Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-169/2019 17.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov, Hakimlər: X79 və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, X3, İddiaçı2, X44, X11, İddiaçı1, X3, İddiaçı2, X27 və X20, X76, X11, İddiaçı1, X28, X4 və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 nümayəndəsi və vəkili X29, İddiaçı1 nümayəndəsi (qardaşı) X16, İddiaçı X4 vəkili X22, Cavabdeh Mehmet Şimşek-in nümayəndəsi və vəkili X51, Cavabdeh MMC-nin qanuni nümayəndəsi X17, Müstəqil tələb irəli sürən üçüncü şəxs X21 vəkili və nümayəndəsi X30, Müstəqil tələb irəli sürən üçüncü şəxs X23 nümayəndəsi və vəkili X31, Müstəqil tələb irəli sürən üçüncü şəxs X52 nümayəndəsi və vəkili X53 iştirakları ilə, İddiaçı1 Cavabdeh MMC-nə qarşı “mənzilin təmirinə olan maneələrin aradan qaldırılması” barədə iddiasına; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3cü şəxs X21 Cavabdeh MMC-nə və İddiaçı1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh və 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə; X38, İddiaçı2, X27 və X20 Şimşek Mehmete və Cavabdeh MMC-yə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi və daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi”, müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Şimşek Mehmete və Cavabdeh MMC-yə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi, müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Mehmet Şimşek tərəfindən verilmiş apellyasiya şikayətinə; X5, X11, İddiaçı1, X28 cavabdehlər Mehmet Şimşek və Cavabdeh MMC-yə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi, maliyyə arayışları və müqavilənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi” barədə, müstəqil tələb irəli sürən 3-cü şəxs X21 cavabdehlər Mehmet Şimşek və Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Mehmet Şimşek və müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə; Müstəqil tələb irəli sürən üçüncü şəxs X52 “müqavilələrin etibarsızlığı, qabaqcadan qeydiyyatın ləğv edilməsi və xüsusı qərardadın çıxarılması” barədə iddiasına Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mübahisəli Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanındakı 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümümi sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilin ona təhvil verilməsi, mənzilin təmirinə olan maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh MMC ilə bağlanmış xx.xx.2012-ci il tarixli 216 saylı müqaviləyə əsasən “Satıcı” Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzil ona satılmışdır. Əlavə olunmuş xx.xx.2012-ci il tarixli Maliyyə Arayışına əsasən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 17ci mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilin dəyəri “Alıcı” tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. Sözü gedən mənzil həmin tarixdə ona təhvil verilmiş və hazırda da onun istifadəsindədir. Tərəfindən mənzilə qapı qoyulmuş yüngül süvaq işləri aparılsa da, mənzili tam təmir etməyə maddi imkanı olmamışdır. Bu yaxınlarda mənzili təmir etdirmək qərarına gəlmişdir. Lakin cavabdeh şirkət tərəfindən bu narazılıqla qarşılandı və ona mənzili təmir etməyə maneəçiliklər yaradıldı, təmir üçün gətirilən əşyalar binaya buraxılmadı və bildirildi ki, həmin mənzildə iddiaçı təmir işləri apara bilməz. Belə ki, şirkət həmin mənzili mal materialın əvəzinə başqa bir şəxsə vermişdir. Komendant tərəfindən mənzildə təmir işlərinin aparılmasına imkan verilməyəcəkdir. Halbuki, alıcı kimi müqavilə üzrə bütün öhdəliklər tam yerinə yetirilmişdir. X39 cavabdehlər Cavabdeh MMC və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab olunması, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanındakı 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümümi sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilin ona təhvil verilməsi, həmin mənzilə dair sahiblik və istifadə hüququnun tanınması və iddiaçının həmin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: ünvan 2 ünvanında yerləşən 3 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.metr olan 3 otaqlı, 89 saylı mənzil X24 məxsusdur, həmin mənzil onun sahibliyində və istifadəsindədir, həmin mənzilin pay dəyəri onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilmişdir. X39 ilə Cavabdeh MMC arasında xx.xx.2008ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” ünvan 3 ünvanında yerləşən 3 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.metr olan-3 otaqlı, 89 saylı mənzili “Alıcıya” təhvil verir. Müqavilənin 2.2.1ci bəndinin tələbinə əsasən mənzilin hər bir kv.m üçün 600 manat olmaqla ümumi olaraq 93.360 manat məbləğində pulu “Satıcı” ya ödəməyi öhdəsinə götürür, Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən mənzilin pay dəyəri X39 tərəfindən tam ödənilmişdir. Müqavilə və maliyyə arayışı müəssisənin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 89 saylı mənzilə dair Cavabdeh MMC ilə X39 arasında xx xxxxx 2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin İddiaçı1 təhvil verilməsi, həmin mənzilin təmirinə olan maneələrin törədilməsinin Cavabdeh MMC-yə və X24 qadağan edilməsi qət edilmiş, X21 iddiası rədd edilmişdir. Cavabdeh MMC və X39 qətnamə ilə razılaşmayaraq apellyasiya şikayətləri vermişlər. Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh MMC sözügedən mənzilin qanuni sahibi və mülkiyyətçisi kimi N.Sərkərovanı tanıyır. MMC-nin keçmiş rəhbəri M.Cəfərov qanunsuz olaraq mənzili İddiaçı1 satmışdır. X39 apellyasiya şikayətinin dəlilləri: Məhkəmə ekspert rəyinə şərh verərək belə qənaətə gəlmişdir ki, onun müqaviləsi saxtadır. Halbuki ekspert rəyində bu hallar öz əksini tapmamışdır. Müqavilədəki imzanın kim tərəfindən icra edilməsinin müəyyən edilməməsi müqavilənin saxta olmasına əsas vermir. Bundan əlavə ekspert müqavilədəki və maliyyə arayışındakı imzanın M.Cəfərov tərəfindən icra edilmədiyinə deyil, həmin imzanın M.Cəfərov tərəfindən icra olunmasının müəyyən edilməsinin mümkün olmadığına dair rəy vermişdir. Yəni bu hal mübahisəlidir, qeyri-müəyyəndir. Bu halın məhkəmə tərəfindən onun ziyanına şərh edilməsi məhkəmənin qərəzli olmasından xəbər verir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı1 və qeyrilərinin cavabdeh Şimşek Mehmetə qarşı müdaxilələrin qanunsuz hesab edilməsi tələblərinə dair Xətai Rayon Məhkəməsində işə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır. Hazırki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş mülki iş sonradan icraata daxil olmuşdur. Həmin iş üzrə X75 Xalid oğlu, X18, İddiaçı1, X54 və X9 cavabdehlər Şimşek Mehmet və Cavabdeh MMC-yə qarşı müdaxilələrin qanunsuz hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Mehmet Şimşek və Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binasının 22-ci mərtəbəsində yerləşən X55 məxsus 2 otaqlı 115 saylı mənzilə, həmin binanın 12-ci mərtəbəsində yerləşən X12 məxsus 2 otaqlı 55 saylı mənzilə, həmin binanın 17-ci mərtəbəsində yerləşən İddiaçı1 məxsus 3 otaqlı 89 saylı mənzilə, həmin ünvanda yerləşən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində X40 məxsus 3 otaqlı 12 saylı mənzilə, həmin ünvanda yerləşən 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən X6 məxsus 2 otaqlı 11 saylı mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması və qanunsuz olaraq həmin mənzillərin giriş qapısına cavabdeh Mehmet Şimşek tərəfindən quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilməsi, cavabdehlər Cavabdeh MMC ilə Mehmet Şimşek arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 55 saylı mənzilə dair bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 504/8 saylı müqavilə və həmin tarixli maliyyə arayışı, 17-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155.6 kv.m olan, 3 otaqlı 89 saylı mənzilə dair bağlanılmış xx xxxxxx 2015-ci il tarixli, 504/15 saylı müqavilə və həmin tarixli maliyyə arayışı, 22-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 115 saylı mənzilə dair bağlanılmış x xxxxxx 2015-ci il tarixli, 504/11 saylı müqavilə və həmin tarixli maliyyə arayışı, həmin ünvanda yerləşən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155.6 kv.m olan, 3 otaqlı 12 saylı mənzilə dair xx xxxxxx 2015-ci il tarixli, 504/12 saylı müqavilə və həmin tarixli maliyyə arayışı, həmin ünvanda yerləşən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 11 saylı mənzilə dair bağlanılmış xx xxxxx 2007-ci il tarixli, 11/05 saylı müqavilə və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzillərə dair cavabdeh Mehmet Şimşekin adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlərin hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157 və 322-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin əlamətləri mövcud olduğundan, onlar barəsində Xüsusi Qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdirlər. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçılarla Cavabdeh MMC arasında bağlanılmış müqaviləyə əsasən, sonuncunun ünvan 2 ünvanda yerləşən yaşayış binalarında mənzillər almışlar, həmin mənzillərin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam həcmdə ödəmişlər, bəziləri aldıqları mənzili təmir edib orada yaşayırlar, bəziləri isə müxtəlif səbəblərdən mənzildə təmir işlərini aparmamışlar. Ancaq mənzilə qaz, işıq, su sayğaclarının qurulması üçün iddiaçılar tərəfindən müvafiq ödənişlər aparılmışdır. xx xxxxxx 2018-ci il tarixdə polis əməkdaşlarının müşaiyəti ilə cavabdeh Türkiyə Respublikasının vətəndaşı Mehmet Şimşek qanuni əsaslarla iddiaçıların mülkiyyətində, sahibliyində və istifadəsində olan Cavabdeh MMC tərəfindən inşa edilmiş və onlara Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanda olan 2, 3 və 4 saylı binalarda yerləşən mənzillərinə basqın edərək mənzillərə qoyulmuş dəmir materialından olan giriş qapılarını zor tətbiq etməklə çıxararaq, özləri ilə gətirdikləri giriş qapıları ilə əvəz etməklə mənzildə yaşayan iddiaçıları güclə mənzildən çıxarmış, digər iddiaçılar isə mənzilə buraxılmırlar. Sonradan müəyyən edilmişdir ki, mübahisəli mənzillərə dair iş üzrə digər Cavabdeh MMC tərəfindən Mehmet Şimşeke verilmiş müqaviləyə və maliyyə arayışına əsasən daşınmaz əmlakın dövlət reyestrində həmin mənzillər Mehmet Şimşekin adına qabaqcadan qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Belə ki, iddiaçılardan X76 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 115 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxx 2012-ci il tarixli 259 nömrəli müqavilə və həmin tarixli maliyyə arayışı olmasına baxmayaraq, Cavabdeh MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx xxxxxx 2015-ci il tarixli, 504/11 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. X1 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 55 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxx 2013-cü il tarixli 293 nömrəli müqavilə və həmin tarixli maliyyə arayışı olmasına baxmayaraq, Cavabdeh MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx xxxxxx 2015-ci il tarixli, 504/8 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir, İddiaçı1 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı 89 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxxx 2012-ci il tarixli 216 nömrəli müqavilə və həmin tarixli maliyyə arayışı olmasına baxmayaraq, Cavabdeh MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx xxxxxx 2015-ci il tarixli, 504/15 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. X13 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı 12 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxxx 2007-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı olmasına baxmayaraq, Cavabdeh MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx xxxxxx 2015-ci il tarixli, 504/12 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. İddiaçı X9 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 11 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxx 2017-ci il tarixli, 84/3 müqavilə və həmin tarixli 015 saylı maliyyə arayışı olmasına, həmçinin həmin mənzilin X10 ilkin alıcı X85 ilə bağlanmış müqavilənin sonuncunun razılığı ilə ləğv edilərək, bağlanmasına baxmayaraq, Cavabdeh MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx xxxxx 2007-ci il tarixli, 11/05 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. Cavabdeh Mehmet Şimşek yuxarıda qeyd edilən həmin müqavilələr əsasında göstərilən mənzilləri daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçirərək mülkiyyət hüququ əldə etmişdir. Göstərilənlərə əsasən iş üzrə cavabdeh Mehmet Şimşekin Cavabdeh MMC ilə mübahisəli mənzillərə dair bağladığı müqavilələr etibarsız hesab edilməli və həmin mənzillərin onun adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı ləğv edilməlidir. Eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X39 cavabdehlər Mehmet Şimşek və Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2008-ci il tarixli müqaviləyə istinad edərək, mübahisəli mənzilə dair Mehmet Şimşek ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə X75 Xalid oğlu və qeyrilərinin iddiası təmin edilmiş, cavabdehlər Mehmet Şimşek və Cavabdeh MMC tərəfindən ünvan 5 ünvanında yerləşən 3 saylı yaşayış binasının 22- ci mərtəbəsində yerləşən X55 məxsus 2 otaqlı, 115 saylı mənzilə, 3 saylı yaşayış binasının 12-ci mərtəbəsində yerləşən X12 məxsus 2 otaqlı, 55 saylı mənzilə, 3 saylı yaşayış binasının 17-ci mərtəbəsində İddiaçı1 qızma məxsus 3 otaqlı, 89 saylı mənzilə, 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən X40 məxsus 3 otaqlı, 12 saylı mənzilə, 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən X6 məxsus 2 otaqlı, 11 saylı mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması və həmin mənzillərin girişinə quraşdırılmış qapıların cavabdeh Mehmet Şimşek tərəfindən əvvəlki qapılarla əvəz edilməsi, cavabdehlər Cavabdeh MMC ilə Mehmet Şimşek arasında ünvan 5 ünvanında yerləşən 3 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı, 115 saylı mənzilə dair otaqlı, 55 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 5Q4/8 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 3 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 155.6 kv.m. olan, 3 otaqlı, 89 saylı mənzilə dair bağlanılmış 03.1 1.2015-ci il tarixli, 504/15 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı, 12 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli, 504/12 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı, 11 saylı mənzilə dair xx.xx.2007-ci il tarixli, 11/05 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı barədə cavabdeh Mehmet Şimşekin adına xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X21 cavabdehlər Mehmet Şimşek və Cavabdeh MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan Mehmet Şimşek və üçüncü şəxs X39 ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Cavabdeh Mehmet Şimşek tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Qətnamənin ləğv edilməsi üçün əsas odur ki, birinci instansiya məhkəməsi, qeyd edilən mənzillərə dair Mehmet Şimşekin hüquqlarının qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlar olmasını və mənzillərin Mehmet Şimşekin mülkiyyətində olmasına heç bir əhəmiyyət verməmişdir. Üçüncü şəxs X39 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Ona məxsus mənzil 2012-ci il tarixdə qanunsuz olaraq İddiaçı1, daha sonra 2015-ci ildə Mehmet Şimşəyə satılmışdır. Hər iki mülki iş məhkəmə kollegiyasının icraatında olarkən məlum olmuşdur ki, həmin işlərlə analoji mülki iş olan X38, İddiaçı2, X27 və X20 Şimşek Mehmete və Cavabdeh MMC-nə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi və daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi”, müstəqil tələb irəli sürən 3-cü şəxs X15 Şimşek Mehmete və Cavabdeh MMC-nə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi, müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Mehmet Şimşek tərəfindən verilmiş apellyasiya şikayətinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin digər hakiminin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin mülki iş yuxarıda qeyd olunan mülki işlərlə (2(103)-169/2019 və 2(103)-12562/2019 saylı mülki işlərlə) bir icraatda birləşdirilmələri qərara alınmışdır. Sonuncu iş üzrə X50 Musa qızı, İddiaçı2, X57 və X41 cavabdehlər Şimşek Mehmet və Cavabdeh MMC-yə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi, müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi tələbinə dair” iddia ərizələri ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binasının 23-cü mərtəbəsində yerləşən X47 məxsus 2 otaqlı 121 saylı mənzilə, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən İddiaçı2 məxsus 2 otaqlı 31 saylı mənzilə, 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində X42 məxsus 3 otaqlı 27 saylı mənzilə və həmin ünvanda yerləşən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində X25 məxsus 2 otaqlı 96 saylı mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması və qanunsuz olaraq həmin mənzillərin girişinə cavabdeh Şimşek Mehmet tərəfindən quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilməsi, cavabdehlər Cavabdeh MMC ilə Mehmet Şimşek arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.rn olan, 2 otaqlı 121 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 504/10 saylı müqavilə və həmin tarixli maliyyə arayışı, 2 saylı yaşayış binasının 9cu mərtəbəsində ümumi sahəsi 101,5 kv.rn olan, 2 otaqlı 31 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 11/07 saylı müqavilə və həmin tarixli maliyyə arayışı, 8-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı 27 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 11/01 saylı müqavilə həmin tarixli maliyyə arayışı, 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan 2 otaqlı 96 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli, 504/13 saylı müqavilə və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzillərə dair cavabdeh Şimşek Mehmetin adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157 və 322ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin əlamətləri mövcud olduğundan onların barəsində xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 121 saylı mənzilə dair X69 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 169 nömrəli müqavilə və xx.xx.2013-cü il tarixli maliyyə arayışının olmasına baxmayaraq MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx.xx.2015-ci il tarixli, 504/10 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. Bakı şəhəri, F.Bayramov küçəsi, 1 156 ünvanda yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 31 saylı mənzilə dair İddiaçı2 ilə Cavabdeh MMC arasında əvvəlki payçı X78 ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin payçının razılığı ilə ləğv edilərək xx.xx.2017ci il tarixdə bağlanmış müqavilə və həmin tarixli maliyyə arayışı olmasına baxmayaraq MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx.xx.2007-ci il tarixli, 11/07 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı 27 saylı mənzilə dair X57 ilə Cavabdeh MMC arasında əvvəlki payçı X48 ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin payçının razılığı ilə ləğv edilərək 03.11.20 1 7-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı olmasına baxmayaraq MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşeklə xx.xx.2007-ci il tarixli, 11/01 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 96 saylı mənzilə dair X41 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 317 saylı müqavilə və həmin tarixli maliyyə arayışı olmasına baxmayaraq MMC həmin mənzillə bağlı cavabdeh Mehmet Şimşehlə xx.xx.2015-ci il tarixli, 504/8 saylı müqavilə bağlamış və həmin tarixli maliyyə arayışı vermişdir. Cavabdeh Şimşek Mehmet yuxarıda qeyd edilən həmin müqavilələr əsasında göstərilən mənzilləri daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatdan keçirərək mülkiyyət hüququ əldə etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X26 cavabdehlər Şimşek Mehmet və Cavabdeh MMC-yə qarşı “mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması, qanunsuz dəyişdirilmiş giriş qapılarının əvvəlki qapılarla əvəz edilməsi, müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 36 saylı mənzilə dair “Cavabdeh" MMC ilə aralarında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilə və həmin tarixli maliyyə arayışı olmasına əsaslanaraq, tələbini digər iddiaçıların tələbinə uyğun əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Şimşek Mehmet və Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda yerləşən 3 saylı yaşayış binasının 23-cü mərtəbəsində yerləşən X47 məxsus 2 otaqlı 121 saylı mənzilə, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən İddiaçı2 məxsus 2 otaqlı 31 saylı mənzilə, 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində X32 məxsus 3 otaqlı 27 saylı mənzilə və 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində X25 məxsus 2 otaqlı 96 saylı mənzilə qanunsuz müdaxilələrin aradan qaldırılması və həmin mənzillərin girişinə cavabdeh Şimşek Mehmet tərəfindən quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilməsi, cavabdehlər Şimşek Mehmet ilə Cavabdeh MMC arasında Bakı şəhəri ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 121 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-cı il tarixli, 504/10 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 101,5 kv.rn olan, 2 otaqlı 31 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 11/07 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 8-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.rn olan, 3 otaqlı 27 saylı mənzilə dair bağlanılmış xx.xx.2007-ci il tarixli, 11/01 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının, 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 96 saylı mənzilə dair xx.xx.2015-ci il tarixli, 504/13 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzillərə dair hüquqların qabaqcadan qeydiyyatı barədə cavabdeh Şimşek Mehmetin adına xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddia tələbinin təmin edilməsi, cavabdehlər Şimşek Mehmet və Cavabdeh MMC tərəfindən ünvan 2 ünvanda yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində X33ma məxsus 2 otaqlı 36 saylı mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması və həmin mənzilin girişinə cavabdeh Şimşek Mehmet tərəfindən quraşdırılmış qapının əvvəlki qapı ilə əvəz edilməsi, cavabdehlər Cavabdeh MMC ilə Mehmet Şimşek arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1 saylı yaşayış binasının 10-cu mərtəbəsində 1 otaqlı 36 saylı mənzilə dair bağlanılmış xx.xx.2015-ci il tarixli, 504/14 saylı müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı barədə cavabdeh Şimşek Mehmetin adına xx.xx.2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, iddianın verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub müstəqil tələb irəli sürən üçüncü şəxsə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan Mehmet Şimşek apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Mehmet Şimşek tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ilk iş (2(103)- 11443/2018 / 2(103)-169/2019) üzrə icraatın dayandırılmasına səbəb olmuş hal aradan qalxdığı üçün iş üzrə icraat təzələnmiş və qeyd olunan həmin mülki işlər baxılması üçün (2(103)-169/2019 və 2(103)-12562/2019 saylı mülki işlər) bir icraatda birləşdirilmişdir. Birləşdirilmiş mülki işlər üzrə apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürən üçüncü şəxs X86 “müqavilələrin etibarsızlığı, qabaqcadan qeydiyyatın ləğv edilməsi və xüsusi qərardadın çıxarılması” barədə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X54 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin etibarsız sayılması, cavabdeh Mehmet Şimşək ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015ci il tarixli müqavilənin etibarsız sayılması və ƏMDK yanında DƏDRX-m Bakı şəhər Ərazi İdarəsində cavabdeh Mehmet Şimşək adına aparılmış qabaqcadan qeydiyyatın, o cümlədən xx.xx.2017-ci il tarixli Arayışın ləğv edilməsi, X52 ünvan 3 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan, 3 otaqlı 12 saylı mənzilə hüquqlarının tanınması, ünvan 3 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan, 3 otaqlı 12 saylı mənzilə cavabdeh Mehmet Şimşək tərəfindən qanunsuz müdaxilələrin aradan qaldırılması və həmin mənzilin girişinə quraşdırılmış qapının cavabdeh Mehmet Şimşək tərəfindən əvvəlki qapılarla əvəz edilməsi, əmlakın X70 təhvil verilməsinin cavabdeh Mehmet Şimşək və Cavabdeh MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh MMC-nin rəhbər şəxslərinin əməllərində cinayət əlamətləri olduğundan bu barədə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Mübahisə predmetlərindən biri olan ünvan 7 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan, 3 otaqlı 12 saylı mənzil X86 ilə "Cavabdeh” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən ona satılmışdır. Cavabdeh MMC tərəfindən xx xxxx 2013-cü il tarixdə mənzilin pay dəyərinin tam ödənilməsi barədə Maliyyə Arayışı verilmişdir. Mənzil barəsində 2 ədəd saxta müqavilə mövcuddur. Bunlardan biri cavabdeh X54 adına olan xx xxxxxxx 2007-ci il tarixli, digəri isə cavabdeh Mehmet Şimşekin adına olan xx.xx.2015-ci il tarixli müqavilədir. X28 adına mövcud olan xx xxxxxxx 2007-ci il tarixli müqavilə sonradan saxta yollarla hazırlanmış müqavilədir. Bunu iş materiallarında olan “Cavabdeh" MMC-nin Azərbaycan Respublikası DİN-nin Mütəşəkkil cinayətkarlıqla mübarizə Baş İdarəsinə ünvanladığı xx xxxx 2018-ci il tarixli məktubu da sübut edir. Həmin məktubda qeyd edilir ki, X54 xx xxxxxxx 2007-ci il tarixli müqavilənin və maliyyə arayışının kserosürətini xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxxx" MMC-nin ofisnə təqdim etmişdir. Belə bir müqavilə əvvəlcədən mövcud olsa idi həmin müqavilənin "Cavabdeh” MMC-yə təqdim edilməsinə ehtiyac qalmazdı. X28 adına mövcud olan xx xxxxxxx 2007-ci il tarixli müqavilənin hər səhifəsi “Cavabdeh" MMC-nin rəhbər şəxsi tərəfindən imzalanmamış, möhür vurulmamış və müqavilənin nömrəsi göstərilməmişdir. Müqavilənin “Cavabdeh“ MMC-nin rəhbər şəxsinin imzası digər müqavilələrdə olan imza ilə kəskin sürətdə fərqlənir. Müqavilənin yazıldığı kağız parçasına baxdıqda 12 il əvvələ aid olmadığı aydın olur. Çünki 12 il ərzində həmin kağız parçasında müəyyən saralmalar və s. deformasiya mövcud olmalı idi. Bundan başqa X28 adına mövcud olan Maliyyə Arayışı ümumilikdə adi kağız parçasından ibarət olmaqla heç bir hüquq müəyyən etmir. Çünki həmin Maliyyə Arayışı nə Şirkətin rəsmi Blankında tərtib edilmiş (Ünvan və VÖEN göstərilməmişdir), nə də tarix qoyulmuşdur. O cümlədən Baş Mühasibin adının yazılmasına baxmayaraq (halbuki “Cavabdeh" MMC tərəfindən verilən Maliyə Arayışlarının heç birində bu qeyd olunmayıb) Baş mühasibin imzası mövcud deyildir. Bütün bunlar onu sübut edir ki, həmin müqavilə və maliyyə arayışı "Cavabdeh” MMC-nin ofisindən kənar saxta yollarla hazırlanmışdır. Cavabdeh Mehmet Şimşək-in adına olan xx.xx.2015-ci il tarixli müqavilə və həmin tarixli Maliyyə Arayışı tarixlərindən də göründüyü kimi X86 ilə "Cavabdeh" MMC arasında bağlanmış müqavilədən sonra tərtib edilmişdir (xx xxxx 2013-cü il). Cavabdeh Mehmet Şimşək-in adına olan xx.xx.2015-ci il tarixli müqaviləni “Cavabdeh’’ MMC-nin adından icraçı direktor olaraq Hüseynov A.M. imzalamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin saytından çıxarışa əsasən “Cavabdeh" MMC-nin hal-hazırda da qanuni təmsilçisi X58 göstərilir. Hüseynov A.M-nın belə bir müqavilə bağlamaq səlahiyyətinin (imza atmaq, möhür vurmaq və s.) hansı əsaslarla yarandığı məlum deyil. Eyni mənzil barəsində 2-ci bir müqavilənin bağlanması Azərbayean Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd olmaqla etibarsızdır. Cavabdeh Mehmet Şimşək həmin etibarsız müqavilə ilə ƏMDK yanında DƏDRX-ın Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək hüquqların qabaqcadan qeydiyyatı barədə xx.xx.2017-ci il tarixli Arayış əldə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mehmet Şimşek-in nümayəndəsi və vəkili X87 tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə etmiş və bildirmişdir ki, təmsil etdiyi şəxsin mənzillərə hüququları DƏDRX-dən verilmiş arayışlar ilə təsdiq olunur. Dövlət orqanı tərəfindən onun hüquqlar tanınmışdır. Təmsil etdiyi şəxs təsisçiyə külli miqdarda vəsait vermiş və təsisçi onun müqabilində inşa etdiyi evdə ona mənzillər verəcəyini vəd etmişdir. Ona görə təmsil etdiyi şəxsin adına mənzillər rəsmiləşdirilmişdir. Sonradan hadisələr cərəyan edəndə Mehmet Şimşek başa düşmüşdür ki, onun adına verilmiş sənədlər verildiyi tarixə deyil, arxa tarixlərə rəsmiləşdirilmişdir. Cinayət işinə baxılarkən Mehmet Şişmek zərəçəkən kimi tanınmışdır. O, pulu təsisçiyə mənzil almaq üçün vermişdir. Həmin mənzilləri sonradan hansı qaydada realizə edəcəyi onun öz səlahiyyətinə aid idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 cavabdeh Mehmet Şimşek tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, X107 Rayon Məhkəməsinin iclasında hansısa işlərə görə pul əvəzi mənzillərin ona verildiyini etiraf etmişdir. Həmin mənzillər iddiaçılara məxsusdur. Heç bir şəxs və ya dövlət orqanı məlumatsız, icazəsiz mənzilə daxil ola bilməz. Ona məxsus mənzilə qapını özü qoydurmuşdur. Müqavilə 2013-cü ilin il mart ayında bağlanmışdır. Mənzili Məzahir Cəfərovdan almışdır. Bina yarımçıq idi. Binanın liftinin, elektrik işlərinin və digər kommunal xidmətlərinin təmiri üçün pul yığılmışdır. Sakinlərdən biri olan Sevda adlı sakin ictimai birlik yaratmış və sakinlərdən pul yığaraq həmin işləri görüb başa çatdırmışlar. Həmin işlərə şəxsən 3000 manat pul ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin qanuni nümayəndəsi X34 tərəflərindən verilmiş apellyasiya şikayətlərini müdafiə etmiş və bildirmişdir ki, MMC rəhbərləri Sahib İbrahimov və digərləri mənzilləri qeydiyyatsız satmışlar. Bu hallar işə baxan məhkəmələr tərəfindən araşdırılmışdır. Həmin vaxt İlham Qasımov izahat vermişdir. Məzahir Cəfərovun intiharından sonra onu direktor vəzifəsinə təyin etmişlər və bundan sonra sənədləri vahid vergi elektron pəncərəsinə təqdim etmişdir. Mehmet Şimşek təsisçi olmayıb. 12 mənzilin 12-si də vətəndaşlara məxsusdur. Bu işlər hamısı İlham Qasımov həbs olunandan sonra ortaya çıxmışdır. Mehmet Şimşekə aid olan həmin müqavilələri imzalamağa istintaq aparan orqanlar tərəfindən məcbur edilmişdir. 2015-ci ildən sonra direktor təyin edildikdən sonra sənədlərin blank formasında və rəsmiləşdirmə qaydasında dəyişkliklər etmişdir. Ona görə fərqliliklər ola bilər. Tapdıq Əhədovun müqaviləsinin əsli iş materiallarında olmalıdır. Həmçinin bununla bağlı ekspertiza rəyi də olmalıdır. İstintaq başlayan dövrdə bir sıra müqavilələr imzalanmışdır. Mənzilin kvadratının maya dəyəri 200-300 manat olduğu halda, müqavilələrə 400-500 manat yazılmışdır. Rasim Şahmalıyev barəsində gedən məhkəmədən xəbəri yoxdur. Onun adına mənzil satılmamışdır. İstintaq orqanları müqavilələrin əsillərini götürmüşlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X86 tərəfindən verilmiş iddia ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş və bildirmişdir ki, 2013-cü ildə mübahisəli mənzili dəyərini ödəyərək almışdır. Mənzilin yerləşdiyi ərazini öyrənmiş, mənzilə daxil olaraq ətraflı onun qurluşuna baxmış və bəyəndikdən sonra almaq qərarına gəlmişlər. Mənzilə baxanda binada təmir işləri gedirdi. Mənzili almaq üçün cavabdehin TİB universiteti yanındakı ofislərinə getmiş, müqavilə bağladıqdan sonra pulu kassada oturan Tahir adlı şəxsə vermişlər. Mənzilin hər kvadratına 530 manat pul vermişlər. Həmin vaxtdan mənzilə baş çəkmişlər. Mehmet Şimşek mənzilin qapısını dəyişənə qədər mənzillə bağlı heç bir mübahisə olmamışdır. Tapdıq adlı şəxsi heç vaxt görməmiş, kooperativin səlahiyyətliləri bu barədə ona heç vaxt bidirməmişlər. Dörd il cinayət işinin araşdırması ilə bağlı müxtəlif orqanlara getmiş, izahatlar vermiş və mənzilin ona məxsus olması təsdiq olunmuşdur. Sakinlər yığışaraq evin istismarı üçün müxtəlif işlər görmüşlər. Sevda adlı sakin bu işləri görmüşdür. Həmin işlərə görə 3000 manat pul vermişdir. Lift, qapı və digər xərclərlərlə bağlı pulları Sevda adlı xanıma vermişlər. Sakinlər binanı yaşama üçün yararlı vəziyyətə gətirmişlər. Həmin müddət ərzinə Tapdıq adlış şəxs bir dəfə də olsun ora gəlməmişdir. Mehmet Şimşeklə bağlı mübahisə çıxdıqdan sonra Tapdıq adlı şəxsi kooperativin rəhbərliyi ortaya çıxarmış və onun adından iddia vermişlər. Tapdığın adına düzəldilən sənədlər son vaxtlar, arxa tarixə saxtalaşdırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən X52 nümayəndəsi və vəkili X88 iddia ərizəsini müdafiə etmiş və bildirmişdir ki, müqavilə Mehmet Şimşəkə aid müqavilələrdən əvvəl bağlanmışdır. Tapdıq Əhədovun adına bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb edirlər. Onun müqaviləsi saxta tərtib olunmuş müqavilədir. Bu hallar onunla təsdiq olunur ki, MTK-nın rəsmi blank formasında deyil, müqavilədə nömrə qeyd olunmayıb, maliyyə arayışında baş mühasibin imzası yoxdur. Tapdıq adlış şəxs son vaxtlar orada peyda olmuşdur. Müqavilənin əsli yoxdur, qarşı tərəf dediklərini sübuta yetirmək üçün müqavilələrin əslini təqdim etməlidirlər. Özləri müqaviləni Məzahir Cəfərovla bağlamışlar. Həmin müqavilə və maliyyə arayışında imza və möhür var. X100 adına olan müqavilənin bütün səhifələrində imza və möhür yoxdur, ancaq sonuncu səhifədə var. Həmin müqavilənin rekvizitlərinə riayət olunmamış, qeyd olunan ünvan qeyri-müəyyəndir. Lakin onlara məxsus müqavilədə bütün tələblərə riayət olunmuşdur. Həmin mənzilin dəyəri təxminən 82-83.000 manat arası olmuşdur. Faktiki olaraq bütün sənəd işlərini Fuadın əmisi oğlu aparmışdır. Həmin məsələlərlə bağlı cinayət təqbində 2014-cü ildən bəri iştirak etmişlər. Tapdıq Əhədova məxsus sənədlərin əsilləri heç vaxt təqdim olunmamışdır. İcraçı direktor A.Hüseynov tərəfindən xx.xx.2018-ci il tarixli məktubu ilə təsdiq olunur ki, sənədlərin əsilləri deyil, surətləri təqdim olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən X13 apellyasiya şikayətini və ona qarşı yönələn iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, mənzil Mehmet Şimşek tərəfindən zəbt olunduqdan sonra hüquq mühafizə orqanlarına getmişdir. Mənzilə dair müqavilənin əslinin harada olmasını xatırlamır. Ona vaxt verilərsə sənədin əslini sonra təqdim edə bilər. Mənzil 3 otaqlıdır və hər kv.m üçün 700 manat ödəmişdir. Ümumiyyələ mənzil ona məxsus deyil. Əslində mənzili Rusiyada yaşayan dayısı almışdır. Mənzil 5-ci mərtəbədə yerləşirdi. İlk dəfə bir neçə ay bundan qabaq Korrupsiyada izahat vermişdir. Müqaviləni Məzahir müəllimlə bağlamışdır. Məzahir “Gənclik”də “Avesta”da otururdu. Mənzilə görə nə qədər pul ödənilməsini xatırlamır. Müqavilədə yazılmışdır. Həmin MMCdən iki mənzil almışdır. Mənzillərin birini 2007-ci ildə, digərini isə 2011-ci ildə almışdır. Həmin mənzillər ona məxsus deyil, dayısınındır. Sadəcə onun adına rəsmiləşmişdir. Müqavilə 2007-ci ilin oktyabr ayında bağlanmışdır. Müqaviləni kimin yazdığını bilmir. Amma nə Məzahir, nə də o yazmamışdır. Müqavilənin hansı səhifəsini demişlərsə, o səhifəni də imzalayıb. 9 ay bundan əvvəl Korrupsiya idarəsində olmuş və izahat vermişdir. X108 hərəkətləri ilə bağlı çağırmışlar. Ondan qabaq onu çağırmamışlar. Müqavilədə yazılan ad və soyadları özü yazmış, lakin ola bilsin bəzi hissələri qarşı tərəf doldurmuşdur. Pul verəndən sonra maliyyə arayışı vermişlər. Lakin dəqiq yadında deyil. Mənzili almağa dayısının dostu Elnurla getmiş, mənzilləri dayısı və dostu tapmışdır. Mənzil dayısına məxsus olduğu üçün mənzilin içinə baxmamışdır. Mənzilin giriş qapısını 2 il qabaq quraşdırmışlar. Qapını Xətai rayonunda 150 manata mağazadan almışdır. Qapını dostu Elşənlə aparmışdır. Binanın həyətində usta olmuş, ondan quraşdırmasını xahiş etmişlər, o da quraşdırmışdır. Qapını quraşdıran zaman da içəriyə baxmamış, mənzilin quruluşu yadında deyil. Binanın sakinlərindən Şaiq Məmmədovu tanıyır. Qapıya, liftə və digər xərclərə görə pul verməmişdir. Müqavilənin və maliyyə arayışın əslini hara verməsini xatırlamır. Səhv etmirsə həmin sənədlər hazırda istintaq orqanındadır. X19 iddia tələbini müdafiə edərək ona uyğun izahat vermiş, Mehmet Şimşekin apellyasiya şikayətini qəbul etməmişdir. İddiaçı bildirmişdir ki, o, polis əməkdaşlarının zor göstərməsi nəticəsində mənzidən məhrum olmuşlar. Bir gecədə bütün mənzillərin qapıları dəyişdirilərək başqa qapılar qoyulmuş və insanlar mənzillərindən çıxarılmışlar. Uzun illərdir həmin mənzillə bağlı mübahisə olduğundan bütün sakinlər bir-birini tanıyırlar. Məhkəməyə müraciət edənlərdən Tapdıq Əhədovu əvvələr görməmiş və tanımamışdır. Binanın istismara verilməsi üçün özləri ictimai bir qrum yaratmışlar. Sakinlərdən Sevla adlı qadın ona rəhbərlik edir. Onlar hamısı liftə, işığa və digər xidmətlərə görə pul ödəmişlər. Tapdıq həmin işlərdə iştirak etməmişdir. Mehmet Şimşeklə bağlı məsələlər ortaya çıxdıqdan sonra Tapdıq ortaya çıxmışdır. X71 dəfələrlə orada görmüşdür və o, binanın istismara veilməsi işində iştirak etmidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X23 nümayəndəsi və vəkili X59 izahat verərək bildirmişdir ki, 1-ci instansiya məhkəməsi İddiaçı2 iddiasının təmin etməkdə səhvə yol vermişdir. Çünki İddiaçı2 hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən saəsi 101.5 kv.m. olan mənzilin X2 və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət olunmuşdur. Hazırda həmin qətnamənin icrası həyata keçirilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 izahat verərək bildirmişdir ki, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 31 saylı mənzil ona məxsusdur. X23 həmin mənzilə iddia etməsi və məhkəmə qətnaməsi ilə mənzilin ona təhvil verilməsi barədə məlumatlı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və nümayəndəsi (qardaşı) X8 Sərkərova tərəfindən verilmiş apellyasiya şikayətlərini qəbul etməmiş, özünün iddia tələblərinə uyğun izahatlar vermiş və əlavə olaraq bildirmişlər ki, binanı öz vəsaitləri hesabına yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. Özləri pul yığmış, lift, elektrik enerjisi və .s xidmətləri işlək vəziyyətə gətirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X21 vəkili və nümayəndəsi X60 tərəflərindən verilmiş hər iki iş üzrə apellyasiya şikayətlərini müdafiə edərək ona uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş üzrə 3 dəfə ekspertiza keçirilsə də düzgün nəticəyə gəlinməmişdir. İş üzrə bir daha ekspertiza keçirilməlidir. Əslində mənzili X39 yox, onun oğlu almışdır. Ona görə mənzilin alınması ilə bağlı halları o, daha yaxşı bilir. Ona görə Nərgiz Sərkərovanın oğlu dindirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X50 Musa qızı və digərlərinin nümayəndəsi və vəkili X61 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, polis əməkdaları həmin binaya yaxınlaşmağa qoymurlar. Qapıların açarları dəyişdirilmişdir. Vətəndaşların çıxarılan qapıları orada saxlanılmış, bəzilərini isə atıblar və ya zədələmişlər. Bina istismara qəbul edilmədiyi halda ayrı-ayrı mərtəbələrdə mənzillərə dair DƏDRX tərəfindən sənəd verilməsi qanunsuzdur. Bundan başqa, Rasim Şahmalıyevlə bağlı qətnamə olsa da, qətanmədə hansı mənzil olduğu dəqiq göstərilməyib. Buna görə də Rasim Şahmalıyevin mənzilinin hansı olduğu dəqiq bilinmir. Cavabdeh MMC hüquq mühafizə orqanlarına göndərilmiş məkutblarda göstərib ki, həmçinin həmin mənzil Rasim Şahmalıyevə də satılmışdır. X37 müqaviləsi arxa tarixə tərtib olunmuşdur. Çünki əks təqdirdə o, iclaslara gələr və öz mövqeyini müdafiə edərdi. İddiaçı2 mənzili X78 adlı şəxsdən almışdır. Təmsil etdiyi şəxslərdən Aygün Həbibova şəhid ailəsidir. Ukraynadadırlar. Evləri olmadığı üçün qayıda bilmirlər. Həmçinin hesab edir ki, Adilağa Hüseynov müqavilələri təzyiq altında imzalamışdır, bununla bağlı o, düzgün izahat vermişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Bakı şəhəri, XətaiRayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və xx xxxxx 2019-cu il tarixli qətnamələrindən müstəqil tələb irəli sürən 3-cü şəxs X39 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə qiymətləndirmə: Birinci iş üzrə İddiaçı1 Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanındakı 3 saylı yaşayış binasının, 17-ci mərtəbəsində ümümi sahəsi 155.6 kv.metr olan 3 otaqlı 89 saylı mənzilə münasibətdə xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, mənzilin ona təhvil verilməsini, təmirinə olan maneələrin törədilməsinin qadağan edilməsini xahiş etmnişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin mənzil xx.xx.2012-ci il tarixli müqavilə əsasında ona satılmışdır. Eyni zamanda müstəqil tələb irəli sürən 3-cü şəxs X39 xx.xx.2008-ci il tarixli müqaviləyə istinad edərək, həmin mənzilə tələb irəli sürmüşdür. Həmin iş üzrə məhkəmə tərəfindən məhkəmə texniki ekspertizası, xətşünaslıq ekspertizası və təkrar xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, “ünvan 5 ünvanında yerləşən 3 saylı yaşayış evinin 17-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metr olan, 3 otaqdan ibarət, 89 saylı mənzilə dair Cavabdeh MMC (MMC-nin direktoru X62) ilə X39 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədəki “Satıcı” Cavabdeh MMC T.Əliyev 61/71 Tel: 447-05-25” sözlərindən aşağıda yerləşən imzanın və ünvan 8 56 ünvanında yerləşən 3 saylı yaşayış evinin 17-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metr olan, 3 otaqdan ibarət, 89 saylı mənzilə dair Cavabdeh MMC tərəfindən X24 verilmiş tarixsiz maliyyə arayışında “Cəfərov.M.İ” yazısından əvvəlki imzanın - Məzahir Cəfərov tərəfindən icra olunmasını müəyyən etmək mümkün olmamışdır.” Birinci iş üzrə işə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2008-ci il tarixli müqavilə saxtalaşdırılaraq arxa tarixə tərtib olunmuşdur. Eyni zamanda həmin müqavilənin əlyazma şəklində tərtib edilməsi, yalnız ikinci vərəqinin imzalanaraq möhür vurulması qeyd olunan halları bir daha təsdiq edir. Bundan başqa, ikinci iş üzrə də həmin mənzilə İddiaçı1 və X21 eyni zamanda tələb irəli sürməsi ilə bağlı məhkəmə xətşünaslıq eskpertizası keçirilmiş, həmin ekspert rəyi ilə müəyyən edilən hallar birinci iş üzrə verilmiş ekspert rəyləri ilə müəyyən edilən hallar ilə analoji olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, dəfələrlə keçirilmiş ekspertiza tədqiqatı nəticələrinin eyni olması həmin rəylərlə müəyyən edilən halların həqiqiliyinə şübhə yeri qoymur. Hər dəfə ekspert rəyləri ilə X24 məxsus müqavilə və ona verilmiş maliyyə arayışıdakı imzanın Məzahir Cəfərova məxsus olmasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Lakin həmin rəylərdə birmənalı olaraq qeyd olunur ki, İddiaçı1 məxsus müqavilə və maliyyə arayışındakı imzalar Məzahir Cəfərov tərəfindən icra olunmuşdur. İşə baxan məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Sərkərova ilə bağlanmış müqavilə sonradan arxa tarixə tərtib edilmişdir. Ona görə məhkəmə qətnamə çıxarmaqla yanaşı eyni zamanda fakta görə xüsusi qərardad çıxarmışdır. Cavabdeh MMC-nin məhkəmə mübahisələri ilə bağlı təcrübə göstərir ki, həmin şirkətdə müqavilələrin arxa tarixə tərtib edilməsi adi hal almışdır. Dəfələrlə həmin faktlarla bağlı xüsusi qərardadlar çıxarılsa da, hüquq mühafizə orqanları hazırkı vaxta qədər həmin məsələyə cinayət hüquqi qiymət verməmişdir. Hazırkı işlərdə cavabdeh kimi iştirak edən Mehmed Şimşek özü bunu etiraf etmiş, MMC-nin hazırkı icraçı direktoru A.Hüseynov də həmin müqavilələri arxa tarixə tərtib etməsini etiraf etmişdir. Məhz elə bu əsasla Mehmed Şimşəkə münasibətdə iddialar təmin olunmuşdur. Bu faktın mövcudluğu istisna etmir ki, MMC-nin vəzifəli şəxsləri digər mənzillərə münasibətdə müqavilələri saxtalaşdırmamışlar. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, həmin mənzil Nərgiz Sərkərovaya məxsusdur. Lakin mübahisəli mənzilin Nərgiz Sərkərovaya məxsusluğu təsdiq olunmadığı üçün cavabdehin apellyasiya şikayəti də əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnamələrindən cavabdeh Mehmet Şimşektərəfindən verilmiş apellyasiya şikayətləri üzrə qiymətləndirmə: İddiaçılar aşağıda qeyd olunmuş müqavilələr və maliyyə arayışlarına əsasən onlara məxsus olan mənzillərə qanunsuz müdaxilənin aradan qaldırılması və qanunsuz olaraq həmin mənzillərin giriş qapısına cavabdeh Mehmet Şimşek tərəfindən quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilməsi, həmin mənzillərə dair cavabdehlər Cavabdeh MMC ilə Mehmet Şimşek arasında bağlanmış müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, Mehmet Şimşekin adına daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatın ləğv edilməsini xahiş etmişlər. X76 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 115 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxx 2012-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı; X18 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 55 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxx 2013-cü il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı; İddiaçı1 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 17-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı 89 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxxx 2012-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı; X9 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 2 saylı yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m. olan, 2 otaqlı 11 saylı mənzilə dair Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxx 2017-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı; X69 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 3 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 121 saylı mənzilə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilə və maliyyə arayışı; X78 ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin payçının razılığı ilə ləğv edilərək xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə və həmin tarixli maliyyə arayışı; Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 2 saylı yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan, 3 otaqlı 27 saylı mənzilə dair X57 ilə Cavabdeh MMC arasında əvvəlki payçı X48 ilə bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin payçının razılığı ilə ləğv edilərək xx.xx.2017-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı; X41 ilə Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanda yerləşən 1 saylı yaşayış binasının 22-ci mərtəbəsində ümumi sahəsi 101,5 kv.m olan, 2 otaqlı 96 saylı mənzilə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 317 saylı müqavilə və həmin tarixli maliyyə arayışı; Qeyd olunan mübahisəli mənzillər həmin şəxslərə məxsus olmasına baxmayaraq, sonradan həmin mənzillərin bəzilərinə dair xx.xx.2007-ci il, bəzilərinə isə xx.xx.2015-ci il tarixlərinə müqavilələr tərtib olunaraq, Mehmet Şimşekə satılmışdır. Hazırkı iki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilən həqiqi hallar ondan ibarətdir ki, yuxarıda qeyd olunan mübahisəli mənzillər Cavabdeh MMC-nin inşa etdiyi binanın tikintisinin başa çatdırılması üçün Mehmet Şimşek tərəfindən İlham Qasımova verilmiş 2 000 000 ABŞ dollarının qarşılığında Mehmet Şimşekə verilmişdir. Bu halı Mehmet Şimşek Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsində şahid qismində dindirilərkən verdiyi ifadəsində bildirmişdir. Həmin ifadədən müəyyən olunur ki, İlham Qasımova 2 000 000 ABŞ dollarının verilməsi ilə bağlı razılaşma 2011-ci ildə olmuşdur. Bu hal təsdiq edir ki, yuxarıda qeyd olunan mənzillərə dair xx.xx.2007-ci il tarixli müqavilələr saxtalaşdırılaraq, geri tarixə tərtib olunmuşdur. Eyni zamanda digər mənzillərlə bağlı xx.xx.2015-ci il tarixli müqavilələr tərtib edilməsinə baxmayaraq, iş materiallarından görünür ki, həmin mənzillər daha əvvəlki tarixli müqavilələrə əsasən digər şəxslərə satılmışdır. Müqavilələrin arxa tarixə tərtib edilməsi barədə halları həm cavabdeh Mehmet Şimşek və həm də Cavabdeh MMC-nin direktoru etiraf etmişlər. Həmçinin məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqlarının qeydiyyata alınmasına dair cavabdehin dəlili ilə bağlı qeyd edir ki, həmin qeydiyyat etibarsızdır. Belə ki, qeydiyyat üçün əsas olan müqavilələr etibarsız olduğuna görə onun əsasında Mehmet Şimşekin mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Mülki Məcəllənin 152-ci maddəsinə görə əşya üzərində sərəncam vermək hüququ mülkiyyətçiyə aid olan hüquqdur. Cavabdeh MMC-nin mənzillər üzərində sərəncam verməsi həmin maddədə müəyyən edilmiş şərtin pozulmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X23 tələbi ilə bağlı qiymətləndirmə: Həmin qətnamə ilə İddiaçı2 iddiası təmin olunmuş, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ona məxsus 2 otaqlı 31 saylı mənzilə qanunsuz müdaxilənin aradan qaldırılması və quraşdırılmış qapıların əvvəlki qapılarla əvəz edilməsi, həmin mənzilə dair hüquqların qabaqcadan qeydiyyatı barədə Mehmet Şimşekin adına aparılmış qeydiyyatın ləğv edilməsi qət olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 hazırkı tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır. Belə ki, apellyasiya icraatı zamanı X49müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Rasim Şahmalıyev bildirir ki, həmin mənzil xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ona məxsus olmuş, məhkəmə qətnaməsi ilə mənzilin onun sahibliyinə, istifadəsinə verilməsi və köçürülməsi barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən saəsi 101.5 kv.m. olan mənzilin X2 və istifadəsinə verilməsi, onun həmin mənzilə köçürülməsi qət olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunur ki, 2 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ona məxsus 2 otaqlı 31 saylı mənzilin Rasim Şahmalıyevə təhvil verilməsinə dair icra işi var. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan 1-ci instansiya məhkəməsi İddiaçı2 Mehmed Şimşekə qarşı iddiasını təmin etməkdə səhvə yol vermişdir. Belə ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunur ki, həmin mənzil Rasim Şahmalıyevə məxsusdur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X52 “müqavilələrin etibarsızlığı, qabaqcadan qeydiyyatın ləğv edilməsi və xüsusi qərardadın çıxarılması” barədə iddiasına dair qiymətləndirmə: Müstəqil tələb irəli sürən üçüncü şəxs X86 onunla "Cavabdeh” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqaviləyə əsaslanaraq, ünvan 7 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan, 3 otaqlı 12 saylı mənzilə dair X54 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilənin, Mehmet Şimşək ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız sayılması və ƏMDK yanında DƏDRX-ın Bakı şəhər X83 Şimşək adına aparılmış qabaqcadan qeydiyyatın, o cümlədən xx.xx.2017-ci il tarixli Arayışın ləğv edilməsini, həmin mənzilə onun hüquqlarının tanınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, Tapdıq Əhədovun izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq və qiymətləndirərək, belə nəticəyə gəlir ki, X54 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilə etibarsız hesab olunmalıdır. Çünki həmin müqavilə də sonradan arxa tarixə tərtib olunmuş müqavilədir. Məhkəmə kollegiyası aşağıdakı sübutları qiymətləndirmə ilə qeyd olunan qənaətə gəlmişdir. 1-ci, X54 Cavabdeh MMC ilə arasında bağlanmış müqavilənin əslini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh məhkəmədə izahat verərkən müqavilənin əslinin harada olmasını xatırlamamış və onun gah evdə olduğunu, və gah da korrupsiyaya qarşı mübarizə idarəsində olduğunu bildirərək sonradan tapıb məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 89.3. maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Tapdıq Əhədovun müqavilə və maliyyə arayışının əslinin təqdim olunması ilə bağlı izahatları ziddiyyətli olmaqla iş materialları ilə təsdiq olunmur. Belə ki, işə birinci instansiyada baxılan zaman sənədlərin əslini təqdim etdiyini, məhkəmə tərəfindən baxılaraq ona geri qaytarıldığını bildirmiş, lakin bununla bağlı iş materiallarında heç bir qeyd aparılmamışdır. Sonda bildirmişdir ki, “səhv etmirsə müqavilə və maliyyə arayışının əsilləri istintaq orqanındadır”. Göründüyü kimi qeyd olunan müqavilə və maliyyə arayışı onun mənzilə hüququnu təsdiq edən yeganə sənəd olmasına baxmayaraq, hazırda həmin sənədlərin harda olması ilə bağlı dəqiq məlumata sahib deyil. Mənzilin sahibi kimi həmin sənədlər onun özündə olmalı idi. Əgər həqiqətən istintaq orqanına təqdim etmişdirsə, bundan dəqiq məlumatı olardı. 2-ci, mənzilin alınması ilə bağlı X54 qeyri-dəqiq, ziddiyyətli izahatlar vermişdir. Birinci instansiyada işə baxılan zaman həmin mənzilin ona məxsus olması əsası ilə iddia irəli sürmüş, işə baxılarkən də iddianı müdafiə etmiş, fərqli heç bir izahat verməmişdir. Lakin apellyasiya icraatı zamanı mənzilin daxili quruluşundan məlumatsız olmasını həmin mənzilin dayısına məxsus olması, sadəcə rəsmiləşdirmənin onun adından aparılması ilə izah etmişdir. Əslində cavabdeh izahatını ona görə dəyişmidir ki, o, mənzilin daxili qurluşu barədə məlumatsız olmuşdur. Ona görə mənzilin dayısına məxsus olduğunu və bu səbəbdən mənzilin daxili qurluşu ilə maraqlanmadığını bildirmişdir. Lakin onun bu izahı da, inandırıcı olmamışdır. Çünki cavabdeh mənzilə giriş qapısını iki il əvvəl özü quraşdırdığını bildirir. Mənzil ona məxsus olmasa da, qapı quraşdırılan vaxt Tapdıq mənzilin daxili qurluşunu görməli idi. Çünki cavabdeh bildirir ki, qapını özü şəxsən quraşdırmış və həmin müddət ərzinə özü orada olmudur. 3-cü, bütün sakinlər təsdiq edirlər ki, binanın istismarı üçün pul yığaraq lifti, elektrik enerjisini və digər kommunal xidmətləri saz vəziyyətə gətirmişlər, lakin bu zaman Tapdıqı görməmişlər, həmin işlərdə Fuad iştirak etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar uzun illər boyu Fuadın müxtəlif orqanlara getdiyini, izahatlar və şikayətlər yazdığını, X63rşı mübahisə yaranan zamanı meydana çıxdığını təsdiq etmişlər. 4-cü, Tapdıq mənzili 2007-ci il tarixdən aldığını bildirsə də, binanın sakinlərindən yalnız Şaiq Məmmədovu tanıdığını, lakin Şaiq Məmmədov isə onu tanımadığını bildirmişdir. Hansıki, həmin bina və mənzillərlə bağlı çoxsaylı məhkəmə və cinayət təqibi mübahisələri mövcuddur və sakinlər demək olar mütəmadi olaraq əlaqədə olmuşlar. Eyni zamanda həmin binalarla bağlı mübahisələrin mövcudluğu mənzil sahiblərinin hamısına bəlli olmuşdur. Çünki kooperativin vəzifəli şəxsləri həbs olunmuşlar. 5-ci, X36 Cinayət Məcəlləsinin 178.3.2. və 313-cü maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işi üzrə Tapdıq Əhədov zərərçəkən şəxs kimi tanınmamış, istintaq zamanı onun adına heç bir sənəd aşkar olunmamışdır. Həmin cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə xx xxxxxx 2015-ci il tarixli qərarla müəyyən olunmuşdur ki, mübahisəli mənzil xx xxxx 2013-cü il tarixli müqaviləyə əsasən X7. X104 Cəfərovun cinayət işi üzrə uzun sürən istintaqda iştirak etmişdir. X109 bundan məlumatsız olduğunu, yalnız məhkəmə tərəfindən xüsusi qərardad çıxarıldıqdan sonra Mehmet Şimşeklə bağlı mübahisələr üzrə izahat verdiyini bildirmişdir. 6-cı, iş materiallarına əlavə edilmiş Tapdıq Əhədovun adına olan xx xxxxxxx 2007ci il tarixli müqavilənin surətindən görünür ki, onun birinci vərəqi imzalanmamış, möhür vurulmamış, yalnız ikinci vərəqi imzalanaraq möhür vurulmuşdur. Həmçinin ona məxsus maliyyə arayışının forması Cavabdeh MMC tərəfindən verilmiş iş materiallarında olan bütün digər maliyyə arayışlarından fərqlənir. Həmin arayışda tarix qeyd olunmamış, baş mühasib tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda altı bənddə qeyd olunan sübutları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Tapdıq Əhədovla bağlanmış müqavilə də, sonradan arxa tarixə tərtib edilmiş saxta müqavilələrdəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1. maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4. maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Birinci instansiyada zamanı işə baxılarkən qeyd olunan hallar araşdırılmamış, həmin mənzilə dair Tapdıq Əhədovun subyektiv hüququnun olmamasına baxmayaraq, cavabdehlər Cavabdeh MMC və Mehmet Şimşekə qarşı iddiası təmin olunmuşdur. Tapdıq Əhədovun müqaviləsi etibarlı müqavilə deyil, onun həmin müqavilədən irəli gələn tələbi təmin oluna bilməz. Buna görə də Tapdıq Əhədovun iddiası rədd olunmalı, həmin mənzilə münasibətdə müstəqil tələb irəli sürən üçüncü şəxs X52Mehmet Şimşək ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız sayılması və ƏMDK yanında DƏDRX-ın Bakı şəhər X83 Şimşək adına aparılmış qabaqcadan qeydiyyatın, o cümlədən xx.xx.2017-ci il tarixli Arayışın ləğv edilməsi hissəsində də iddia təmin olunmalıdır. AzərbaycanRespublikasıMülkiMəcəllənin178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumun “Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən mübahisəli mənzilin pay haqqı ilk dəfə X86 tərəfindən tam olaraq satın alınmış vəödənilmişdir. Bununla da o, həmin mənzil üzərində istifadə və sahiblik hüquqları əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X86Cavabdeh MMC-dən alınmış mənzilin pay haqqını tam ödədiyindən və həmin andan mənzilə dair istifadə və sahiblik hüququnu əldə etdiyindən, onun bu hüquqlarının həyata keçirilməsinə maneə olan hərəkətlər qanunsuzdur. X86 iddiasının xahiş etdi hisssində uzun-uzadı bir çox tələblər irəli sürülsə də məhkəmə kollegiyası hesab edir ki, müqavilələrin etibarsız hesab olunması, ilkin qeydiyyatın ləğv edilməsi və mənzilin ona təhvil verilməsi iddiasının təmin olunması onun mənafeyini təmin etmiş olur. Eyni zamanda kooperativin vəzifəli şəxslərinin barəsində cinayət işi qaldırılması üçün xüsusi qərardad çıxarılması məsələsinə gəldikdə isə, əslində həmin tələb iddia tələbi kimi qəbul oluna bilməz. Xüsusi qərardadın çıxarılması məhkəmənin səlahiyyətinə aid olan məsələdir (MPM 265-ci maddəsi). Hazırkı iş üzrə artıq xüsusi qərardad çıxarılmışdır, eyni məsələ ilə bağlı dəfələrlə analoji qərarlar çıxarılsa da, hüquq mühafizə orqanları həmin məsələyə qiymət verməmişlər. Kooperativdə mənzillərə dair müqavilələrin arxa tarixə tərtib olunması halları davam edir. Cavabdeh MMC-də hazırkı müqavilənin arxa tarixə tərtib olunması halının yoxlanması üçün əlavə qərardada zərurət yoxdur. Çünki artıq Mehmed Şimşeklə bağlı çıxarılmış qərardad əsasında kooperativdə baş verən bütün analoji hallara hüquqi qiymət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Mehmet Şimşekin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı2 iddiasının təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunmasın. Həmin qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Müstəqil tələb irəli sürən üçüncü şəxs X52 iddiası qismən təmin olunsun. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi X28 iddiasının təmin olunan hissəsində ləğv edilsin. X28 iddiası təmin olunmasın. X54 ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2007-ci il tarixli müqavilə, cavabdeh Mehmet Şimşək ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə etibarsız hesab olunsun və ƏMDK yanında DƏDRX-m Bakı şəhər Ərazi İdarəsində cavabdeh Mehmet Şimşəkin adına aparılmış qabaqcadan qeydiyyat ləğv edilsin. ünvan 3 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 5-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan, 3 otaqlı 12 saylı mənzil X70 təhvil verilsin. Qətnamələr qalan hisədə dəyişdirilmədən saxlansın, apellyasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-169/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-169/2019
17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver