Məhkəmə qərarları › İş №2(103)-1723/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1723/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1723/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı “mənzilin təhvil verilməsi və kirayə haqqı” tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizələri barədə iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-1651/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1651/2024 nömrəli qərardadı ilə (hakim M.X.Əfəndizadə) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4738/2024 saylı mülki işə baxılanadək, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı QSC-yə qarşı mənzilin təhvil verilməsi və kirayə haqqı tələbinə dair qarşılıqlı, birləşdirilmiş iş üzrə iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı mübahisəli mənzilin boşaldılması, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsi və kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizələri barədə 2(005)-1651/2024 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü tarixli, 2(103)-6303/2024 nömrəli qərardadı ilə həmin qərardad ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

6. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilən mülki iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardadda ondan şikayət verilə bilməməsi qeyd edilmişdir.

7. Cavabdeh qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

8. Cavabdeh Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsini və icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, icraatın təzələnməsi barədə qərardadlardan şikayətin verilməsi birbaşa nəzərdə tutulmasa da, MPM-nin istinad olunan maddəsinə əsaən “məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instnasiya məhkəmələrinin qərardadlarından şikayət verə bilərlər. 2(005)-1651/2024 saylı mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad aşağıda qeyd olunan əsaslarla işin sonrakı hərəkətinə mane olacaq xarakterə malikdir. Hazırkı mülki işdən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(103)-6303/2024 saylı qərardadında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən "icraatın dayandırılması barədə vəsatət təmin edilərkən müəyyən məsələlərə hüquqi qiymət verilməmişdir və bu səbəblə də həmin hissələrin araşdırılması məqsədi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin mövqeyi aşağıdakılardan ibarət olmuşdur: 1) birinci instansiya məhkəməsi qərardadında digər iş üzrə mübahisə həll edilməyincə hazırki işə baxılmasının ümumiyyətlə mümkün olmamasını əsaslandırmamışdır. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın; 2) işdə, icraatın dayandırılmasına əsas olan digər iş üzrə iddia ərizəsi belə mövcud deyildir. Birinci instansiya məhkəməsi öz qərardadını qəbul edərkən yalnız tərəflərin izahatlarına v ə"Elektron Məhkəmə" İnformasiya Sistemindən çıxarışa əsaslanmışdır. Belə olan halda məhkəmənin nəyə əsasən işlərin bir-birindən asılı olması qənaətinə gəlməsi anlaşılmazdı; 3) Mülki Prosessual Məcəllənin 169.1-ci maddəsinə əsasən hakim tələblərə ayrıca baxılmasını məqsədəmüvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Hazırki işdə mübahisə iki mənzil (30 və 60 saylı) ilə bağlı olsa da, başqa məhkəmənin icraatında olan iş yalnız 30 saylı mənzil ilə bağlıdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən tələblərə ayrıca baxılmasının mümkünlüyü nəzərdən keçirilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə "icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsi" ümumiyyətlə əsaslandırılmamış və Bakı Apellyasiya Məhkəməsi tərəfindən vurğulanan məsələlərə hüquqi qiymət verilməmişdir. Qeyd olunduğu kimi, istinad olunan norma imperativ qaydada müəyyən edilmişdir və hazırkı mülki iş birbaşa Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)- 4738/2024 saylı mülki işdən asılıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan mülki işin mübahisə predmetini ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil təşkil edir və həmin mülki iş çərçivəsində Cavabdeh həmin mənzilə mülkiyyət hüququ mübahisələndirilir. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən 30 saylı mənzili X2 alqı-satqı müqaviləsi əsasında satın almışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-4738/2024 saylı mülki işin isə mahiyyəti ondan ibarətdir ki, X1rdaşı Ruslan Şurduk Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən 30 saylı mənzilə vərəsəlik hüququnun olduğunu iddia edir və X3 vərəsəlik işi əsasında 30 saylı mənzilə əldə etdiyi mülkiyyət hüququnu mübahisələndirir. Həmçinin, Şudruk Ruslan tərəfindən verilmiş vəsatət əsasında e-2(011)-4738/2024 saylı iş üzrə Cavabdeh qismində cəlb edilmiş və X4 ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, sonuncuya verilmiş çıxarışın ləğv edilməsi tələbi irəli sürülmüşdür. Sözügedən mübahisə həll edilməyincə hazırkı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatındaolan işə baxıla bilməməsi onunla əsaslandırılır ki, əgər Ruslan Şurdukun iddia tələbi təmin edilərsə və Cavabdeh ilə Yelena Rzaquliyeva arasındabağlanmış müqavilə etibarsız hesab edilərsə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsininicraatında olan hazırkı mübahisə üzrə Cavabdeh 30 saylı mənzilləbağlı artıq nə iddiaçı, nə də cavabdeh qismində çıxış edə bilməz. Bununla yanaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan işin gedişatında iddiaçı Ruslan Şudruk müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən 30 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cül tarixli e-16(011)-1259/2024 saylı qərardadı ilə ərizə təmin edilmiş və ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi Cavabdeh və üçüncü şəxslərə qadağan edilmişdir. Bu halda öz növbəsində Bakı şəhəri NərimanovRayon Məhkəməsinin icraatında olan 2(005)-1651/2024 saylı işə baxılmasını hazırkı mərhələdə mümkünsüz edir. Əlavə olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(005)-95/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilərək, ünvan 1 ünvanında yerləşən 60 saylı və 30saylı mənzillərlə bağlı "xxxx" QSC ilə razılığın olmadığını nəzəri araq tərəflər arasında yaranmış mübahisənin məhkəmə müstəvisində öz həllini tapana qədər həmin mənzillərin sökülməsinin "xxxx" QSC-yə və digər məsi şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilmişdir. Hər iki mənzil üzrə mübahisə yekunlaşdıqdan sonra artıq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(005)-95/2024 saylı qərardadı öz hüquqi qüvvəsini itirəcəkdir. Məhkəmə 2(005)- 1651/2024 saylı mülki iş üzrə icraatının dayandırılması barədə vəsatəti təmin etməyərək AR MPM-nin 254.1.4-cü maddəsinin kobud pozuntusuna yol verilmişdir.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayətin verilməsi nəzərdə tutulsa da, iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayətin verilməsi nəzərdə tutulmamışdır.

16. Həmçinin, hazırda mübahisələndirilən qərardadın işin sonrakı hərəkətinə mane olması halı da müəyyən edilmir.

17. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən tərəflər qərardaddan narazı qaldığı təqdirdə qərardada olan etirazını qətnamədən apellyasiya şikayəti verildiyi təqdirdə şikayətə daxil edə bilər.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti qaytarmaqda haqlı olmuşdur.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1651/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar