Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1718/2024 10.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “təmir xərcinin və ödənilməmiş kirayə haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər İmanov Azad Nizam oğlu (sədrlik edən və məruzəçi), Talışinski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədli Ülviyyə Hadi qızının katibliyi ilə, hazırki mülki iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə məsələyə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İşin halları barədə məlumat
1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan Nümayəndə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirirək, bu binada iddiaçının söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, y/s - 13.5 kv.m, k/s - 11.2 kv.m. (faktiki 58.0 kv.m.) mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 46.41% əlavə etməklə tam təmirli, 2-ci giriş, 13-cü mərtəbədə, 3 (üç) otaqlı, 84.92 kv.m. mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün cavabdehə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. Eyni zamanda cavabdeh müqavilənin 2.2.3-cü və 2.2.5-ci bəndlərinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 550.00 manat kirayə haqqını iddiaçıya ödənilməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür. b) iddia barədə məlumat
2. İddiaçı cavabdeh «X4» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təmir xərcinin, ləğv olunan balkonların dəyərinin və ödənilməmiş kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzillərin təmiri üçün hər birinə 19.000 manat, cəmi 38.000 manat ləğv olunan balkonların hər birinin dəyərini təşkil edən 2.700 manat, cəmi 5400 manat ödənilməyən 4500 manat (sentyabr, oktyabr, noyabr, dekabr, fevral, mart və aprel ayları üzrə) kirayə haqqı, cəmi 47.900 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 234 manat dövlət rüsumunun cavabdeh «X4» Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Daha sonra 30 avqust 2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 AZEMİS vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzillərin təmiri üçün hər birinə 20.000 (iyirmi) min manat, cəmi 40.000 (qırx min) min manat, ödənilməyən 4.500 (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) manat kirayə haqqının, cəmi 44.500 (qırx dörd min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 234 (iki yüz otuz dörd) manatın “X4” MMC-dən tutularaq iddiaçının, yəni İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-139/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m və 2-ci giriş, 10-cu mərtəbəsində yerləşən 3 (üç) otaqlı, 84,92 kv.m olan mənzillərin təmiri üçün 33409 manat, ödənilməyən 4400 (sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart və aprel ayları üzrə) manat kirayə haqqı olmaqla, cəmi 37809 (otuz yeddi min səkkiz yüz doqquz) manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat məbləğində xərcdən 200 (iki yüz) manat cavabdeh “X5" Məhdud Məsuliyyətli Cəmiyyətindən, 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 31 (otuz bir) manat hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. d) apellyasiya şikayətləri barədə məlumat
5. Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunduğu hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində iş üzrə gəlinən nəticə barədə məlumat
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə (iş № 2(103)-1718/2024) ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-139/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət etmişdir. h) baxılan məsələ barədə məlumat
10. Məhkəmə kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. (bax: qətnamənin 48-50-ci bəndlərinə).
11. Lakin məhkəmə kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamənin nəticə hissəsində həmin məsələ öz əksini tapmamışdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər (maddə 229.1.3). Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır (maddə 392-1.).
13. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, yaranmış halın aradan qaldırılması üçün hazırki iş üzrə əlavə qətnamə qəbul edilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 229, 392-1, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan məhkəmə kollegiyası
QƏT ETDİ:
Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2024-cü il tarixli 2(103)-1718/2024 nömrəli qətnamənin nəticə hissəsində “Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin” qeyd edilsin. Əlavə qətnamədən kassasiya şikayəti verilə bilməz.