Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1696/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının, X2, İddiaçı2 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə iddia tələbi təmin edilmişdir.Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmurunun “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2016-cı il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.5 -ci maddəsinə əsasən tam icra olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı X5 ərizə ilə müraciət edərək icra sənədinin təzələnərək yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə icra sənədinin təkrarən icra edilməsi üçün göndərilməsi barədə tələbkar Allahverdiyeva (Abasova) Mətanət Mirzə qızının ərizəsi təmin edilməmişdir. İddiaçı X5 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 7566/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 saylı 20 sentyabr 2024cü il tarixli qərardadı ilə iddiaçı X5 tərəfindən verilmiş təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6023/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 saylı 20 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün mülki işin Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X5 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024- cü il tarixli qərardadının ləğv edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2016-cı il tarixli 2(003)-7566/2016 nömrəli icra vərəqəsi yenidən icraya yönləndirilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh X4 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Aşağıdakılara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti o zaman apellyasiya instansiyası məhkəməsinə göndərə bilər ki, birinci instansiya məhkəməsi tərəfindən qərardada baxsın və dəyişdirilmədən saxlanılsın. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan maddənin ziddinə olaraq verilmiş şikayətə ilk növbədə özü baxıb müvafiq qərar qəbul etməli olduğu halda şikayəti birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Ona görə də, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əməl edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-7566/2016 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməklə Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə əsasən baxılması üçün iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1696/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1696/2025
14.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver