Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1691/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Elmanovnovnaya qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə X5 25 yanvar 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmiş, nikahlarından xx.xx.2005-ci il tarixdə Aişə, xx.xx.2015-ci il tarixdə Aliyə, xx.xx.2008-ci il tarixdə Aslan adını verdikləri uşaqları dünyaya gəlmişdir.
2. Cavabdeh ilə "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) arasında xx.xx.2010-cu il tarixdə "xxxx" müqavilə bağlanmış, müqaviləyə görə MTK, ünvan 1 ünvanında inşa edəcəyi binadakı 42 saylı 3 otaqlı mənzili Cavabdeh təhvil verməyi, Cavabdeh isə mənzilin müəyyən olunmuş dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
3. "xxxx" MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh qeyd olunan mənzilə görə pay haqqını tam ödəmişdir.
4. ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil xx.xx.2020-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış, bu barədə müvafiq reyestr çıxarışı verilmişdir.
5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsi əsasında pozulmuş, onların nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X4 isə İddiaçı yanında qalmaları müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. Həsənov İddiaçı Elvira Elmanovnaya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 3 ünvanında yerləşən 42 №-li mənzilə ½ hissədə onun, ½ hissədə Cavabdeh payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2004-cü ildə nikaha daxil olmuş, nikahlarından üç uşaqları dünyaya gəlmiş, nikahları 2021-ci ildə pozulmuşdur. Birgə nikahları dövründə ünvan 3 ünvanında yerləşən 42 №-li mənzili əldə etmiş, mənzil 25 yanvar 2020-ci il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır. Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakdan onun payına düşən hissəni verməkdən boyun qaçırır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ünvan 3, mənzil 42 tərəflərin birgə nikahları dövründə, yəni xx.xx.2020-ci il tarixdə əldə edildindən və onların ümumi birgə mülkiyyəti hesab olunduğundan, iddiaçı həmin əmlak üzərində payların müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
10. Mövqeyini əsaslandırarkən məhkəmə, Ailə Məcəlləsinin 32-ci, 36-cı, 37-ci, Mülki Məcəllənin 225.1-ci maddələrinə istinad etmişdir.
11. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və mənzil üzərində Cavabdeh 2/3, iddiaçının 1/3 hissədə paylarının tanınması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə Cavabdeh himayəsində qalmış iki yetkinlik yaşına çatmayan qız uşağının mənafeyini, həmin uşaqların qayğılarının anaları tərəfindən çəkildiyini nəzərə almamış, bununla da Ailə Məcəlləsinin 37.2-ci maddəsini düzgün tətbiq etməmişdir.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
12. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı isə şikayətin əsassız olduğunu və qətnamənin dəyişdirilməməli olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
14. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
15. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir
16. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
20. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
21. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, bu xahiş əslində qətnamənin dəyişdirilməsinə, yəni əmlak üzərində payların qeyri-bərabər nisbətdə müəyyənləşdirilməsinə yönəlmişdir və bu səbəblə də apellyasiyanın həddi məhz bu kontekstdə nəzərə alınacaqdır.
25. Bununla yanaşı qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsi).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
26. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
28. ünvan 2 ünvanında yerləşən 42 saylı mənzilin tərəflərin nikahda olduqları dövrdə əvəzli əqd əsasında əldə edildiyi işin mübahisələndirilməyən halıdır. Bu baxımdan kollegiya, sözügedən əmlakın tərəflərin birgə mülkiyyəti olması ilə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
29. Həmin əmlakın bərabər hissələrdə bölünməməli olması ilə bağlı cavabdehin arqumentlərini kollegiya əsassız hesab edir; belə ki, birincisi, qanunvericilik yetkinlik yaşına çatmamış uşaqların (uşaqlardan ikisinin) tərəflərdən biri ilə yaşamasını payların qeyri-bərabər bölünməsi üçün mütləq əsas kimi nəzərdə tutmamışdır; ikincisi isə, İddiaçı üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi müəyyən olunmamışdır. Uşaqlardan ikisinin cavabdehin himayəsində olmasının onun payının müəyyənləşdirilməsində əhəmiyyət kəsb edən faktor olduğunu qəbul etsə də, kollegiyanın qənaətinə görə, cavabdehin digər diqqətəlayiq mənafeyi müəyyən olunmadan yalnız uşaqların mənafeyi nəzərə alınaraq bölgünün onun təklif etdiyi qaydada qeyri-mütənasib aparılması ədalətli deyildir və əmlaka tərəflərin 1/2 hissədə paylarının müəyyən edilməsi işin hallarına daha uyğundur.
30. Bu zaman həm də nəzərə alınmalıdır ki, tərəflərin nikahları pozularkən uşaqlardan ikisi analarının (cavabdehin), biri isə atasının (iddiaçının) himayəsində saxlanılmışlar.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3797/2022 saylı iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə