Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1707/2023 14.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: “cavabdehin torpaq sahəsindən çıxarılması və həmin ərazinin qanuni istifadəyə qaytarılması”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4959/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Lenin rayonu X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9/28 nömrəli qərarına əsasən İddiaçı Razin qəsəbəsindəki Bül-bülə gölünün yaxınlığda yerləşən 1000 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. İddiaçı Məhəmməd oğlu Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin Əhalidən Vergilərin qəbulu üzrə xx.xx.2004-cü il tarixli qəbzinə əsasən 2003-cü il üçün 75000 manat ödəmişdir. Bakı şəhəri Sabunçu Rayon Bakıxanov Bələdiyyəsinin əhalidən vergilərin qəbulu üçün qəbzə əsasən 2004-cü il üçün 25000 manat əmlak/torpaq vergisi ödəmişdir. Əhalidən vergilərin qəbulu üçün 008784 nömrəli qəbzə əsasən xx.xx.2005-cı il tarixdə torpaq vergisi üçün 25.000 manat ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 011628 nömrəli qəbzə əsasən xx.xx.2006-cı il tarixdə torpaq vergisi üçün 6.30 manat ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 001730 nömrəli qəbzə əsasən xx.xx.2007-ci il tarixdə torpaq və əmlak vergisi üçün 15.37 manat ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 011439 nömrəli qəbzə əsasən xx.xx.2008-ci il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat ödəmişdir.Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 034809 nömrəli qəbzə əsasən xx.xx.2011-ci il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 043069 nömrəli qəbzə əsasən xx.xx.2012-ci il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 052520 nömrəli qəbzə əsasən xx.xx.2013-cü il tarixdə torpaq və əmlak vergisi üçün 28.20 manat pul ödəmişdir. Yerli Vergilərin və ödənişlərin qəbulu üçün 061502 nömrəli qəbzə əsasən xx.xx.2014-cü il tarixdə 2014-cü il üçün 28.20 manat ödəmişdir. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin tədiyyə bildirişinə əsasən 2015-ci il üçün 28 manat əmlak/torpaq vergisi hesablanmışdır. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2015-ci il tarixli mədaxil qəbzinə əsasən 28 manat əmlak və torpaq vergisini ödəmişdir. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2018-ci il tarixli mədaxil qəbzinə əsasən 90 manat əmlak və torpaq vergisi ödəmişdir. 5292 nömrəli qəbzə əsasən xx.xx.2019-cu il tarixdə Bakıxanov Bələdiyyəsinin hesabına 45 manat torpaq vergisi ödəmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin 71 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı Sovet Ordusunda xidmət etdiyi müddətdə xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək Əfqanıstan Demokratik Respublikasında xidmət etmişdir və İİ (ikinci) qrup müharibə əlilidir.
4. İddiaçı məxsus 017 nömrəli veteran vəsiqəsinə olan əlavədən görünür ki, müharibə veteranın istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onun şəxsi mülkiyyətinə verilməsinə dair üstünlüyü mövcuddur.
5. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 1996-cı ildə verilmiş 0176 nömrəli vəsiqəyə əsasən İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
6. X1 xx.xx.2022-ci il tarixli, 113 saylı rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən, İddiaçı yaşadığı fərdi yaşayış evinin 0.075 ha (750 kv.m) həyətyanı torpaq sahəsinin çatışmayan 0.025 ha (250 kv.m) hissəsini müəyyən etmək texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Qonşu sahəyə doğru 3.5 metr ölçüdə birinci sərhəd çəkilməli, birinci sərhədin sonuncu nöqtəsindən şimal-şərqə doğru 31 metr ölçüdə (İddiaçı mövcud hasarının qurtaracaq hissəsindən ikinci sərhədə qədər 4.30 metr ara məsafəsi saxlamaq şərtilə) ikinci sərhəd çəkilməli, ikinci sərhədin son nöqtəsindən cənub-şərqə doğru 28.6 metr ölçüdə (İddiaçı mövcud hasarından 4.45 metr ara məsafəsi saxlamaq şərti ilə) üçüncü sərhəd çəkilməli və üçüncü sərhədin nöqtəsindən cənub-şərqə doğru İddiaçı mövcud hasarına bitişik 4.45 metr ölçüdə dördüncü sərhəd çəkilməli olduğu qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması və həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsində yerləşən 2,5 sot torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsini ona qaytarmasına dair qətnamə çıxarılmasını xahiş edib.
8. İddiada göstərilir ki, Əfqanıstan hadisələrinin iştirakşısı olduğu üçün ona Lenin rayonu X3 İcra Komitəsinin 30 mart 1990-cı il tarixli 9/28 nömrəli qərarı əsasında Sabunçu rayonu Razin qəsəbəsindəki Bül-Bülə gölünün yaxınlığında 1000 m2 torpaq sahəsi ayrılmışdır. Qeyd edilən torpaq sahəsində yay aylarında istirahət etmək üçün 1 otaqlı ev tikmişdir. Həmin torpaq sahəsi və ev ona məxsus olmaqla öz adına rəsmiləşdirilmişdir. Özünə məxsus olan torpaq sahəsində nisbətən böyük ev tikdirmək qərarına gəlmişdir və bu məqsədlə mişar daşından iki mərtəbəli ev tikdirmişdir. Həmin evin Bül-Bülə gölünə baxan hissəsində eyvan inşa etdirmişdir.Tikdirdiyi ev və eyvan hissəsi özünə məxsus olan torpaq sahəsində inşa edilsə də, qonşuluqda yaşayan mərhum qardaşının arvadı Cavabdeh ona qarşı əsassız olaraq iddia qaldırıb evinin eyvan hissəsinin sökülməsini Sabunçu Rayon Məhkəməsindən xahiş etmişdi. Həmin mülki işə Sabunçu Rayon Məhkəməsində baxılarkən xx.xx.2021 -ci il tarixdə Cavabdeh qarşı qarşılıqlı iddia verib ona məxsus olan 10 sot torpaq sahəsinin 2,5 sotunu özünə qaytarması barədə qətnamə çıxarmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh üzrsüz səbəbdən iki dəfə məhkəmə iclasına gəlmədiyi üçün onun iddia ərizəsi baxılmamış saxlanılmışdı. Həmin vaxt məhkəmə onun iştirakı və razılığı olmadan iddianı baxılmamış saxlamışdı. xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsi üçün məhkəməyə müraciət etsə də, həmin müraciətinə məhkəmə tərəfindən baxılmadığı üçün məcbur qalıb, xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin həmin müraciəti də, cavabsız qaldığı üçün yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh onun barəsində şikayət edəndən sonra məlum olmuşdu ki, 1000 m2 , başqa sözlə 10 sot torpaq sahəsinin 2,5 sotunu qanunsuz olaraq zəbt etmişdir. Hazırda qanunla özünə məxsus olan 10 sot torpağın 2,5 sotundan istifadə edə bilmir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4959/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Lenin Rayon X3 İcra Komitəsinin qərarı ilə xx.xx.1990-cı il tarixdə İddiaçı bostançılıq məqsədləri üçün Razin qəsəbəsindəki Bül-bülə gölünün yaxınlığında 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsinin ayrılmasından uzun müddət yəni 30 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçı adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu (torpaq sahəsinin onun qanuni istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata salmamışdır. Nəqədərki, qeyd edilən torpaq sahəsi dövlət reyestrindən qeydiyyatdan keçməmişdirsə, yəni onun sərhədləri müəyyən edilməməşdirsə, cavavbdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə müdaxilənin olmasını müəyyən etmək mümkün deyildir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini yalnız torpaq sahəsinin ayrılmasından uzun müddət, yəni 30 ildən çox vaxt keçməsinə baxmayaraq iddiaçının onun adına ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüququnu (torpaq sahəsinin onun qanun istifadəsində olmasına) təsdiq edəcək sənədi dövlət reyestrində qeydiyyata salmamasına görə iddianı təmin etməkdən imtina etmişdir. Məhkəmə işin faktiki hallarını, işdəki sübutları düzgün qiymətləndirməmiş, nəticədə tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, sözügedən qətnəmə ilə razı deyil. Qətnamə çoxsaylı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən, ədalətsiz və qanunsuz olduğundan apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli, iddia tələbləri isə təmin edilməlidir. Məhkəmə öz qətnaməsində iddiaçının “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (maddə 11) mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını nəzərə almamışdır. Qüvvədə olan bu imperativ normanı görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsi həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın olmamasını əsas gətirərək əsassız olaraq iddiaçının bu hüququnun olmaması qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə və apellyasiya şikayətinə etiraz etsə də torpaq sahəsinin qismən, az ölçüdə qaytarılmasına etiraz etmədi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139-1.1 və 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı(AR Prezidenti)tərəfindən müəyyən edilmiş sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Maddə 165.1. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:
Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
27. Belə ki, Lenin Rayon(indiki Sabunçu rayonu) X3 İcra Komitəsinin qərarı ilə xx.xx.1990-cı il tarixdə İddiaçı Razin qəsəbəsindəki Bül-bülə gölünün yaxınlığında 1000 kv.m torpaq sahəsi ayrılması və həmin qərarın bu gün də qüvvədə olması işin mübahisəsiz halıdır. Ən azından bu qərarı hansısa şəxs, o cümlədən cavabdeh də mübahisələndirmir yaxud nəvaxtsa mübahisələndirməyib. Birinci instansiya məhkəməsi torpaq sahəsinin ayrılmasından uzun müddət, yəni 30 ildən çox vaxt keçməsinə baxmayaraq dövlət reyestrində qeydiyyata alınmadığına görə, yəni sərhədləri müəyyən edilmədiyindən cavabdeh tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinə müdaxilənin olmasını müəyyən etməyin mümkün olmadığına görə iddianı rədd etmişdir. Əvvəla, torpaq sahəsinin halhazırda daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla qeydə alınmaması, mübahisə yarandığı halda onu qanuni əsasla istifadə və ona sahiblik edən şəxsin müdafiəsiz vəziyyətdə qalması üçün əsas ola bilməz. Çünki, bu gün qeydin olmaması, bunun hər an ola biləcəyini istisna etmir, yetər ki, torpaq sahəsi qanuni əsaslarla ayrılmış olsun ki, qeyd olunduğu kimi bu da mübahisə doğurmur. Mülki Məcəllənin 139-1.1 və 139- 1.1.8-ci maddəsində və “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 8.0.8-ci maddəsində də bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin S İ YA H İ S İ - n ı n 1 . 4 - c ü b ə n d i n d ə rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarların daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas olduğu göstərilmişdir. Demək, məhkəmənin də iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını təmin etməməsi yaxud onu müdafiəsiz qoyması hüquqa uyğun olmamışdır. Çünki, mübahisə var və həll olunmamış vəziyyətdə qalmaqda davam edir. 28.Apellyasiya baxışı zamanı hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə İddiaçı Lenin rayonu X3 İcra Komitəsinin 30 mart 1990-cı il tarixli 9/28 nömrəli qərarı əsasında Sabunçu rayonu Razin qəsəbəsindəki Bül-Bülə gölünün yaxınlığında ayrılmış 1000 m2 torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilib-edilməməsinin və torpaq sahəsinin faktiki sahəsi azdırsa, çatışmayan hissənin qonşu torpaq sahələri ilə sərhədlərin quruluşu və forması nəzərə alınmaqla, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin yaxud digər istiqamətlərdə olan qonşu torpaq sahələrinin hansı hissələri ilə üstüstə düşüb-düşməməsini müəyyən edilməsi üçün iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertizanın 07 iyun 2023-cü il tarixli, 10/1918 nömrəli rəyində göstərilir ki, İddiaçı “Lenin rayon X3 İcra Komitəsi”nin 30 mart 1990-cı il tarixli 9/28 nömrəli qərarı əsasında Sabunçu rayonu Razin qəsəbəsindəki Bül-Bülə gölünün yaxınlığında ayrılmış torpaq sahəsinin faktiki sahəsinin 750 kv.m (0.075ha) təşkil etdiyi müəyyən olunur. Lakin mülki iş materiallarında olan "Lenin Rayonu Xalq Deputatlan Soveti İcra Komitəsi"nin xx.xx.1990-cı il tarixli, 9/28 nömrəli qərarında mübahisə predmeti olan torpaq sahəsinin texniki göstəricilərinə dair (en, uzunluq, döngə nöqtələrinin koorinatları və s.) hər hansı bir məlumat olmadığından həmin torpaq sahəsinin çatışmayan hissəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin yaxud digər istiqamətlərdə olan qonşu torpaq sahələrinin hansı hissələri ilə üst-üstə düşməsinin müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi, X1 xx.xx.2022-ci il tarixli, 113 saylı rəyində olduğu kimi, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza rəyi ilə də iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinin 250 kv. metr az olduğu təsdiq olundu. Bu faktı yaxud çatışmayan hissənin onun istifadəsində olmasını cavabdeh də birbaşa mübahisələndirmir. İşdə olan sübutlarla, o cümlədən ekspertiza rəyləri və tərəflərin izahatlarından bəlli olur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin bir tərəfindən ümumi istifadədə olan yol keçir, digər iki tərəfi isə cavabdehin faktiki istifadəsində olduğu ərazi, bir tərəfində isə iddiaçıdan da əvvəl həmin ərazidə yaşayan başqa şəxsin istifadəsində olan torpaq sahəsi yerləşir. Demək ki, iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinin texniki göstəricilərinə dair (en, uzunluq, döngə nöqtələrinin koorinatları və s.) hər hansı bir məlumat olmasa da həmin torpaq sahəsinin çatışmayan hissəsinin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin hissələri ilə üst-üstə düşür. İşdə olan xx.xx.2022-ci il tarixli tərəflər və cavabdehin oğlu tərəfindən imzalanmış barışıq sazişinin(bax.i.v.93-94) şərtlərində də cavabdeh tərəf X1 xx.xx.2022-ci il tarixli, 113 saylı rəyində göstərilən cizgilər üzrə 250 kv. metr torpaq sahəsinin iddiaçıya verəcəyinə razılaşmışlar. Lakin birinci instansiya məhkəməsində cavabdeh barışıq sazişini imzalasa da məhkəmə onu təsdiq etməkdən imtina etmişdir. Apellyasiya baxışı zamanı da məhkəmə tərkibinin mübahisənin barışıq sazişi ilə tamamlamaq barədə təklifinə baxmayaraq cavabdeh iddiaçıya 250 kv. metr deyil nisbətən az ölçüdə faktiki zəbt etdiyi torpaq sahəsini qaytara biləcəyini bildirdi. Çünki, işin mübahisəsiz halı həmdə cavabdeh tərəfin istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir hüquq müəyyənedici sənədin olmamasıdır. Göründüyü kimi, bütün bu hallar da iddianın əsaslı edən amillər hesab olunur. Bir daha qeyd olunur ki, iddiaçıya qanuni əsaslarla 1000 kv. metr torpaq sahəsi ayrılsa da, faktiki olaraq bunun 250 kv. metri istifadəsində deyil. Ancaq vaxtilə həmin qərar qəbul edilərkən yaxud sonradan torpaq sahəsinin cizgisinin və sxeminin tərtib edilməməsi də, iddiaçını çatışmayan sahəni hüququnu pozan, yəni torpaq sahəsini zəbt edən cavabdehdən tələb etməyə maneə deyil. Çünki, torpaq sahəsi(onun yerləşdiyi ərazi) elə bir unikal təbiət obyektidir ki, onun məhv edilməsi yaxud yoxa çıxması mümkün deyil. Ona görə də birinci instansiya məhkəməsinin mövqeyinə heç cür haqq qazandırıla bilməz. İddiaçıya ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində bu gün qeydə alınsa belə onun sərhədlərini müəyyən etmək üçün yenə də hansısa cizgi planı və.s olmalıdır. Əgər vaxtıilə belə bir dəqiq cizgi planı və.s tərtib olunmayıbsa, hazırda torpaq sahəsi qeydə alınarkən çəkiləcək cizgi planı və.s mövcud vəziyyətə uyğun olacaq ki, yəni 1000 kv. metrdən az olacaq ki, bu da yenə də iddiaçının çatışmayan 250 kv. metr torpaq sahəsini geri tələb etməsi üçün əsas olmaya biləcək.
29. Beləliklə, şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı apellyasiya şikayəti təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4959/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin edilməli; İddiaçı Bakı şəhəri Lenin rayonu(indiki Sabunçu rayonu) X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9/28 nömrəli qərarına əsasən ayrılmış Razin qəsəbəsindəki Bülbülə gölünün yaxınlığında yerləşən 1000 kv.m torpaq sahəsinin zəbt edilmiş 250 kv. metrindən (şərti ünvan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsində yerləşən 250 kv.m torpaq sahəsindən) Cavabdeh çıxarılmalı və həmin ölçüdə torpaq sahəsi İddiaçı qaytarılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4959/2022 saylı, 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia təmin edilsin. İddiaçı Bakı şəhəri Lenin rayonu(indiki Sabunçu rayonu) X4 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 9/28 nömrəli qərarına əsasən ayrılmış Razin qəsəbəsindəki Bülbülə gölünün yaxınlığında yerləşən 1000 kv.m torpaq sahəsinin zəbt edilmiş 250 kv. metrindən (şərti ünvan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyov küçəsində yerləşən 250 kv.m torpaq sahəsindən) Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.