Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-173/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı və cavabdehin vəkili X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)- 6271/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73,5 kv.m. olan 3 otaqlı mənzilinə istifadə hüquqlarının itirilmələri və qeydiyyatda olan şəxslərin məcburi çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 53 saylı Notariat Kontorunda iddiaçının mərhum həyat yoldaşı X4 ilə Cavabdeh1 arasında AN-İ No ******* saylı alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 68 kv.m., yaşayış sahəsi 52 kv.m.olan 3 otaqlı mənzil tam mülkiyyət üzrə mərhum həyat yoldaşı X2 mülkiyyətinə keçmişdir. Həmin alqı-satqı müqaviləsinə əsasən mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmalarını öhdələrinə götürmələrinə baxmayaraq, bugünədək mənzildən qeydiyyatdan çıxmamışlar. İddiaçının həyat yoldaşı X4 xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş və Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi, 4 saylı evin, 30 saylı mənzili vərəsəliyə əsasən iddiaçının və azyaşlı övladlarının mülkiyyətinə keçmişdir. Həmin mənzildə qeyd olunan şəxslərin, yəni cavabdehlərin pasport qeydiyyatında olmaları iddiaçının mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməyinə, mülkiyyətində olan mənzilində yaşamağına və istifadə hüququna ciddi şəkildə maneəçilik yaradır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)- 6271/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73,5 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqlarının itirilməsi və həmin şəxslərin qeyd olunan mənzildən çıxarılmaları qət olunmuşdur. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)-6271/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur, İddiaçı Cavabdeh1 xx xxxxxx 2015-ci ildə borc pul götürmüş və həmin borcun təminatı kimi onlar arasında razılıq əldə edilmişdir ki, iddiaçı mənzili onun mülkiyyətinə keçirir və borcu qaytarandan sonra o mənzili Cavabdeh1 adına yenidən keçirməli idi. Mənzilin onun mülkiyyətində qalması, Cavabdeh1 və ailə üzvlərinin həmin mənzildən çıxarılması barədə onların arasında heç bir razılaşma olmamışdır. Həmin zəmində Cavabdeh1 ilə iddiaçının mərhum arvadı X4 arasında mənzilin alqısatqısı haqqında müqavilə imzalanmışdır. Baxılan mübahisə üzrə alqı-satqı müqaviləsi 2015-ci ilin noyabr ayında bağlanılsa da, satıcı (cavabdeh) əşyanı indiyə kimi alıcının (iddiaçının) mülkiyyətinə verməmişdir. Bununla da təsdiq olunur ki, mənzillə bağlı alqısatqı müqaviləsi bağlanan zaman müqavilə tərəflərinin, yeni İddiaçı mərhum arvadı X2 ve Cavabdeh1 həqiqi niyyətləri ünvan 1 ünvarında yerləşən ümumi sahəsi 73,5 kv metr olan 3 otaqlı mənzilin alqı-satqısını həyata keçirmək olmamışdır. Həmin müqavilənin bağlanması Cavabdeh1 iradəsinə uyğun olmamış və onun həqiqi iradəsini əks etdirməmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnaməni ləğv edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinə istinad etməklə, apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Notariat qaydasında xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilmiş AN-İ No ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 Cavabdeh1 tərəfindən X1. Həmin müqavilənin 13-cü bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən xx.xx.2016-cı il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 18.01,2018-ci il tarixli, RX seriyalı, ******* Ns-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1-un % hissəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 354 saylı reyestr kitabının 33072 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya Sistemindən Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edilmişdir ki, ünvan 1 İddiaçı paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək və yuxarıda qeyd olunan qanunun normasını rəhbər tutaraq belə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə etmələri ilə əlaqədar iddiaçı mübahisəli yaşayış sahəsinə dair mülkiyyət hüququnu tam şəkildə həyata keçirə bilmir. Cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə etmələrinin hüquqi əsası yoxdur. Buna görə də iddiaçı cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları haqqında iddia tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuşdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73,5 kv.m. olan 3 otaqlı mənzilə istifadə hüquqları itirilməli və həmin şəxslər qeyd olunan mənzildən çıxarılmalıdırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə kollegiyası apelyatorun dəlillərinə münasibətdə qeyd edir ki, qeyd olunan dəlillər hazırki mübahsisənin predmeti deyildir. Belə ki, ayrıca məhkəmə baxışının predmeti olmuş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı mübahisəli mənzilin alqı-satqı müqaviləsinin etibarsızlığına dair tələb üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi hazırki işin icraatı dayandırılmışdır. İş materiallarının 79-cu səhifəsində olan ərizə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, iddiaçı Cavabdeh1 alqısatqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddia 1-ci instansiya məhkəməsi tərəfindən rədd olunmuş və bu qətnamə Apelyasiya və Ali Məhkəmənin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır və bu əsasla hazırki işin icraatı təzələnərək işə baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(006)- 6271/2018 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-173/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-173/2020
23.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver