Məhkəmə qərarları › İş №2(103)-1695/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1695/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1695/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İbrahimov Rəşad İbrahimxəlil oğlunun katibliyi ilə, İlk iddia üzrə İddiaçı, onun vəkili Heydərov Nemət Əliş oğlunun, ilk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə oğlunun, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Abbasova Sara Ağamirzə qızının iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh MMC, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilk iddia qismən təmin edilərək, 2019-cu ilin mart ayından başlayaraq müqavilə üzrə mənzillər verilənədək xx.xx.2018-ci il tarixli, 97 saylı müqavilə üzrə hər təqvim ayı üçün 500 manat və xx.xx.2018-ci il tarixli, 98 saylı müqavilə üzrə hər təqvim ayı üçün 500 manat olmaqla, cəmi hər təqvim ayı üzrə 1000 manat kirayə pulunun Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli A-003/19 saylı bildirişin etibarsız (qanunsuz) hesab edilməsi qət edilmişdir. İlk iddia qalan hissədə, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı, X6, X7, X8 və X10 mübahisə predmeti barədə barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər göstərilməklə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi, mübahisə predmeti barədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı qarşı, Cavabdeh MMC mübahisə predmeti barədə barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs göstərilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İşin materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti xx.xx.2016-cı il tarixdə «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərar qəbul edilmiş və həmin Qərarla mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən tikililərin, o cümlədən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərin sökülməsi qərara alınmışdır. Göstərilən qərara əsasən Nizamnaməsi 2010-cu ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan bir mərtəbəli yaşayış evinin sökülməsi və həmin ərazidə hündürmərtəbəli yaşayış binasının inşa olunub oradan sökülmüş binanın sakinlərinə təmirli mənzillərin verilməsi və binanın tikintisinin başa çatana kimi həmin sakinlərə kirayədə yaşamaq üçün pul vəsaitinin verilməsi barədə müqavilələr bağlanmışdır. Cavabdeh MMC tərəfindən xx xxxx 2018-ci il tarixdə sökülmüş binanın sakini İddiaçı oğunun yeni tikiləcək binada 2 və 3 otaqdan ibarət iki mənzillə təmin olunması barədə müqavilələr bağlanmış və həmin müqavilələrdə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayışməqsədi ilə hər bir mənzilə görə ona aylıq 500 manat məbləğində haqq ödəniləsi nəzərdə tutulmuşdur.İlk bir ilin kirayə haqqı kimi MMC tərəfindən İddiaçı birdəfəlik 12000 manat ödənilmiş, 2019-cu ilin mart ayından kirayə haqqının MMC tərəfindən ödənilməsi dayandırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC iddiaçıya onun tərəfindən əvvəlki mənzilin mülkiyətçisi olmasını təsdiq edən sənədin təqdim edilməsini və həmin ünvana dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasını əsas göstərməklə onunla bağlanmış müqavilələrin etibarsız olması və ödənilmiş 12000 manatın geri tələb olunması barədə ona bildiriş göndərilmişdir. 2019-cu ilin iyun ayında İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş evin valideynlərindən ona miras qalmaqla onun evə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və adına Dövlət Reyestrindən Çıxarışın verilməsini əsas göstərməklə Cavabdeh MMC-dən 2019-cu ilin mart, aprel, may, iyun ayları üçün aylıq kirayə haqqları kimi cəmi 4000 manatın, dəymiş mənəvi zərərə görə 5000 manatın tutulması və bildirişin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh MMC qarşılıqlı iddia verərək, İddiaçı sökülmüş evə mülkiyyət hüququnun olmasına dair Reyesrlən Çıxarışın məhkəməyə təqdim etməsini və bununla əlaqədar onunla bağlanmış müqavilələrin etibarsız hesab edilməsini, ona ödənilmiş 24000 manatın İddiaçı tutulmalı olmasını, sökülmüş evə başqalarının da pay hüquqlarının olmasını, evin sökülməsi ilə əlaqədar İddiaçıevə dair dövlət qeydiyyatının da ləğv edilməli olmasını və s. əsas göstərməklə İddiaçı 24000 manat tutularaq Cavabdeh MMC-nə ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, 56 saylı fərdi yaşayış evinə dair dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə müvafiq hərəkətlərin aparılmasının Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC sonradan iddia tələbini dəqiqləşdirərək İddiaçı yalnız 24000 manatın tutulması xahiş edilmişdir. Mübahisə predmeti barədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 cavabdeh İddiaçı qarşı, Cavabdeh MMC mübahisə predmeti barədə barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs göstərilməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sökülmüş evin paylı mülkiyyətçisi olmasını, lakin buna baxmayaraq həmin evin üzərində oun razılığı olmadan sərəncam verilməsini əsas göstərməklə, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən digər üçüncü şəxs X8 cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin payçısı olmasına baxmayaraq MMC tərəfindən evin tam mülkiyyətçisi kimi İddiaçıla onun razılığı olmadan müqavilə bağlanmasını və s. əsas göstərməklə, İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbləri üzrə işə baxan birinci instanisya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X8 qətnamədən apellyasiya şikayəti verərək, mübahisəli tikilinin paylı mülkiyyətdə olmasına baxmayaraq evə dair müqavilələrin digər paylı mülkiyyətçilərin, o cümlədən onun razılığı olmadan bağlanmasını nəzərə alınmadan iddiasının rədd olunmasını və s. əsas gösiərməklə qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi, onun iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Qətnamədən eyni zamanda mübahisə predmeti barədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayəti verərək, ümumi paylı mülkiyyətdə olan evə dair oun razılığı olmadan Aydın Məmədli tərəfindən müqavilə bağlanmasını əsas göstərməklə, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin müqavilələrin etibarsız hesab edilməli olmasını əsas göstərməklə, qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi, onun iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nə qarşı iddiasının rədd edilməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı 24000 manat məbləğində pulun qaytarılması barədə qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Sədrlik edənin məruzəsini dinləyib, mövqelərini müdafiə edən tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətilərinin dəlillərini ayrı-ayrılqda müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunaraq, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6, X7, X8 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi göstərilməklə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və X5 cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddialarının təmin olunaraq, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 saylı və xx.xx.2018-ci il tarixli 98 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi İddiaçı iddia tələbini qismən təmin edib 2019cu ilin mart ayından həmin müqavilələr üzrə Cavabdeh MMC-dən oun xeyrinə hər təqvim ayı üçün 1000 manat pulun tutulması barədə nəticəyə gələrkən tərəflər arasında bağlanmış müqavilələrdə Cavabdeh MMC-nin İddiaçı aylıq kirayə haqqı kimi hər müqavilə üzrə 500 manat ödəyəcəyi barədə üzərinə öhdəlik götürməsinə istinad etmişdir.Məhkəməyə görə Cavabdeh MMC 2019-cu ilin mart ayından iddiaçıya aylıq kirayə haqqını dayandırdığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik münasibətlərini tənzimləyən 385.1, 386.1, 427.3, 442, 445 və 448.1-ci maddələrinin tələblərinə müvafiq olaraq Cavabdeh MMC tərəfindən ödənilməli olan məbləğ ondan tutulmalı və xx xxxxxx 2019-cu il tarixli bildiriş qanunsuz odluğundan etibarsız hesab edilməlidir.Mənəvi zərərin tutulmasına dair hissədə iddianı rədd edərək, məhkəmə İddiaçı cavabdehin hərəkəti nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini və bununla əlaqədar ona mənəvi zərər dəyməsini sübuta yetirməməsini əsas göstərmişdir. Cavabdeh MMC-nin qarşılıqlı iddia tələbini rədd edərkən birinci instansiya məhkəməsi bundan əvvəl İddiaçı iddia tələbinin təmin olunmasını və tələb etdiyi pul məbləğinin müqavilə öhdəliklərinin icrası ilə əlaqədar ödəməsini əsas göstərmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X5 xx xxxx 2018-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsinə dair iddialarını rədd edərkən məhkəmə Cavabdeh MMC tərəfindən onlarla da mənzillə təmin olunacaqları barədə müqavilələrin bağlanmasını və belə vəziyyətdə onların həmin iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmmalarını əsas gösərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu, A.Qurbanov küçəsində yerləşən 56 saylı fərdi yaşayış evini ümumi sahəsi 113, 3 kv.m təşkil etməklə paylı mülkiyyət hüququ ilə 7 nəfərə məxsusdur. Hazırkı iş üzrə 3-cü şəxslər X4 və X5 hər birinin ümumi əmlakdakı payı 60/540 hissə təşkil etməklə onların mülkiyyət hüquqları müvafiq olaraq 06 və xx xxxxxx 2017-ci il tarixlərdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə ilk iddia üzrə İddiaçı isə ümumi mülkiyyətdəki payı 9/45 hissə təşkil etməklə onun ülkiyyət hüquq xx xxx 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin evə dair Cavabdeh MMC ilə müqavilələr isə Aydın Məmədli tərəfindən xx xxxx 2018-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin ətnaməsini İddiaçı başqa mübahisənin bütün digər iştirakçıları apellyasiya şikayəti verməklə mübahisələndirdiklərindən və şikayətlərində qətnamənin ləğv edilməsini tələb etdiklərindən, kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. İş üzrə 3-cü şəxslərin iddia tələblərində mübahisəyə səbəb olmuş 97 və 98 saylı müqavilələrin etibarsızlığı tələb olunduğundan, kollegiya hesab edir ki, ilk növbədə həmin müqavilələrin qanuniliyinə və əsaslığına qiymət verilməlidir. İşdən göründüyü kimi, mübahsəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında bir neçə nəfərə məxsus olmasına baxmayaraq ilk iddia üzrə İddiaçı ilə digər payçıların xəbəri və razılığı olmadan evin tam mülkiyyətçisi kimi ona iki mənzilin verilməsi barədə iki müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Halbu ki, həmin müqavilələr bağlanan zaman İddiaçı mübahisəli evin nəinki tam mülkiyətçisi kimi, paylı mülkiyyətçi kimi belə hüquqları dövlət qeydiyyatına alınmamışdır.Müqavilələr 2018-ci ilin mart ayında bağlandığı halda, İddiaçı evə paylı mülkiyyət hüququ xx xxx 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göstərilən vəziyyətdə evin digər payçıları olan X4 və X8 özlərinə məxsus əmlak üzərində sərəncam vermək hüququndan məhrum olunmuş və onlara məxsus əmlak üzərində qanunun yuxarıda göstərilən normanın və Mülki Məcəllənin 152-ci maddəsinin ziddinə olaraq İddiaçı tərəfindən sərəncam verilmişdir.Nəticədə isə digər paylı mülkiyyətçilər normal qaydada və şəraitdə Cavabdeh MMC ilə evin sökülməsinə razılıq verilməsi, paylarına uyğun mənzillə təmin olunmaları və Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilən layihə üzrə müəyyən olunmuş güzəştlərdən istifadəsi ilə əlaqədar danışıqlar aparmaq imkanını itirmişlər. Cavabdeh MMC ilə 3-cü şəxslər arasında 2019-cu iln yanvar, fevral aylarında müqavilələr bağlansa da,həmin müqavilələr iddiaçı ilə bağlanmış müqavilələrdən fərqli şəkildə bağlanmaqla əlavə mənzil sahəsinin verilməsi, kirayə haqqlarının ödənilməsi və s. mühüm şərtlər sonrakı müqavilələrdə nəzərdə tutulmamış və 3-cü şəxslər layihədə nəzərdə tutulmuş güzəştli şərtlərdən istifadə edə bilməmişlər. Beləliklə evin bütün payçıları ilə bir vaxtda müqavilələrin bağlanmaması 3-cü şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Cavabdeh MMC ilə Aydın məmədli arasında xx xxxx 2018-ci il tarixli 97 və 98 saylı müqavilələrin bağlanması zamanı Mülki Məcəllənin 215.5-ci maddəsində müəyyənləşdirilmiş şərtlər pozulduğundan, məhkəə kollegiysı hesab edir ki, X4 və X5 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 2018-ci il tarixli müqavilələr qanun pozuntusu ilə bağlanmaqla həmin pozuntular müqavilənin etibarsız sayılması üçün tam əsas verir. 3-cü şəxslərlə, onların paylı mülkiyyətində olan və söküldükdən sonra ilk iddia üzrə iddiaçı ilə bağlandığı vaxtdan təxminən bir il keçdikdən sonra müqavilələrin bağlanması İddiaçı ilə bağlanmış müqavilələrin qanuni sayılması üçün əsas vermədiyndən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu barədə olan dəlilini əsassız sayır. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsaslanaraq Cavabdeh MMC-dən onun xeyrinə 2019-cu ilin mart ayından aylıq kirayə haqqlarının ödənilməsi və xx xxxxxx 2019-cu il tarixli bildirişin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. İddiaçı istinad etdiyi xx xxxx 2018-ci il tarixli müqavilələr qanun pozuntusu ilə bablanmaqla etibarsız olduğundan, məhkəmə kollegiya hesab edir ki, Cavabdeh MMCdən həmin müqavilələr üzrə öhdəliyin icrasının tələb edilməsi əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar bildirişin tibarsız sayılması üçün iddia qaldırmaq hüququ verən əsaslar aradan qalxmış olduğundan, qətnamə həmin hisədə də əsaslı sayıla bilməz. Digər tərəfdən Cavabdeh MMC İddiaçı paylı mülkiyyətində olan fərdi yaşayış evini sökməklə sonuncunu kirayədə yaşamaq və kirayə haqqı ödəmək məcburiyyəti qarşısında qoyduğundan, İddiaçı kirayə haqqı kimi ödənilmiş pulun geri tələb edilməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanış müqavilələrin etibarsız sayılması paylı mülkiyyətdə olan sökülmüş evin əvəzi kimi ona yeni mənzilin verilməsi və bununla əlaqədar onların arasında (Cavabdeh MMC ilə Məmədli Aydınla və 3-cü şəxslər arasında)əvvəlki şərtlərlə yeni müqavilələrin bağlanması imkanını aradan qaldırmır. İddiaçı və 3-cü şəxslərlə yeni müqavilələr bağlanarkən kirayə haqqı kim ödənilmiş pul məbləğləri isə Cavabdeh MMC-nin ilk iddia üzrə iddiaçı qarşısında icra edilmiş öhdəlik kimi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384.0.2, 393, 405-ci maddəlarini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İlk iddia üzrə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X8 və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-nə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6, X7, X8 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi göstərilməklə ödənilmiş məbləğin geri qaytarılması, əmlakın qeydiyyatının ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 və X5 cavabdeh İddiaçı və Cavabdeh MMC-nə qarşı müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli bağlanmış 97 saylı və xx.xx.2018-ci il tarixli 98 saylı müqavilələr etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar