədiyi vaxtlarda işçilərin hər birindən sosial sığorta tam tutulub lakin işçilərin fərdi hesabına ödənilməyib. Bu səbəbdən də məhkəmə gedişində 2006-2012-ci illər üzrə hazırki vəziyyətdə də mövcud olaraq qalan 15995.55 manat gəlirin gizlədilməsi işçidən sosial sığorta tutulub köçürülməməsi səbəbindən borc mövcud olmuşdur. Belə olduğu təqdirdə məhkəmədən o vaxt ki dövr ərzində subyetkiv olaraq cavabdehlik daşıyan lakin hazırda fəaliyyəti dayandırılmış müəssisəinin direktoru Cavabdeh2 ona düşən yəni hesablanmamış sığorta məbləğinin tam ödənilməsini tələb etməyə borcludur. Lakin Nəsimi Rayon Məhkəməsinin gəldiyi nəticə guya həmin şəxs barəsində hazırki vəziyyətdə guya subyektiv hüququn mövcud olmamasını bildirmişdir. Belə olduğu təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı hara və kimə müraciət edib öz hüquqlarını bərpa edə bilər. Bundan başqa məhkəmə gedişi zamanı 2 saylı Vergilər Baş İdarəsinə məktub göndərilsə də lazımi cavabın verilməsi çox yubanmışdır. Uzun müddət vəkil sorğularına 2 saylı Vergilər Baş İdarəsi məktub göndərilsə də, mətləbə uyğun olmayan cavabların verilməsi gözdən qaçmamışdır.Mətləbdən kənar eyni məzmunlu cavabların verilməsi və hər bir göndərilən sorğunun dövlət sirri olduğundan sorğuya cavab verməmələri və bunun dövlət sirri kimi qələmə vermələri bildirilmişdir. Eyni zamanda bildirir ki, nəzəriyyə müəllimləri digər işçilərə nisbətən daha çox maaş alması mövcud olmuşdur. Hazırda hesablananan 15995.55 manatdan təqribi olaraq 2000 manatı ona verilməlidir. Nəsimi Rayon Məhkəməsinə bu barədə vəsatət təqdim etməsinə baxmayaraq hakim iş üzrə vəsatəti gözdən keçirmədən qətnamə qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, Dövlət Vergi Xidməti bu qədər borcun olmasını nəzərə alaraq cavabdeh şəxsin ölkədən getməsini yəni borcunun olmasını müəyyən edirsə necə ola bilir ki hazırki vəziyyətdə həmin şəxsi Subyektiv hüququ olmayan şəxs qismində göstərib iddiani təmin etmir. Eyni zamanda həmin dövr üçün sözügedən Könüllü Hərbi X2 Cəmiyyəti Azərbaycan Respublikasının Prezidentinin 13 iyul 2012-ci il tarixli 681№ li fərmanının birinci bəndinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tabeliyində “Hərbi Vətənpərvərlik və X6 Məhdud Məsuliyyətli Cəmiyyət yaranmışdır. Yəni bir sözlə hazırki dövrdə adı çəkilən Könüllü Hərbi X2 Cəmiyyəti” mövcud olmaması səbəbindən ona qarşı sosial sığorta məbləğinin ödənilməsini cavabdeh qismində həmin hüquqi şəxsə deyil həmin hüquqi şəxsin direktoru tərəfindən ona aid olan sığorta məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Dövlət Vergi Xidmətinə vəkil sorğusu ilə müraciəti olduğu zaman həmin müəssisənin aktiv vergi ödəyicisi kimi fəaliyyəti və hazırda Cavabdeh2 adına olması qeyd edilmişdir. Nəsimi Rayon Məhkəməsində verdiyi izahatında guya formal olaraq adının qalmasını, hazırda həmin VÖEN hesabının dəyişdirilməməsini vurğulasa da, bu, məhkəmənin nəzərindən yayınmamalı və düzgün hüquqi qiymət verilməlidir. Bundan başqa Nəsimi rayon Məhkəməsində iş materialına əlavə olunmuş Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 11 saylı vəkil sorğusuna əsasən təqdim olunmuş Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt məktəbinin xx.xx.2019-cu il tarixdə 16443.87 manat borcunun mövcud olması və bu borcun hardan və nə səbəbdən yaranması aydınlaşmamış bu barədə heç bir araşdırma aparmamışdır. Eyni zamanda belə olduğu təqdirdə heç bir subyektiv öhdəliyinin olmamasını diqqətə çatdıran Nəsimi rayon məhkəməsinin həmin şəxsin əgər subyektik hüququ mövcud deyildirsə nə üçün ölkədən gedməsini məhdudlaşdırılması barədə xəbərdarlıq edilməsini və buna əsasən sonda Cavabdeh2 qarşı cavab verməli olan şəxs olmamasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-162887/2024 nömrəli cavab məktubundan görünür ki, sığortaedən, Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi (SUN: **********5) tərəfindən 2006-2013-cü illər üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilərək bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqları və sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqlarına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Nəzərə çatdırılır ki, qanuna edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2006-2013-cü illər üzrə xeyrinə ödənilməli məcburi dövlət sosial sığorta haqları ilə bağlı araşdırmanın aparılması üçün Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin hüquqi varisi və onun uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Sığortaedənin uçotda olduğu DSMF filialının adı: DSMF PHŞ SSFU üzrə Mərkəzi Filialından verilən sığortaolunanın hesab məlumatlarından görünür ki, sığortaolunan İddiaçı sığortaedən Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi tərəfindən 2006-cı ilin yanvar ayından 2013cü ilin dekabr ayınadək 5886 manat gəlirə münasibətdə 1417,50 manat hesablanmış məbləğdən 1128,58 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvan ünvanlanan 25 iyun 2024-cü il tarixli, **********142600 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq müraciətlə bağlı bildirilir ki, İddiaçı aid 2006-2012-ci illər üçün ödənilməmiş sosial sığorta haqqı üzrə borc barədə məlumatın verilməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən sosial sığorta haqqı üzrə borc barədə məlumatın alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə edilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvan ünvanlanan 8 may 2024-cü il tarixli, **********171800 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Məktəbinin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinin muzdlu işlə əlaqədar MDSS haqqı üzrə vərəqə hissəsində xx.xx.2019-cu il tarixdə 16443,87 manat borc məbləği saldo qalığı kimin işlənilmişdir. Borc məbləğinin ödənilməsi məqsədi ilə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixdə borcuna dair bildiriş göndərilmişdir. xx.xx.2021-ci il tarixdə borcun ödənilməsi istiqamətində tədbirlərdən biri kimi 10 gün ərzində borc məbləğinin ödənilmədiyi təqdirdə vergi ödəyicisinin rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərilmişdir. Vergi ödəyicisinin rəhbərinin ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə Bakı Kommersiya Məhkəməsinin xx-xx-2021 tarixli e-2-2(113)-5476/2021 nömrəli qərarı qəbul edilmişdir. Göstərilən borc məbləğindən xx.xx.2022-ci il tarixdə 448,32 manat məbləğin silinməsi təmin edilmişdir. Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin (VÖEN:**********) xx.xx.2024-cü il tarixə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 15995,55 manat borc məbləği mövcuddur. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3743/2019 saylı Qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı 1992-2014-cü illərdə istifadə olunmamış əmək məzuniyyətlərinin və 1992-ci 2014-cü illərdə işlədiyi illər üzrə (3 ili çıxmaqla) qalan 19 ilə görə 5636 manat əmək məzuniyyətinin vaxtında verilmədiyinə görə kompensasiyanın cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə iddia tələb təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-823/2020 saylı Qərarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3743/2019 saylı Qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1984/2020 saylı Qərarına əsasən iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-823/2020 saylı Qərarı ləğv edilmiş və İddiaçı hazırki iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanan 11 iyun 2024-cü il tarixli, 3-17/2-M- 5592/2024 nömrəli cavab məktubundan görünür ki, əvvəlki müraciətləri əsasında Nazirlik yanında X8 tərəfindən aparılmış araşdırma zamanı istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməməsi ilə əlaqədar filialın vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə (işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə) inzibati məsuliyyətə cəlb edilmişdir. Filiala qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiya haqqının verilməsi, əvvəlki iş yerinə qaytarılaraq müqavilə bağlamasının öhdəsinə qoyulması, pensiya fonduna ödənilməmiş sığorta haqqının tam ödənilməsi, dəymiş mənəvi ziyana görə kompensasiya verilməsi” və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “əmək məzuniyyəti vaxtında verilmədiyinə görə kompensasiyanın ödənilməsi" tələblərinə müxtəlif məhkəmə instansiyalarında baxılaraq iddiası təmin edilməmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-cü bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu məcəllə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Məcburi dövlət sosial sığorta haqları ilə bağlı bildirilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarından əldə olan məlumatlara əsasən sığortaedən Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi (SUN: **********5) tərəfindən 2006-2008, 2011-2012-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda onun məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqları tam məbləğdə **********490 nömrəli fərdi şəxsi hesabında öz əksini tapmışdır. Eyni zamanda, sığortaedən tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş illik hesabatlarda “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3cü maddəsinə uyğun olaraq, onun və digər sığortaolunanların məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə hesablanmış, lakin adı çəkilən Qanunun 14.6-cı maddəsinə əsasən sığortaedən tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər üçün əmək fəaliyyətli dövrlərində sığortaolunanların xeyrinə hər ay üçün hesablanan məcburi dövlət sosial sığorta haqlarını əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, sığortaedən tərəfindən tam məbləğdə ödənilməmiş və bu səbəbdən həmin dövrlər üzrə fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqları az məbləğdə əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial Sığorta haqlarının hesablanmasına və ödənilməsinə, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X3” MMC tərəfindən İddiaçı ünvanlanan 101 nömrəli, 14 sentyabr 2018-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Könüllü Hərbi X2 Cəmiyyəti 14 iyun 2012-ci il tarixdə özünün növbədənkənar X qurultayında ictimai statusundan imtina etmiş və əmlakının dövlətə verilməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli, 681 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X3” MMC yaradılmışdır. "xxxx" MMC KHVTİC-nin hüquqi varisi deyildir. İş materiallarında olan sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Arayışdan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək 04 il 10 ay 00 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində istehlak qiymətləri indeksinin xx.xx.2018-ci il tarixə olan illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 1773,26 manat pensiya kapitalı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ünvan ünvanlanan 26 sentyabr 2023-cü il tarixli, **********983600 nömrəli cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru Cavabdeh2dur və hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS-MT030-2023-02600 nömrəli X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən X4 iddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik və X3” MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialı tərəfindən İddiaçı ünvanlanan 11 nömrəli, 4 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Könüllü Hərbi X2 Cəmiyyəti öz hüquqi statusundan imtina edərək 2012-ci tarixində qurultay çağıraraq könüllü qaydada ləğv olunmuşdur. Keçmiş Cəmiyyət rəhbərliyinin bu ünvanla heç bir əlaqəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-M-21297/2024 nömrəli cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaedən Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi tərəfindən 2006-2012-ci illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığorta üzrə sığortaolunanlar haqqında hesabatlarda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə ödənilməli məcburi dövlət sosial sığorta haqları tam ödənilmədiyindən sözügedən dövrlər üzrə fərdi şəxsi hesabında xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqları arasında fərq yaranmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənin vəzifəsidir. Həmçinin, qanunda qeyd edilmiş dəyişikliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq fərdi şəxsi hesabı ilə bağlı məlumatların araşdırılması üçün sığortaedənin hüquqi vasirinə, sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin tam həyata keçirilib-keçirilməməsi ilə bağlı sığortaedənin hüquqi varisinin uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil məktəbinin Nəzəriyyə müəllimi İddiaçı hesablanmış 2006-cı ildən xx.xx.2012-ci il üçün əmək haqqı cədvəlindən görünür ki, yekun məbləğ 2006-2012-ci illər üzrə 4121,30 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2024-cü il tarixli, 9/1678 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş sual üzrə İddiaçı 2006-2012-ci illərdə Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbində nəzəriyyə müəllimi vəzifəsində işlədiyi dövrdə DSMF üzrə ayırmalarda hesablanmış və ödənilmiş məbləğlərdə yaranmış fərq 294,52 manat (1307,70-1013,18=294,52) təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası SHXÇDX "Hərbi Vətənpərvərlik və X3" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı Könüllü Hərbi X2 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbində əmək fəaliyyəti ilə əlaqədar 2006-2012-ci illərdə əmək haqqı cədvəllərinin və məcburi dövlət sosial sığorta haqlarına dair sənədlərin saxlanılması "hərbi vətənpərvərlik və X3" MMC-nin Sumqayıt şəhər 1 nömrəli filialına verilmişdir. Cəmiyyət ləğv prosesində olduğuna görə sənədlər arxivə verilməsi üçün Filial tərəfindən xx.xx.2024-cü il tarixdə Cəmiyyətin İcra Orqanına təhvil verilmişdir. Arxivə verilməsi üçün göndərilmiş sənədlərə baxış keçirilmiş, lakin 2006-2012-ci illərə dair əməkhaqqı cədvəlləri və məcburi dövlət sosial sığorta haqlarına dair sənədlər aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "Dövlət Sosial Müdafiə Fondu" X11 nümayəndəsi tərəfindən təqdim edilmiş mülahizədən görünür ki, iddiaçının 2006-2012-ci illər üzrə işlədiyi dövrdə hesablanmış əmək haqqı cəmi 5230,80 manat, hesablanmış DSMF ayırmalar 1307,70 manat və ödənilmiş DSMF üzrə ayırmaların 1013,18 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçının Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyəti Sumqayıt Avtomobil Məktəbində işləməsi və işlədiyi 2006-2012-ci illər ərzində onun təsərrüfat hesablı qrupların və hərbi qruplar üzrə qazandığı əmək haqlarına görə dövlət sosial sığorta üzrə ödənişlərin tam ödənilməməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyi əsasında (2(006)-990/2024 saylı mülki iş üzrə) iddiaçının 2006-2012-ci illərdə Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbində nəzəriyyə müəllimi vəzifəsində işlədiyi dövrdə DSMF üzrə ayırmalarda hesablanmış və ödənilmiş məbləğlərdə yaranmış fərqin 294,52 manat (1307,70-1013,18=294,52) təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçıya 294,52 manat məbləğində ödənilməyən sosial sığorta haqqı mövcuddur. Bununla belə həmin sosial sığorta haqqını iddiaçıya ödəməli olan tərəf, yəni iddiaçının hazırki iddiasına cavab verməli olan cavabdeh olan şəxs Cavabdeh2 deyildir. Belə ki, sonuncu, iddiaçının işlədiyi dövrlərdə Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru vəzifəsində çalışmış, lakin daha sonra iddiaçının işlədiyi dövrdə də cəmiyyətdən təqaüdə buraxılmışdır. Belə ki, iş materiallarından onun Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru olması və hal-hazırda fəaliyyətinin aktiv olması müəyyən edilsə də, birinci instansiya məhkəməsi baxışı və apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun cəmiyyətin direktoru olmasına dair VÖEN-i aktiv olmasına baxmayaraq o, 2011-ci ilin mart ayında cəmiyyətdən təqaüdə buraxılmış, ödənilməli olan borc məbləği tam şəkildə onun tərəfindən ödənilmişdir. Hazırda isə VÖEN-in onun adından çıxarılması onun yox, onun yerinə gələn yeni direktorun öhdəliyi olmuşdur. Göründüyü kimi iddiaçıya qeyd edilən ödənilməmiş sosial sığorta ödənişi Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin özündən yəni müstəqil hüquqi şəxsə olaraq ondan tələb edilməlidir. Hazırki cavabdehin adına aktiv VÖEN hesabının olması, hüquqi şəxsin qanuni təmsilçisi olması hələ hüquqi şəxsin özünü öhdəliklərindən azad edə bilməz. Odur ki, Cavabdeh2 hazırki iş üzrə subyektiv cavabdehlik daşımır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı onun tələbinə cavab verməli olan şəxsin dairəsini düzgün seçmədiyindən məhkəmə tərəfindən iddiaçıya cavabdehin əsl cavabdeh Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbi ilə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq iddia tələbinin mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iş materialları ilə iddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh2 hazırki iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Sonuncu, iddiaçının işlədiyi dövrlərdə Azərbaycan Könüllü Hərbi X2 Cəmiyyətinin Sumqayıt Avtomobil Məktəbinin direktoru vəzifəsində çalışmış, lakin daha sonra iddiaçının işlədiyi dövrdə də Cəmiyyətdən təqaüdə buraxılmışdır. İddiaçı isə Cavabdeh2 hazırki iddiaya cavab verməli olan şəxs olması barədə mötəbər sübutlar təqdim etməmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu kontekstdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)- 4659/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə