Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1727/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3632/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 533GL-İR nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsini, ona dəymiş zərərin məbləğinin və əmək haqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3632/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və cavabdehin nümayəndəsi C.Mahmudov hazırki mübahisə ilə bağlı tərəflər arasında razılıq əldə olduğundan barışıq sazişi bağladıqlarını bildirmiş və həmin barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Eyni zamanda İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdiyini və bu səbəbdən mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilən “Barışıq sazişini” araşdıraraq hesab edir ki, saziş təsdiq edilməlidir. Belə ki, tərəflərin bağladıqları “Barışıq sazişinin” şərtlərinə görə: 1.Tərəflər, İddiaçı və Cavabdeh ASC“ aralarında olan əmək mübahisəsinin həlli üçün qarşılıqlı razılığa gəlirlər.
2. İddiaçı Cavabdeh ASC-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, dəymiş zərərin məbləğinin və əməkhaqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödənc verilməsi tələbinə dair” iddia tələbindən tam imtina edir.
3. Cavabdeh ASC öz növbəsində İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 533-GL-İR saylı Əmri ləğv edərək onun öz ərizəsi ilə işdən azad edilməsinə dair yeni Əmrlə işdən çıxarmağı və elektron portalda düzəliş edilməsini öhdəsinə götürür.
4. Bu Barışıq sazişi imzalanaraq məhkəmə tərəfindən təsdiq edildikdən sonra tərəflərin bir-birlərinə qarşı heç bir iddia, şikayət və ya tələbləri olmayacaq.
5. Bu razılaşmanın şərtlərinin vicdanla icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi bu razılaşmanın etibarsızlığına səbəb olur və məhkəmə qərardadının icraya yönəldilməsinə səbəb olur.
6. Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiqlənir və gələcəkdə sazişin şərtləri yerinə yetirilməyəcəyi təqdirdə tərəflərdən birinin ərizəsi ilə icraya yönəldiləcəkdir.
7. Bu Barışıq sazişi AR MPM-nin 191 və 261 -çi maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələri bizə izah edildikdən və tam olaraq aydın olduqdan sonra könüllü olaraq imzalandı. Biz bu nəticələrin yaranması ilə razıyıq. Məhkəmə kollegiyası tərəflərin razılaşdıqları yuxarıda qeyd edilən şərtlərlə hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-nin 391-ci maddəsinə görə, məhkəmənin qətnaməsi, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. MPM-nin 20-ci fəslinin 261-ci maddəsinin mənasına görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, habelə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 391-ci maddələrinə əsasən hesab edir ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263-cü maddəsini rəhbər tutaraq, Məhkəmə Qərara aldı:
İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bağladıqları aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: 1.Tərəflər, İddiaçı və Cavabdeh ASC“ aralarında olan əmək mübahisəsinin həlli üçün qarşılıqlı razılığa gəlirlər.
2. İddiaçı Cavabdeh ASC-ə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, əvvəlki vəzifəyə bərpa edilmə, dəymiş zərərin məbləğinin və əməkhaqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün əmək haqqının iki faizi məbləğində ödənc verilməsi tələbinə dair” iddia tələbindən tam imtina edir.
3. Cavabdeh ASC öz növbəsində İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə dair tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 533-GL-İR saylı Əmri ləğv edərək onun öz ərizəsi ilə işdən azad edilməsinə dair yeni Əmrlə işdən çıxarmağı və elektron portalda düzəliş edilməsini öhdəsinə götürür.
4. Bu Barışıq sazişi imzalanaraq məhkəmə tərəfindən təsdiq edildikdən sonra tərəflərin bir-birlərinə qarşı heç bir iddia, şikayət və ya tələbləri olmayacaq.
5. Bu razılaşmanın şərtlərinin vicdanla icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi bu razılaşmanın etibarsızlığına səbəb olur və məhkəmə qərardadının icraya yönəldilməsinə səbəb olur.
6. Barışıq Sazişi məhkəmənin qərardadı ilə təsdiqlənir və gələcəkdə sazişin şərtləri yerinə yetirilməyəcəyi təqdirdə tərəflərdən birinin ərizəsi ilə icraya yönəldiləcəkdir.
7. Bu Barışıq sazişi AR MPM-nin 191 və 261 -çi maddələri ilə nəzərdə tutulmuş hüquqi nəticələri bizə izah edildikdən və tam olaraq aydın olduqdan sonra könüllü olaraq imzalandı. Biz bu nəticələrin yaranması ilə razıyıq. Barışıq sazişi təsdiq edildiyindən hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3632/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova