Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1701/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(009)-2066/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2066/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsassız varlanma nəticəsində yaranmış və banka vurulmuş ziyanın əvəzi kimi 5.036 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70,76 manat, cəmi 5106,76 (beş min yüz altı manat, yetmiş altı qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir. İş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2066/2024 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Daha sonra Cavabdeh təkrar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-2066/2024 saylı qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermişdir. Şikayətə eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə edilmişdir. Ərizədə qeyd edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə məhkəmə qətnaməsindən apelyasiya şikayəti vermişdir. Kifayət qədər zaman keçməsinə baxmayaraq apellyasiya məhkəməsindən heç bir xəbər almamışdır. Sonradan ona məlum olmuşdur ki, apellyasiya şikayəti elektron sistem vasitəsilə verənlərin əksəriyyətinin şikayəti təsdiqlənmiş, lakin “göndərilməmiş” statusunda qalmışdır. Şikayətçilər birinci instansiya məhkəməsinə müddətin bərpası üçün müraciət etmək məcburiyyətində qalmışlar. Apellyasiya şikayətinin vaxtında verməsini, dövlət rüsumunun ödənilməsini və problemin texniki və ümumi olduğunu nəzərə alıb müddətin ötürülməsini üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2066/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, onun ləğv və ərizənin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2066/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət belə əsaslandırılmışdır ki, apelyasiya şikayətinin təqdim edilməsi üçün rəsmi qaydada verildiyi gündən 1 ay müddət müəyyən edilmişdir. Bu müddət qətnamənin elektron kabinetdə yerləşdirildiyi gündən, yəni 18 oktyabr 2024-cü il tarixindən başlayır. Cavabdeh qətnaməni elektron imza ilə təsdiq edə bilməməsini əsas gətirərək müddətin bərpasını istəmişdir. Lakin təqdim olunan sübutlar, o cümlədən elektron kabinetə giriş və məlumatlandırma mexanizmləri ilə bağlı texniki maneələrin olması təsdiqlənməmişdir. Müddətin bərpası yalnız obyektiv və əsaslı səbəblərə əsaslanır. Ərizəçinin təqdim etdiyi dəlillər isə yetərli əsas yaratmır və müddətin bərpasını hüquqi baxımdan təmin etmək mümkün deyildir. Ərizəçinin şikayət üçün qanuni müddəti ötürməsi öz məsuliyyətinə aid səbəblərlə bağlıdır və müddətin bərpası üçün obyektiv əsaslar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, həmin qətnamədən cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə, yəni 18 noyabr 2025-ci il tarixə kimi apellyasiya şikayəti verə bilərdi. Lakin cavabdeh tərəfindən apellyasiya şikayəti məhkəməyə 27 dekabr 2024-cü il tarixdə təqdim edilmişdir. Belə olan halda, cavabdeh qətnamədən qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Cavabdehin apellyasiya şikayətinə və ona əlavə edilmiş ərizəyə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə tərəflər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsini həmin tarixdə qəbzə imza etməklə almışlar. Bundan sonra xx.xx.2024-cü il tarixdə qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Tohid Nurlunun xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanmışdır. Qeyd edilənlərin davamı olaraq, cavabdeh tərəfindən qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində də qətnamənin alınma tarixi kimi məhz xx.xx.2024-cü il göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilmişdir. Yalnız bundan sonra cavabdehin vəkili Vəkil xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkməsinin qətnaməsini cavabdeh xx.xx.2024-cü il tarixli qətnaməsini həmin tarixdə qəbzə imza etməklə almış, bu halı apellyasiya şikayətində özü də qeyd etmişdir. Lakin müddətin ötürülməsinə səbəb olan dəlilləri kollegiya əsaslı saymır. Belə ki, şikayətin göndərilməsinin qeyri-mümkünlüyü ilə bağlı Elektron Məhkəmə İnformasiya Sisteminə texniki dəstəklə bağlı hər hansı müraciətin göndərilməsi, eyni zamanda “880” qaynar xəttinə müraciət edilməsi müəyyən olunmur. Kollegiya hesab edir ki, qeyd edilən hal cavabdehin öz məsuliyyət dairəsinə aid olan məsələdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Prosessual müddətin ötürülməsi üzürsüz səbəbdən baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2066/2024 nömrəli 21 yanvar 2024cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2066/2024 nömrəli 18 oktyabr 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1701/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1701/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver