Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1720/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ` İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması və maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə İş № 2(103)-1720/2023 Açar sözlər:(Əmək mübahisəsi, maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-1740/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.08 avqust 2018-ci il tarixli Əmək müqaviləsi ilə Cavabdeh İddiaçı sürücü vəzifəsinə işə qəbul etmişdir. Həmin əmək müqaviləsinə xitam verilməmişdir. 2."xxxx" MMC tərəfindən İddiaçı verilmiş 23 sentyabr 2020-ci il tarixli arayışa əsasən, 01 aprel 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinin bildirişi Azərbaycan Respublikası ƏM-in 49-cu maddəsinə əsasən, ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilərkən onun əsas iş yeri üzrə əmək müqaviləsi bildirişi (işəgötürən: Cavabdeh, VÖEN:**********) sistemdə mövcuddur) əsas iş yerinin olması səbəbindən sistemdə qeydiyyata alınmamışdır. Ona görə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin işəgötürənin üzərinə qoyulması və maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə olan xx.xx.2018-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin məcburi işəgötürən cavabdehin üzərinə qoyularaq ondan 4400 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4430 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2018-ci ilin iyul ayının axırlarında iddiaçı qohumu Famil Ələsgərovdan xahiş etmişdir ki, onu özü işlədiyi yerdə işə düzəltsin. Famil bu barədə işəgötürən və adı sonradan ona məlum olan İlhamə xanımla danışıb, onun razı olduğunu bildirmişdir. O, həmin ilin avqust ayının əvvəllərindən “Tekfen” şirkətinin tikinti apardığı ərazidə qaldırıcı kran avtomaşının sürücüsü kimi gecə növbəsində işə başlamışdır. Maaşı iş günləri günə 25 manatdan, bazar günləri isə 40 manatdan hesablanaraq ona verilmişdir. Təxminən 4 ay işlədikdən sonra, gecə növbəsi ləğv olunduğu üçün İlhamə onu işdən azad etmişdir. Sonradan o, digər iş yerində işə düzəlmək istəyərkən məlum olmuşdur ki, İlhamə onları rəsmi olaraq işdən çıxarmamış və formal olaraq dayısı Çingizin işçisi kimi rəsmiləşdirmiş, işlədiyi dövrdə 200 manat məvacib hesablamışdır. Bununla əlaqədar o, 2019-cu yay aylarında İlhaməyə müraciət edərək xahiş etmişdir ki, rəsmi olaraq işdən azad etsin ki, digər yerdə işə düzələ bilsinlər. Lakin sonuncu bildirmişdir ki, iddiaçı dayısının işçisi kimi rəsmiləşdirilmiş və sonuncu onu işdən azad etməlidir. Bundan sonra, o, Cavabdeh eyni xahişlə müraciət etsə də, sonuncu heç kimi indiyə qədər işə götürmədiyini, bu işlərdən onun xəbərinin olmamasını bildirmişdir. Cavabdeh öz hərəkətləri ilə əmək və vergi qanunvericiliyinin müddəalarını kobud şəkildə pozmuşdur. Belə ki, onu işdən qeyrirəsmi azad edərək, bunu qanuna müvafiq qaydada rəsmiləşdirməmiş və nəticədə hüquqları pozularaq, digər yerdə işə düzəlmək hüququndan da məhrum olmuşdur. Bu müddət ərzində o, bir neçə müəssisəyə müraciət edərək işə düzəlmək istəsə də, sistemdə adına aktiv əmək müqaviləsi olduğu üçün bu mümkünsüz olmuşdur. 5.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 22 aprel 2021-ci il tarixli, 2(011)-1740/2021 nömrəli qətnaməsi ilə (hakim-İlahə Abbasova) iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 aprel 2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin cavabdeh (işəgötürən) Cavabdeh həvalə edilməsi, Cavabdeh İddiaçı xeyrinə 4400 manat məbləğində maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. 6.İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən X4 ünvanlanmış 27 fevral 2020-ci il tarixli məktubdan görünür ki, fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən X2 və İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqvailəsi bildirişi” alt sistemində qeydiyyata alınmaması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlandığı müraciətə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla əlaqədar fiziki şəxs Cavabdeh qeydiyyatda olduğu ünvana məktub göndərilməsinə baxmayaraq bu günədək heç bir cavab verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Qeyd olunanları nəzərə alaraq, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. 7.İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, 01 aprel 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinin bildirişi AR ƏM-nin 49-cu maddəsinə əsasən, ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilərkən (Bu şəxsin (İddiaçı), FİN:xxxxxxx) əsas iş yeri üzrə əmək müqaviləsi bildirişi (işəgötürən:Cavabdeh, VÖEN:**********) sistemdə mövcuddur) əsas iş yerinin olması səbəbindən sistemdə qeydiyyata alınmamışdır. Ona görə də əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. 8.İş materiallarında olan Sosial arayışdan görünür ki, işçi İddiaçı ilə işəgötürən Cavabdeh arasında bağlanmış xxxxxxx000200 saylı müqavilə qüvvədədir. 9.Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 12, 288, 292, 300-cı maddələrinə istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyində işəgötürən üçün müəyyən edilmiş vəzifənin yerinə yetirilməməsi nəticəsində iddiaçı konstitusion hüququndan məhrum edilmiş, bu səbəbdən də ona 4400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, hazırki qətnamə icra edilənədək iddiaçı əmək müqaviləsi bağlamaq imkanından məhrum olunduğundan onun maddi zərərə məruz qalması davam edir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 10.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021ci il tarixli, 2(011)-1740/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, Xətai Rayon Məkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1740/2021-ci il saylı qətnaməsinin qanunsuz və əsassız olması maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi subuta yetirilir və bu səbəbdən qətnamə ləğv olunmalıdır. Birincisi cavabdehin işçisi sayılan İddiaçı nə o tanıyırır, nə də ki, o cavabdehi tanıyır. İkincisi – cavabdehin heç bir iş yeri olmayıb. Üçünçüsü- onlar arasında heç bir müqavilə yoxdur. 12.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4331/2022 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovun və H.Ü.Həmidovun iştirakı ilə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-1740/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir. 13.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş 27 fevral 2020-ci il tarixli məktubuna əsaslanmışdır. Həmin məktubda bildirilmişdir ki, onun şikayəti ilə bağlı fiziki şəxs Cavabdeh qeydiyyatda olduğu ünvana məktub göndərilməsinə baxmayaraq, fiziki şəxs Cavabdeh (VÖEN **********) tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmamışdır. 14.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən məktub əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin“Əmək müqaviləsi bildirişi” alt sistemində qeydiyyata alınmaması faktını təsdiq etsə də, iddiaçının həqiqətən də işdən çıxmasını, yəni onunla olan əmək müqaviləsinə xitam verilməsini və onun işdən çıxarılması barədə işəgötürənin əmrinin mövcud olmasını təsdiq etmir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının həqiqətən də işdən çıxmasını, yəni onunla olan əmək müqaviləsinə xitam verilməsini və onun işdən çıxarılması barədə işəgötürənin əmrinin mövcud olması məsələsini araşdırmamışdır. 15.Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1ci hissəsinin “h” bəndinə istinad etsə də, həmin normanı işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə daxil edilməsi İşəgötürən tərəfindən təmin edilməlidir. Qeyd edilən normanın mahiyyətindən görünür ki, həmin norma Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin daxil edilməsini ehtiva edir. Başqa sözlə, bildirişin sistemə daxil edilməsi əmək münasibətlərinə xitam vermənin son mərhələsi olub, daha əvvəl əmək müqaviləsinə xitam verilməsini və işdən çıxarılma barədə əmrin mövcudluğunu şərtləndirir. Lakin, iş materiallarında və məhkəmə prosesində araşdırma zamanı iddiaçının işdən çıxarılmasını göstərən əmr aşkar edilmir. 16.Birinci instansiya məhkəməsi iddiaçının işlən çıxarılması barədə əmrinin olub-olmamasını araşdırmadan, yəni mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan, iddiaçının cavabdehlə əmək münasibətinin olmasına əsaslanaraq əmək münasibətinə xitam verilməsinə dair bildirişin sistemə daxil edilməli olmasına dair nəticəyə gəlmişdir. Halbuki, məhkəmə əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemə daxil edilməsi üçün əmək müqaviləsinin olmasına deyil, əmək müqaviləsinə xitam verilməsinə əsaslanmalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat 18.İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4331/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 2(102)-5683/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)- 4331/2022 nömrəli qətnaməsinin qismən, iddianın maddi ziyanın ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(103)-4331/2022 nömrəli qətnaməsinin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 20.Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. 21.Məhkəmə ilk olaraq iddiaçının apellyasiya məhkəməsində iştirakının təmin edilməməsinə dair kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, həmin dəlili əsassız hesab edir. 22.Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının rəsmi qeydiyyatda olduğu və özünün də iddia ərizəsində istinad etdiyi ünvana məhkəmə bildirişi, həmçinin mobil telefon nömrəsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə SMS bildiriş göndərilmiş, lakin iddiaçı məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Odur ki, apellyasiya məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 376-cı maddəsinə istinad edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 23.İşin mahiyyəti üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdeh arasında qüvvədə olan əmək müqaviləsinin mövcudluğu və həmin əmək müqaviləsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması işin müəyyən olunmuş halıdır. 24.Belə ki, cavabdeh apellyasiya şikayətində işəgötürən olmamasını, cavabdehi tanımamasını göstərsə də, apellyasiya məhkəməsi tərəflər arasında olan əmək müqaviləsinin xitamına dair əmrinin mövcud olmamasına istinad etməklə iddianı rədd etmişdir. 25.İşdə olan sənədlərlə isə Cavabdeh fərdi sahibkar olması (VOEN **********) və iddiaçıya münasibətdə işəgötürən olması müəyyən olunur. 26.Məhkəmə kollegiyası iddianın iddiaçı və cavabdeh arasında olan 08 avqust 2018-ci il tarixli xxxxxxx000200 saylı əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi vəzifəsinin məcburi işəgötürən cavabdehin üzərinə qoyulması hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. 27.Belə ki, qeyd olunduğu kimi, tərəflər arasında əmək müqaviləsi qüvvədədir. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsində qeyd olunmuş əsaslarla xitam verilə bilər ki, hazırki işdə bu əsasların hər hansı birinin baş verməsi (o cümlədən Məcəllənin 69-cü maddəsinə əsasən işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət etməsi) müəyyən olunmur.Əmək müqaviləsinə xitam verilmədiyi və verilməsi üçün əsaslar mövcud olmadığı halda isə bununla bağlı bildirişin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə yerləşdirilməsinə dair tələb təmin oluna bilməz. 28.Lakin iddianın ikinci tələbi – 4400 manat ziyanın tutulması ilə bağlı məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşır. 29.Belə ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsi barədə bildiriş elektron sistemə yerləşdirmədiyi üçün, o, başqa işəgötürənlərlə yeni əmək müqaviləsi bağlamaq imkanından məhrum olunmuş, bunun nəticəsinə əmək hüquqları pozulmuş, əmək haqqı almayaraq ziyana məruz qalmışdır. İddiaçı həmin tələbinin sübutu qismində "xxxx" MMC-nin 23 sentyabr 2020-ci il tarixli arayışını təqdim etmişdir. 30.Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək hüququ konstitusion hüquq olmaqla, fərdi və ictimai rifahın əsasını təşkil edir. Hər hansı səbəbdən bu hüquqdan məhrum olunması, şübhəsiz ki, müəyyən zərərə səbəb olur. Belə şəxs əmək fəaliyyəti ilə məşğul olmaq və əmək haqqı almaq imkanından məhrum olunur. 31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 32.Hazırki işdə apellyasiya məhkəməsi iddianı rədd edərkən, yalnız iddianın birinci tələbinə hüquqi qiymət vermişdir. Lakin ziyan tələbi üzrə apellyasiya məhkəməsi tərəfindən hər hansı hüquqi dəyərləndirmə aparılmamış və bununla da, Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələrinin tələblərini pozmuşdur. Halbuki, iddiaçının cavabdehlə əmək münasibətlərinin qüvvədə olduğu dövrdə onun müqavilə ilə nəzərdə tutulmuş əmək haqqının alıb-almaması, almadığı halda isə buna görə cavabdehin işəgötürən kimi iddiaçı qarşısında Əmək Məcəlləsinin 191-ci və Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinin tələblərinə uyğun mülki məsuliyyət daşıması, həmin məsuliyyətin hədləri və əsasları araşdırılmalı idi.
33. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 34.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... 35.İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. 36.Odur ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçıya maddi ziyanın vurumasının müəyyən edilməsi tələbinə hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyindən, qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. 37.İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir
Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
38.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, iddiaçını tanımır, ona əmək haqqı ödəməmiş və ödəmək fikri də yoxdur. 39.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın mübahisələndirilən hissədə təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Əmək Məcəlləsi: 40.Maddə 154. Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 41.Maddə 191.İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti. 1.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 42.Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri. 1.Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 2.Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 43.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 44.Maddə 1096.1.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 45.Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 46.Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 47.Maddə 1115.Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 50.Maddə 402.1.Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 51.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın 4400 manat məbləğində maddi ziyanın tutulmasının təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməlidir. 55.Belə ki, kollegiya qeyd edir ki, iddiaçı və cavabdeh arasında qüvvədə olan əmək müqaviləsinin mövcudluğu və həmin əmək müqaviləsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınması işin müəyyən olunmuş halıdır. 56.Həmin mərkəzləşdirilmiş elektron informasiya sistemində olan qeydiyyatdan görünür ki, iddiaçının əmək haqqı 200 manat məşkil edir. 57.Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirdi ki, iddiaçıya əmək haqqı ödəməmiş və ödəmək fikrində deyildir. 58.Beləliklə, cavabdeh tərəfindən əmək qanunvericiliyində işəgötürən üçün müəyyən edilmiş vəzifənin yerinə yetirilməməsi nəticəsində iddiaçı konstitusyon hüququndan məhrum edilmiş, bu səbəbdən də ona maddi ziyan dəymişdir. 59.Məhkəmə hazırkı qətnamə icra edilənədək iddiaçı əmək müqaviləsi bağlamaq imkanından məhrum olunduğundan onun maddi zərərə məruz qalmasının davam edəcəyini nəzərə alaraq maddi zərərin miqdarını 4400 manat müəyyən etmişdir. 60.Məhkəmə kollegiyası maddi zərərin hesablanması qaydası və miqdarı ilə razılaşmayaraq hesab edir ki, maddi zərər iddiaçının iddia tələbində qeyd etdiyi kimi minimum əmək haqqı miqdarına əsasən deyil tərəflər arasında müqavilədə müəyyən edilmiş məbləğ əsas götürülməklə hesablanmalıdır. 61.İddiaçı iddia tələbində 2019-cu ilin aprel-avqust ayları üzrə 5 ay üçün, həmçinin 2019-cu ilin sentyabr ayından 2021-ci ilin sentyabr ayından iddia ərizəsi verilən vaxta kimi 14 ay üçün zərərin əvəzi olaraq 4400 manatın ödənilməsini xahiş etmişdir. 62.Belə olan halda, kollegiya hesab edir ki, cəmi 19 ay üçün 200 manatdan ödənilməmiş əmək haqqı-3800 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, buna görə də, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməlidir. 63.Həmçinin qətnamə dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilməli, dövlət rüsumu 26 manat müəyyən edilməlidir. 64.Beləliklə, qeyd olunan xüsusuatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1740/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə 3800 (üç min səkkiz yüz manat) manat məbləğində maddi ziyan və 26 (iyirmi altı manat) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. 65.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-1740/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə 3800 (üç min səkkiz yüz manat) manat məbləğində maddi ziyan və 26 (iyirmi altı manat) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov