Məhkəmə qərarları › İş №2(103)-1690/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1690/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1690/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədova (sədirlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadından Cavabdeh2 verdiyi şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin öz əşyaları ilə birlikdə mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X4 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlunun və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzildən çıxarılmaları və ona məxsus olan ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1, “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilə çəkdiyi zərərin əvəzi olaraq 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 40.000 (qırx min) manat məbləğində vəsaitin, qarşılıqlı iddia tələbinin qaldırılması üçün onun tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qətnaməsi ilə ilkin iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 (azyaşlı olan qızı X4 ilə birlikdə), Cavabdeh2 Mirzə oğlunun və Cavabdeh3 özlərinə məxsus əşyaları ilə birlikdə iddiaçıya məxsus olan ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzildən çıxarılmaları, ünvan 1 ünvanında “Dərəçiçək” Mənzil-Tikinti Kooperativi tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 13-cü mərtəbəsində yerləşən 178,4 kv.metr sahəsi olan 84 nömrəli (əvvəlki nömrəsi 78) mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilin təmirinə çəkilmiş xərcin və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi müəyyən edilmişdir. Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən xx xxxxx 2019-cu il tarixdə apelyasiya şikayəti verilərək, müvafiq qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş müvafiq apelyasiya şikayəti ilə birlikdə baxılması üçün xx xxx 2019-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli məktubu ilə Cavabdeh3 tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. xx xxxx 2019-cu il tarixdə müvafiq məktub əsasında mülki iş məhkəmə baxışından çıxarılmış və xx xxxx 2019-cu il tarixdə müvafiq məhkəməyə göndərilmişdir. Müvafiq mülki iş xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasına daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilərək, apelyasiya şikayətinə baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadı ilə Maraqlı şəxs onun üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən onun tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxx 2019cu il tarixli, 2(005)-190/2019 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)- 13035/2019 nömrəli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 13035/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli 2(103)- 13035/2019 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə Maraqlı şəxs tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14068/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 14068/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14068/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə Cavabdeh3 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)- 14068/2019 nömrəli qərardadı ilə müvafiq məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(103)-14068/2019 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14068/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020ci il tarixli 2(102)-4787/2020 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-14068/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və onun vəkili X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, müvafiq qətnamə Cavabdeh1 aid mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh2 aid hissədə isə ləğv edilməsi qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməmiş hesab edilərək, həmin qətnamədən verilən apelyasiya şikayətinin sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün aidiyyəti üzrə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş, qeyd edilən ərizəyə müvafiq apelyasiya şikayətini əlavə etmişdir. Cavabdeh2 müvafiq ərizəsini onunla əsaslandırmışdır ki, dünya ölkələrinin səhiyyə sistemləri və qlobal iqtisadi dəyər zəncirinə dağıdıcı zərbə vurmuş COVİD-19 koronavirusu (pandemiya) ilə əlaqədar, həmçinin məhkəmə sisteminin işləməməsi ilə bağlı apelyasiya şikayətinin verilməsi hazırkı vaxta təsadüf edilmişdir. Belə ki, məhkəmə qətnaməsi onun ərizəsi əsasında ona göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinin tələblərindən də göründüyü kimi, hər hansısa bir müddətin ötməsi üçün məhkəmə sənədinin həmin şəxsə rəsmi olaraq çatdırılması zəruridir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-190/2019 nömrəli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılmamış hesab edilməsinə dair ərizəsinin təmin edilməməsi, Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 190/2019 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılmış hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)-190/2019 nömrəli qətnaməsindən verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-190/2019 nömrəli qərardadından xx xxxxxx 2020-ci il tarixdə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadı ilə şikyət təmin edilməmiş və şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək sözügedən qətnamədən Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayətinə baxılması üçün işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırkı mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün, verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi ilkin olaraq apellyasiya şikayətini yoxlayır və həmin maddədə göstərilən hallarda apellyasiya şikayətini geri qaytarmaq səlahiyyətinə malikdir; 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və həmin maddənin tələblərinə cavab verən apellyasiya şikayətini işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-190/2019 nömrəli qərardadından Cavabdeh2 verdiyi apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 363, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 190/2019 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar