Məhkəmə qərarları › İş №2(103)-1689/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1689/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1689/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili X5, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 iştirakları ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin ona təhvil verilməsi” tələbinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizələrinə dair mülki iş üzrə İddiaçı mənzil üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2017 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətnin nümayəndəsinin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Sahil D Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə müqavilə üzrə öhdəliyi olan ünvan 1 ünvanında yerləşən 4 nömrəli yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metr olan 5 otaqlı 100 nömrəli mənzilin ona təhvil verməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin etmə tədbirinin görülməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı ünvan 1 ünvanında yerləşən 4 nömrəli yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metr olan 5 otaqlı 100 nömrəli mənzilinin üzərinə həbs qoyulması, həmin mənzilin özgəninkiləşdirilməsinin və orada hər hansı təmir-tikinti işlərinin aparılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(005)- 8226/2016 nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 4 nömrəli yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metr olan 5 otaqlı 100 nömrəli mənzilin üzərinə həbs qoyulması və həmin mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazİdarəsinə həvalə edilməsi qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızı cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 186 nömrəli müqavilənin bağlandığı andan etibarsız hesab olunması və Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 nömrəli yaşayış binası, 22ci mərtəbə, ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 nömrəli mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə girib-çıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(005)- 319/2017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmiş, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının iddia ərizəsinin təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli, 186 nömrəli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 nömrəli yaşayış binası, 22-ci mərtəbə, ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 nömrəli mənzilin müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızına təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması, iddiaçının həmin mənzildən istifadə etməsinə, mənzilə giribçıxmasına maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)- 208/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017- ci il tarixli 2(005)-319/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, müvafiq qətnamə apelyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(102)-5228/2018 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(103)-208/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)- 10438/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(005)-319/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 4 nömrəli yaşayış binası, 22ci mərtəbə, ümumi sahəsi 226,6 kv.metrdən ibarət olan 5 otaqlı, 100 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin ona təhvil verilməsi və sair tələbləri barədə” iddia ərizəsinin təmin edilməməsi müəyyən edilmişdir. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci iltarixli 2(103)-10438/2018 nömrəli xüsusi qərardadı ilə Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşlarının və digər şəxslərinin hərəkətlərində sənədlərin saxtalaşdırılması (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi), dələduzluq (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi), sübutları saxtalaşdırma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsi), vəzifə saxtakarlığı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi) cinayətinin əlamətlərinin aşkar edilməsi ilə bağlı məsələyə cinayət-hüquqi qiymət verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 10438/2018 nömrəli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-10438/2018 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının nümayəndəsi X3 və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmadığından, qanuni nümayəndəsi və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 10438/2018 nömrəli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-10438/2018 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürülməklə verildiyindən və müddətin bərpası barədə vəsatət də verilmədiyindən geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 10438/2018 nömrəli qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-10438/2018 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti imzalanmadığından geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(102)-3231/2019 nömrəli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-10438/2018 nömrəli qərardadının ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-10438/2018 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməmiş hesab edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-10438/2018 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin apelyasiya instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(102)-3231/2019 nömrəli digər qərarı ilə hazırkı mülki iş üzrə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-10438/2018 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin məhkəmə baxışından çıxarılması və mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-5476/2019 nömrəli qərarı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətivə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Abdulrəhimova Aybəniz Abdulrəhman qızının kassasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)- 10438/2018 nömrəli qətnaməsinə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. İddiaçı ərizə verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(005)-8226/2016 nömrəli qərardadı ünvan 1 ünvanında yerləşən 4 nömrəli yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metr olan 5 otaqlı 100 nömrəli mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2017 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli 2(005)-8226/2016 nömrəli qərardadının ləgv edilməsi, ünvan 1 ünvanında yerləşən 4 nömrəli yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 226,6 kv.metr olan 5 otaqlı 100 nömrəli mənzilinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında cavabdehin iştirakını təmin etməməklə prosessual pozuntuya yol vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2017 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh MMC-nin vəkili şikayəti müdafiə edərək onun təmin edilməsini, iddiaçı və onun vəkili isə mübahisəli əmlakın iddiaçının mülkiyyətində olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli yaşayış binasının 100 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi arqumentini əsassız hesab edir; belə ki, iş materiallarından məhkəmə iclasının keçirildiyi tarixi və yeri özündə əks etdirən bildirişin cavabdehin məhkəməyə məlum olan ünvanına göndərildiyi, lakin onun nümayəndəsinin məhkəmə iclasına gəlmədiyi aydın olur – məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməməyin məsuliyyətini cavabdeh daşıyır və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, Rayon Məhkəməsi ərizənin təmin edilməsi barədə qərardadı qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-319/2017 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar