Məhkəmə qərarları › İş №2(103)-1738/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1738/2022

19.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1738/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3405/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə qarşı “əmək kitaçasındakı qeydlərdə dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3405/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə “iddia tələbi qismən təmin edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilərək icraya yönəlmişdir. Bundan sonra, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək belə hesab edir ki, apellyasiya şikayəti qeyri-mümükün hesab edilməli, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, mülki iş materiallarda olan reyestrdən görünür ki, rayon məhkəməsi tərəfindən qətnamənin göndərilməsi barədə 11.10.2021-ci il tarixli məktub 26.10.2021-ci il tarixli reyestrə əsasən, tərəflərə göndərilmiş (i/v 97), cavabdehin apellyasiya şikayəti isə 24.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur (i/v 108). Hazırkı iş üzrə 26.10.2021-ci il tarixdə göndərilən qətnamənin bir ay müddətində tərəfə çatdırılması ağlabatan hesab olunmur. Kollegiya qeyd edir ki, 2(103)-5527/2015 saylı mülki işdə olan Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin məhkəmə baxışı zamanı tədqiq olunmuş 28.07.2015-ci il tarixli № PƏŞ 243/300 saylı məktubunda (arayış) respublikadaxili poçt göndərişlərinin nəzarət keçid müddətlərinin dəqiq günləri göstərilmişdir. Həmin arayışa əsasən şəhər və rayon mərkəzləri arasında poçt göndərişinin keçid müddəti G+1 gün müəyyən edilmişdir. Qeyd olunan arayışa əsasən poçt göndərişinin ən uzun müddəti ayrı-ayrı rayonların kəndləri arasında olan müddətdir ki, bu da G+4 gün təşkil edir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsində isə qeyd edilir ki, apellyasiya şikayətinin qaytarılmasına əsas olan hallardan biri də apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsidir. Bundan əlavə, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayətinin forması ilə bağlı MPM-ə əsasən, əlavə-2-də nəzərdə tutulmuş tələblərə də əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apellyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prossessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunan hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından (müddətə görə və apellyasiya şikayəti formasına əməl olunmadığına görə) qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, və 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Nəsimi Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-3405/2021 saylı, 12 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya qeyri-mümkün hesab edilsin, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar