Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1663/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququndan məhrum etmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum etmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5233/2023 saylı, 7 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsində istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 160 nömrəli, 1 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 33.8 kv.metr, yaşayış sahəsi 28.8 kv.metr olan 2 otaqlı, 2 nömrəli mənzil xx.xx.2006-cı il tarixdə, ********* qeydiyyat, **********74-05101- 093001 reyestr nömrə ilə tam mülkiyyət hüququ üzrə X3 adına qeydə alınmışdır.
2. xx.xx.1963-cü ildə anadan olmuş Cavabdeh X3 övladlığına verilmişdir. Əsas: Oktyabr rayonu ZDS İKnin xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarı.
3. 26.04.2012-ci il tarixli, 572 №-li akt qeydi ilə qeydə alınmış ölüm haqqında şəhadətnaməyə əsasən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeyd edilmişdir.
4. Bakı şəhəri 5 saylı Notariat Ofisində 2V-203 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.20212-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi-Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi ev 160 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh miras əmlakdan tam hissədə pay almaq hüququ verilmişdir. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X3 adına verilmiş **********74- 05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.8 kv.metr olan mənzildən ibarətdir.
5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-202/2014 saylı qərardadına əsasən, İddiaçı2 xx.xx.1972-ci il tarixli, İ-ЖГ №395380 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi hissəsində iddia tələbi mümkün sayılmamış, həmin qərarla İddiaçı2 cavabdeh Yasamal Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs Cavabdeh qarşı Cavabdeh övladlığa verilməsi barədə keçmiş Oktyabr rayonu ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının etibarsızlığı barədə iddia tələbi rədd edilmişdir. Həmin qərardan daha sonra görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2-1(103)-921/14 saylı qərardadına əsasən, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı2 Cavabdeh övladlığa verilməsi barədə keçmiş Oktyabr rayonu ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 30/5 saylı qərarının etibarsızlığı barədə iddiası mümkün sayılmamışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, X6 ailə qurmadığına və övladı olmadığına görə tək yaşamaması üçün iddiaçılardan İddiaçı1 qardaşı, İddiaçı2 oğlu xx.xx.1972-ci ildə Cavabdeh L.Məmmədova ilə birlikdə yaşamaları üçün İddiaçı2 L.Məmmədovanın yanına göndərmişdir. Cavabdeh L.Məmmədovaya heç bir qayğı göstərməmiş, hətta evləndikdən sonra faktiki olaraq başqa ünvanlarda yaşamış, ondan yalnız pul tələb etmişdir. Daha sonra X6 tənha və xəstə olduğu üçün onun təkidli xahişi ilə qayğısına qalmaq üçün o, yəni İddiaçı1 L.Məmmədovaya məxsus Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 160 saylı evin 2 saylı mənzilinə köçməklə, xx.xx.2012-ci il tarixədək, yəni L.Məmmədovanın vəfat etdiyi günədək onunla birgə yaşamaqla, ona qulluq etmişdir. İddiaçı1 L.Məmmədovaya maddi və mənəvi dəstək olmuş, zəruri ehtiyaclarını təmin etmişdir. L.Məmmədova ona göstərilən qayğını qiymətləndirərək, mülkiyyətində olan mənzili dəfələrlə ona vəsiyyət etdiyini qohumlar və qonşular arasında bildirmişdir. Bu barədə onun videoyazısı da vardır. Qardaşı, yəni Cavabdeh L.Məmmədovun yas mərasimində iştirak etmək istəməmiş, bütün xərclərini atası, yəni İddiaçı2, o və əmiləri tərəfindən qarşılanmışdır. Mərhum bibisindən onun adına vəsiyyətnamə tərtib olunması barədə atası İddiaçı2 soruşduqda, o, Cavabdeh ehtiyyatlandığını və buna görə də vəsiyyətnamə verməkdən qorxduğunu bildirmişdir. L.Məmmədova oğlu Cavabdeh tərəfindən hədələndiyini bildirmişdir. Cavabdeh heç L.Məmmədovanın yas mərasiminin keçirilməsini də təşkil etməmiş, bunu onlar və əmiləri etmişdir. Qardaşı onlara qarşı düşmən mövqeyi tutur, heç bir şəkildə onlarla əlaqəyə girmir və danışığa gəlmir. Bibisi L.Məmmədova vəfat etdiyi gündən hazırkı vaxtadək mübahisə predmeti olan mənzil onun istifadəsində və faktiki sahibliyində olmuşdur. O, həmin mənzil üzərində mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Qardaşı Cavabdeh doğum haqqında şəhadətnaməsində naməlum şəkildə dəyişikliklər etmiş, bu dəyişikliyin Oktyabr rayonu İK-nin xx.xx.1972-ci il tarixli 30/5 saylı qərarı əsasında aparıldığı məlum olmuşdur. Bu qərar əsasında qardaşı öz doğma bibiləri X3 övladlığına verilmişdir. Lakin bu qərarın verilməsinə əsas olan hər hansı bir sənəd müəyyən edilməmiş, nə də valideynlərinin buna dair nəinki razılığı, hətta bir valideyn kimi məlumatları olmamışdır. Bundan başqa qardaşı Cavabdeh onun rayonda atasının yanında olmasından istifadə edərək, Bakı şəhəri Yasamal rayonu, M.F.Axundov küçəsi 160 saylı evin 2 saylı mənzilinə xəbərsiz olaraq yerləşmiş, evə dair adına əsassız və qanunsuz çıxarış almışdır. Hazırda maraqlı şəxs onların evə daxil olmalarına maneçilik törədir və onda olan məlumata əsasən, evi özgəninkiləşirmək niyyətindədir. Belə olduğu halda, onların hüquqları pozulmuş olur. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşlar.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5233/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılardan İddiaçı1 miras qoyan X3 nə birinci, nə də ikinci növbəli vərəsəsi sayılmadığından, onun miras əmlak üzərində hər hansı şəxsin vərəsəlik hüququndan məhrum edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə bu hissədə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi İddiaçı1 münasibətdə rədd edilməlidir.
10. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehi ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar aşkar olunmamışdır. Belə ki, İddiaçı2 övladı olan Cavabdeh miras qoyan anası L.Məmmədovaya qarşı nə cinayət əməli törətmiş, nə də bu və ya digər şəkildə əxlaqsız hərəkətlər törətmişdir. İddiaçı iddia ərizəsində cavabdehin miras qoyan L.Məmməovanın qayğısına qalmamasını, onunla maraqlanmamasını, ona qulluq etməməsini, L.Məmmədovanın dəfn mərasiminə gəlməməsini, L.Məmmədovanın İddiaçı1 vəsiyyətnamə verməməsi üçün hədələməsini əsas gətirərək onun ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrum edilməsini xahiş etmişdir. Lakin, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iş üzrə cavabdeh o halda vərəsəlik hüququndan məhrum edilə bilər ki, o, miras qoyana qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun. Bu hal cavabdehin əxlaqsız hərəkətləri kimi qiymətləndirilə bilməz. Beləliklə də, cavabdehin vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas sayıla bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1137, 1138, 1139, 1142, 1203.1, 1203.3-cü maddələri; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarına; “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5233/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə icraatı həqiqətən müəyyən edilməsini təmin etməlidir. Normadan göründüyü kimi məhkəmənin vəzifəsi həqiqəti müəyyən etməkdir. Bunun üçün işə baxan hakim prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə etməli, faktlara istinad etməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən işin hallarını araşdırması üçün maddi və prosessual qanunvericiliyin imkanlarından istifadə etməmiş, məhkəməyə təqdim etdiyim sübutlatı qiymətləndirməmişdir. Eyni zamanda iş materiallarında olan təqdim olunan digər sübutlar iddiasının əsaslı və qanuni olmasını təsdiq edir. Məhkəmə çıxardığı qətnaməsində yalnız həmin sənədləri sadalamış, onlara hüquqi qiymət verməmişdir. İddianın elə əsasını cavabdehin doğum haqqında şəhadətnaməsi təşkil edirdi. Belə ki, həmin doğum haqqında şəhadətnamə ləğv edildiyi təqdirdə onların iddiası sübuta yetmiş olardı. Məhkəmə isə ərizəni qəbul etməyərək, məhkəməyə verdiyi iddia tələbini görməzdən gələrək işi dayandırmamışdır. Onlara heç bir məlumat verilmədən cavabdeh bibisinin övladlığına verilmiş və o, bundan sui-istifadə edərək, bibisindən qalmış əmlakı mənimsəmişdir. Məhkəmə müvafiq araşdırma aparmış olsa idi cavabdehin qanun pozuntusunu etdiyini müəyyən etmiş olardı. Göstərilən hallar məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmamasını göstərir və hakim tərəfindən Konstitusiyanın bu normasının pozulmasını təsdiq edir. İşin materiallarından göründüyü kimi məhkəmə onun təqdim etdiyi sübutlara əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə iddianın rədd edilməsinə dair heç bir sübut və s. təqdim edə bilməməsinə baxmayaraq məhkəmə cavabdehin vəkili kimi çıxış edərək onun xeyrinə danışmış, ona söz vermiş, özünü müdafiə etməsi üçün öz mülahizəsinə uyğun "ağıllar" vermişdir. Bu isə məhkəmənin çəkişmə prinsipinin pozulmaqla aparıldığını sübuta yetirir. Hətta sonuncu məhkəmə iclasında AR MPM-in 254.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə icraatın dayandırılmasına dair ərizəsini qəbul etməmiş, iş üzrə vəsatət verəcəyini bildirərkən əsassız qərar çıxarmışdır. Halbuki onun iddia tələbinin əsasını doğum haqqında şəhadətnaməsi təşkil edir. Onlar iddia tələblərinin əsası olan doğum haqqında şəhadətnamənin ləğv edilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər və iş hal-hazırda məhkəmənin hakimi Səlma Salahovanın icraatındadır. Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qaydasında baxılan başqa bir iş həll edilməyincə iş üzrə icraat dayandırılmalıdır. O, məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməyi ilə bağlı poçt qəbzini və iddia ərizəsinin surətini məhkəyə təqdim etmiş və qanunvericiliyin tələblərini əsas tutaraq işin dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qərəzli şəkildə ərizəni qəbul etməyərək, işi yekunlaşdırmış və bu isə onun (eyni zamanda digər iddiaçının) prosessual müdafiə hüquqlarından süni şəkildə məhrum edilərək, əsassız və qanunsuz məhkəmə qərarının çıxarılması ilə nəticələnib. Lakin hazırki iş üzrə məhkəmə sanki cavabdehin əsassız etirazlarını qəbul edərək qətnamə çıxarmışdır. Bununla da onun konstitusion hüquqlarını pozmuşdur. Bundan başqa, məhkəmə qətnaməsini yalnız digər məhkəmə qərarlarına əsaslanaraq qəbul etmişdir. Halbuki, məhkəmə yeni açılmış halları nəzərə alaraq işi araşdırmalı və lazımi prosessual tədbirləri görməli idi. Hazırki iş üzrə qəbul edilən qətnamə tamamilə ləğv edilərək, apellyasiya instansiyası məhkəməsində yenidən tam və hərtərəfli araşdırılmalıdır. Birinci instansiya məhkəməsində işdə olan sübutları qiymətləndirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçılardan İddiaçı1 şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ona aid hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
21.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
22.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 24.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 25.1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 26.1139-cu maddəsinə əsasən, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 27.1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
28.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. 29.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 30.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı qardaşı İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncunun X2 qalmış miras əmlaka olan hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh miras qoyanın qayğısına qalmamış, onunla maraqlanmamış, qulluq etməmiş, dəfn mərasimində iştirak etməmiş, habelə X5 ona vəsiyyətnamə verməməsi üçün hədələyərək son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmişdir.
35. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs - vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Belə ki, mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir.
36. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar həmçinin Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
37. Hazırda iddia tələbinin hüquqi əsasını da Mülki Məcəllənin 1137-ci maddəsi təşkil edir.
38. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçılardan İddiaçı1 münasibətdə gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hazırki mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış İddiaçı1 müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır.
39. Bununla əlaqədar nəzərə alınmalıdır ki, qanunverici, şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
40. İş materiallarından göründüyü kimi iddiaçı miras qoyan X3 hər hansı növbədən vərəsəsi olması, mərhum tərəfindən barəsində qanunvericiliyin tələblərinə uyğun şəkildə vəsiyyətnamə tərtib edilməsi halı öz təsdiqini tapmamışdır. Əksinə iş materiallarından müəyyən edilir ki, ərizəçi İddiaçı1 vəsiyyətnamə üzrə vərəsəlik faktının müəyyən edilməsi barədə ərizəsinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(103)-160/2013 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmışdır. Belə olan halda iddiaçı cavabdehin mübahisəli miras əmlak üzərində vərəsəlik hüququndan məhrum edilməsini tələb etmək üzrə subyektiv hüquqa malik deyildir. Çünki, o, sonuncunun ləyaqətsiz vərəsə elan edilməklə vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxslərin dairəsinə daxil deyildir, ondan əvvəl müvafiq növbəli vərəsələrin olması da işin mübahisələndirilməyən halıdır. Bununla da hazırki apellyasiya icraatı çərşivəsində cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə yönələn dəlillərin mahiyyəti üzrə araşdırılmasına ehtiyac qalmır.
41. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
42. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5233/2023 saylı, 7 dekabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova