Məhkəmə qərarları › İş №2(103)-1701/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1701/2024

27.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1701/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2483/2023 saylı, 2 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evi və həyətyanı torpağını zəbt etmiş Cavabdeh Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, sahə 2 1929B-də yerləşən ona məxsus ev və torpaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2483/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi X4 və nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişlər. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş və tərəflərin imzalayaraq, notariat qaydasında təsdiq etdirdikləri 22 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:

1. Bu razılaşmaya əsasən tərəflər Cavabdeh 30 (otuz) gün ərzində İddiaçı 45 (qırx beş min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür.

2. İddiaçı bu sazişlə müəyyən olunmuş pul vəsaiti ona ödənildiyi təqdirdə Cavabdeh qarşı Maraqlı şəxs xx.xx.2000-ci il tarixli 171 saylı Sərəncamı əsasında ona ayrılmış torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiasından imtina edir və ona qarşı əmlak tələblərinin olmadığını bəyan edir.

3. Razılaşma imzalandıqdan sonra tərəflər arasında əvvəllər mübahisəli olmuş hüquqlara və iddialara istinad edilməsi istisna edilir və hazırki razılaşmanın iştirakçıları üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır (maddələr 52.3 və 52.4). Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370); Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2.); Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.5.); İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. (maddə 262.1 və 262.4); Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər (maddə 384.0.5.); Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. (maddə 114.1.4). Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh qarşı “evin boşaldılması və s.” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 22 may 2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı və Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 22 may 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Bu razılaşmaya əsasən tərəflər Cavabdeh 30 (otuz) gün ərzində İddiaçı 45 (qırx beş min) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürür.

2. İddiaçı bu sazişlə müəyyən olunmuş pul vəsaiti ona ödənildiyi təqdirdə Cavabdeh qarşı Maraqlı şəxs xx.xx.2000-ci il tarixli 171 saylı Sərəncamı əsasında ona ayrılmış torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiasından imtina edir və ona qarşı əmlak tələblərinin olmadığını bəyan edir.

3. Razılaşma imzalandıqdan sonra tərəflər arasında əvvəllər mübahisəli olmuş hüquqlara və iddialara istinad edilməsi istisna edilir və hazırki razılaşmanın iştirakçıları üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlıdır.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2483/2023 saylı, 2 noyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “evin boşaldılması və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar