Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1679/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” barədə ilkin, iddiaçı Cavabdeh MMCnin cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3787/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqlarının qorunması məqsədilə vəkil xidmətindən istifadə edilməsini nəzərə alaraq, vəkilə çəkilmiş xərcin cavabdehdən tutulması məqsədilə iddia tələbinin həcminin artırılmasına jərurət yarandığını göstərmiş, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 59/20 nömrəli əmrinin etibarsız hesab edilməsi, işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın və vəkil xidmətindən istifadəyə görə çəkilmiş 500 manat məbləğində xərcin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən əsas iş yeri üzrə müştəri xidməti təmsilçisi vəzifəsinə işə qəbul olmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli 59/20 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən vəzifəsindən azad edilmiş, təhkim edilmiş inventara (kompyuterə) dəymiş 217 manat məbləğində vəsait onun əmək haqqından tutulmuşdur. Cavabdehin qeyd edilən əmri əsassız olmaqla və əmək qanunvericiliyinin tələblərinə zidd verilməklə onun hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, cavabdeh onun işdən çıxarılmasını xx.xx.2020-ci il tarixində bir vətəndaşa sığorta xidmətini göstərə bilməməsi ilə bağlayır. Həmin tarixdə ona yaxınlaşan vətəndaş nəqliyyat vasitəsini sığorta etdirmək istəmiş və cavabdehin müəyyən etdiyi tələblərə uyğun olaraq müvafiq sığortanın həyata keçirilməli olduğu informasiya sistemində ondan asılı olmayan səbəbdən elektron imza aktiv olmadığından, sığorta əməliyyatını edə bilməmiş və vətəndaşın narazı qalmaması üçün işlədiyi mərkəzdə digər hüquqi şəxsin əməkdaşına yönləndirərək sığortanın edilməsində köməklik istəmiş və nəticədə sığorta əməliyyatı onun vasitəçiliyi olmadan baş tutmuşdur. Cavabdeh bu əməliyyatın həyata keçirilməməsi nəticəsində 15% satış komissiyası və 5% reklam komissiyası olmaqla, cəmi 10 manat məbləğini keçməyən həddə gəlirdən məhrum olmuşdur ki, o, hər iş günününsonunda müvafıq “Whatsapp qrup”una həyata keçirdiyi əməliyyatların siyahısına bu əməliyyatı səhvən yazmaqla əslində cavabdehi bu barədə məlumatlandırmışdır.Cavabdeh tərəfindən isə intizam tənbehinin tətbiqi qaydalarına riayət edilməmiş və nəticədə əsassız olmaqla yanaşı, qanunvericiliyin tələblərinə zidd əmr çıxarılmışdır. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfındən əmək və ya ıcra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırki halda əmr yalnız bir ay müddət keçəndən sonra 24 iyun tarixində çıxarılmışdır. Həmçinin cavabdeh bu cür tənbeh tədbiri tətbiq edərkən, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etməmiş,onun fəaliyyəti ilə bağlı həmin tarixə kimi heç bir narazılıq olmamasını və fəaliyyəti ilə bağlı hər hansı bir xəbərdarlıq və ya tənbeh tədbirləri tətbiq olunmamasınə nəzərə almamışdır. Bundan əlavə, həmin əmrlə inventara (kompyuterə) dəymiş 217 manat məbləğində vəsait əmək haqqından tutulmuşdur. Halbuki onun təqsirindən kompyuterə heç bir ziyan dəyməmiş və cavabdeh maddi məsuliyyət tətbiq edərkən Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın tutulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş 7347,96 manat məbləğində maddi ziyanın tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rafıq qızı tərəfmdən Cavabdeh MMC-də çalışdığı son 1 il müddətində 7,347.96 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixdə Cəmiyyət tərəfındən İddiaçı Rafıq qızının hesabtları analiz və təhlil edilərək, 2019-cu ilin iyul ayından 2020-ci ilin aprel ayı daxil olmaqla, son 1 il ərzində onun tərəfindən MMC-dən ümumilikdə 7.347,96 manat məbləğində maliyyə vəsaiti kənarlaşdırmaqla, Cəmiyyətə maddi ziyan vurmasına dair Akt tərtib olunaraq, təsdiq edilmişdir. Həmin akt üzrə maddi zərər məbləğin aşağıdakı qaydada açıqlanmışdır: 2019-cü ilin son 6 ayı nəzərə alaraq ümumi yığım 1.382.821,58 AZN əşkil edir. Qəbələ rayon ASAN Xidmət Mərkəzinin yığımı cari dövrə görə 14.283,56 AZN (1,03%) təşkil edir. 2020-ci ilin ilk 4 ayı nəzərə alaraq ümumi yığım 1.211.774,19 AZN təşkil edir. Qəbələ rayon ASAN Xidmət Mərkəzinin yığımı cari dövrə görə 8.652,38 AZN (0,71%) təşkil edir. Yeni əməkdaşın aylıq nəticələrini hesablasaq 2020-ci ilin iyul və avqust aylarının ümumi yığımı 171.595,61 AZN olduğu halda, cari şöbənin yığımı 3.959,99 (2,30%) AZN təşkil edir. Keçmiş dövrün son 2 ayına faiz potensialına nəzərən 2019-cu ilin son 6 ayı ərzində Qəbələ ASAN yığımı 31.804,89 AZN, 2020-ci lin ilk 4 ayı üzrə olan yığım isə 27.870,80 AZN təşkil etməli idi. Sığorta haqqının 20% həcmində komission əldə edildiyii nəzərə alınaraq 2019-cu ilin son 6 ayına görə itirilmiş məbləğ 3.504,27 AZN, 2020-ci ilin ilk 4 ayına görə itirilmiş məbləğ isə 3.843,69 AZN təşkil edir. Cavabdehin tam maddi məsul şəxs olmasını və vurduğu maddi ziyan məbləğinin aylıq əmək haqqı məbləğindən artıq olmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən tam maddi ziyanı Cəmiyyətə ödəməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3787/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən ilkin iddia üzrə iddiaçı, onun ilkin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən ilkin iddia üzrə iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi apellysasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, apellyasiya şikayətinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsi işəğötürən tərəfındən əmək qanunvericiliyi çərçivəsində ləğv edilmişdir. Belə ki, cəmiyyətin qanunla qorunan mənafelərinə formasından və əhəmiyyətindən asılı olmayaraq ziyan və xələl gəlmişdir. Eyni zamanda iddiaçı vəzifə borcunu yerinə yetirməməklə, əmək və icra intizamının normal ahəngini pozmuşdur. Halbuki, qanunvericilikdə əhəmiyyətli və ya əhəmiyyətsiz olmasından asılı olmayaraq mənafeyə xələl gətirmə halı və ya faktı varsa, işəgötürən işçinin vəzifə fünksiyalarının kobud pozuntu hallarını ehtiva edən Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə, həmçinin digər əsas olan “c” bəndinə istinad edilməklə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsini ləğv etməkdə səlahiyyətlidir. İddiaçı iddia edir ki, əmək müqaviləsinin ləğv edilməsini İşəgötürən əsaslandırmamışdır. Halbuki, əmək müqaviləsinin ləğvinə dair işəgötürən xx.xx.2020-ci il tarixli əsaslandırılmış ümumi əmr vermişdir. Digər tərəfdən kadrlar əmrinin əsası olan intizam tənbehi əmri xx.xx.2020-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Digər tərəfdən maliyyə kənarlaşması təsdiqini tapdığı üçün bu kimi halda hər hansı bir şəxsi göstəricilərin nəzərə alınması yolverilməzdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, müqavilənin müddətinin artırılması halı baş verməsinin səbəbi əmək və icra intizamının pozulması halının araşdırılması olmuşdur. Bu bir daha təsdiq edir ki, işəgötürən qanunvericiliyə zidd olmadan, araşdırma və təhlillərlə bu qənaətə gəlmişdir. Kompyuterə dəymiş maddi ziyana dair akt tərtib edilmişdir. Bu akt üzrə noutbukun və kullerin içərisində kağız tapılması öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünkü, ilkin iddia üzrə iddiaçı yalnız həmin hissədə qətnaməni mübahisələndirmiş, ilkin iddia üzrə cavabdeh isə onu ümumiyyətlə mübahisələndirməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iddia tələbləri qismən təmin edilməlidir. Mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı əsas iş yeri üzrə müştəri xidməti təmsilçisi vəzifəsinə qəbul edilmiş, xx xxxx 2020-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Rеspublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilmişdir. İş materiallarına surəti əlavə edilmiş xx xxxx 2020-ci il tarixli 159/20-K nömrəli əmrdə iddiaçının konkret olaraq hansı səbəbdən işdən azad olunması konkret olaraq göstərilməsə də, əmrin əsası kimi göstərilən və iş materiallarına surətləri əlavə olunmuş sənədlərdən (izahatlar, xidməti araşdırma materialı, aktlar) aydın olur ki, xx.xx.2020-ci il tarixində Qəbələ rayon ASAN Xidmət Mərkəzi Sığorta şöbəsində fəaliyyət göstərən əməkdaş İddiaçı tərəfindən yönləndirilmiş sığorta müqaviləsi aşkarlanmışdır. Aşkarlanmış hal X2 üzrə mütəxəssis X1 tərəfindən araşdırılmışdır. İddiaçı tərəfindən yanlış olaraq xx.xx.2020-ci il tarixindəki hesabatlarda icbari sığortası şirkəti vasitəsi ilə qeydə alınmayan avtomobilin DQN-ı qeyd edilmişdir. Araşdırmalar zamanı sığorta müqaviləsinin cari ASAN Xidmət Mərkəzinin bank şöbəsi ("X4" ASC) əməkdaşı Akim Şərifli vasitəsilə qeydə alındığı məlum olmuşdur. Şirkət tərəfindən aparılmış maliyyə araşdırması nəticəsində Qəbələ rayon ASAN Xidmət Mərkəzində İddiaçı tərəfindən dəfələrlə maliyyə kənarlaşdırma halları müəyyən edilmişdir. Maliyyə Yayınma halı aşkarlanan zaman ASAN İnnovasiyalar Mərkəzi rəhbərliyinə də bildirilmişdir. Qəbələ rayon ASAN Xidmət Mərkəzi rəhbərliyi tərəfindən hər iki əməkdaşın izahatı alınmış və izahatlar və araşdırmalar nəticəsində maliyyə yayınma halı təsdiqi edilmişdir. Məhz qeyd olunan araşdırmanın nəticəsi olaraq onun əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən məhz işin yuxarıda göstərilən müəyyən olunmuş hallarına istinad etmiş, gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Cavabdeh MMC cavabdeh tərəfindən ona maddi zərər vurulmasını iddia etsə də, qarşılıqlı iddia tələblərinin əsasını təşkil edən xx.xx.2020-ci il tarixli akt konkret faktlarla deyil, mülahizələr və ehtimallarla əsaslanmışdır. Məhkəmə qeyd edir ki, tələb yetərincə əsaslandırılmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, işin hallarından iddiaçının əmək müqaviləsinə xitam verilməsinə onun, “xx.xx.2020-ci il tarixində Qəbələ rayon ASAN Xidmət Mərkəzi Sığorta şöbəsində fəaliyyət göstərən əməkdaşımız İddiaçı tərəfindən yönləndirilmiş sığorta müqaviləsi aşkarlanmışdır. Aşkarlanmış hal X2 üzrə mütəxəssis X1 tərəfindən araşdırılmışdır. İddiaçı tərəfindən yanlış olaraq xx.xx.2020-ci il tarixindəki hesabatlarda icbari sığortası şirkətimiz vasitəsi ilə qeydə alınmayan avtomobilin DQN-ı qeyd edilmişdir. Araşdırmalar zamanı sığorta müqaviləsinin cari ASAN Xidmət Mərkəzinin bank şöbəsi ("X4" ASC) əməkdaşı Akim Şərifli vasitəsilə qeydə alındığı məlum olmuşdur. Şirkət tərəfindən aparılmış maliyyə araşdırması nəticəsində Qəbələ rayon ASAN Xidmət Mərkəzində İddiaçı tərəfindən dəfələrlə maliyyə kənarlaşdırma halları müəyyən edilmişdir. Maliyyə Yayınma halı aşkarlanan zaman ASAN İnnovasiyalar Mərkəzi rəhbərliyinə də bildirilmişdir. Qəbələ rayon ASAN Xidmət Mərkəzi rəhbərliyi tərəfindən hər iki əməkdaşın izahatı alınmış və izahatlar və araşdırmalar nəticəsində maliyyə yayınma halı təsdiqi edilmişdir” kimi ifadə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi belə halların sırasında göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb göstərilən hal nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir. Məhz sadalanan halların birgə mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Kollegiya hesab edir ki, iddiaçıya istinad olunan pozuntu (müştərinin yönləndirilməsi) nəticəsində cavabdeh müəssisədə işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasından və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsindən bəhs etmək mümkün deyildir. Kollegiya, həmçinin, qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və kollegiyanın qənaətinə görə iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə belə xarakterinə adekvat olmamışdır. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan, “Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 59/20-K nömrəli ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə MMC-nin “müştəri xidməti təmsilçisi” vəzifəsinə bərpa olunmalıdır. Həmçinin, kollegiya qeyd edir ki, iş materiallarında iddiaçıdan inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manatın tutulmasının əsaslı hesab edilməsi üçün heç bir sübut yoxdur. Belə ki, cavabdeh təşkilat “Cüberspace” şirkəti tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş “Texniki Baxış” aktına əsasən inventara (kompyuterə) ziyan vurulduğunu irəli sürsə də, kollegiya həmin aktı mötəbər sübut kimi qəbul etmir. Əvvəla həmin aktı vermiş şirkətin belə bir səlahiyyətinin olması iş materiallarına əsasən müəyyən olunmur. Digər tərəfdən isə ümumiyyətlə kompyuterin hansı vəziyyətdə iddiaçının istifadəsinə verilməsi ilə bağlı hər hansı bir sənəd (akt) cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 191.2.-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi işçinin maddi məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır. Ona görə də, ziyana görə məsuliyyətlə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, cavabdeh şirkət iddiaçının qanunsuz hərəkəti nəticəsində ziyan vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda qeyd edilən “Texniki baxış” aktına əsasən isə məhz iddiaçının qanunsuz hərəkətləri nəticəsində kompyuterə ziyan dəydiyini müəyyən etmək mümkün deyildir. Qeyd olunanlara əsasən kolelgiya hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və inventara (kompyuterə) dəymiş ziyana görə tutulmuş 217 manat cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Kollegiya ilkin iddia tələbinin vəkil xidmətindən istifadəyə görə çəkilmiş 500 manat məbləğində xərcin cavabdehdən tutularaq ona qaytarılması hissəsini də qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsaəsn məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya, vəkil xidmətlərinə görə cavabdehdən tutulmalı olan məbləğin 200 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3787/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-yəni ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İlkin iddia tələbi qismən təmin olunsun. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 59/20-K nömrəli əmri edilsin və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh MMC-də “müştəri xidməti təmsilçisi” vəzifəsinə bərpa edilsin. xx xxxx 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İnventara (kompyuterə) dəymiş ziyana görə iddiaçıdan tutulmuş 217 (iki yüz on yeddi) manatın və vəkil xidmətindən istifadəyə görə çəkilmiş 200 (iki yüz) manat məbləğində xərc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1679/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1679/2021
11.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver