Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1676/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ (mülki işin baxışdan çıxarılması haqqında) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2527/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2527/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin olunmuşdur. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya icraatına qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2022-ci il tarixli, 2(103)- 1676/2022 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsi 04.04.2022-ci il tarixli məktubla müraciət edərək, cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 nümayəndəsi Vəkil1 tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. Ona görə Səbail rayon Məhkəməsinin 2(009)-2527/2021 saylı mülki işi Səbail rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçının vəkili qeyd edilən məqsədlə mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq digər cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, mülki iş cavabdeh tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 357-358, 366 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “qanunsuz zəbt edilmiş qeyri-yaşayış sahəsindən şəxsi əşyalarla birlikdə çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2527/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsindən digər cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-1676/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1676/2022
12.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver