Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1676/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)-4932/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İşçi İddiaçı ilə işəgötürən Azərbaycan Respublikası Cavabdeh arasında bağlanılmış 02 oktyabr 2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə MTTİ X34 üzrə mütəxəssisi vəzifəsinə işə qəbul edilməsinə dair müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizədən müəyyən olunur ki, o, 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrinə əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Ümumi şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar naziri K.Heydərova ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, o, təzyiq altında verdiyi xx.xx.2023-cü il tarixli ərizəsinin etibarsız hesab edilərək, tutduğu vəzifəyə bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cavabdeh 18 iyul 2024-cü il tarixli, 3-18/2-Q-57/3-1/2024 saylı məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrinin surəti ona göndərilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 01 noyabr 2023-cü il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı Nazirliyin strukturuna daxil olan qurumlar üzrə müvafiq işlə təmin edilməsini xahiş etmişdir. X24 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən M.Məmmədov 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X25 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən S.Əliyev 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Şahid1 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən Şahid1 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Şahid2 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən Şahid2 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X7 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən X.İsmayılov 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X10 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən C.Teymurov 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X4 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən A.Abdullayev 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X2 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən A.Mirzəliyev 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. X5 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinə ünvanlanmış 25 oktyabr 2023-cü il tarixli ərizəyə əsasən N.Səfərov 30 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X19 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Təsərrüfat işləri sektorunun bağbanı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X14 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Ümumi sektorun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X9 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Humanitar yardımların təşkili sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X11 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Anbar işinin təşkili sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X20 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Mühafizə işinin təşkili sektorunun böyük mütəxəssis-inspektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X6 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Ümumi Sektorun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X30 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Humanitar yardımların təşkili sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Mərkəzi bazasının mütəxəssisi X11 öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Proqnoz və satınalmalar şöbəsinin iqtisadçısı X15 öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X15 Nazirliyin Maddi-Texniki təminat sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 01 noyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən X21 Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Humanitar yardımların təşkili sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Maddi Təchizat şöbəsinin iqtisadçısı X30 öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Texniki təchizat şöbəsinin mütəxəssisi X22 öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Ümumi Şöbəsinin mütəxəssisi X16 öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Ümumi şöbəsinin mütəxəssisi X6 öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli əmrindən çıxarışa əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Mərkəzi bazasının mütəxəssisi X1 öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən qanusuz azad edildiyi üçün onun işlədiyi Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat idarəsində kadrlar üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci ildə Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsi yaranmışdır. Həmin İdarə yarandığı gündən o, nazir Kəmaləddin Heydərovun əmri ilə İdarənin kadrlar üzrə baş mütəxəsisi vəzifəsinə işə qəbul olunmuş və daima həmin vəzifədə vicdanla çalışmışdır. Qüsursuz fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə Fəxri Fərman və Fərqlənmə medal ilə təltif olunmuşdur. 2023-cü ilin oktyabr ayında Cavabdeh Maddi-Texniki Təchizat İdarəsinin rəhbəriyi və Nazirliyin vəzifəli şəxsləri ona və digər işçilərə bildirmişdir ki, İdarədə aparılan struktur dəyişiliklər ilə bağlı o və digər əməkdaşlar xx.xx.2023-cü il tarixdən işdən çıxma və eyni zamanda xx.xx.2023-cü il tarixdən işə qəbul olunma haqqında iki ərizə yazmalıdırlar. Bu zaman, nazirliyin və İdarənin rəhbər işçiləri onu aldadaraq əmin etmişlər ki, bu şəxsən nazir Kəmaləddin Heydərovun tapşırığıdır. Bildiriblər ki, İdarənin bütün ştatı dövlət qulluğuna keçirilir, işdə azad olma haqqında əmr veriləndən dərhal sonra onun (digər işçilərin) işlədikləri vəzifəyə yenidən qəbul olunmasına dair yeni əmr veriləcəkdir. O, cavabdehin bu yalan vədlərinə inanmış və digər işçilərlə birlikdə işdən çıxma və işə qəbul olunma haqqında iki ərizə yazıb, kadrlar şöbəsinə təqdim etmişdir. Onun verdiyi ərizə əsasında Azərbayan Respublikası FHN-nin naziri Kəmaləddin Heydərovun 30 oktyabr 2023-cü il tarixli əmri ilə o “öz xahişi” ilə tutduğu vəzifədən azad edilmişdir. Bir müddətdən sonra onunla birgə ərizə vermiş bəzi işçilər yenidən işə qəbul edildilər, bu zaman onu və digər işçiləri bir daha əmin etdilər ki, növbə ilə onar da işə bərpa olunacaqlar. Lakin, onun “işə qəbul olunma haqqında” ərizəsi icra edilmədi və əmr verilmədi. Bunun səbəbini müəyyən etmək üçün o, dəfələrlərə cavabdehə yazılı şəkildə müraciət etdi, lakin müsbət cavab verilmədi. Aldanıldığını başa düşüb o, işdə çıxma haqqında ərizəni verdiyi tarixdən bir ay keçməmiş, Nazirliyin Kadlar İdarəsinə işdən çıxma haqqında verdiyi ərizənin ləğv edilməsi (geri götürülməsi) haqqında yeni ərizə verib öz vəzifəsində əmək fəaliyyətini davam etmək niyyətində olduğunu bildirmişdir. İşəgötürən 1 ay müddətində işlədiyi vəzifəyə başqa işçinin götürülməsi haqqında onu rəsmi qaydada xəbərdarlıq etməmişdir. Beləliklə, cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri kobud surətdə pozaraq onu öz vəzifəsinə bərpa etməmişdir. Cavabdehin barəsində etdiyi qanun pozuntuları yalnız qeyd edilənlər ilə bağlı olmamış, sistemli xarakter daşımışdır. Belə ki, cavabdeh onu aldadaraq “könüllü” olaraq işdən çıxmaq haqqında ərizə alandan sonra işdən azad olunmağı haqqında dərhal əmr vermiş və vəzifəsindən kənarlaşdırmışdır. Bununla yanaşı, cavabdeh AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2ci bəndinin tələblərini pozaraq, işdən çıxma haqqında əmrin surətini uzun müddət ərizndə ona verməkdən imtina etmişdir: məqsəd - öz qanunsuz əməllərini sığortalamaq, pozulmuş hüquqlarını bərpa etmək üçün onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmaq olmuşdur. O dəfələrlə cavabdehə ərizələr göndərmiş, əmrin surətini ona rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Lakin, cavabdeh əmr verməkdən boyun qaçırmışdır. Nəhayət, onun çoxsaylı şikayətlərindən sonra, cavabdeh barəsində olan əmri onun yaşadığı ünvana göndərməyə məcbur olmuşdur. İşdən azad olunma haqqında xx.xx.2023-cü il tarixli əmrin surəti poçt vasitəsi ilə ona rəsmi olaraq 22 iyul 2024-cü il tarixdə təqdim edilmişdir. Bu fakt zərfin və poçt bildirişinin üzərinə vurulmuş o poçt ştampı ilə təsdiq olunur. Əmrin surətini alan kimi o dərhal cavabdehə mediasiya təklifi göndərmiş, lakin o onun təklifinə cavab verməmişdir, Bundan sonra o Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına mürcaiət etmişdir. Lakin cavabdeh mediasiyada iştirak etməkdən imtina etmiş və mediasiya baş tutmamışdır. Bu barədə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X8 tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/-00854 saylı “Arayış" verilmişdir. Cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim edərək, bildirmişdir ki, Cavabdeh Maddi- Texniki Təchizat İdarəsinin Ümumi şöbəsinin kadrlar üzrə mütəxəsssisi İddiaçı öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini yalnız dayandırmaq istədiyi günü qöstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı 25 oktyabr 2023-cü il tarixdə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi xahişi ilə fövqəladə hallar nazirinə müraciət etmişdir. Etmiş olduğu müraciət əsasında İddiaçı Cavabdeh 2228/ş nömrəli 30 oktyabr 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirdi ki, İddiaçı tanıyır. Onunla Cavabdeh Maddi-Texniki Təchizat İdarəsində birlikdə işləyib. O, həmin idarədə maddi texnixi təchizat şöbəsinin rəisi olub. İdarədə dövlət qulluğu ilə əlaqədar sturuktur dəyişikliyi oldu. Onun 60 yaşı tamam olmuşdu, onlara gəlib bildirdilər ki, 60 yaşını keçənlər dövlət qulluğu üzrə işləyə bilməzlər. Daha sonra Cavabdehndə “işdən çıxma və işlə təmin edilməyə” dair 2 ədəd ərizə yazdılar. Lakin heç birini işlə təmin etmədilər. Onlar da şikayət etdilər. Daha sonra işlə təmin edilməkləri üçün göstəriş verildi. Həmin iş yerlərinə də işçilər müvəqqəti olaraq götürüldü. Onlar “işdən çıxma və işlə təmin edilməyə” dair ərizə yazan son işçilər oldular. Onlardan sonra belə bir ərizə yazan olmadı. Onları bir növ aldatdılar. Hal-hazırda işləmir. Həmin iş yerində 2010-ci il tarixindən 2023-cü ilin oktyabr ayına qədər işləyib. Əmək kitabçasını da, işdən çıxarılma barədə əmrin surətini də götürməyib, evinə də göndərməyiblər. Ona 3 aylıq müqavilə ilə texniki vəzifə təklif edildi. Lakin o uzun müddət rəhbər vəziflərdə işləyib. Bu səbəbdən həmin təklifi qəbul etmədi. Ərizəni yazmağı nazirliyin kadrlar şöbəsinin əməkdaşları dedi. Ərizə yazmağa gedərkən təxminən 10-11 nəfər idilər. Onlardan sonra da belə bir hal bir daha olmadı. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirdi ki, 2009-cu il tarixindən Cavabdeh maddi texniki təchizat idarəsində iş icraçısı vəzifəsində işləyib. 2013cü il tarixində həmin şöbənin rəisi vəzifəsinə təyin edilib. İddiaçı onun işçisi olmuşdur. İddiaçı “işdən çıxma və işlə təmin edilməyə” dair 2 ədəd ərizə alındı. Həmin vaxt onlardan da “işdən çıxma və işlə təmin edilməyə” dair 2 ədəd ərizə alındı. Ona nə əmək kitabçası, nə də işdən çıxarılma əmrinin surəti verilməyib. Hal-hazırda işsizdir və işlə təmin edilməyini gözləyir. İdarədə Dövlət qulluğu ilə əlaqədar sturuktur dəyişikliyi oldu. Çünki, sturuktur baxımdan digər idarələr ilə eyni deyildilər. Həmin sturukturun yaradılmasında o, nazirliyin maliyyə idarəsinin rəisi iştirak elədilər və struktur nazirlər kabinetinin qərarına əsaslanaraq qəbul edildi. Onların həmin idarəyə keçməyi üçün bir-bir ərizə alındı. Daha sonra işçilər bundan narazı qaldı. Ona da hamının ərizəsini almaq tapşırıldı. Heç kim razı olmadı və ərizə yazmadı. Nazirlikdən əməkdaşlar gəldi və iclas keçirildi. Həmin iclasda hamının eyni gündə ərizə yazmalı olduğu bildirildi və hamının işlə təmin olunacağını, struktur dəyişdiyi üçün prosesin bu formada aparıldığını qeyd etdilər. O da təklif etdi ki, işdən çıxarılma ərizəsində sturuktur dəyişikliyi ilə əlaqədar işdən çıxarılmaqlarını qeyd etsinlər. Kütləvi şəkildə könüllü şəkildə işdən çıxmağı məntiqli olmadığını da bildirdi. Bununla bağlı mübahisələr də yarandı. Lakin həmin təklif nəzərə alınmadı. Təxminən 110- 120 nəfərin ərizəsi alındı. Həmin şəxslərdən hissəli şəkildə işlə təmin edilənlər də var. Yenə də qeyd edir ki, hal-hazırda özü də işsiz və nazirlik tərəfindən işlə təmin edilməyini gözləyir. Onun kimi işsiz olan çoxlu işçiləri var. Sadəcə o hələ də nazirlik tərəfindən işlə təmin ediləcəyinə inandığı üçün məhkəməyə müraciət etməmişdir. O özü işində qüsursuz və nöqsansız işləmişdir. Bu hal nazirlik tərəfindən də qiymətləndirilmişdir. İddiaçı də işində qüsursuz və nöqsansız olmuşdur. Onu da qeyd etdi ki, maaşı 550 manat idi. Struktur dəyişikliyi əlaqədar maaşların da artacağını bildirmişdilər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirdi ki, Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsində işləyib. Yeni rəhbərlik təyin edildikdən sonra işdən azad edildi. Yəni rəhbərlik təyin edildikdən qısa müddət sonra işdən çıxarılma barədə əmri verildi. İşdən çıxarılma barədə ərizəni təkidlə yazıb. Onun kimi bir sıra işçilər də var idi. O özü də iddiaçıya işdən çıxarılma bardə ərizə yazmaq məcburiyyətində olmadığını və buna onu heç kim məcbur edə bilməcəyini bildirdi. Bir müddətdən sonra əməkdaş ona yaxınlaşaraq işdən çıxarılma barədə ərizə yazmağını bildirəndə razı olmadı. Özü də dövlət qulluğu vəzifəsinə keçmişdi. İşdən çıxmağı üçün heç bir səbəb yoxdur. Əlavə olaraq bildirmək istəyir ki, iddiaçı ilə telefon vasitəsilə əlaqə saxladılar və onu nazirliyə çağırdılar. Onu uzun müddət nazirlikdə saxlayıblar və həmin müddətdə onunla aparılan telefon danışıqlarında işdən çıxarılma barədə ərizə yazmağa məcbur edildiyini bildirdi. Qısa müddət sonra o da nazirliyə çağırıldı. Həmin günün günorta radələrində sağlamlığıyla əlaqədar problem yaşadı və getmək istədiyini bildirdi və ona icazə vermədilər. Bildirdilər ki, onu nazirlikdən çağırıblar. Elə həmin gün də o nazirliyə çağrıldı və işdən çıxarılma bardə ərizə yazmayacağını bildirdi. Onu da uzun müddət nazirlikdə saxladılar. Nəticə olaraq o da məcbur oldub ərizə yazdı və işdən çıxdı. İşdən çıxarılmanın səbəbini idarə rəhbərindən soruşdu. Ona cavab olaraq onunla işləmək istəmədiklərini bildirdilər. Yeni strukturun təsdiqlənməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarı da mövcuddur. Həmin qərara əsasən struktur dəyişikliyi ilə əlaqədar yeni ştat açılmış və işçi sayı da yeni ştata uyğun idi. İşdən çıxarılma səbəbinin yeni rəhbərliyin birbaşa qərəzli göstərişidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)- 4932/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2228/ş nömrəli əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cavabdehndə əvvəlki vəzifəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə İddiaçı ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsində Ümumi Şöbəsinin kadrlar üzrə mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. İdarədə aparılan struktur dəyişikliyi ilə əlaqədar işəgötürənin təklifi ilə İddiaçı 25 oktyabr 2023-cü il tarixdə tutduğu vəzifədən azad edilməsi, habelə 02 noyabr 2023-cü il tarixdə Nazirliyin strukturuna daxil olan qurumlar üzrə müvafiq işlə təmin edilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmişdir. Nəticə etibarilə, Azərbaycan Respublikası Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 2228/ş saylı əmrə əsasən Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinin Ümumi Şöbəsinin kadrlar üzrə mütəxəssisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respeblikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinə əsasdır. İşəgötürən tərəfindən iddiaçıya yeni işlə təmin olunacağı vəd edilsə də, vədə əməl edilməmişdir. Bir sözlə, işəgötürən tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq, işçinin işi könüllü olaraq, tərk etməsi görüntüsü yaradılmış, vəd olunmuş yeni iş təklifi isə reallaşmamışdır. Nəticədə iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişatında cavabdeh tərəf bunu inkar etmişdir. Halbuki, iş materiallarında olan Nazirliyin əməkdaşlarının 25 oktyabr 2023-cü il tarixli çoxsaylı işdən azad olunma barədə ərizələri, habelə bəzi əməkdaşların 2023-cü ilin noyabr ayının əvvəlində yeni vəzifəyə təyin olunmaları barədə işəgötürənin əmrləri, habelə şahid ifadələri bunu tam olaraq, o cümlədən iddianın əsaslığını təsdiq edir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəf etirazının əsası kimi iddiaçının öz xahişi ilə, yəni könüllü olaraq, işdən azad edilməsi göstərilmişdir. Sual yaranır ki, uzun müddət MTTİ X34 üzrə mütəxəssisi vəzifəsində işləyən iddiaçı hansı motivlə öz xahişi ilə işdən azad olunmasını istəsin? Ağlabatan motiv yoxdur. Məlumdur ki, iddiaçı işəgötürənin (əmək münasibətlərində güclü tərəfin) yeni iş təklifi əsasında işdən çıxma ərizəsini yazmağa məcbur olub. Odur ki, qeyd olunan əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Belə olduğu halda, məhkəmə qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcələsinin 300cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab etmişdir ki, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə iddiaçının ödənilməmiş əmək haqqı cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçıya işdən çıxmasına dair əmr gec verilmiş, belə ki, iddiaçının Nazirliyə çoxsaylı müraciətlərindən sonra sonuncuya əmr göndərilmiş, iddiaçı bundan sonra mediasiya müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməkdən imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə yekun olaraq, qeyd edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli, 2228/ş nömrəli əmri ləğv edilməli; İddiaçı Azərbaycan Respublikası Cavabdehndə əvvəlki vəzifəsinə bərpa edilməli; qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə İddiaçı ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1, 69.1, 71.3, 300-cü madələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)-4932/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Azərbaycan Respublikası Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair 30 oktyabr 2023-cü il tarixli, 2228/ş nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Cavabdehndə əvvəlki vəzifəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə İddiaçı ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsi barədə 12 dekabr 2024-cü il tarixli qətnamə qəbul etmişdir. Hesab edilir ki, qətnamə qəbul edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmadığından əsassızdır və ləğv edilməlidir. Bildirilir ki, Cavabdeh Maddi-Texniki Təchizat İdarəsinin Ümumi şöbəsinin kadrlar üzrə mütəxəsssisi İddiaçı öz xahişi ilə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini yalnız dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı 25 oktyabr 2023-cü il tarixdə 30 oktyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi xahişi ilə fövqəladə hallar nazirinə müraciət etmişdir. Etmiş olduğu müraciət əsasında İddiaçı Cavabdeh 2228/ş nömrəli 30 oktyabr 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Eyni zamanda bildirir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan Nazirliyin əməkdaşlarının 25 oktyabr 2023-cü il tarixli işdən azad olunma barədə ərizələrini, habelə bəzi əməkdaşların 2023-cü ilin noyabr ayının əvvəlində yeni vəzifəyə təyin olunmaları barədə Nazirliyin əmrlərini mötəbər sübut kimi qiymətləndirərək iddianın təmin edilməli olduğunu bildirmişdir. Qeyd edilir ki, Cavabdeh sistemində eyni gün ərzində vəzifədən azad edilmə və ya vəzifəyə təyin edilmə barədə nazirliyin əmrlərinin olması tamamilə normal prosesdir. Məhkəmə qətnaməsində qeyd olunan digər şəxslərin vəzifəyə nə zaman təyin edildiyi, onların işdən azad olunma barədə nə zaman təşəbbüs göstərdiyi İddiaçı iddiasına münasibətdə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar nəzərə alınaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)-4932/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilir. İddiaçı 25 oktyabr 2023-cü il tarixli ərizəsində 30 oktyabr 2023-cü il tarixdən əmək münasibətlərini dayandırmaq barədə arzusunu bildirmişdir. Etmiş olduğu müraciət əsasında İddiaçı Cavabdeh 2228/ş nömrəli 30 oktyabr 2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. Yasamal Rayon Məhkəməsi Əmək Məcəlləsinin tələblərini nəzərə almamış və nəticədə əsassız qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2(004)-4932/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı nümayəndəsi və vəkili Vəkil Vaqif oğlu apellyasiya şikayətinə qarşı yazılı etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı “işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-4932/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı 2008-ci ildə Azərbaycan Respublikası Cavabdeh Maddi-Texniki Təchizat İdarəsində kadrlar üzrə mütəxəsisi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə vicdanla çalışmış, qüsursuz fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə Fəxri Fərmanla və medal ilə təltif olunmuşdur. 2023-cü ilin oktyabr ayında FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəhbərliyi ona (eləcə də digər işçilərə) bildirmişdir ki, İdarədə aparılan struktur dəyişiliklər ilə bağlı o, (digər işçilər) xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixdən işdən çıxma və eyni zamanda işə qəbul olmaq haqqında iki ərizə yazmalıdır. Bu zaman iddiaçını aldadaraq əmin etmişlər ki, bu şəxsən FHN-nin rəhbəri Kəmaləddin Heydərovun tapşırığıdır. İdarənin bütün ştatı dövlət qulluğu statusuna keçirilir, işdən azad olma haqqında əmr veriləndən dərhal sonra iddiaçı (eləcə də digər işçilərin) işlədiyi vəzifəyə yenidən qaytarılması haqqında əmr veriləcəkdir. İddiaçı cavabdehin bu yalan vədlərinə inanmış və digər işçilərlə birlikdə işdən çıxma və işə qəbul etmə haqqında iki ərizə yazıb kadrlar şöbəsinə təqdim etmişdir. İddiaçı verdiyi ərizə əsasında Azərbayan Respublikası FHN-nin naziri Kəmaləddin Heydərovun 30 oktyabr 2023-cü il tarixli əmri ilə “öz xahişi” ilə tutduğu vəzifədən azad edilmiş, lakin iddiaçının “işə qəbul olunma haqqında” ərizəsi hərəkətsiz saxlanılmış, heç bir əmr verilməmişdir. Bunun səbəbini müəyyən etmək üçün iddiaçı dəfələrlərə cavabdehə (rəhbərliyə) yazılı müraciət etmiş, lakin cavab verilməmişdir. Aldanıldığını başa düşüb, işdən çıxma haqqında ərizəni verildiyi tarixdən bir ay keçməmiş, iddiaçı FHN-nin Kadrlar idarəsinə işdən çıxma haqqında ərizənin ləğv edilməsi (geri götürülməsi) barədə yeni ərizə vermiş və öz vəzifəsində işləməyi davam etmək niyyətində olduğunu bildirmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqçadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən, müqavilənin ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək (1 ay) istədiyi vaxt ərzində ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv oluna bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyyən olunmuş qaydalara əməl etməklə ləğv edildikdən sonra, işçini əvvəlki ərizəni geri götürmək və ya onun etibarsız hesab etmək haqqında edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Bildirir ki, işəgötürən 1 ay müddətində iddiaçının işlədiyi vəzifəyə başqa işçinin götürülməsi haqqında iddiaçıya rəsmi qaydada xəbərdarlıq etməmişdir, deməli iddiaçının ərizəsi qanuni və hüquqi qüvvəyə malik olmuşdur. Lakin, cavabdeh onun ərizəsinə məhəl qoymamışdır. Bu hərəkətləri ilə cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri kobud surətdə pozaraq iddiaçını öz vəzifəsinə bərpa etməkdən imtina etmişdir. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Cavabdehin mövqeyinə görə, iddiaçını aldadaraq ona yazdırdıqları işdən çıxma haqqında ərizədə müddət göstərmişdir və bu səbədən 69-cu maddəsinin 5-ci bəndinin qaydaları iddiaçıya şamil edilməməlidir. Bunla bağlı bildirir ki, işdən çıxma və işə qəbul etmə haqqında ərizələrin məzmunu iddiaçıya cavabdeh (rəhbərlik) tərəfindən diktə edilmiş və hər iki ərizədə onların göstərdiyi tarix qeyd edilmişdir. Cavabdeh bilə-bilə Əmək Məcəlləsinin 69-cu maddəsinin mənasını təhrif etmişdir. Belə ki, həmin maddənin 1-ci bəndində qeyd edilir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Sözügüdən maddənin 2-ci bəndində qeyd edilmişdir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 3-cü bəndində isə qeyd edilir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi, Əmək Məcələsinin 69-cu maddəsinin 5-ci bəndində göstərilən istisnalar yalnız həmin maddənin 3-cü bəndində göstərilən şəxslərə şamil edilir, yəni yaşa və əlilliyə görə pensiyaya çıxanlara, təhsilini davam etmək üçün təhsil müəsissəsinə daxil olnalara və sair. Göstərilən şəxslər əmək müqaviləsinin ləğv edilməsinə dair ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, bu halda bir ay xəbərdarlıq müddəti keçməmiş onlarda işdən azad edilə bilməz. Qeyd edir ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi haqqında ərizəsini könüllü yazmamış, iradəsinə zidd olaraq o buna məcbur edilmişdir. Bu ərizəni yazarkən iddiaçı cavabdeh tərəfindən həm təzyiqlərə məruz qalmışdır, həm də vicdansızcasına aldadılmışdır. Onu yalandan inandırmışlar ki, bu formal prosedurdur və tezlikdə işinə bərpa ediləcəkdir. Bu fakt iş materiallarında olan çoxsaylı sübutlarla (100 nəfərdən artıq işçilərin aldadılaraq eyni tarixdə işdən azad edilmələrinə dair əmrlər, şahid ifadələri, bu qanunsuzluqlar barədə mətbuatda çıxan məqalələr) tam təsdiq edilmişdir. Əgər, mətbuatda yazılanlar şər və böhtandırsa, bunu təkzib etmək üçün nəyə görə cavabdeh məhkəməyə müraciət etmir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Cavabdeh iddiaçını aldadaraq, iradəsinin əleyhinə olaraq işdən azad edilməsinə dair ərizə yazdırmışdır. Halbuki, əmək qanunvericiliyi belə hərəkətləri qadagan edilmişdir. Bu yolla (məcburetmə, aldatma və sair) əmək müqaviləsinin ləğv edilməsi qanunsuzdur və müvafiq olaraq əmr ləğv edilməlidir. Ona görə də cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması haqqında qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, onlar Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işçiləri işə götürməli idilər, həmin qanuna əsasən, şəxs test və müsahibə mərhələlərindən keçməlidir. Qəbul etdikləri əmrdə bunu yazmamışlar. Bu dəyərləndirməni ona görə nəzərdə tutmuşlar ki, işçilər gələcəkdə test və müsahibədən keçməklə işə qəbul edilsinlər. Sadəcə bildirmişlər ki, Maddi-Texniki Təchizat İdarəsi Nazirlər Kabinetinin qərarı ilə inzibati orqan kimi fəaliyyət göstərəcək və orda işləyən əməkdaşlar dövlət qulluğu statusuna malik olacaqlar. Həmin əməkdaşların da əmək fəaliyyəti Dövlət Qulluğu haqqında Qanunla tənzimlənəcəkdir. İnzibati və yardımçı vəzifə tutmaq istəyən şəxslərin testdən və müsahibədən keçməklə işə götürüləcəklərini işçilərə bildirmişlər. X32 ilə yeni strukturda yaranan ştatlarla əlaqədar danışıqlar gedir. Ərizə yazan şəxslər test və müsahibə mərhələlərinə cəlb ediliblər. Hər iki mərhələdən uğurla keçə bilməyənlərin işinə xitam veriləcəkdir. İddiaçı 25 oktyabrda ərizə ilə müraciət edib ki, 30 oktyabrdan işdən azad edin. İddiaçı öz xahişi ilə də işdən azad edilib. Yeni vəzifə ilə iş təklif edilənlərdən razılaşmayanlar olmuş, iş təklif edilənlərin bir çoxu işlə təmin edilmişdir. Şahid2 ona edilən iş təklifi ilə razılaşmadığını bildirmişdir. Sonradan da işləmək istəmədiyini bildirmişdir. O, iddiaçıya hər hansı işlə bağlı təklif olmasını bilmir. İddiaçı işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Gələcəkdə qurumda vakansiya olarsa və X32 tərəfindən elan edilərsə Dövlət Qulluğu haqqında Qanuna müvafiq olaraq test və müsahibədə iştirakla bağlı iddiaçı müraciət edə bilər və onun müaricətinə baxıla bilər. İddia müddəti ilə əlaqədar bildirmək istəyir ki, 30 oktyabr 2023-cü il tarixdə əmr verildikdən sonra 22 iyul 2024-cü il tarixdə iddiaçı mediasiyaya müraciət etmişdir. Məhkəmə təcrübəsi belədir ki, işçi artıq öz hüququnun pozulduğunu bilirdi, çünki işə gəlmirdi. Orda bir ay müddəti var ki, həmin müddət ərzində müraciət edə bilərdi. Hesab edirik ki, bu məsələyə münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsində onlar iddia müddəti ilə əlaqədar ərizə təqdim etməmişlər, lakin, proses zamanı bu məsələni bildirmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X18 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni deyildir ki, məhkəmə eyni vaxtda təşkilatda xeyli sayda adamın işdən azad edilməsini hüquqların pozulması hesab edərək bunu əsas götürmüş və mötəbər sübut kimi səs yazılarına istinad etmişdir. Lakin, həmin proseslər dövlət orqanında baş verən təşkilati məsələlərlə əlaqədar olmuşdur. Nazirlər Kabinetinin 3 avqust 2023-cü il tarixli, 261 №-li Qərarı ilə Azərbaycan Respublikası Cavabdeh Maddi- Texniki Təchizat İdarəsi dövlət orqanları siyahısına əlavə edilmişdir. Bununla bağlı olaraq, Nazirlik təşkilati işlər aparmaqla həmin müəssisəni dövlət orqanı kimi yenidən təşkilatlandırmışdır. Buna görə də, o, köhnə müəssisənin işçiləri ilə məlumat xarakterli söhbət aparmış, hamıya başa salmışdır ki, rəhbərliyin fikri peşəkar kadrları saxlamaqla və gələcəkdə də yeni statusla, yeni təminatla işçilərlə işin davam etdirilməsi olmuşdur. Bildirmişdir ki, yeni təşkil olunmuş müəssisədə işləmək istəyənlər buyurub ərizələrini təqdim etsinlər, köhnə strukturda işdən azad edilsinlər və yeni strukturda işə götürülsünlər. O, orda olarkən də ərizələrini təqdim edən şəxslərlə yeni strukturda iş davam etdirilib. Kütləvi şəkildə işdən azad etmə halı mövcud deyildir, adamlar kütləvi şəkildə işə götürülüb. İddiaçı orda ərizəsini təqdim etməmişdir. Sonradan hansısa arqumentləri əsas götürlməklə ərizə ilə Nazirliyə gəlmişdir. Kimin işə götürülüb, götürülməyəcəyini işəgötürən özü təyin edir. İddiaçının şəxsən özü tərəfindən yazılmış ərizə varsa, hansı gündən işdən azad ediləcəyi göstərilirsə, bu prosesin özü də Əmək Məcəlləsi tənzimlənirsə burda hansı hüquq pozuntusundan söhbət gedə bilər. İddiaçı özü də onlar tərəfindən mənəvi və ya fiziki təsir göstərilməsi kimi halı qeyd etməmişdir, iddiaçıya münasibətdə heç bir məcburetmə kimi hal olmamışdır. O, işçilərlə görüşdə onlara struktur dəyişikliyi ilə əlaqədar məlumat vermiş, daha səmərəli, təminatlı idarəetmə olacağını bildirib təklif etmişdir ki, gəlib yeni strukturda işləsinlər. Demişdir ki, kim çıxmaq istəyirsə ərizəsini yazsın, yaxud ixtisarla onlar ərizə yazmayanları işdən azad etsinlər. Kim yeni strukturda davam etmək istəyirsə ərizəsini bu formada yazsın. Köhnə strukturda təxminən 100-dək işçi olmuşdur. Onun idarədə olduğu 2-3 saat müddətində 98 nəfər ərizə yazmış, iddiaçı və Şahid2 ümumiyyətlə münasibət bildirməmişlər. Həmin 98 nəfər də işlə təmin olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil Vaqif oğlu apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətə qarşı etirazının məzmununa uyğun izahat verib, cavabdehin iddia müddətinin təbiqi ilə bağlı birinci instansiya məhkəməsində hər hansı formada müraciətinin olmamasını bildirib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsinin izahatını təsdiq edib izahatında göstərmişdir ki, onlara 28 oktyabr tarixində yaxınlaşıb 25 oktyabr tarixi ilə ərizə yazacaqlarını, ərizənin məzmununun “öz xahişimlə işdən çıxıram” olacağını, iki ayrı ərizə yazacağını, ayın 1-də işə qəbul ediləcəklərini bildirmişlər. O, etirazını bildirmiş, Hikmət müəllimə yaxınlaşmış, niyə öz xahişləri ilə işdən çıxmaları məzmununda ərizə yazmalarını deyib, struktur dəyişikliyi ilə əlaqədar onların yeni qurumda işlə təmin edilmələri barədə ərizə yazmalarını təklif etmiş, Hikmət müəllim isə ona “öz seçiminizdir, özünüz bilərsiniz” demişdir. Sonra Rəşad müəllimi çağırıb ərizəni öz xahişləri ilə çıxmaları şəklində yazacaqlarını, yoxsa maddə ilə işdən çıxacaqlarını demişdir. Ərizələri hamıdan orda götürmüşlər. O, nahar saatında hər iki ərizəni də yazıb Nazirliyə təqdim etmiş, qeydiyyatdan keçirilməsini xahiş etmiş, ərizələrin dəftərxanaya təqdim edilməsi ona bildirilmiş, nə qədər gözləsə də ona sənəd təqdim edilməmiş, həmin gün getmiş, ayın 5-6sı tarixlərinə kimi gözləmiş, bundan sonra ona gözləməsi, hələ işə gəlməməsi deyilmiş, işə qəbul barədə əmrlər bir gündə deyil, növbə ilə verilmişdir. Ərizə yazdıqdan sonra da o, 3-4 gün işə çıxmış, Daxili Təhlükəsizlik İdarəsinə çağırılmış ərizə yazmamışdan bir ay əvvəl 3 azyaşlı övladının birində problem olduğu üçün xəstəlik vərəqəsi təqdim etdiyindən ona Cavid müəllim burda işləsə tez-tez xəstəliklə bağlı icazə alacağını demişdir. O, qanunla anaya azyaşlı uşağına görə icazə almaq hüququnun olmasını bildirmiş, bundan sonra “qadınsan sən get otur evdə, işləməyinin mənası yoxdur, kişilər işləyir” demişdir. O, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində 4 işləmiş, üçüncü dərəcəli dövlət qulluqçusdur. Onun dərəcəsi olduğundan imtahan verməsinə zərurət yoxdur. 2008-ci ildən işlədiyi müddətdə heç bir intizam tənbehi almamış, işinə görə ona “Fəxri Fərman” verilmişdir. Ona heç bir yerdə vəzifə təklif olunmamış, ərizəsini yazıb elə idarədə öz işində işini davam edəcəyi, dövlət qulluqçusu olacağı, maaşının artacağı bildirilmişdir. İşçilərin əksəriyyəti ərizə yazmaq istəməsə də, 430 manat əmək haqqı alana 1000 manat əmək haqqı veriləcək deyildikdən sonra hamı ərizə yazıb təqdim etmişdir. İşlədikləri idarənin əməkdaşları əmək haqlarının artırılmasını uzun müddət gözləmişlər. O, 3 uşağını tək böyüdür, başqa iş tapmadan necə öz xahişi ilə işdən çıxa bilərdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 16. 1.Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
2. Qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 69.
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83.
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Göründüyü kimi əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququ deyil, vəzifəsidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə tədqiq olunmuş sübutlardan, cavabdehin nümayəndələrinin Məhkəmə kollegiyasının iclasında verdikləri izahatlardan aydın müəyyən olunur ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla iddiaçıya münasibətdə ayrı-seçkiliyə yol vermişdir. İddia tələblərinə etiraz edən cavabdeh iddiaçı ilə bağlanan əmək müqaviləsinə işçinin təşəbbüsü ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, həmin Məcəllənin 69-cu maddəsinin tələblərinə əməl edilməklə, yəni işçi ərizəsində işdən azad edilməsi gününü göstədiyindən həmin gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığını bildirsə də etirazında istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, mövcud əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi, məhz işçinin iradə ifadəsinin nəticəsi olmalıdır. Yəni işçi bağladığı əmək müqaviləsinə xitam verilməsi barədə özü qərar qəbul etməli, bu qərarını yazılı ərizə formasında bir təqvim ayı qabaqcadan işəgötürəni xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək niyyətində olmasını ona bildirməlidir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçinin işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququ vardır. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Çünki Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün onunla əmək müqaviləsi ləğv edilə bilər.Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək onunla bağlanan əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Tədqiq olunan sübutlardan aydın müəyyən olunur ki, işəgötürən iddiaçıya işlədiyi idarənin ləğv olunaraq yenisinin yaradılmasını elan edib ona idarənin digər 100 nəfərə yaxın işçi kimi öz təşəbbüsü ilə işdən çıxması və yeni yaradılmış idarədə işə qəbul olunması barədə ərizələr yazmağı bildirmiş, əks halda ərizə yazmayanların ixtisarla işdən çıxarılacağını elan etmiş, iddiaçı isə işəgötürənə güvənib bu ərizələri yazaraq ona təqdim etsə də, digər iş yoldaşları kimi yeni yaradılan idarədə işlə təmin edilməmişdir. Bundan sonra kütləvi şəkildə işdən azad olunan iş yoldaşlarının növbə ilə işlə təmin edildiklərini görən iddiaçı cavabdehə güvənərək işlə təmin olunacağını gözləmiş, daha sonra işəgötürənlə uzun müddət arasında olan əmək münasibətlərinə xələl gətirməmək, bu münasibətəri davam etdirmək niyyəti olduğundan və bu münasibətləri pozmamaq üçün işəgötürənə işlə təmin edilməsi üçün rəsmi qaydada müraciətlər etmişdir. Bu müraciətlərində hansı qaydada işdən azad olunmasını göstərmiş, müraciətlərinin nəticəsinin olmadığını görən iddiaçı, yalnız 2024-cü ilin iyul ayında ona təqdim olunan işdən azad olunması barədə əmrin surətini aldıqdan sonra pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək barədə qərar vermişdir. Göründüyü kimi himayəsində 3 yetkinlik yaşına çatmayan övladı olan iddiaçı öz iradə ifadəsi ilə işdən çıxması barədə ərizə yazmamış, ərizədə işdən azad olunmanın qeyd olunduğu tarix iddiaçının, deyil işəgötürənin müəyyən etdiyi tarix olmuş, belə bir ərizəni ona işəgötürən özünü qane edən məzmunda yazdırmış, ərizədə işçinin əmək münasibətlərinə xitam verilməsi tarixinin göstərilməsini tələb edən cavabdeh hələ 2023-cü ilin noyabr ayında aldadılaraq ərizə yazmasını ona bildirən iddiaçının müraciətlərinə heç bir münasibət bildirməmişdir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, hər hansı bir üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək yolverilməz olmaqla yanaşı qadağan olunan davranış olduğundan, iddiaçının işdən azad olunmasına dair yazdığı ərizənin onun öz iradəsinin ifadəsi olmaması iddiaçı ilə yanaşı, şahid ifadləri, cavabdehin nümayəndələrinin verdikləri izahatları və iş üzrə tədqiq olunan digər sübutlarla öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəldiyindən, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilmədiyindən apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya cavabdehin nümayəndəsinin iddia müddəti ilə bağlı izahatında göstərdiyi dəlilə münasibət bildirib qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada məhkəmə qərarı çıxarılanadək bilavasitə birinci instansiya məhkəməsinə verilməlidir və belə bir ərizə apellyasiya instansiyası məhkəməsinə o, halda verilə və ərizə o, halda qəbul edilə bilər ki, mübahisə tərəfinin həqiqətən birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasında iştirakı təmin edilməsin və ya tərəf həmin ərizənin birinci instansiya məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın və bu barədə məhkəməyə lazımi sübutlar təqdim etsin. Həmçinin sözügedən ərizə iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Mülki işin sənədlərindən müəyyən olunur ki, birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsinin hazırkı mübahisəyə iddia müddətinin təbiqi barədə hər hansı bir müraciəti təqdim olunmamış, hüquqşünasla təmsil olunan cavabdeh iddiaya qarşı etirazında, məhkəmə iclasında verilən izahatlarında, hətta apellyasiya şikayətində belə iddia müddətinin ötürülməsi ilə bağlı hər hansı nüansı qeyd etməmişdir. Ona görə də kollegiya cavabdehin nümayəndəsinin bu dəlilini də əsassız hesab edir. Kollegiya qeyd edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, işə baxılması zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Məhkəmə tərəfindən iddia müddəti isə yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.( MM-in 375.2.-ci mad.) Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)- 4932/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.