Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1670/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Axundova GünayTəyar qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil oğunun, müstəqil tələb irəli sürməyn üçüncü şəxs https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3249276X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2(002)-3333/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən qızının əri Cavabdeh 11000 manat məbləğində pul vəsaiti verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızının həyat yoldaşıdır. Bir neçə ay bundan əvvəl cavabdeh ondan borc pul istəyərək təxminən 10000 manata qədər məbləğin qısa müddət ərzində tapılmasını xahiş etmiş və bildirmişdir ki, əlində vacib işi var, yəni, təcili olaraq ucuz avtomobil təklif olunur ki, həmin avtomobili almaq üçün ümumilikdə 11000 manat pul lazımdır və ondan həmin məbləği ona borc olaraq verməyi xahiş etmiş, həmçinin, söz vermişdir ki, alacağı avtomobili onun həyat yoldaşı olan onun qızının adına qeydiyyatdan keçirəcəkdir, yəni avtomobil qızının mülkiyyətində olacaqdır. O, həmin məbləği ona borc olaraq vermis və şərti də bu olmuşdur ki, alacağı avtomobili qızının adına rəsmiləşdirir, həm də borcunu qısa müddətdə qaytarır. Cavabdeh ondan 6000 ABŞ dolları və 800 manat, ümumilikdə həmin zaman olan kursla 11000 manat təşkil edən məbləği borc olaraq götürüb sonra aldığı avtomobili qızının adına qeydiyyata qeyd etdirmədiyi ona məlum oldu. Bununla da cavabdehlə onun arasında borc məbləğinin ona verilməsi üçün aralarında olan şərti pozmuşdur. Səbəbini soruşduqda, cavabdeh bildirmişdir ki, guya avtomobili qızının adına keçirmək üçün lazım olan ödənişləri etməyə pulu çatmamış və ona görə də avtomobili hazırki vəziyyətdə qızının adına qeydiyyata aldıra bilməmişdir. Aradan bir müddət keçmiş onunla telefon əlaqəsi saxlavsi və borc verdiyi məbləği bir həftə müddətində qaytarmağı tələb etmişdir. Cavabdeh 11000 manat ona borcu olduğunu etiraf edərək həmin məbləği bir həftəyə tapıb düzəldə bilməyəcəyini, lakin qısa müddətə düzəldib verəcəyinə söz vermişdir. Bundan sonra o, zənglərə cavab verməmiş, 11000 manatla bağlı məhkəməyə müraciət edəcəyini bildirdikdə cavabdeh cavabında “hara istəyirsən müraciət et” sözlərini demişdir. Onun Cavabdeh 11000 manat pulu qısa müddə qaytarmaq şərtilə borc verdiyi barədə tələbi onun votsapla verdiyi cavablarda, audio diskdəki yazışmalarda təsdiqini tapır.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2(002)- 3333/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Qətnamə onunla əsaslandırılmışdır ki, Məhkəmə qeyd edir ki, həm vatsap yazışmaları, həm səs yazıları, eyni zamanda cavabdehin məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq məhkəməyə gəlməməsi məhkəmyə iddianın təmin olunması qənaətinə gəlməsinə əsas verir. İşin faktiki hallarından və iş materillarından göründüyü kimi, iddiaçı cavabdehə pul borc vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi tam və vaxtında icra etməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 11000 manat borc pulunu tələb edir və məhkəməyə iddia tələbini əsaslandıracaq sübut kimi isə onlar arasında olan vastap yazışmalarını təqdim edir, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki cavabdehdən 11000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 739, 740, 743-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iddiaçı iddia ərizəsində bildirir ki, o, bu borcu şərtlə vermişdir. Belə çıxır ki, əgər şərti pozmayıb riayət etsəydim, verilmiş məbləğ tələb olunmayacaqdı. Axı onda bu borc münasibətləri çərçivəsindən kənara çıxmış olur. Borc müqaviləsi şərtlə bağlanan müqavilə deyil, borc götürən götürdüyü borcu bütün hallarda qaytarmalıdır. Əgər verilən pulun müqabilində müəyyən işlər görülməliidisə, bu borc yox, başqa hüquq münasibətidir. Məhkəmə bu halı nəzərdən qaçırmışdır. İddiaçı iddia ərizəsində qızının şahid kimi dindirilə biləcəyini bildirsə də, məhkəmə onu şahid qismində çağırmamış, əlavə araşdırma aparmamışdır. Buna görə X2 üçüncü şəxs qismində işə cəlb olunmalıdır. İddiaçının adı Tofiqə olduğu halda, yazışmalarda “Ləman” adının qeyd olunması məhkəməyə təəccüblü gəlməmiş, bununla bağlı sadəcə nümayəndənin dedikləriilə kifayətlənib, bu faktı araşdırıb özü də əmin olmaq istəməmişdir ki, söhbət eyni adamdan gedir, yoxsa yox. İşə nikah şəhadətnaməsi əlavə edilmədiyi halda məhkəmə onların qohumluq münasibətlərində olduğumuzu, hətta ailə münasibətlərinin kəskinləşdiyini belə bilir. Yaxud da, verilmiş məbləğin qaytarılmaq məqsədi ilə, yoxsa başqa işlər görülməsi üçün verildiyini araşdırmadan, onun bu məbləği qaytarmalı olduğuna dair üzərinə öhdəlik görürdüyü qənaətinə gəlmişdir. Məhkəmə münasibəti borc müqaviləsi kimi tövsif etmiş və bununla bağlı normalara istinad etmişdir. Halbuki, əvvəla predmet 3000 manatdan yuxarı olduğu üçün aralarında müqavilə mütləq yazılı olmalı idi, amma belə bir müqavilə yoxdur. Bundan əlavə, borc şərtlə deyil, qaytarılmaq məqsədilə verilir. Nəhayətində hətta bu borc münasibəti olmuş olsaydı belə, məhkəmə köhnə redaksiyaya istinad edib, borc müqaviləsi artıq çoxdandır ki, kredit müqaviləsi hesab olunmur. Bir sözlə, məhkəmə mübahisəyə tətbiq edilməli olmayan qanunu tətbiq etmişdir. Məhkəmə sadəcə ona istinad edib ki, cavabdeh borc götürdüyünü etiraf edib. Halbuki etirafla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında qeyd olunub ki, etiraf iddianın qeyd-şərtsiz təmini üçün yetərli əsas deyil. Etiraf - işdə iştirak edən şəxsin izahatıdır. Bu isə MPM-in 106-cı maddəsinə görə sübutun bir növüdür. Heç bir sübutun isə birinin digərinə münasibətdə üstünlüyü yoxdur. Sübutlar bərabər qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə olunmuş mövqeyinə əsasən, işdə etiraf olduğu halda məhkəmə hər bir halda araşdırma aparmalı, etiraf edən şəxsi dindirib, edilən etirafın həqiqətən onun iradəsini əks etdirib-etdirməməsini müəyyən etməli, sonuncu etirafdan sonra ödənişin olunub-olunmadığından əmin olmalıdır. Əks halda ədalətli məhkəmə araşdırması hüququ şübhə altına alınmış olar. İşin faktiki hallarına gəldikdə bildirir ki, o, iddiaçının qızı X2 ilə 09 fevral 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan etibarən keçmiş qaynanası İddiaçı ailənin ehtiyacları üçün onlara maddi və mənəvi köməklik etmişdir. İlk vaxtlar münasibətləri yaxşı olmuş, iddiaçı da onlara müxtəlif pul məbləğlərini hər zaman təmənnasız vermişdir. Təbii ki, bir ana kimi iddiaçı istəyirdi ki, qızının ailəsi möhkəmlənsin, bunun üçün də əlindən gələni əsirgəmirdi. Təəssüflə bildirir ki, iddiaçı bəzi məsələləri təhrif edir. Pul verilsə də iddiaçının dediyi kimi deyildir. Əvvəla o, iddiaçıya zəng edib borc istəməmişdir, onun öz dostları ilə telefon danışığımı eşidib, Mehriban anasından pulu alıb gətirmişdir. Pul onlara borc verilməmişdir. O, hər zaman verdiklərini bağışlamışdır, bu da həmin hallardan biri idi. İddiaçının onlara əvvəl də pul bağışladığını yazışmalarında özü də etiraf edərək qeyd edir ki, “əvvəl verdiyim 3 mini istəmirəm, elə bilərəm Mehriyə telefon almısan.” Pul çoxdan verilmiş və qısa zaman keçəndən sonra iddiaçı çox gözəl bilirdi ki, maşın alınası olmadı. Amma pulunu geri tələb etməmişdir. O, da həmin pulu ailədən kənar xərcləməmişdir. Onların uşağı olmadığına görə müayinələrə, müalicələrə çox pul lazım olurdu. Həmin vaxt onlar Gəncədə yaşamışlar. İstər Gəncədə, istərsə də Bakıda müxtəlif klinikalarda yüksək məbləğdə ödənişlər aparılmışdır. Yaxud da gənc ailə kimi yoldaşı ilə müxtəlif bölgələrə səyahətlər etmişlər. Verilən pul ailənin idarə olunması xərcflərinə sərf olunmuşdur. İddiaçı bunu görmüş, amma etiraz etməmişdir. O da iddiaçının əvvəlki rəftarına güvənib bu qaydada davranvsilsh. Lakin onun həyat yoldaşı ilə münasibəti kəskinləşmiş və qəti şəkildə ayrılmaq istədiyimi bildirvbi, hər şey də bundan sonra başlamışdır. Əgər o, Mehribandan ayrılmasaydı, iddiaçı bu pulu ondan istəməyəcəkdi. İndi ona qarşı belə bir iddia qaldırmaq ədalətsizlikdir. Doğrudur, maşın alınma söhbəti olmuş, amma alına bilməmiş, əvəzində o pul ailənin digər ehtiyaclarına sərf olunmuşdur. İddiaçı isə bunu bildiyi halda o vaxt pulu tələb etməmişdir. Hazırki mübahisədə məhkəmə bu münasibəti borc münasibəti kimi tövsif etmiş və Mülki Məcəllənin 739-cu maddəsinə istinad etmişdir. Bununla da məhkəmə MPM-in 386-cı maddəsinin tələbini pozaraq mübahisəyə tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Çünki iddiaçı özü etiraf edir ki, o pulu şərtlə verib. Özünün dediyinə görə şərti də o olub ki, aldığı maşını Mehribanın adına rəsmiləşdirim. Amma borc münasibətlərində borcun qaytarılması bütün hallarda təmin olunduğuna görə, deməli o pul borc verilməmişdir. Münasibətlər tapşırıq münasibəti də deyildi. Çünki tapşırıqda konkret nəticə əldə olunmasına təminat verilmir. Amma iddiaçının pulu verməkdə məqsədi maşının qızının adına alınmasına nail olmaq istəyirdi. Yəni əqdin bağlanma şərtini konkret nəticənin əldə olunmasına bağlamışdır. Aramızdakı münasibət əsassız varlanma da hesab olunmur. Çünki əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Eləcə də varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, tələb istisna edilir. Amma o, iddiaçı ilə qohumluq münasibətində idi, burda səbəbsiz zənginləşmə halı yoxdur, iddiaçı daha əvvəl də bizə hədiyyə şəklində pul məbləğləri bağışlayırdı. Bunu təsdiq edən sübut aramızdakı yazışmada özünün etirafıdır: “əvvəl verdiyim 3 mini istəmirəm, elə bilərəm Mehriyə telefon almısan. O, iddiaçının ailəsinə olan əvvəlki rəftarına güvənərək davranmışdır. Lakin iddiaçı indi hüququndan suiistifadə edir. Hesab edilsə ki, o, səlahiyyət həddimi aşaraq başqa təyinat üçün verilmiş pul məbləğini digər məqsədlərə (ailə xərcləri) sərf etmişdir, iddiaçı tələbində o zaman haqlı ola bilərdi ki, səlahiyyət həddinin aşıldığını görən kimi dərhal reaksiya bildirsin. Lakin iddiaçı bu qaydada davranmamış, susmaq nümayiş etdirmiş, maşın üçün verilən pulun digər məqsədlərə sərf olunduğunu görsə də, etiraz etməmişdir. Bu davranış isə bəyənməyə bərabərdir. İddiaçı verilən pul məbləğini ailəyə bağışlamışdır. Lakin indi onun öhdəliyi icra etmədiyinə əsaslanıb bağışlamaqdan imtina edir. Məhkəmə onların münasibətinə borc münasibətlərini deyil, bağışlama münasibətlərini tətbiq etməli idi. Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə, faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə, faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.” Lakin işə baxan məhkəmə heç bir əlavə araşdırma aparmadan, onun yazışmalardakı etirafına əsaslanaraq iddianı təmin etmişdir. Halbuki onun etirafına hərfi yanaşılmamalı, etiraf işin halları kontekstində məcbur qalıb ifadə olunma kimi qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasnı xahiş etmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmişdirlər.
11. Müstəqil tələb irəli sürməyn üçüncü şəxs https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3249276X2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdehin apellyasiya şikayəti ilə bütövlükdə mübahisələndirildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. 11000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh verilməsi işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında olan mübahisənin əsasını həmin pulun hansı məqsədlə verilməsi təşkil edir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən münasibətlərin düzgün olmayaraq borc müqaviləsi kimi qiymətləndiriliməsi barədə dəlilini əsaslı hesab edir. Belə ki, Mülki Məcəllənin borc müqaviləsi ilə bağlı münasibətləri tənziməlyən 739-cu maddəsinin istər əvvəlki, istərsə də hazırkı redaksiyasında müqavilə predmetinin məbləğinin üç min manatdan çox olduğu təqdirdə yazılı forma tələb olunduğundan məhkəmə praktikasında bu halda əsassız varlanmaya aid normalar tətbiq olunur. Hazırkı situasiyada da məbləğ üç min manatdan çox olduğuna görə birinci instansiya məhkəməsi borc müqaviləsinə aid normaları tətbiq edərək qiymətləndirmə aparmaqda haqlı olmamışdır.
18. Apellyasiya şikayətinin əsas dəlili kimi ona istinad olunur ki, həmin məbləğ iddiaçı tərəfindən onlara bağışlanmışdır. Lakin bu dəlil işin halları ilə təkzib olunur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş vatsap sosial şəbəkəsində tərəflərin yazışmalarının məzmunu cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hətta apellyasiya şikayətində bu yazışmalara istinad olunduğundan məhkəmə kollegiyası bu sübuta istinad edilməsində hər hansı bir maneə görmür.
19. Həmin yazışmalarda cavabdeh qeyd etmişdir ki, “Men sizden o pulu borc almışam ve elbetdeki qaytaracaqam...”, “Men onsuzda qaytaracam men heckime borclu qalmaram amma 1 hefteye deyil”. Bu ifadələrdən də görünür ki, 11000 manat məbləğində pul vəsaiti cavabdehə və ya ailəyə bağışlanmamışdır və həmin pulun qaytarılmalı olduğu cavabdeh tərəfindən etiraf olunur. Həmçinin, əgər bağışlanma var idisə, cavabdeh həmin yazışmalarda buna istinad edərdi.
20. Bundan başqa cavabdeh həmin pul vəsaitini maşının alınması üçün istəsə də, maşının alınması ilə bağlı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə bu barədə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh hazırda həmin pulun ailənin ümumi ehtiyaclarına sərf olunduğunu iddia etsə də, bununla bağlı da heç bir sübut təqdim olunmamışdır və tərəflər arasında olan yazışmalar da bu hala istinad mövcud deyildir.
21. Cavabdeh iddiaçı ilə olan yazışmalarda borcu etiraf etməsini bununla əsaslandırır ki, “ ... onun etirafına hərfi yanaşılmamalı, etiraf işin halları kontekstində məcbur qalıb ifadə olunma kimi qəbul edilməlidir.” Lakin bu məcburiyyətin nədən irəli gəldiyi açıqlanmır. Apellyasiya şikayətində istinad olunan Konstitusiya Məhkəməsinin Plenumunun qərarında da qeyd olunur ki, faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə, faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə, faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Lakin bu halların mövcudluğu barədə heç bir dəlil irəli sürülmədiyindən və sübut təqdim olunmadığından məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir.
22. Bu halları qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə əsassız varlanma mövcuddur, yəni, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır və bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Mülki Məcəllənin 1093.1-ci maddəsində qeyd olunur ki, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyatorun dəlillərini qismən haqlı hesab edilsə belə, işin halları bu normanın dispozitiv şərtləri ilə uyğundur və iddiaçının cavabdehdən pul vəsaitini tələb etmək üçün əsasdır.
23. Apellyasiya şikayətinin pul məbləğinin 2022-ci ildə alınması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə əsassız varlanmaya münasibətdə 2 illik kəsici müddətin keçməsinə istinad olunmasa da, məhz bu dəlilin qeyd olunması birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığı və ya digər əsaslarla iddianın təmin və ya qismən təmin olunduğu təqdirdə növbəti mərhələdə şikayətin əsası kimi qeyd edilməsi məqsədi daşıyır. İddia ərizəsi 30 sentyabr 2024-cü il tarixdə verildiyindən apellyator məhz buna görə şikayətin 5-ci bəndinin sonunda qeyd etmişdir ki, “... pul məbləği 2022-ci ilin yay aylarında verilmişdir”. Lakin apellyator bu dəlillə bağlı da məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məsələn, cavabdeh avtomobilin alınmasını və sənədləşmə üçün pul ödəməyə imkanı olmadığını iddia edirsə, avtomobilə dair etibarnamə və ya digər bir sənəd təqdim etmək mümkün idi, belə bir sübut mövcud olduğu halda apellyasiya şikayətinə əlavə oluna bilərdi. Bundan başqa, bu xüsusatla bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər 09 fevral 2022-ci il tarixdə ailə qurublar, vatsap sosial şəbəkəsi vasitəsilə aparılmış yazışmaların məzmunundan görünür ki, iddiaçı əvvəl də cavabdehə 3000 manat pul vermişdir və bunu tələb etmir, lakin sonradan 11000 manat borc verdiyi pulun qaytarılmasını tələb edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qızının cavabdehlə ailə qurmasından dərhal sonra qısa müddət ərzində (2022-ci ilin fevral – avqust ayları ərzində) 3000 manat, daha sonra 11000 manat pul vəsaitini cavabdehə verməsi ağlabatan deyildir. Ümumiyyətlə, apellyasiya şikayətinin ümumi məzmunu bundan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə əvvəllər pul vəsaitləri verildiyinə, maddi köməklik olunduğuna görə iddiaçı hazırkı pul vəsaitini də tələb etməməlidir. Hətta cavabdehin iddiaçının əvvəlki rəftarına güvənməsi əsası ilə onu hüquqdan sui – istifadə etməsi barədə arqumenti ümumiyyətlə, anlaşılan deyildir.
24. Əsassız varlanma ilə bağlı kəsici müddətin tətbiq olunması üçün Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsi mövcud olmalıdır. Hazırkı mübahisə üzrə iddiaçı mübahisə predmeti olan pul vəsaitini iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən (30 sentyabr 2024-cü il) bir neçə ay əvvəl avtomobil alınması üçün verdiyini iddia edir. Cavabdeh tərəfindən isə pul məbləğinin 2022-ci ilin yay aylarında verildiyi qeyd olunur. 23-cü bənddə qeyd olunduğu kimi cavabdehin dəlili təsdiqini tapmır. Belə ki, pul vəsaitinin 30 sentyabr 2022-ci il tarixdən əvvəl verilməsi, üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra tələb olunması ağlabatan deyildir.
25. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yuxarıda qeyd olunan hüquq normaları tətbiq olunmaqla yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2(002)- 3333/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, e-2(002)- 3333/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. 11000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 125 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.