Məhkəmə qərarları › İş №2(103)-1696/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1696/2020

10.03.2020 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1696/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «qeyri-yaşayış sahəsindən küçəyə giriş-çıxışın verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-3273/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «qeyri-yaşayış sahəsindən küçəyə giriş-çıxışın verilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, «xxxxxxxx» MTK-ya məxsus Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən və ona ayrılmış 36 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh1 məxsus olan qeyri-yaşayış sahəsindən yaşayış binasının layihə-smeta sənədlərinin tələbinə uyğun olaraq, binanın fasad hissəsində göstərilmiş eskizə görə mövcud çöl qapıdan müştərək qaydada istifadə hüququnun əldə edilməsi, eyni zamanda mövcud (küçə) qapıdan istifadəyə cavabdeh tərəfindən süni maneələrin yaradılmaması öhdəliyinin sonuncunun üzərinə qoyulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 3273/2019 saylı qətnaməsi ilə (hakim Emin Mehtiyev) iddia təmin olunmamışdır. İddiaçı tərəf birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, mübahisənin həlli ilə bağlı aralarında müvafiq razılığın əldə olunduğunu, bu səbəbdən də iddiaçının iddiadan imtina etdiyini göstərmiş, barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitamverilməsinixahişetmişlər. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını, barışıq sazişini və sazişinin təsdiq olunması, bununla bağlı iddiadan imtina barədə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-3273/2019 saylı qətnaməsi ləğv olunaraq, mülkiiş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş xx xxxx 2020-ci il tarixli barışıq sazişinin şərtlərinə görə; 1) İddiaçı və Cavabdeh1 sahiblik və istifadə hüququ ilə onlara məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahələrini birgə istifadə etməyi öz öhdələrinə götürürlər və həmin qeyri-yaşayış sahələrini birlikdə icarəyə vermək barədə razılığa gəlirlər. 2) Qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə olunan gəlir aralarında bərabər (50 %-50%) bölünür. 3) Hər bir tərəf özünə məxsus qeyri-yaşayış sahəsinin kommunal (qaz, işıq və su) sayğaclarını öz hesabına quraşdırır və öz adına rəsmiləşdirir. Lakin, sayğaclar üzrə hesablanmış kommunal xərclər toplanaraq proporsional (hər bir tərəfin payına uyğun olaraq) bölünür. 4) Tərəflər birlikdə icarəyə verilən qeyri-yaşayış sahələrinin icarəyə götürmək istəyən şəxslə birlikdə görüşür və ümumi icarəyə verilən sahənin qiyməti ilə bağlı birlikdə qərar qəbul edirlər. 5) Qeyri-yaşayış sahələrinin icarəsi ilə əlaqədar olaraq yaranmış mübahisələrə görə tərəflər birgə, lakin paylarına uyğun olaraq məsuliyyət daşıyır. 6) Saziş hər iki tərəfin qeyri-yaşayış sahəsi tam təmir edildikdən sonra qüvvəyə minir. Təmir işləri digər tərəfin öz sahəsindən istifadəyə mane olmamalıdır. 7) Barışıq sazişi üç nüsxədə tərtib olunur. Sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi tərəflərdə qalır. Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1cimaddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı «qeyri-yaşayış sahəsindən küçəyə giriş-çıxışın verilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun: 1) İddiaçı və Cavabdeh1 sahiblik və istifadə hüququ ilə onlara məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 97 saylı yaşayış binasının 2-ci girişinin yarımzirzəmisində yerləşən qeyri-yaşayış sahələrini birgə istifadə etməyi öz öhdələrinə götürürlər və həmin qeyri-yaşayış sahələrini birlikdə icarəyə vermək barədə razılığa gəlirlər. 2) Qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə olunan gəlir aralarında bərabər (50 %-50%) bölünür. 3) Hər bir tərəf özünə məxsus qeyri-yaşayış sahəsinin kommunal (qaz, işıq və su) sayğaclarını öz hesabına quraşdırır və öz adına rəsmiləşdirir. Lakin, sayğaclar üzrə hesablanmış kommunal xərclər toplanaraq proporsional (hər bir tərəfin payına uyğun olaraq) bölünür. 4) Tərəflər birlikdə icarəyə verilən qeyri-yaşayış sahələrinin icarəyə götürmək istəyən şəxslə birlikdə görüşür və ümumi icarəyə verilən sahənin qiyməti ilə bağlı birlikdə qərar qəbul edirlər. 5) Qeyri-yaşayış sahələrinin icarəsi ilə əlaqədar olaraq yaranmış mübahisələrə görə tərəflər birgə, lakin paylarına uyğun olaraq məsuliyyət daşıyır. 6) Saziş hər iki tərəfin qeyri-yaşayış sahəsi tam təmir edildikdən sonra qüvvəyə minir. Təmir işləri digər tərəfin öz sahəsindən istifadəyə mane olmamalıdır. 7) Barışıq sazişi üç nüsxədə tərtib olunur. Sazişin bir nüsxəsi məhkəmədə, qalan iki nüsxəsi tərəflərdə qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 3273/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar