Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1686/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı, "xxxx" ASC, Bakı şəhəri 53 saylı notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin, hərracın yekunları barədə protokolun, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qiymətləndirmə rəyinin, hərracın yekunları barədə protokolun, alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X13 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh3, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X1 cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı, "xxxx" ASC, Bakı şəhəri 53 saylı notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyi, hərracın yekunları barədə protokolu, alqı-satqı müqavilələri və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-998/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli, 2(008)- 733/2011 saylı qətnaməsindən görünür ki, "xxxx" ASC-nin X25-Əliyeviçə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair idida ərizəsi qismən təmin edilmiş, X25- Əliyeviçdən "xxxx" ASC-nin xeyrinə 154350 manat əsas, 64.866 manat əsas borc öhdəliyinə hesablanmış faiz borcu, 2000 manat dəbbə pulu, cəi 221.216 manat borc tutulması, X5 Kapital bank” ASC-nin xeyrinə 154350 manat əsas, 64.866 faiz borcu, 2000 manat dəbbə pulu, cəmi 221,216 manat tutulması, X25-Əliyeviç, X15 və X6 müştərək qaydada iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu tutulması, tələb kreditlər üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X12 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 0,10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 99.7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 81-ci mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılaraq əldə olunan vəsaitdən (221.216+221.216=) 442.432 manat və 20 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməsi, həmin mənzil satıldıqda X9 mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi, mənzil satıldıqdan sonra 1 (bir) ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-4301/2011 saylı qətnaməsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli qətnaməsindən cavabdehlər X25-Əliyeviç və X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli, 2(008)- 733/2011 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1035/2012 03 aprel 2012-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)- 4301/2011 saylı qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)- 4301/2011 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X1 cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı, "xxxx" ASC, Bakı şəhəri 53 saylı notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hazırki iş üzrə 717 saylı, 23 sentyabr 2012-ci il tarixli hesabatında əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisinin, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilə dair 06 avqust 2013cü il tarixli, 65/06 saylı hərracın yekunları barədə protokolun və 06 avqust 2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, “Kapital Bank" ASC-nin adına mülkiyyət hüququnun qeydə alınmasına dair - qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, X11 ilə Cavabdeh3 arasında Bakı şəhəri 53 saylı notariat ofisində 24 may 2018-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-617 nömrə ilə qeydə alınmış, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına mülkiyyət hüququnun qeydə alınmasına dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və çıxarışın ləğv edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "Daşınmaz Əmlakların Satışı X24" MMC tərəfindən tərtib edilmiş 25 sentyabr 2012-ci il tarixli, 717 nömrəli "əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi"nə əsasən sözügedən əmlak 160 000 (yüz altmış min) manat dəyərində qiymətləndirilmişdir. Sabunçıı rayon İcra Şöbəsinin xx.xx.2013-cü il tarixli, 17280-1757/11- 6 saylı məktubu ilə sözügedən əmlak hərrac yolu ilə satılması üçün 15685-1757/11 saylı, xx.xx.2012-ci il tarixli məktubla materiallar "Daşınmaz Əmlakların Satışı X24" nə göndərilmişdir. "Daşınmaz Əmlakların Satışı X24" tərəfindən ona məxsus əmlak açıq hərraca çıxarılaraq dəyərindən olduqca aşağı məbləğə-102000 (yüz iki min) manata satılmış, "hərracın yekunları barədə" 65/06 №-li protokol imzalanmışdır. Lakin ona məxsus əmlakın qiymətləndirilməsi və hərrac qanunvericiliyin tələb etdiyi qaydada keçirilməmişdir. Sözügedən əmlak qeyri-obyektiv şəkildə real bazar dəyərindən aşağı qiymətləndirilmişdir. Həmçinin, hərracın keçirilməsindən məlumatı olmamış, hərracın keçirilməsi barədə ona bildiriş göndərilməmiş, onun mülkiyyətində olan əmlak dəyərindən olduqca aşağı məbləğdə satılmışdır. Daşmanız Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Orazi İdarəsinin 29 mart 2023-eıi il tarixli, 3-21-3-30/2- 9824/2013-**********24 XlMİ məktubundan göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzil 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cii il tarixli 40-03-345 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X10 adına qeydiyyatdan keçmişdir. Hərracın yekunları barədə protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına ********** qeydiyyat nömrəsi (çıxarışın seriyası - RX 0674096) ilə qeydiyyatdan keçmişdir Bakı şəhəri 53 saylı notariat kontoruı da "xxxx" ASC ilə X8 arasında bağlanmış, 40-37 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə X3 adına ********** qeydiyyat nömrəsi ilə (çıxarışın seriyası - KX 0998775) qeydiyyatdan keçmişdir. O cümlədən Bakı şəhəri 53 saylı notariat kontorunda X11 ilə Cavabdeh3 arasında 24 may 20'18-ci il tarixdə bağlanmış, 4U-6İ7 reyestr nömrəli daşınmaz, əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh3 adına ********** qeydivya nömrəsi ilə (çıxarışın seriyası - RX 1309983) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hesab edir ki, mülkiyyətində olmuş mənzilə dair bağlanmış alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələrinə əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına dair verilmiş çıxarışlarda əsassız olduğu üçün ləğv edilməlidir.
6. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-998/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "Daşınar və Daşınmaz Əmlakların Satışı X24" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə, Cavabdeh4 və Cavabdeh3 qarşı, "xxxx" ASC, Bakı şəhəri 53 saylı notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “qiymətləndirmə rəyinin, hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hazırki iddia tələbləri hüquqdan sui-istifadə elementlərini özündə daşımaqla, təmin edilməsi mülki dövriyyənin sabitliyinə, məhkəmə qətnamələrinin birmənalı icra edilməli olması ilə bağlı prosessual normalara və ümumilikdə, vicdanlılıq prinsipinə ziddir. Məhkəmə iddia tələblərinin X11 ilə Cavabdeh3 arasında Bakı şəhəri 53 saylı notariat ofisində 24 may 2018-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-617 nömrə ilə qeydə alınmış, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına mülkiyyət hüququnun qeydə alınmasına dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş RX seriyalı, RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. MM-nin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mahiyyəti üzrə rədd edildiyindən prosessual qənaət prinsipini rəhbər tutaraq, iddia və kəsici müddətin tətbiqi barədə ərizələrə əlavə münasibət bildirilməsinə zərurət yoxdur
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 182, 269.1, 317.1, 319.1, 415.2, 416.1, 416.2-i maddələri, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci maddələri, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələri, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarına, "xxxx" MMC-nin hazırki iş üzrə 717 saylı, 23 sentyabr 2012-ci il tarixli hesabatına, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenum Qərarına, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarına, «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı X4 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-998/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, hərracın keçirilməsi barədə ona bildiriş göndərməli olan cavabdeh bu bildirişi göndərməmişdir. Belə ki, sözügedən əmlakın satılması üçün keçirilən ilkin hərrac baş tutmadığı üçün əmlak özünün dəyərindən olduqca aşağı qiymətə - 102.000 manata satılmışdır. Halbuki hərracın keçirilməsi barədə cavabdeh tərəfindən ona bildiriş göndərilsəydi, o ilkin hərracda iştirak etmək kimi hüququndan istifadə edərək həmin əmlakı ilkin satış qiymətinə alacaqdı. “Daşınar və Daşınmaz Əmlakların Satışı X24”nin 07 fevral 2023-cü il tarixli məktubunda məhkəmə sorğusu ilə tələb edilən ona məxsus əmlaka dair keçirilmiş hərraclarla bağlı sənədlərin uzun müddət keçdiyinə görə təqdim edilməsinin mümkünsüz olduğu qeyd olunsa da, məhkəmə ona bildirişin göndərilməsiylə bağlı sübut olmadığı halda bu bildirişin göndərilməsiylə bağlı sübut olmadığı halda bu qanun pozuntusunu nəzərə almamışdır. Belə ki, o, məhkəmə qətnamələrindən məlumatlı olub onların icra olunacağını bilsə də, hərrac təşkilatı tərəfindən keçiriləcək hərrac barədə ona bildiriş göndərilməli olduğunu, əks təqdirdə onun hüququnun pozulmuş hesab olunması barədə məlumatlı olmayıb. Yəni o, öz hüququnun pozulduğu barədə məlumat aldıqdan sonra hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edib. Beləliklə, məhkəmənin göstərilən mövqeyi qanunsuz və əsassızdır.
Apelдyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
13. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçının məqsədi işi uzatmaqdır. Buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Mənzildən iddiaçının istiafdə hüququn itirilmiş 2018-ci ildə Vera xanım mənzili almış, oranı təmir etdirmiş və 5 ildir ki, ailəsi ilə orada yaşayır. Hazırkı mübahisədə kəsici müddət tətbiq edilməli idi. Əqdin etibarsızlıq məsələsini bilməli olduğu andan 1 il müddətinə iddia qaldırılmalı idi. İddiaçı ümumi iddia müddətini də keçirmişdir. Cavabdeh vicdanlı alıcıdır. Bütün sənədləri qaydasında olmuşdur. Həmçinin, həmin dövr üçün qüvvədə olan qanunvericiliyə əsasən hərrac bildirişinin çatdırılmaması onun etibarsız hesab edilməsi üçün əsas deyil. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya və kassasiya şikayətləri vermiş və heç bir şikayətlərdə tutmanın ipoteka predmetinə yönəldilməsi mübahisələndirilməyib, yalnız borc məcləğini mübahisələndirib. Hazırkı şikayətində isə hərrac bildirişinin çatdırılmamasını bildirir. İddiaçı bu müddət ərzində mənzilin hərracda satılmasının məlumatının olmamasını bildirməsi də doğru deyil. Bütün bunları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X16 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayəti verən iddiaçı hüquqlarından sui-istifadə etmişdir. Hərrac bildirişinin çatdırılması şərt deyil, KİV-də hərrac barədə elanın yerləşdirilməsi hərracın keçirilməsinə əsas yaradır. Kəsici müddət ilə bağlı təqdim edilən ərizəyə məhkəmə münasibət bildirməmişdir. Hesab edir ki, hazırkı mübahisəyə kəsici müddət tətbiq edilməli idi. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
17. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində tələbi belə əsaslandırır ki, əmlakın qiymətləndirilməsi və hərrac qanunauyğun keçirilməmiş, əmlak real bazar dəyərindən aşağı satılmış, hərracın keçirilməsindən məlumatı olmamışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini sübut edə bilməmişdir. Çünki, tələbin ipoteka predmetinə yönəlməsi barədə hissəsindən məhz X14 tərəfindən kassasiya şikayəti verilmiş, onun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1035/2012 03 aprel 2012-ci il tarixli qərarına əsasən təmin edilməmişdir.
25. Qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli, 2(008)-733/2011 saylı qətnaməsi 18 may 2012-ci il tarixdə icraya yönəldilmişdir.
26. Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsi tərəfindən “Daşınar və Daşınmaz Əmlakların Satışı X24” MMC-yə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 29 may 2011-ci il tarixli, 2(008)-733/2011 saylı icra vərəqəsi üzrə borclu X12 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 0,10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 99.7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 81-ci mənzilin real bazar qiymətinə uyğun olaraq hərrac yolu satılması üçün 15685-1757/11 saylı, xx.xx.2012-ci il tarixli məktubla toplanmış materiallarla hərrac mərkəzinə göndərildiyi bildirilmiş və borcluya məxsus əmlakın açıq hərrac vasitəsilə satılmasına dair görülmüş tədbirlər və icranın nəticəsi barədə şöbəyə məlumat verilməsi xahiş olunmuşdur.
27. Hərracın yekunları barədə 65/06 nömrəli, 06 avqust 2013-cü il tarixli protokoldan görünür ki, ipoteka predmeti olan X12 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 14 nömrəli binanın 81 saylı mənzili tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir
28. İpoteka predmeti ilə bağlı keçirilmiş hərracın nəticəsi olaraq mübahisə predmeti olan əmlak ötən müddət ərzində xx.xx.2017-ci il tarixindən Cavabdeh4 tərəfindən, 24 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən alınmışdır.
29. İddiaçının iddia tələbi üzrə dəlillərinin araşdırılması məqsədi ilə işə birinci instansiya məhkəməsinə baxılması zamanı məhkəmənin müraciətinə cavab olaraq “Daşınar və Daşınmaz Əmlakların Satışı X24”nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilir ki, məhkəmə sorğusu ilə tələb edilən X2 məxsus əmlaka dair keçirilən hərraclarla bağlı sənədlərin uzun müddət keçdiyindən təqdim edilməsi mümkünsüzdür.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsindən 2012-ci ildə məlumatlı olmuşdur. Əmlak bir neçə dəfə özgəninkiləşdirilmişdir. 2018-ci ildən mənzil Cavabdeh3 mülkiyyətindədir. İddiaçı ona hərracla bağlı bildirişin göndərilmədiyi, 10 il ərzində hansı səbəbdən onun hərracın keçirilməsindən məlumatlı olmasının mümkünsüzlüyü və əmlakın qiymətləndirilməsinin qanunauyğun keçirilməməsinə dair heç bir əsaslandırma aparmamışdır. Bununla bağlı məhkəməyə ilkin sübut təqdim etməmişdir.
31. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.§18
32. O cümlədən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassız olduğundan iddia və kəsici müddətlərə münasibət bildirilməsinə lüzum yoxdur. Çünki iddia tələbi əsaslı olarsa tələb etmə üçün müddətin keçib keçməməsinə qiymət verilməlidir.
33. Belə olan halda Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
35. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
36. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-998/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev