Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1674/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "Pilot İnşaat-A” MMC (MTK)-yə qarşı müqavilə və ona edilmiş əlavənin şərtlərinin yerinə yetirilməsi, maddi və mənəvi zərərin, hüquqi xidmət xərcləri və dövlət rüsumunun ödənilməsi tələbinə dair ilk, "Pilot İnşaat-A” MMC (MTK)-nin İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinə qarşı müqavilənin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 5604/2022 saylı işi üzrə xx.xx.2022-cü il tarixli qərarı ilə müəyyən edilən (Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-568/2022 işi üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsinin ilk iddianın təmin olunmayan) hissəsində iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin və ona edilmiş 7 aprel 2018-ci il tarixli əlavənin şərtlərinə əməl edilməsi, Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözləri "14,6 kv.m.” sözləri ilə; 1.1.5, 1.1.6. bəndlərində "143000” rəqəmi "95900” rəqəmi ilə, 1.1.5 bəndində "bir yüz qırx üç min” sözləri "doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində "100000 manat” sözləri "51900” manat sözləri ilə əvəz edilməsi; 1.1.6. bəndində "Həmin binanın Vİ mərtəbəsinin inşası başa çatan gün - 16000 manat”, "Həmin binanın Vİİİ mərtəbəsinin inşası başa çatan gün - 16000 manat”, "Həmin binanın X mərtəbəsinin inşası başa çatan gün - 16000 manat” sözlərinin çıxarılması; "20000 manat” sözlərinin "19900 manat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5.5 metr hündürlükdən aşağıda) quraşdırılan inşaat konstruksiyaları, Salatın Əsgərova küçəsinə baxan vitrinlərin ətrafında, beton sütunların arasındakı aşırımlarda mişar daşından hörgülərin sökülməsi, cavabdehdən daşınmaz əmlakın girişinin müqavilənin şərtlərinə zidd olaraq, yerin (qarşısındakı Səməd Vurğun küçəsinin) səviyyəsindən aşağıda quraşdırması nəticəsində vurduğu maddi zərərə görə 184000 manat, 4 oktyabr 2019-cu il tarixdən cavabdehin ödəməli olduğu aylıq ödəmələrə görə 21600 manat, mənəvi ziyana görə 100000 manat, dövlət rüsumu 30 manat, hüquqi yardıma görə 5000 manat, cəmi 310630 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulması, 4 oktyabr 2020-ci il tarixdən daşınmaz əmlakın cavabdeh tərəfindən iddiaçıya təhvil veriləcəyi tarixə qədər hər ay üçün cavabdehdən 1800 manat iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC (MTK) İddiaçı qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Pilot İnşaat-A” MMC ilə İddiaçı arasında Bakı şəhəri 51 saylı Notariat Kontorunda xx.xx.2017-ci il tarixində, reyestrdə 3M-1058 nömrə ilə qeyd edilmiş müqavilənin və həmin müqaviləyə edilmiş xx.xx.2018-ci il tarixli əlavənin "İddiaçı sökülən daşınmaz əmlakının əvəzi kimi "Pilot İnşaat-A” MMC tərəfindən ona 70.0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi verilir” hissəsində etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 386.1,427.1-ci maddələrinə istinadən) İddiaçı cavabdeh "xxxx" MMC- yə qarşı «müqavilə və ona edilmiş əlavənin şərtlərinin yerinə yetirilməsi, qeyri-yaşayış sahəsinin daxilindəki hörgülərin sökülməsi,maddi və mənəvi zərərin, hüquqi xidmət xərcləri və dövlət rüsumunun ödənilməsi və sairə» tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri 300 (üç yüz) manatın İddiaçı tutulub "xxxx" MMCnin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4002/2021 nömrəli iş üzrə 8 iyun 2021ci il tarixli əlavə qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 354.2, 377.1, 375.2, 389.1-ci maddələrinə istinadən) qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Kontoruna qarşı «müqavilənin qismən etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, 22 oktyabr 2020-ci il tarixli qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "Pilot İnşaat-A” MTK apellyasiya şikayəti verərək, 8 iyun 2021-ci il tarixli əlavə qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-568/2022 nömrəli mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən "Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən 04 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin və ona edilmiş 07 aprel 2018-ci il tarixli əlavənin şərtlərinə əməl edilməsi, Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən 4 oktyabr 2017-ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış iddiaçı ilə bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözləri "14,6 kv.m.” sözləri ilə; 1.1.5, 1.1.6 bəndlərində "143000” rəqəmi "95900” rəqəmi ilə, 1.1.5 bəndində "bir yüz qırx üç min” sözləri "doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində "100000 (bir yüz min) manat” sözləri "51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi; 1.1.6 bəndində "Həmin binanın Vİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, "Həmin binanın Vİİİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, "Həmin binanın X mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat” sözlərinin çıxarılması; "20000 (iyirmi min) manat” sözlərinin "19900 (on doqquz min doqquz yüz) manat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində (döşəmədən 5,5 metr hündürlükdən aşağıda) quraşdırılan inşaat konstruksiyalarının sökülməsinin cavabdehin üzərinə vəzifə qoyulması” hissələrində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunması, iddia tələbinin qeyd edilən hissələrdə qismən təmin olunması, Bakı şəhəri 51 saylı notariat ofisində 04 oktyabr 2017ci il tarixdə 3M-1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin və ona edilmiş 07 aprel 2018-ci il tarixli əlavənin şərtlərinə uyğun olaraq Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.metrdən ibarət hündürlüyü 5,5 m olan qeyri-yaşayış sahəsinin ilk iddia üzrə İddiaçı verilməsi, Bakı şəhəri 51 saylı notariat ofisində 04 oktyabr 2017-ci il tarixdə 3M- 1058 reyestr nömrəsi ilə qeydiyyata alınmış tərəflər arasında bağlanmış müqavilənin 1.1.2, 1.1.5, 1.1.6-ci bəndlərində "22,0 kv.m." sözlərinin "14,6 kv.m.” sözləri ilə, 1.1.5, 1.1.6 bəndlərində "143000” rəqəminin "95900” rəqəmi ilə, 1.1.5 bəndində "bir yüz qırx üç min” sözlərinin "doxsan beş min doqquz yüz” sözləri ilə, 1.1.6 bəndində "100000 (bir yüz min) manat” sözlərinin "51900 (əlli bir min doqquz yüz)” manat sözləri ilə əvəz edilməsi, 1.1.6 bəndində "Həmin binanın Vİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, "Həmin binanın Vİİİ mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat”, "Həmin binanın X mərtəbəsinin inşası başa çatan gün - 16000 (on altı min) manat” sözlərinin çıxarılması, "20000 (iyirmi min) manat” sözlərinin "19900 (on doqquz min doqquz yüz) manat sözləri” ilə əvəz edilməsi, cavabdehin Bakı şəhəri, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92.0 kv.metrdən ibarət hündürlüyü 5,5 metr olan, birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin həcm-fəza quruluşu daxilində(döşəmədən 5,5 metr hündürlükdən aşağıda) metal konstruksiyalardan quraşdırılan atmaların sökülməsi vəzifəsinin cavabdeh "Pilot İnşaat-A” MMC-yə həvalə edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-293/2020 saylı qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Pilot İnşaat-A” MMC-nin apellyasiya şikayəti təmin olunmaması,Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 4002/2021 saylı əlavə qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək,apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında həmin hissədə ilk iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. "Pilot İnşaat-A” MTK kassasiya şikayəti verərək,apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin qismən təmin olunması hissəsində və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5604/2022 saylı işi üzrə xx.xx.2022-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-568/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində ləğv olunaraq həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki, əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin edilmiş, iş ekspertiza mərkəzində olarkən iddiaçının nümayəndəsi Kərimov X4 Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə tərəflər arasında barışıq sazişinin imzalandığını qeyd etmiş və həmin sazişin təsdiqlənməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 2-ci girişinin (blokunun) başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan qeyri-yaşayış sahəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə kimi aylıq icarə haqqı 1800 manatdan hesablandıqda cavabdeh “Pilot İnşaat-A" MTK-nın İddiaçı olan borcun məbləği 72.540,0 manat məbləğində müəyyən edilir.Aparılmış ekspert tədqiqatının dəyəri 100(yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilir :qərardadın birinci sualı üzrə: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının 2-ci girişinin (blokunun) başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan, yan tərəfindəki vitrinləri Salatın Əsgərova küçəsinə baxan, ümumi sahəsi 92,0 kv.m olmalı olan ( AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli ekspert rəyi ilə faktiki sahəsi 84,06 kv.m müəyyən edilən) qeyri-yaşayış sahəsinin Səməd Vurğun küçəsindən olan girişindən 3.3 m kanarda ümumi İstifadədə olan səkidə 4 pilləli pilləkən (hündürlüyü təqribən 0.6m) və Salatın Əskərov küçəsi tərəfdən 6 pilləli pilləkən (hündürlüyü təqribən 0.9m) yaradılmışdır; qərardadın ikinci sualları üzrə: 2019-cu, 2020-ci və 2021-ci il tarixlərinə dair internet saytı, təklif olunan icarələr,sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə eyni parametrli sahələrin icarə dəyərini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun və Salatın Əsgərova küçələrinin kəsişdiyi yerdə çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin başlanğıc hissəsində, girişi Səməd Vurğun küçəsindən olan qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin 2022-2023-cü illər üzrə aylıq icarə haqqının orta bazar qiyməti təxminən 2500,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir; qərardadın üçüncü sualı üzrə: qeyri-yaşayış sahəsinin girişinin döşəməsinin səviyyəsi qarşısındakı Səməd Vurğun küçəsinin səviyyəsindən faktiki vəziyyətə uyğun aşağıda inşa edilməsi nəticəsində daşınmaz əmlakın bazar dəyərinin azalıb-azalmamasının müəyyən edilməsinə dair tikililərin bazar qiymətlərinə uyğun dəyəri və ya satış barədə internet saytlarında, alqı-satqı birjalarında hər hansı məlumat olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Aparılmış ekspert tədqiqatının dəyəri 100,0(yüz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil barışıq sazişinin tərəflərin iddialarından imtina etdiyi mənasına gəldiyini qeyd etməklə, sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "Pilot İnşaat-A” Mənzil Tikinti Kooperativi Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərk qeyd etmişdir ki, İddiaçı ilə aralarında barışıq sazişi imzalanmışdır. İştirakları olmadan işə baxılması və barışıq sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: Tərəflər arasında Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh2 MMC (“Tikinti şirkəti”) ilə İddiaçı (“Əmlak mülkiyyətçisi”) 4 oktyabr 2017-ci il tarixli müqaviləyə və ona edilmiş xx.xx.2018-ci il tarixli əlavəyə əsasən “Tikinti şirkəti” Bakı şəhərti Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin iştirakı ilə xx.xx.2023-cü il tarixdə “Əmlak mülkiyyətçisi”nə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, 128 ünvanda yerləşən yaşayış kompleksinin Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerdə yerləşən, yan vitrinləri Salatın Əsgərova küçəsinə baxan, girişi Səməd Vurğun küçəsindən olan çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsindəki qeyri-yaşayış sahəsini (bundan sonra “Sahə” adlanacaq) “Əmlak mülkiyyətçisi”nə təhvil vermişdir. Sahənin ümumi hündürlüyü tərəflər arasında bağlanmış müqavilədə əks olunan 5,5 m hündürlükdən 1,5 metr artıqdır və cəmi 7 (yeddi) metr təşkil edir. “Tikinti şirkəti” Sahəni “Əmlak mülkiyyətçisinə təhvil verəndə ümumi hündürlük 3,5 metr hündürlükdə metal konstruksiyalarla iki hissəyə bölünmüşdür. “Əmlak mülkiyyətçisi” girişdən Sahənin içərisinə doğru 4,5 metr məsafədə quraşdırılmış metal konstruksiyaları ləğv etmişdi. Qalan hissədəki metal konstruksiyalar yerində qalmışdılar. “Əmlak mülkiyyətçisinin həmin metal konstruksiyaları saxlamasına, onların üzərinə dikt və laminat döşəyərək andresol mərtəbəsi kimi istifadə etməsinə, andresola qalxıb enmək üçün Sahənin giriş hissəsində fıstıq ağacından taxta pilləkənin quraşdırılmasına və bu şəkildə Sahə üzərində “Əmlak mülkiyyətçisinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına “Tikinti şirkəti” etiraz etmir və qeyd edilən şəkildə sahə üzərində “Əmlak mülkiyyətçisinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün yardım edəcəkdir.Tərəflər təsdiq edirlər ki, onların biri birinə qarşı heç bir pul, amlak tələbləri yoxdur.Sahənin kommunal xidmətə görə “Tikinti şirkətinə ödəmələri təmir işləri tamamlandıqdan sonra xx.xx.2023 tarixindən hesablanacaq. “Əmlak mülkiyyətçisi” Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-1674/2023 saylı iş üzrə baxılan iddia tələblərindən imtina edir.Tərəflər gələcəkdə biri digərinə qarşı pis niyyətlə heç bir addım atmayacaqlarını, biri digərinin hüquqlarının və qanuni manafelərinin qorunması üçün tədbir görəcəklər.Sahə üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alana kimi “Əmlak mülkiyyətçisi” sahəni başqa şəxsə satmaq haqqında müqavilə bağladıqda “Tikinti şirkəti” sahənin yeni mülkiyyətçinin adma rəsmiləşdirilməsi üçün əvəzsiz yardım edəcək və zəruri sənədləri (yeni müqaviləni, maliyyə arayışını) yeni mülkiyyətçiyə təqdim edəcək. Saziş üç nüsxədə təsdiqlənmişdir. Hər tərəfdə bir nüsxə saxlanacaq və bir nüsxə Bakı Apellyasiya Məhkəməsinə təsdiq edilməsi üçün təqdim edilir. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.4, 261.0.5, 370-ci maddələrinə iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri ödəyən tərəfin özünə, ekspertiza xərcləri hissəsində isə məhkəmə xərcləri İddiaçı və cavabdeh "Pilot İnşaat-A” Mənzil Tikinti Kooperativinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370, 377, 384, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-293/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 5604/2022 saylı işi üzrə xx.xx.2022-cü il tarixli qərarı ilə müəyyən edilən (Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-568/2022 saylı işi üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsinin ilk iddianın təmin olunmayan) hissədə ləğv edilsin və həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdeh "Pilot İnşaat-A” Mənzil Tikinti Kooperativi arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: 1) Tərəflər arasında Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh2 MMC (“Tikinti şirkəti”) ilə İddiaçı (“Əmlak mülkiyyətçisi”) 4 oktyabr 2017-ci il tarixli müqaviləyə və ona edilmiş xx.xx.2018-ci il tarixli əlavəyə əsasən “Tikinti şirkəti” Bakı şəhərti Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin iştirakı ilə xx.xx.2023-cü il tarixdə “Əmlak mülkiyyətçisi”nə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, 128 ünvanda yerləşən yaşayış kompleksinin Səməd Vurğun küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerdə yerləşən, yan vitrinləri Salatın Əsgərova küçəsinə baxan, girişi Səməd Vurğun küçəsindən olan çoxmənzilli yaşayış binasının 2-ci blokunun başlanğıc hissəsindəki qeyri-yaşayış sahəsini (bundan sonra “Sahə” adlanacaq) “Əmlak mülkiyyətçisi”nə təhvil vermişdir. 2) Sahənin ümumi hündürlüyü tərəflər arasında bağlanmış müqavilədə əks olunan 5,5 m hündürlükdən 1,5 metr artıqdır və cəmi 7 (yeddi) metr təşkil edir. “Tikinti şirkəti” Sahəni “Əmlak mülkiyyətçisinə təhvil verəndə ümumi hündürlük 3,5 metr hündürlükdə metal konstruksiyalarla iki hissəyə bölünmüşdür. “Əmlak mülkiyyətçisi” girişdən Sahənin içərisinə doğru 4,5 metr məsafədə quraşdırılmış metal konstruksiyaları ləğv etmişdi. Qalan hissədəki metal konstruksiyalar yerində qalmışdılar. “Əmlak mülkiyyətçisinin həmin metal konstruksiyaları saxlamasına, onların üzərinə dikt və laminat döşəyərək andresol mərtəbəsi kimi istifadə etməsinə, andresola qalxıb enmək üçün Sahənin giriş hissəsində fıstıq ağacından taxta pilləkənin quraşdırılmasına və bu şəkildə Sahə üzərində “Əmlak mülkiyyətçisinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına “Tikinti şirkəti” etiraz etmir və qeyd edilən şəkildə sahə üzərində “Əmlak mülkiyyətçisinin mülkiyyət hüququnun qeydiyyata alınması üçün yardım edəcəkdir. 3) Tərəflər təsdiq edirlər ki, onların biri birinə qarşı heç bir pul, amlak tələbləri yoxdur. 4) Sahənin kommunal xidmətə görə “Tikinti şirkətinə ödəmələri təmir işləri tamamlandıqdan sonra xx.xx.2023 tarixindən hesablanacaq. 5) “Əmlak mülkiyyətçisi” Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-1674/2023 saylı iş üzrə baxılan iddia tələblərindən imtina edir. 6) Tərəflər gələcəkdə biri digərinə qarşı pis niyyətlə heç bir addım atmayacaqlarını, biri digərinin hüquqlarının və qanuni manafelərinin qorunması üçün tədbir görəcəklər. 7) Sahə üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alana kimi “Əmlak mülkiyyətçisi” sahəni başqa şəxsə satmaq haqqında müqavilə bağladıqda “Tikinti şirkəti” sahənin yeni mülkiyyətçinin adma rəsmiləşdirilməsi üçün əvəzsiz yardım edəcək və zəruri sənədləri (yeni müqaviləni, maliyyə arayışını) yeni mülkiyyətçiyə təqdim edəcək. 8) Saziş üç nüsxədə təsdiqlənmişdir. Hər tərəfdə bir nüsxə saxlanacaq və bir nüsxə Bakı Apellyasiya Məhkəməsinə təsdiq edilməsi üçün təqdim edilir. Bütün nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq və tikinti-texniki obyektlərin tədqiqi üzrə ekspertiza xərci 200 (iki yüz) manat, "xxxx" MMC tərəfindən aparılmış mütəxəssis tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğdə pul vəsaiti – İddiaçı və cavabdeh "Pilot İnşaat-A” Mənzil Tikinti Kooperativindən tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi və "xxxx" MMC-nin hesablarına ödənilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1674/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1674/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver