Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-17/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)-2121/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsi olmaqla) qarşı “torpaq sahəsinin üzərində inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 06/31 nömrəli, 17 mart 2006cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 600 (altı yüz) kv.m torpaq sahəsinin Cavabdeh zəbt edilmiş 300 (üç yüz) kv.m. torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa etdiyi tikilinin cavabdehin hesabına sökülərək, torpaq sahəsinin boşaldılaraq ona qaytarılması, ödədiyi dövlət rüsumunun ondan tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)-2121/2018 saylı qətnaməsi ilə (sədrlik edən-Rzayev Abbas) iddia təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06/31 nömrəli, 17 mart 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün o, İddiaçı Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün verilmiş 600 (altı yüz) kv.m. torpaq sahəsinin Cavabdeh zəbt edilmiş 300 (üç yüz) kv.m torpaq sahəsinin üzərində inşa etdiyi tikilinin cavabdehin hesabına sökülərək, torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması qət edilmişdir. Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)- 2121/2018 saylı qətnaməsindən apellyasiya şikayət verilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qəsmən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert rəyi əldə edilmiş, lakin qərardadla ekspert qarşısına qoyulmuş birinci və ikinci suallar cavablandırılmadığından, məhkəmə kollegiyasının 13 oktyabr 2023-cü il tarixli qərardadı ilə yenidən ekspertiza təyin edilərək, rəy alınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)-2121/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatında xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X3 apellyasiya icraatında xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş üzrə üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətindən imtina barədə ərizəni müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı, cavabdeh tərəfin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Göründüyü kimi, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Kollegiya həmçinin hesab edir ki, iş üzrə apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(001)- 2121/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-17/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-17/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver