Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1700/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh10 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(008)-56/2020 saylı qətnaməsindən Cavabdeh10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QSC iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 02R000026155 saylı kredit razılaşması üzrə 8931,72 ABŞ dolları məbləğində əsas kredit borcu, 4393,89 ABŞ dolları məbləğində faiz borcu və 8542,68 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21868,29 ABŞ dolları; 02R000032548 saylı kredit razılaşması üzrə isə 52004,75 ABŞ dolları məbləğində kredit borcu, 26510,43 ABŞ dolları məbləğində faiz borcu və 52308,23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 130823,41 ABŞ dolları; iki müqavilə üzrə ümumilikdə cəmi 152691,7 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 152691,7 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutulması; Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh10, X1, X2, Cavabdeh11, X3, X5, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh10 "xxxx" QSC ilə bağladığı 27.04.2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları 26.10.2015-ci il tarixli 02L000005533 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 198 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh10 "xxxx" QSC ilə bağladığı 22.02.2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.04.2015-ci il tarixli 02R000026155S saylı, 28.10.2015-ci il tarixli 02R000026155SA saylı, 11.03.2016-cı il tarixli 02R000026155SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh10 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.04.2016-cı il tarixdən banka qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(008)- 56/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı "xxxx" QSC-nin xeyrinə, Cavabdeh10 22 fevral 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması üzrə 8836,47 ABŞ dolları əsas borc, 4393,89 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 13530,36 ABŞ dolları, 29 aprel 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması üzrə 51937,61 ABŞ dolları əsas borc, 26510,43 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 78948,04 ABŞ dolları, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 92478,4 ABŞ dolları məbləğində borc, iddia ərizəsinə görə 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh10 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində yerləşən 8a saylı fərdi yaşayış evinə yönəlməsi, həmin evin 80000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına iddiaçıya ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 92478,4 ABŞ dolları məbləğində borcun, iddia ərizəsinə görə 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh10 tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh10, X1, X2, Cavabdeh11, X3, X5, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin evi boşaldaraq evdən çıxarılması və evin alıcıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun kredit borcunu birdəfəlik ödəməyə imkanı yoxdur. Həmçinin hesablanmış faizlər həddindən artıq şişirdilmişdir. İş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilsə də, borcun məbləği düzgün müəyyən edilməmiş, etdiyi ödənişlərə baxmayaraq ödəniş cədvəlləri düzgün araşdırılmadan rəy verilmişdir. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(008)-56/2020 saylı qətnaməsi Cavabdeh10 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh10 arasında bağlanmış 27 aprel 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsindən görünür ki, bank cavabdehə 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. Yenə "xxxx" QSC ilə Cavabdeh10 arasında bağlanmış 22 fevral 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşmasından görünür ki, bank cavabdehə aylıq 1,5833 faiz dərəcəsi ilə 36 ay müddətinə 24500 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh10 22 fevral 2013-cü il tarixdə 24500 ABŞ dolları məbləğində nağd pul verilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndindən və ona əlavə edilmiş ödəniş planından görünür ki, cavabdeh 22 mart 2013-cü il tarixdən başlayaraq bankdan götürdüyü kredit məbləğini əsas və faiz borcları şəklində hər ay banka 900,89 ABŞ dolları (sonuncu ay – 900,74 ABŞ dolları) ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17 aprel 2015-ci il tarixli 02R000026155S saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında 27 aprel 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə 22 fevral 2013-cü il tarixdə bağlanmış 02R000026155 kredit razılaşmasının ayrılmaz hissəsi olan 22 fevral 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 17 aprel 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 28 oktyabr 2015-ci il tarixli 02R000026155SA saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında 27 aprel 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə 22 fevral 2013-cü il tarixdə bağlanmış 02R000026155 kredit razılaşmasının ayrılmaz hissəsi olan 22 fevral 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 28 oktyabr 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 11 mart 2016-cı il tarixli 02R000026155SB saylı sazişin 1-ci bəndindən görünür ki, bankla kredit alan arasında 27 aprel 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə 22 fevral 2013-cü il tarixdə bağlanmış 02R000026155 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 11 mart 2016-cı il tarixdən aylıq 1,5% dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 11 mart 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. Bundan başqa, "xxxx" QSC ilə Cavabdeh10 arasında bağlanmış 29 aprel 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşmasından görünür ki, bank cavabdehə aylıq 1,5833 faiz dərəcəsi ilə 24 ay müddətinə 89000 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh10 29 aprel 2014-cü il tarixdə 89000 ABŞ dolları məbləğində nağd pul verilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndindən və ona əlavə edilmiş ödəniş planından görünür ki, cavabdeh 02 iyun 2014-cü il tarixdən başlayaraq bankdan götürdüyü kredit məbləğini əsas və faiz borcları şəklində hər ay banka 4505,97 ABŞ dolları (sonuncu ay - 4505,96 ABŞ dolları) ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17 aprel 2015-ci il tarixli 02R000032548S saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında 27 aprel 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə 29 aprel 2014-cü il tarixdə bağlanmış 02R000032548 kredit razılaşmasının ayrılmaz hissəsi olan 29 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 17 aprel 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 27 oktyabr 2015-ci il tarixli 02R000032548SA saylı sazişin 1-ci və 2-ci bəndlərindən görünür ki, bankla kredit alan arasında 27 aprel 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə 29 aprel 2014-cü il tarixdə bağlanmış 02R000032548 kredit razılaşmasının ayrılmaz hissəsi olan 29 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu Sazişə əlavə olunan 27 oktyabr 2015-ci il tarixli ödəniş planına (yeni ödəniş planı) uyğun olaraq dəyişdirilmişdir, kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 11 mart 2016-cı il tarixli 02R000032548SB saylı sazişin 1-ci bəndindən görünür ki, bankla kredit alan arasında 27 aprel 2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsi üzrə 29 aprel 2014-cü il tarixdə bağlanmış 02R000032548 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 11 mart 2016-cı il tarixdən aylıq 1,5% dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 11 mart 2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, Cavabdeh10 "xxxx" QSCyə 22 fevral 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması üzrə 04 sentyabr 2018-ci il tarixinə 8931,72 ABŞ dolları əsas borc, 4393,89 ABŞ dolları faiz borcu və 8542,68 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 21868,29 ABŞ dolları məbləğində, 29 aprel 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması üzrə 04 sentyabr 2018-ci il tarixə 52004,75 ABŞ dolları əsas borc, 26510,43 ABŞ dolları faiz borcu və 52308,23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 130823,41 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 aprel 2019-cu il tarixli 30277 №-li rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 22 fevral 2013-cü il tarixli 02R000026155 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla iddia ərizəsində borcun hesablandığı 01.12.2016-cı il tarixə Cavabdeh10 "xxxx" QSC-yə olan əsas borcu 8836,47 ABŞ dolları, faiz borcu 1475,77 ABŞ dolları, 29 aprel 2014-cü il tarixli 02R000032548 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla iddia ərizəsində borcun hesablandığı 01.12.2016-cı il tarixə Cavabdeh10 "xxxx" QSC-yə olan əsas borcu 51937,61 ABŞ dolları, faiz borcu 8999,12 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 12 noyabr 2019-cu il tarixli 21066 №-li rəyinə əsasən təqdim olunmuş hesabdan çıxarış məlumatları, 22 fevral 2013-cü il tarixli 02R000026155 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla ekspert rəyinin tərtib olunduğu 12.11.2019-cu il tarixə Cavabdeh10 "xxxx" QSCyə olan əsas borcu 8836,47 ABŞ dolları, faiz borcu 6163,52 ABŞ dolları, 29 aprel 2014-cü il tarixli 02R000032548 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla ekspert rəyinin tərtib olunduğu 12.11.2019-cu il tarixə Cavabdeh10 "xxxx" QSC-yə olan əsas borcu 51937,61 ABŞ dolları, faiz borcu 36552,02 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit borcunun düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə borcun məbləğini müəyyən etmək məqsədilə məhkəmə mühasibatlıq və əlavə məhkəmə mühasibatlıq ekspertizaları təyin etmiş, ekspert rəyi və maliyyə arayışını nəzərə alaraq borcun məbləği barədə iddia tələbi həddində ədalətli nəticəyə gəlmişdir. Məhkəmə mühasibatlıq ekspertizası zamanı faiz borcunun düzgün hesablanmaması barədə Cavabdeh10 məhkəməyə heç bir sübut təqdim etməmiş, şikayətin dəlillərini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh10 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(008)- 56/2020 saylı qətnaməsi Cavabdeh10 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1700/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1700/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver