Məhkəmə qərarları › İş №2(103)-1738/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1738/2025

11.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1738/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X16rşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X7 və nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X16rşı “əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3410/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Azərbaycan Respublikası Təhsil nazirinin 11/249-1 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə direktor təyin edilmişdir.

2. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı müəssisəyə rəhbərlik və nəzarətdə nöqsanlara yol verdiyinə, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "a" bəndinə əsasən töhmət verilmişdir.

3. 02.05.2024-cü il tarixində Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində aparılmış monitorinqə dair arayışa əsasən, şagirdlərin dərslərə davamiyyəti, dərs saatları və dərsdənkənar məşğələ saatlarının verilməsi barədə müzakirələrin aparılması, texniki işçilərin iş bölgüsü və digər məsələlər üzrə nöqsanlar aşkar edilmişdir.

4. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Müdirinin xx.xx.2024-cü il tarixli əmri ilə, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində aparılan monitorinqin nəticəsində aşkarlanan nöqsanları nəzərə alaraq, “Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin Nümunəvi Əsasnaməsi”nin 5.5.4-cü və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "b" bəndlərini əsas tutaraq, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı vəzifə funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır.

5. Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin direktorunun xx.xx.2024-cü il tarixli əmri ilə “son zəng” tədbirinin xx.xx.2024-cü il tarixində saat 10:00-dan 12:00-dək keçirilməsi, rədbirin təşkili və keçirilməsi üçün tədbirlər planının, tədbirin ssenarisinin hazırlanması və təsdiq üçün rəhbərliyə təqdim olunması məktəbin təşkilatçısı X5 tapşırılması, tədbirin məktəbin həyətyanı sahəsində keçirilməsi və girişə nəzarətin məktəbin təsərrüfat işləri üzrə direktor müavini X6 tapşırılması və s. əmr edilmişdir.

6. Məktəbin direktoru İddiaçı tərəfindən “son zəng” tədbirinin proqramı xx.xx.2024-cü il tarixdə təsdiq edilmişdir.

7. Məktəbin direktoru, həmkarlar ittifaqının sədri, sinif rəhbərləri və digər əməkdaşlar tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə məktəbdə keçirilən “son zəng” tədbiri plana uyğun şəkildə milli və vətənpərvər ruhda təşkil olunmuş, tədbirin sonunda Gəncə şəhər 3 nömrəli məktəbin 10-cu sinifində təhsil alan yeniyetmə nəzarətdən qaçaraq məktəbin həyətinə daxil olmuş və bayağı musiqi səsləndirmiş, musiqinin sözlərini eşidən kimi direktor dərhal dayandırmışdır. Tədbirin sonluğunda məzunlarla şəkil çəkdirilən zaman məzunlar əl çaldıqları üçün direktor da onlara qarşılıq olaraq əl çalmışdır. Son zəng tədbirində qapıya nəzarət məktəbin təsərrüfat işləri üzrə direktor müdiri X6, tədbirə dəvət olunan qonaqlara nəzarət məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri X12, X11 və məktəbin psixoloqu X13, tədbirin əvvəldən sona qədər olan nəzarəti və musiqi mənbəyinə nəzarəti məktəbin təşkilatçı müavini X5 tapşırılmışdır. Nəzərə çatdırılır ki, bayağı musiqinin çalınıb yayımlanması məktəbə qarşı bilərəkdən təşkil olunmuşdur.

8. Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin direktorunun xx.xx.2024-cü il tarixli əmrləri ilə məktəbin təşkilatçısı X5 “son zəng” tədbirinin sonluğunda işinə məsuliyyətsiz yanaşaraq, planda olmayan musiqinin səslənməsinə yol verdiyinə görə töhmət, təsərrüfat işləri üzrə direktor müavini X6 məktəb həyətinə girişə nəzarətə məsuliyyətsiz yanaşdığına görə töhmət, məktəbin 11a təmayül sinifinin sinif rəhbəri X14, 11b sinifinin sinif rəhbəri Vəkilova Sevil Fəxrəddin qızına və 11k sinifinin sinif rəhbəri X9 xəbərdarlıq elan edilmişdir.

9. İddiaçı tərəfindən Gəndə-Daşkəsən Regional Təhsil İdarəsinin müdirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli həmin tarixdə tərtib edilmiş akta göstərilənlər qeyd edilmişdir.

10. Azərbaycan Təhsil İşçiləri X23 Samux Rayon Komitəsinin xx.xx.2024-cü il tarixli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova ünvanlanan məktubunun surətindən görünür ki, ümumi təhsil müəssisələrində keçirilən “Son zəng” tədbirinin təşkili məsələlərini tənzimləyən təlimata əsasən tədbirin təşkilinə əsas məsul şəxs müəssisənin direktorudur. Həmin təlimatda tədbir zamanı zorakılığı, zərərli vərdişlər kimi məsələləri əks etdirən mahnıların, simvolların yer almaması qeyd olunmuşdur. 14 iyun 2024-cü il tarixdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində keçirilmiş “Son zəng” tədbirində “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə zidd olan videogörüntülər sosial media hesablarında yayılmışdır. Qeyd olunanlar və İddiaçı əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması Samux rayon Təhsil Sektorunun ilk həmkarlar ittifaqı komitəsinin 21 iyun 2024-cü il tarixli iclasında müzakirə edilmişdir. İclasın qərarını nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə Azərbaycan Təhsil işçiləri X23 Samux rayon komitəsi etiraz etmir.

11. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli əmrində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində keçirilmiş “Son zəng” tədbirində məktəbin direktoru İddiaçı ilə bağlı videogörüntülər sosial media hesablarında yayılmış və sözügedən qaydaların tələblərinə əməl edilməməsi aşkar edilmişdir. “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələblərinə əsasən təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. xx.xx.2024-cü il tarixdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində keçirilmiş “Son zəng” tədbirində məktəbin direktoru İddiaçı ilə bağlı videogörüntülər sosial media hesablarında yayılmış və sözügedən qaydaların tələblərinə əməl edilməməsi aşkar edilmişdir. Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmək fəaliyyəti zamanı yol verdiyi səhvləri və “Təhsilverənlərin etik davranış Qaydalarının tələblərini pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 24 iyun 2024-cü il tarixindən ləğv edilməsi əmr edilmiş, əsas olaraq ATİAHİ Samux rayon komitəsinin xx.xx.2024-cü il tarixli, 14 nömrəli protokolundan çıxarışa istinad edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X16rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1- 521k/2024 saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra iddiaçı, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, intizam tənbehi kimi yazılan (həmin əmrin tarixi və nömrəsi qeyd edilməmiş) yalnız etiraza istinadən qeyd edilən xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-425K/2024 nömrəli əmr ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin etibarsız hesab edilməklə ləğv edilməsini, habelə iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29- 69/3-1-521k/2024 saylı əmrin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1981-ci ildə başlamışdır. 1981-2015-ci illərdə müxtəlif sahələrdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. xx.xx.2015-ci il tarixindən Azərbaycan Respublikası Təhsil Nazirinin 11/249-1 nömrəli, xx.xx.2015-ci il tarixli əmri ilə Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə 1 il müddətinə direktor təyin edilmişdir, daha sonra isə iddiaçı ilə əmək müqaviləsinin müddəti uzadılmışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 3-29-69/3-1-521K/2024 nömrəli əmri ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən mövcud iddia tələbi irəli sürülmüşdür. Aşağıdakı hüquq normalarına əsasən və iddia ərizəsinin B hissəsində göstərilən işin faktiki hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, əvvəlki işinə bərpa edilməlidir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı Samux rayon İnstitut qəsəbə tam orta məktəbində 9 ildən artıq müddətdir ki, direktor vəzifəsində işləyib. Bu illər ərzində iddiaçıya direktor kimi hər hansı xəbərdarlıq və ya digər inzibati tənbeh tədbiri tətbiq edilməmiş, əksinə əmək fəaliyyətindəki nailiyyətlərinə görə müxtəlif vaxtlarda dəfələrlə təşəkkürnamə, diplom, fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı Samux rayon İnstitut qəsəbə tam orta məktəbinə səmərəli qaydada rəhbərliyi həyata keçirmişdir. İddiaçı həmin məktəbin xx.xx.2024-cü il tarixli "Son zəng" tədbirində baş vermiş ona aid olmayan, ümumiyyətlə iddiaçının əmək fəaliyyəti ilə əlaqədar olmayan hər hansı bir xırda bəhanə üzündən işdən azad edilmişdir. Belə ki, iddiaçı məktəbin direktoru olaraq xx.xx.2024-cü il tarixində məktəbdə keçiriləcək "Son zəng" tədbirinin ssenarisini təsdiq etmişdir. Lakin “Son zəng" tədbiri daxilində kənar şəxslər tərəfindən "son zəng" tədbirinin ssenarisində nəzərdə tutulmayan musiqi səsləndirilmişdir. Bu musiqinin gözlənilməz olaraq səsləndirilməsini həmçinin xx.xx.2024-cü il tarixində təsdiq edilən “son zəng" ssenarisi də təsdiq edir. Belə ki, qeyd edilən hadisə ondan ibarət olub ki, məktəbin direktoru tədbirin sonuna yaxın məzun olan şagirdlərlə şəkil çəkdirmək üçün səhnəyə gəlmiş və şagirdləri təbrik etmək üçün əl çalmışdır, lakin həmin vaxt qeyd olunduğu kimi əvvəlcədən planlanmış və təxribat törətmək istəyən və məktəbə aid olmayan şəxs tərəfindən tədbirin gedişatı üçün nəzərdə tutulmayan musiqi sifarişi verilmiş və səsləndirilmiş, səhnədə olan digər müəllimlərlə birlikdə direktor da əl çaldıqları zaman videogörüntüləri qeydə alınaraq onun nüfuzunu aşağı salmaq üçün sui-istifadə edilmişdir. Lakin artıq qeyd edildiyi kimi, iddiaçınındirektorun mahnının sözlərindən məlumatı olmamış, buna görə də sadəcə şagirdləri təbrik etmək üçün əl çalmış, musiqinin sözləri ona aydın olduqda isə dərhal səhnədən enərək musiqinin dayandırılmasını təmin etmişdir. Lakin videgörüntülərin bu hissəsi kəsilərək yalnız iddiaçının musiqiyə əl çalması imitasiyasını yaradan hissələr yayımlanmışdır. Bütün bunlar məhz iddiaçının əleyhinə material toplamağa və onun direktor vəzifəsindən azad edilməsinə hesablanmış addımlardır və məqsədli şəkildə həyata keçirildiyini göstərir. Hansı ki, sözügedən son zəng tədbirinin keçirilməsi və təşkil edilməsi, ona nəzarət edən məsul əməkdaşlar müvafiq əmrlə rəsmləşdirilməklə təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri X10 hadisə barədə izahatında da bütün halları olduğu kimi bildirmişdir. Həmin tarixdə məktəb direktoru başda olmaqla məktəbin pedaqoji heyəti ilə birlikdə müvafiq məsələ barəsində akt tərtib edilmişdir. Aktı direktor və 10 nəfər müəllim imzalasa da tədbirə əvvəldən sona qədər olan nəzarəti və musiqi mənbəyinə nəzarəti həyata keçirən məktəbin təşkilatçı müavini X8 və ilk sinfinin sinif rəhbəri X15 aktı imzalamaqdan imtina etmişlər. Təsadüf nəticəsi sayılmamalıdır ki, İddiaçı məktəb direktoru vəzifəsindən azad edildikdən sonra Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsinə məhz X8 təyin edilmişdir. Məktəb rəhbərliyi olaraq direktorun xx.xx.2024-cü il tarixli, 153 №-li əmri ilə lla təmayül sinfinin sinif rəhbər X14, 154 №-li Əmri ilə llb sinfinin sinif rəhbəri Vəkilova Sevil Fəxrəddin qızına, 155 №-li əmri ilə ilk sinfinin sinif rəhbəri X2 zəng günü sonluqda planda olmayan səsləndirilən musiqiyə görə xəbərdarlıq edilmiş, eyni tarixli 156 №-li əmri ilə məktəbin təşkilatçısı X5 Son zəng tədbirinin sonluğunda işinə məsuliyyətsiz yanaşaraq planda olmayan musiqinin səslənməsinə yol verdiyinə görə, 157 №-li əmri ilə isə məktəbin təsərrüfat işləri üzrə direktor müavini X6 məktəbin həyətinə girişə nəzarətə məsuliyyətsiz yanaşdığına görə töhmət verilmişdir. Müvafiq olaraq iddiaçıya aid olmayan hadisə barəsində iddiaçı qanuna müvafiq olaraq, ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etmiş və bunla bağlı lazımı tədbirlər görmüşdür. İddiaçı cavabdeh təşkilata mediasiya prosesində iştirak etmək üçün müraciət etsə də cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Ümumiyyətlə, cavabdeh qurum Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin iddiaçının Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29- 69/3-1-521K/2024 nömrəli əmri tamamilə qanunsuz və əsassızdır. Belə ki, müvafiq əmrdə iddiaçının işdən azad edilməsi üçün normativ əsas kimi “Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndi göstərilmişdir. Analoji müddəaya əsasən, təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və video materiallar, təsvirlər paylaşmamalıdır. Normanın məzmunundan da göründüyü kimi bu normanın tələblərinin pozulması üçün bu hərəkətləri (təhsilverənin və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və video materiallar, təsvirlərin paylaşılmasını) təhsilverən özü və öz sosial media hesablarında həyata keçirməlidir. Hazırki işin faktiki hallarından aydın şəkildə görünür ki, müvafiq materiallar İddiaçı xəbərsiz görüntüyə alınmış və ona aid olan heç bir sosial media hesablarında paylaşılmayaraq başqa şəxslər tərəfindən məhz İddiaçı nüfuzunu aşağı salmaq məqsədilə süni şəkildə formalaşdırılmış və paylaşılmışdır. İddiaçı tərəfindən müvafiq normanın tələbləri pozulmadığı təqdirdə cavabdeh qurum bu normanı əsas gətirərək iddiaçının işdən azad edilməsi barədə əmr tərtib etmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad edilməsi barədə əmri əsası olmadan və qərəzli şəkildə verilmişdir. İddiaçının işdən azad edilməsindən dərhal sonra onun yerinə - Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsinə məhz həmin "son zəng" tədbirində "musiqi mənbəyinə nəzarəti" həyata keçirən (lakin onun "nəzarət"indən yayınaraq kənar şəxs tərəfindən planda olmayan musiqi səsləndirilmişdir) X3 təyin edilməsi bütün bunların məhz iddiaçının qanunsuz və əsassız olaraq işdən azad edilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilməlidir. Belə ki, işin hallarına əsasən iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsaslanaraq ləğv edilməsi əsassızdır, çünki İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hərəkətlərin heç birini törətməmiş və "Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndinin tələbləri iddiaçı tərəfindən ümumiyyətlə pozulmamışdır. İddiaçı məktəb direktoru olaraq baş verən hadisəylə bağlı həm məktəbdaxili müvafiq tədbirlər həyata keçirmiş, həm də "Son zəng" günü Məktəbəqədər və Ümumi Təhsil Agentliyinə müvafiq izahat vermişdir. Göründüyü kimi, iddiaçının işdən azad edilmə barədə əmri qanunsuz olmaqla Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan har hansı bir əsas müəyyən edilmir. Digər tərəfdən isə əmrin məzmunundan görünür ki, hazırkı iş üzrə iddiaçı barəsində sözügedən əmr intizam tənbehinin tədbiq edilməsi kimi verilmişdir. Hansı ki bununla da intizam tənbeh tədbirinin verilmə əsası kimi 186.2-ci maddədə nəzərdə tutulan işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10- cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər. Lakin iddiaçı tərəfindən işçinin tam və qismən təmin edilməsi və s. hallara işçi yol verməmişdir. Bundan əlavə və ən vacibi isə işçi barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə əmr verilsə də, ona müstəqil əsas olan 70-ci maddənin "ç" bəndi kimi əmək müqaviləsinə xitam verilmişdir. Hansı ki, Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırkı əmrin məzmunundan görünür ki, əmrin intizam tənbeh tədbirinin tətbiq edilməsi kimi nəzərdə tutulsa da iddiaçı barəsində əmr isə birbaşa olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi müstəqil əsas kimi götürülmüklə əmr verilmiş, başqa sözlə iddiaçı barəsində əmr iki əsasla verilmişdir ki, bu da əmrin qanunsuz olduğunu tam təsdiq edir. İddiaçının işdən azad edilmə barədə əmr qəbul edilərkən, müvafiq olaraq həmkarlar təşkilatının razılığının alınması da düz olmamışdır. Hansı ki, sözügedən həmkarlar təşkilatının iclası da iddiaçının heç bir xəbəri olmadan keçirilmiş, iclas barədə isə ümumiyyətlə iddiaçıya məlumat verilməmişdir. Bununla da həmkarların razılığının alınması barədə qanunverciliyin tələbləri pozulmuşdur. Eyni zamanda Əmək Məcəlləsinin 80-cı maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Beləliklə, onun işdən çıxarılması əmək qanunvericiliyin normalarının kobud şəkildə pozulması ilə baş vermiş, barəsində qəbul edilmiş əmr əsassız olduğu üçün ləğv edilməlidir.

15. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, Agentliyin direktorunun xx.xx.2024-cü il tarixli, 3-29-69/3-1-521K/2024 nömrəli əmri ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi səhvləri və "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 20 may 2024-cü il tarixindən ləğv edilmişdir. Həmin əmrin verilməsi üçün əsas Samux rayon İnstitut qəsəbə tam orta məktəbində 14 iyun 2024-cü il tarixdə keçirilmiş "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən, cinayət aləmindən bəhs edən mahnının səsləndirilməsi, mahnının şagirdlər və tədbir iştirakçıları tərəfindən əzbərdən xorla ifa olunması, məktəbin direktoru İddiaçı tədbir iştirakçıları ilə birlikdə alqışlaması və həmin mahnıya uyğun rəqs etmələri, tədbirin görüntülərinin çoxsaylı xəbər saytlarında, telekanallarda və sosial media hesablarında yayılması, təhsil müəssisəsinin nüfuzunun və ictimai etimadın aşağı salınmasına şərait yaratması olmuşdur. Məktəbəqədər və Ümumi Təhsil üzrə X21- Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli təqdimatından görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 31 may 2024-cü il tarixdə göndərilmiş elektron məktuba əsasən ümumi təhsil müəssisələrində "Son zəng” tədbirlərinin təşkili ilə bağlı təlimat və ssenari ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan bütün ümumi təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırığın verilməsi şəhər/rayon üzrə təhsil sektorlarının müdirlərinə tapşırılmışdır. Bütün məktəb rəhbərləri ilə sektor müdirləri görüş keçirmiş, müvafiq təlimat ilə hər bir direktor tanış edilmiş, görüşlər protokollaşdırılmışdır. O cümlədən, Samux rayonu üzrə təhsil sektoru tərəfindən Samux rayonunda fəaliyyət göstərən məktəb direktorlarının iştirakı ilə xx.xx.2024-cü il tarixdə iclas keçirilmişdir. İclasda məktəb direktorlarına təlimatın hər bir bəndi ətraflı izah olunmuş, təlimatın icrasına məsul şəxsin məhz müəssisə rəhbərlərinin olması onların nəzərlərinə çatdırılmışdır. Bununla yanaşı, müxtəlif tarixlərdə həmin təlimat və tədbirin ssenarisi məktəb direktorlarının daxil olduğu Samux rayonu üzrə təhsil sektorunun “whatsapp” qrupuna və məktəblərin elektron poçt ünvanlarına göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir, o Samux rayon İnstitut qəsəbə tam orta məktəbində 9 ildən artıqdır ki, direktor vəzifəsində çalışır. Bu müddət ərzində ona direktor kimi hər hansı xəbərdarlıq və ya intizam tənbehi verilməmişdir. Müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin 3-29/3-1-1113K/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət, cari ilin may ayında təşkil olunmuş ümumi təhsil müəssisələrinin monitorinqi zamanı məktəbdə aşkar edilən çoxsaylı nöqsanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/3- 1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi, iddiaçı verilən müvafiq intizam tənbehlərindən nəticə çıxarmamış, müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməyə davam etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir, o Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru vəzifəsindən həmin məktəbin xx.xx.2024-cü il tarixli "Son zəng" tədbirində baş vermiş ona aid olmayan, ümumiyyətlə iddiaçının əmək fəaliyyəti ilə əlaqədar olmayan hər hansı bir xırda bəhanə üzündən azad edilmişdir. Bununla bağlı bildirilir ki, iddiaçı təhsilverən hesab olunmaqla ümumi təhsil müəssisəsinin direktorudur və o, təhsil müəssisəsinin fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır. "Son zəng" tədbirinin keçirilməsini təşkil etmək və bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimatlara əməl etmək onun vəzifəsidir. Lakin müvafiq təlimatların yerinə yetirilməsini təmin etməmiş, həmçinin onun öz vəzifələrini yerinə yetirməməsi kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsinə, mahnının şagirdlər tərəfindən əzbərdən xorla ifa olunmasına, şagirdlərlərin alqışlarla həmin mahnı ilə rəqs etmələrinə səbəb olmuş, eyni zamanda iddiaçının özü də alqışlarla həmin mahnının sədası altında rəqs etmiş və tədbirin görüntülərinin çoxsaylı xəbər saytlarında, sosial media hesablarında və telekanallarda yayılması, təhsil müəssisəsinin nüfuzunun və təhsil müəssisəsinə qarşı ictimai etimadın aşağı salınmasına şərait yaratması ilə nəticələnmişdir. İddiaçı qeyd olunan hərəkət və hərəkətsizliyi ilə “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.1-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.1-ci bəndinə əsasən təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçı məktəbin direktoru olaraq xx.xx.2024-cü il tarixdə məktəbdə keçiriləcək “Son zəng” tədbirinin ssenarisini təsdiq etmişdir. Lakin “Son zəng” tədbiri daxilində kənar şəxslər tərəfindən ssenaridə nəzərdə tutulmayan musiqi səsləndirilmişdir. Bu musiqi gözlənilməz olaraq səsləndirilmişdir. O bildirir ki, səhnəyə şagirdlərlə şəkil çəkdirmək üçün səhnəyə gəlmiş və şagirdləri alqışlamış, həmin vaxt kənar şəxs musiqi sifarişi vermiş və həmin musiqi səsləndirilmiş, səhnədə əl çalan vaxtı videogörüntülər qeydə alınmışdır. O həmçinin qeyd edir ki, mahnının sözlərindən məlumatı olmamış, şagirdləri təbrik etmək üçün əl çalmış, musiqinin sözləri ona aydın olan kimi səhnədən edərək musiqinin dayandırılmasını təmin etmişdir. Bununla bağlı bildirilir ki, iddiaçının qeyd etdikləri həqiqəti əks etdirmir. Birincisi, videodan görünür ki, bütün şagirdlər birlikdə həmin mahnının sözlərini əzbərdən oxumuşdur. Bu onu düşünməyə əsas verir ki, şagirdlər həmin mahnının səsləndirilməsi üçün xüsusi olaraq hazırlanmışlar. İkincisi, ssenaridə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməyə uyğunluğu və iddiaçı tərəfindən həmin ssenarinin yazılı şəkildə təsdiqlənməsi o demək deyildir ki, o “Son Zəng” tədbiri zamanı şifahi olaraq və ya yazılı olmayan digər formada həmin kriminal aləmlə əlaqədar olan mahnının səslənməsinə icazə verməmişdir. Üçüncüsü, “Son zəng” tədbiri el şənliyi deyildir ki, kimsə kənardan musiqi (mahnı) sifarişi versin və həmin musiqi səsləndirilsin. Bu kimi halların baş verməməsinə məktəbin direktoru cavabdehdir və o təhsil müəssisəsinin fəaliyyətinə və təhsil müəssisəsində keçirilən tədbirlərin qaydalara uyğun keçirilməsinə şəxsən məsuliyyət daşıyır. Həmin mahnının səsləndirilməsi əgər iddiaçının qeyd etdiyi kimi baş vermişdirsə, o halda da direktor məsuliyyət daşıyır və bu tədbirin qaydalara uyğun təşkili üzrə vəzifəsini yerinə yetirə bilmədiyi mənasına gəlir. Dördüncüsü, videolardan görünür ki, şagirdlərlə bərabər direktor həmin mahnı üzrə rəqs edir, əl çalır və mahnıda “cinayət aləmi” ifadəsi və digər kriminal xarakterli ifadələr işlənsə də iddiaçı mahnının səsləndirilməsinə mane olmaqla bağlı hər hansı tədbir görmür. Sonda məzunlarla birlikdə fotoşəkil çəkdirmək məqsədilə mahnının dayandırılması göstərişi verilir. Beşincisi və ən önəmlisi, tədbirdə bu halın baş verməsi qəsdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq, onun əməli təhsil müəssisəsinin və təhsilverənlərin nüfuzunu zədələnməsinə, təhsil fəaliyyətinə və təhsil müəssisəsinə ictimai etimadın azalmasına səbəb olmuşdur. “Son zəng” tədbirində baş vermiş bu halın ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmamışdır. Həmin tədbirə aid sosial media hesablarında və xəbər saytlarında yayılmış videogörüntülərin linklərindən ikisini əlavə edirik: https://t.me/bakupost/14285 https://globalinfo.az/direktor-sagirdlerle-birge-ogrualemini-terennum-eden-mahniifa-edibvideo/. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun əmək müqaviləsinə xitam verilməsindən sonra məktəbin təşkilatçısı X1 rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bununla bağlı bildiririk ki, məktəbin təşkilatçısı X1 rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməmişdir. İddia ərizəsində qeyd olunur ki, iddiaçı “Son zəng” tədbirindən sonra tədbirdə baş verən hallarla bağlı qanunamüvafiq olaraq, ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etmiş və bununla bağlı lazımi tədbirlər görmüşdür. Bununla əlaqədar bildiririk ki, iddiaçı tərəfindən “Son zəng” tədbirindən əvvəl ona verilmiş səlahiyyətlər çərçivəsində üzərinə düşən öhdəliyi icra etsə idi və bununla bağlı lazımi tədbirləri görmüş olsa idi həmin tədbirdə qeyd olunan hadisə yaşanmazdı. Ölkənin bütün tam orta təhsil müəsssisələrində “Son zəng” tədbiri keçirilsə də, adıçəkilən hadisə yalnız iddiaçının rəhbərlik etdiyi təhsil müəssisəsində baş vermişdir. İddiaçı tərəfindən görülmüş tədbirlər ictimai etimadın bərpası üçün yetərli olmamışdır. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.6.2-ci bəndinə əsasən təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. “Təhsilverənlərin etik davranış Qaydaları"nın 5.2.6-cı bəndinə əsasən müəssisə rəhbəri: bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci “ç” bəndinə əsaslanaraq ləğv edilməsi əsassızdır, çünki İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hərəkətlərin heç birini törətməmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” qeyd olunub. Yəni Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndində iki əsas qeyd olunub: 1) “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” və 2) “bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda”. İddiaçının əmək müqaviləsinə xitam verilmə səbəbi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əks olunmuş “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsasıdır. Göründüyü kimi, iddiaçının bu əsaslandırması qanunauyğun deyildir. İddiaçı həmçinin qeyd etmişdir ki, işçi barəsində intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə əmr verilsə də, onun əmək müqaviləsinə müstəqil əsas olan 70-ci maddənin "ç" bəndi ilə xitam verilmişdir. O bildirir ki, iddiaçı barəsində əmr iki əsasla verilmişdir ki, bu əmrin qanunsuz olduğunu təsdiq edir. Bununla əlaqədar olaraq bildiririk ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi intizam tənbehi tədbiri kimi tətbiq edilir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsində isə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən işçi barəsində tətbiq edilən intizam tənbehləri sadalanır və həmin intizam tənbehlərindən biri də “əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” növündə intizam tənbehidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Göründüyü kimi, iddiaçının bu əsaslandırması da qanunauyğun deyildir. İddianın əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı Əmək Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq ATİAHİ Samux rayon komitəsinin razılığı alınmış və ATİAHİ Samux rayon komitəsinin 21 iyun 2024-cü il tarixli, 14 nömrəli məktubu əmrə əlavə edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış qaydaları”nın 1.4-cü bəndinə əsasən hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ümumi təhsil müəssisəsinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, dövlətin, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyi, tabe olduğu dövlət orqanın əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğu, həmçinin ona verilmiş intizam tənbehlərindən nəticə çıxarmadığı üçün o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən direktor vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir.

16. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, 2024-cü ilin may ayında təşkil olunmuş ümumi təhsil müəssisələrinin monitorinqi zamanı Samux rayon İnstitut qəsəbə tam orta məktəbdə aşkar edilən çoxsaylı nöqsanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/3-1-425K/2024 nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Həmin əmrlə məktəbin direktoru İddiaçı əmrin verildiyi tarixdə bilavasitə tanış edilmişdir. Bundan əlavə, əmrin surəti Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektoru tərəfindən elektron poçt vasitəsi ilə Samux rayon İnstitut qəsəbə tam orta məktəbin elektron poçt ünvanına göndərilmişdir. Elektron poçtun göndərilməsini, həmçinin elektron poçtun məktəb tərəfindən alınmasını təsdiq edən elektron poçt ünvanından çıxarışlar bu ərizəyə əlavə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-31/3- 1- 425K/2024 nömrəli əmrinin mübahisələndirilməsi üçün 1 aylıq iddia müddəti keçmişdir. Qeyd olunanlara əsasən, iddiaçının iddia həcminin artırılması barədə xx.xx.2024-cü il tarixli ərizəsində qeyd olunan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2024-cü il tarixli 3-29-31/3-1- 425K/2024 nömrəli əmrinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3410/2024 nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-1-521K/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Samux Rayon İnstitut qəsəbə tam orta məktəbinə məktəb direktoru vəzifəsinə işə bərpa edilməsi və ona xx.xx.2024-cü il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən, əmrdə əmək fəaliyyəti zamanı yol verdiyi səhvlərə və “Təhsilverənlərin etik davranış Qaydalarının” tələblərinin pozulmasına istinad edilmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əmrdə əsaslandırılmalıdır. Hazırki iş üzrə mübahisələndirilən əmrdə isə qanunvericilik normalarının tələblərinə zidd olaraq düzgün əsaslandırma aparılmamışdır. Halbuki Əmək Məcəlləsinin 71.3 və 83.1-ci maddələrinin tələblərinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

19. Həmkarlar ittifaqının razılıq məktubunda, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə “Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndinin tələblərinin pozulmasına istinad edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4-cü bəndi təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranış qaydalarını, əsasən şəxsi həyatında davranış normalarını tənzimləyir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən isə təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, burada təhsilverənin özünün sosial media hesablarında müvafiq paylaşımları etməsi etik davranış qaydalarının pozuntusu olaraq göstərilmişdir. Hazırki mülki işdə isə iddiaçı tərəfindən belə bir paylaşımın edilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halı, yəni iddiaçının paylaşım etməməsini cavabdeh tərəf də qəbul etmişdir. Digər tərəfdən iddiaçı qeyd edilən pozuntunu törətmiş olsaydı belə, bu hal özlüyündə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün kifayət etmir.

20. Hazırki iş üzrə isə iddiaçının əmək funksiyasını pozması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya müəssisənin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir.

21. Digər tərəfdən, mübahisələndirilən görüntülər məhkəmə tərəfindən tədqiq edilmiş və müəyyən edilmişdir ki, İddiaçı səsləndirilməsindən təxminən 1 dəqiqə sonra mahnının dayandırılması məqsədilə əlini qaldırır və mahnı dayandırılır. Lakin buna baxmayaraq sosial şəbəkələrdə yalnız iddiaçının mahnıya əl çalması hissəsi yayımlanmışdır, qeyd edilən hissəsi isə ictimaiyyətə çatdırılmamışdır. İddiaçı tərəfindən təsdiq edilmiş “Son zəng” tədbirinin planından görünür ki, tədbirin həyata keçirilmə ardıcıllığı, səslənməli olan nitqlər təsdiq edilmiş, tədbirin təşkilatçılığı X5 tapşırılmışdır. Həmçinin o da nəzərə alınmalıdır ki, müvafiq geniş miqyaslı tədbirdə rəhbər şəxs kimi keçirilən həyacan nəticəsində ilk anlardan mahnının sözlərinin dərk edilməməsi ağlabatan olmaqla, təbii insanlıq halı kimi qəbul edilə bilər. Tədbirdə iştirak edən uşaqların isə həmin mahnını əzbərdən oxumaları mütləq qaydada mahnıya əvvəlcədən hazırlaşmalarına işarət etmir.

22. Məhkəmə qeyd etmişdir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Son zəng tədbirində bayağı mahnı səsləndirilməsi iddiaçının əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. O da nəzərə alınmalıdır ki, çoxlu insanların iştirak etdiyi tədbirdə həmin mahnının məhz iddiaçının təşkilatçılığı, nəzarəti altında səsləndirilməsi sübuta yetirilməmişdir. Belə ki, bu hal iddiaçının, mahnının səsləndirilməsindən 1 dəqiqə sonra onu dayandırması ilə təkzib olunur (halbuki mahnı təxminən 7 dəqiqəlikdir).

23. Beləliklə, işəgötürən tərəfindən əmrdə məhz iddiaçının hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, işçinin əmək funksiyasını, yəni əmək müqaviləsi üzrə vəzifəsinə dair öz üzərinə götürdüyü öhdəliklərdən hansını icra etməməsi və ya lazımi qaydada icra etməməsi, işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması əsaslandırılmamışdır. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassız olmuşdur.

24. Cavabdehin, iddiaçı barəsində bir neçə gün əvvəl sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsi dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, işdən çıxarılma barədə əmrdə həmin hala istinad edilməmiş, əmr ümumi qaydada əsaslandırılmışdır. Həmçinin, məhkəmə iddiaçının həmin əmrdən məlumatsız olması, məhkəmə zalında öyrənməsi barədə izahatlarını, intizam tənbehinin intizam xətasının aşkar edildiyi gündən sonra verildiyi müddəti nəzərə alaraq, həmin intizam tənbehini, qanunsuz əmrin ləğv edilməsinə mane ola biləcək hal hesab etmir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli əmr qanunamüvafiq qaydada tərtib edilmədiyindən və əsassız olduğundan ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə işə bərpa edilməlidir.

25. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddia tələbi əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir.

26. Məhkəmə, iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməklə ləğv edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi xx.xx.2024-cü il tarixli əmr Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmişdir. Hazırki iş üzrə cavabdeh təşkilat isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyidir. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı iddiaçıya məhkəmə tərəfindən təklif verilsə də, o, ayrıca iddia qaldıracağını bildirərək, hazırki mülki iş üzrə onun cavabdeh kimi cəlb edilməsi barədə ərizə verməmişdir. Bu səbəbdən də iddia tələbi əsl cavabdehə qarşı irəli sürülmədiyindən məhkəmə əlavə araşdırma aparmadan iddianın həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. Cavabdeh xx.xx.2024-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmrinin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi həmin iddia tələbinə cavab verməli şəxs olmadığından iddia təmin edilmədiyi üçün iddia müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, Əmək Məcəlləsinin 68, 69, 70.”ç”, 71.2, 71.3, 73, 74, 75, 76.2, 83.1, 186.2, 300.1, -ci maddələrinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4-cü bəndinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun L.Bünnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

28. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin oluna hissəsində ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

29. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi mübahisələndirilən əmrdə əsaslandırılmışdır. Belə ki, əmrin şərh hissəsində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində keçirilmiş “Son zəng” tədbirində məktəbin direktoru İddiaçı ilə bağlı videogörüntülər sosial media hesablarında yayılmış və sözügedən qaydaların tələblərinə əməl edilməməsi aşkar edilmişdir. “Təhsilverənlərin etik davranış Qaydalarının” 4.3-cü bəndinin əmrin şərh hissəsində yanlış olaraq qeyd edilməsi əmrdə düzgün əsaslandırma aparılmaması mənasına gəlmir. İddiaçı hansı intizam pozuntusunu törətdiyi əmrin şərh hissəsində qeyd olunmuşdur. Bundan əlavə əmrin sərəncam hissəsində əmək müqaviləsinin ləğv edilməsinin səbəbi kimi İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi səhvləri və “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərini pozması, əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. İddiaçı əmək müqaviləsinin ləğv edilməsinin səbəbi və əsası əmrdə düzgün olaraq qeyd olunmuşdur. Beləliklə, Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29- 69/3-1-521K/2024 nömrəli əmri Əmək Məcəlləsinin 71.3 və 83.1-ci maddələrinin tələblərinə uyğun olmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırılmışdır. "Son zəng" tədbirində bu halın baş verməsi qəsdən və ya ehtiyatsızlıqdan baş verməsindən asılı olmayaraq, onun əməli təhsil müəssisəsinin və təhsilverənlərin nüfuzunun zədələnməsinə, təhsil fəaliyyətinə və təhsil müəssisəsinə ictimai etimadın azalmasına səbəb olmuşdur. “Son zəng” tədbirində baş vermiş bu halın ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmaması ilə bağlı ictimai qınaq formalaşmış, təhsilverənlər, təhsil müəssisələri, təhsili idarəetmə orqanları töhmət altında qalmışdır. Çoxsaylı xəbər saytlarında və sosial şəbəkə hesablarında paylaşılan videogörüntülər və kriminal aləmə aid mahnı səsləndirilməsi barədə məlumatlar Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin, onun kollektivinin, o cümlədən şagirdlərinin nüfuzuna, hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu ziyan iş materiallarında olan xəbər saytlarının və sosial şəbəkə hesablarının linkləri, şəkilləri ilə öz təsdiqini tapmışdır. Hazırda da Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin adını internet resurslarında axtardıqda şagirdlərin və direktorun cinayət aləminə aid bayağı mahnı səsləndirməsi, həmin mahnı ilə rəqs etməsi və alqışlaması ilə bağlı məlumatlar ilk olaraq qarşımıza çıxır. Göründüyü kimi, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulması ilə bağlı sübutların olmaması ilə bağlı məhkəmə yanlış nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qəbul etmişdir. Mahnının təxminən 1 dəqiqə sonra dayandırılması doğru deyil. Sosial şəbəkələrdə və xəbər saytlarında yayılan videogörüntülər təxminən 1.15 dəqiqədən ibarətdir. Mahnının nə vaxt başlaması həmin videogörüntülərdən aydın deyil. Belə olan halda məhkəmənin “mahnının təxminən 1 dəqiqə sonra dayandırılması” nəticəsinə gəlməsi əsassızdır. Məhkəmə qətnaməsində də mahnının təxminən 7 dəqiqəlik olduğu qeyd edilmişdir. Qətnamədə olan “sosial şəbəkələrdə yalnız iddiaçının mahnıya əl çalması hissəsi yayımlanmışdır, qeyd edilən hissəsi isə ictimaiyyətə çatdırılmamışdır” sözləri həqiqətə uyğun deyil. Çünki, məhkəmədə yalnız sosial şəbəkələrdə və xəbər saytlarında yayımlanan videogörüntülər araşdırılmışdır. Başqa hər hansı videogörüntünün mövcudluğu məhkəməyə və tərəflərə məlum olmamışdır. Məhkəmənin ictimaiyyətə çatdırılmamışdır kimi qeyd etdiyi videogörüntünün (https://www.facebook.com/watch/?v=**********90044) hissəsi elə ictimaiyyətə çatdırılmış videogörüntüdə mövcuddur. “Son zəng” tədbirində səsləndirilən cinayət aləmini təbliğ edən mahnı (https://www.youtube.com/watch?v=XQyXXdeQuNU) 6.54 dəqiqəlikdir. Yayılan videogörüntüdə mahnı “elə bir adam varmı ki, tanımasın ruslanı” sözləri ilə başlayır ki, bu da mahnının 44-cü saniyəsində səsləndirilir. Səslənəndən sonra da da 1.10 dəqiqə davam edir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə işin hallarına və tədqiq edilmiş sübutlara uyğun deyidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hadisə ictimai rezonansa səbəb olmuşdur. 14 iyun tarixində “Qafqazinfo” tərəfindən yayımlanmamışdan əvvəl video “TikTok” sosial şəbəkəsində paylaşılmışdır. “TikTok” sosial şəbəkəsində isə məlumatın necə sürətlə yayılması hərkəsə məlumdur. Sözsüz ki, onlar “TikTok” sosial şəbəkəsində iddiaçı tərəfindən paylaşılmasını tam sübuta yetirə bilmirlər. Səsləndirilən musiqi yalnız bayağı deyil, eyni zamanda kriminal aləmin təbliğini əks etdirir. İddiaçı bu halı aşkar etdikdən sonra müəyyən tədbirləri həyata keçirmişdir. Lakin, bununla bağlı hüquqmühafizə orqanlarına müraciət olunmamışdır. Bu məsələ bütün ölkə saytlarında yayımlanmışdır. Bu nəinki həmin təhsil müəssisəsinə, eyni zamanda ölkənin bütün təhsil siteminə böyük zərbədir. Sosial şəbəkələrdə yazılmış şərhlər buna nümunədir. Belə olan halda Əmək Məcəlləsinin 71-ci maddənin 2-ci hissəsinə haqlı olaraq istinad olunmuşdur. Həmin son zəng tədbirlərinin senariləri əvvəlcədən müvafiq regional təhsil qurumu tərəfindən təhsil müəssisələrinə göndərilir. Həmin ərazidə bir çox təhsil müəssisələri var. Nə üçün belə bir problem bu təhsil müəssisəsində yaranmışdır. Etik davranış qaydalarında direktor təhsil verən olaraq nəzərdə tutulur. İddaiçı senariyə əvvəlcədən baxış keçirtməli idi. Belə halların olmaması üçün vaxtından əvvəl qabaqlayıcı tədbirlər həyata keçirməli idi. Musiqi iddiaçının təşəbbüsü ilə deyil, təşkiatçı müavinin təşəbbüsü ilə dayandırılmışdır. Birinci instansiya məhkəməsi işin tam araşdırılması üçün iddiaçının töhmət verdiyi digər şəxsləri şahid qismində dindirməmişdir. Hesab edirlər ki, iddiaçı təhsil müəssisəsinin rəhbəri olaraq yalnız töhmətlə qane olmamalı idi. Saytlardan sosial şəbəkələrdən həmin videonun silinməsini tələb edə, yazılı şikayətlər edə bilərdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.S.İbrahimov da apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsi məsələyə səthi yanaşmışdır. Məhkəmə video görüntülərin bir qisminin ictimayətə tam açıqlanmadığını qeyd edib. Məhkəmənin araşdırdığı video ictimayətə aydın olan və sosial şəbəklərdə olan videodur. İddiaçı öz dəlillərini sübut etməlidir. Məhkəmə prosesin iddiaçı tərəfindən dayandırıldığını necə müəyyən edə bilər? Bununla bağlı orada olan şəxslərin izahatları, ifadələri alınmalı idi. Videogörüntüdə iddiaçı əl çalaraq əlini qaldırıb ortaya gəlir. Mahnı bir dəqiqə səsləndirilir. Mahnı isə “bu cinayət aləmində” ifadəsi ilə başlayır. Bir dəqiqədən sonra cinayətlə bağlı ifadələrin dərk edilməsi ona məntiqli gəlmir. Uşaqların həmin mahnını xorla oxuması onların əvvəlcə mahnının ifasına hazırlaşdığını göstərir. Plan iddiaçı tərəfindən fərdi olaraq təsdiq olunmamışdır. Belə ki, tədbirin planı cavabdeh tərəfindən regional təhsil idarələrinə, onlar isə öz növbəsində təhsil müəssisələrinə verir. Məsələ həmin plana riayyət edilibedilməməsidir. Hesab edir ki, “son zəng”in video çəkilişinə baxmaq zəruridir. Onlara həmin videogörüntülərin olmadığı bildirilmişdi. Uşaqların həmin musiqini oxuması təhsilin, yoxsa uşaqların öz marağıdır? Ona verilmiş suallara cavab olaraq bildirdi ki, şagirdlərin həmin musiqini oxuması təhsilin təqsiridir. Belə ki, şagirdlər doğru tərbiyələndirilməmişdir. Qəsdən və ya ehtiyatsızlıqdan baş verməsinə baxmayaraq hadisəyə görə iddiaçı məsuliyyət daşıyır. İddiaçının töhmət verdiyi şəxsləri təqsirkar hesab edərək, həmin töhmətləri ləğv etməmişlər. Hazırda iddiaçını məktəbdə direktor müavini əvəz edir. Həmin şəxs iddiaçı töhmət verildiyi zaman izahat verərək iddiaçının qeyd etdiklərini qəbul etməmişdir. O bildirib ki, əmrlə təşkilatı işlər ona həvalə edilsə də, bütün işlərlə iddiaçı özü məşğul olmuşdur. Məktəbdə digər rəhbər şəxs olmadığı üçün direktor vəzifəsi müvəqqəti olaraq həmin şəxsə həvalə olunmuşdur. Sonradan həmin yer üzrə təyinat aparılacaqdır.

33. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, o, Gəncə ərazisində 8 il yaşayıb. Həmin musiqi Gəncə zonasında məşhurdur. Həmin musiqi son zəng günü yalnız iddiaçının rəhbərlik etdiyi təhsil müəssisəsində deyil, həmin zonada bütün təhsil müəssisələrində səsləndirilmişdir. Əgər həmin mahnı qadağan olunarsa, dövlətin müəyyən qurumları həmin regionda müvafiq tədbirlər həyata keçirər. Qarşı tərəf bildirir ki, 14 iyun tarixində “Qafqazinfo” saytı təsdiq üçün onlara müraciət edildikdən sonra ayın 15-i həmin video sosial şəbəkələrdə yayılmışdır. Lakin bu fakt iş materiallarında heç bir sübutla təsdiq olunmur. İddiaçının nə mahnı, nə də videoya çəkilməsi barədə məlumatı olmamışdır. Həmin tarixdə iddiaçı Gəncə regional təhsil şöbəsinə çağırıldıqdan və videonu təqdim etdikdən sonra məlumatı olub. Videogörüntü onların özlərində olub və ona bildirilib ki, ya ərizəsini yazsın, ya da həmin video sosial şəbəkələrdə yayımlanacaq. İddiaçı izahatını yazıb və həmin izahat iş materiallarına əlavə edilməsi üçün təqdim olunub. İddiaçı günahının olmadığını bildirsə də, 15 iyun tarixində sosial şəbəkələrdə video yayımlanmışdır. Əgər video görüntü həqiqətən “Qafqazinfo” vasitəsi ilə 14 iyun tarixində onlara göndərilibsə bunu sübut etsinlər. Tədbir bitdikdən dərhal sonra iddiaçı və tədbirin digər iştirakçıları Gəncə regional təhsil şöbəsinə çağırılıb və 4 saat orada saxlanılmışdırlar. Video planlı şəkildə özləri tərəfindən çəkilmiş və planlı olaraq mətbuata təqdim olunmuşdur. 14 iyun tarixində, saat 19:00-da iddiaçı məktəbdə olmamasına baxmayaraq məktəbin email ünvanına əmri göndərmişlər. Videogörüntüdə şagirdlərin xorla oxuması, əvvəlcədən hazırlaşması müəyyən olunmur. İddiaçının əl çalmasına gəldikdə isə musiqi son zəng tədbirinin sonunda iddiaçının yaxınlaşması zamanı səsləndirilir, sinif rəhbəri üç dəfə iddiaçını mikrofonla şəkil çəkdirmək üçün dəvət edir, iddiaçı orada ortada gəzən xanıma söz deməyə cəhdlər edir, lakin xanım oradan yayınır. Ən sonda ondan nə baş verdiyini soruşanda bilmədiyini qeyd edir. İddiaçı əllərini qaldıraraq mahnının dayandırılmalı olduğunu bildirir. İddiaçı yaxınlaşanda uşaqlar iddiaçıya əl çalır və iddiaçı da onlara qarşılıq olaraq əl çalır. Yəni videodan da göründüyü kimi, iddiaçı nə həmin musiqiyə əl çalmamış, nə də oynamamışdır. Bundan başqa, iddiaçıya verilmiş intizam tənbeh tədbiri ilə bağlı istinad olunan “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü maddəsi ilə ittiham olunan əməl üst-üstə düşmür.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. İddiaçı həmçinin bildir ki, onun 42 il stajı var və 10 ildir ki, direktor işləmişdir. Vətəni sevən bir insandır və həmişə şagirdlərini vətənpərvərliyə yönəltmişdir. Hadisə ilə bağlı heç bir məlumatı olmayıb. Hadisə zamanı şəhid ailələrini yola salırdı. Sinif rəhbəri təkidlə onu siniflə şəkil çəkdirməyə dəvət etdi. Baş verənlərdən sonra regional idarəyə çağırıldılar və sinif rəhbərləri və “zavuçlar” yola salındıqdan sonra izahatları alındı. Müavin olan Azər müəllim görüntünü orada ona göstərdi və ona ya ərizəni yazmalı olduğunu, ya da videonun yayımlanacağını bildirdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, tədbirin video çəkilişi aparılırdı və sinif rəhbərlərində, şagirdlərdə var.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; Maddə 70.”ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; Maddə 71.2. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 84.2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə 84.3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Maddə 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

36. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli, KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları” Bənd 4.3. Təhsilverən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.2015-ci il tarixindən Samux rayonu İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsində işləmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir.

42. Əmək qanunvericiliyin yuxarıda istinad olunan imperativ tələblərinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

43. Bundan başqa, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədləri əmrin məzmununda göstərməlidir.

44. İşdən görünür ki, cavabdehin iddiaçı tərəfindən hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli əmri belə əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyəti zamanı səhvlərə yol vermiş və “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin tələblərini pozmuşdur.

45. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı hansı səhvlərə yol verdiyi sözügedən əmrdə cavabdeh tərəfindən ümumiyyətlə əsaslandırılmamış, əmək müqaviləsinə bu əsasla xitam verilməsinə əsas hesab olunan rəsmi sənədlər əmrin məzmununda göstərilməmiş, əmrdə yalnız Azərbaycan Təhsil işçiləri X23 Samux rayon komitəsinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə etiraz etmədiyinə dair protokoldan çıxarışa istinad edilmişdir.

46. Halbuki, cavabdeh iddiaya qarşı verilmiş etirazında bildirir ki, müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət, cari ilin may ayında təşkil olunmuş ümumi təhsil müəssisələrinin monitorinqi zamanı məktəbdə aşkar edilən çoxsaylı nöqsanlara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, iddiaçı verilən müvafiq intizam tənbehlərindən nəticə çıxarmamış, müəssisəyə rəhbərlik və nəzarətdə yol verdiyi nöqsanlara, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməyə davam etmişdir.

47. Kollegiya göstərilənlərlə bağlı qeyd edir ki, əmək qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçıya verilmiş töhmət 6 aydan sonra qüvvəsini itirmiş, xx.xx.2024-cü il tarixli əmri ilə verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətdən iddiaçının nəticə çıxarmaması isə onunla ifadə edilməlidir ki, iddiaçı həmin əmrin verilməsinə əsas olmuş nöqsanlara əmr verildikdən sonra yol verməyə və üzərinə düşən əmək funksiyasını keyfiyyətsiz yerinə yetirməyə davam etsin.

48. Lakin qeyd edildiyi kimi, bu halları təsdiq edən sübutlar iş materiallarında mövcud deyil və cavabdehin xx.xx.2024-cü il tarixli əmrində bu hallar göstərilməmiş, onları təsdiq edən rəsmi sənədlərə istinad edilməmişdir.

49. O da qeyd edilməlidir ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmri xx.xx.2024-cü il tarixli əmrdə göstərilən hallarla bağlı verildiyi nəzərə alındığı təqdirdə belə, iddiaçının barəsində bir intizam xətasına görə eyni zamanda iki intizam tənbehinin verildiyi, yəni həm son xəbərdarlıqla şiddətli töhmətin verilməsi, həm də əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi müəyyən edilir. Bu isə əmək qanunvericiliyin tələblərinə ziddir.

50. Məhkəmə kollegiyası mübahisələndilən xx.xx.2024-cü il tarixli əmrdə istinad olunan iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın 4.3-cü bəndinin pozulması halı ilə bağlı isə qeyd edir ki, iddiaçı tərəfindən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşması iş materialları ilə sübut olunmur.

51. Eyni zamanda, “son zəng” tədbirində nəzərdə tutulmayan musiqinin səsləndirilməsinin iddiaçının təşkilatçılığı, onun göstərişi ilə həyata keçirildiyi də iş materialları ilə təsdiq olunmur.

52. Əksinə, işdən görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli əmri ilə “son zəng” tədbirinin xx.xx.2024-cü il tarixində saat 10:00-dan 12:00-dək keçirilməsi, tədbirin təşkili və keçirilməsi üçün tədbirlər planının, tədbirin ssenarisinin hazırlanması və təsdiq üçün rəhbərliyə təqdim olunması məktəbin təşkilatçısı X5, tədbirin məktəbin həyətyanı sahəsində keçirilməsi və girişə nəzarəti məktəbin təsərrüfat işləri üzrə direktor müavini X6 tapşırılmış, həmin tədbirdə nəzərdə tutulmayan musiqi səsləndikdən sonra iddiaçı və məktəbin digər əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş, habelə sinif rəhbərlərinin və X3, X4 barəsində iddiaçının müvafiq əmrləri ilə intizam tənbehləri tətbiq edilmişdir.

53. Göründüyü kimi, iddiaçı tərəfindən qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasının icrasına yanaşılmamışdır.

54. Hamıya bəlli olan haldır ki, “son zəng” tədbirlərində təhsil müəssisəsinin kollektivi və məktəbin şagirdləri ilə yanaşı sonuncuların valideynləri, digər yaxın qohumları, ictimaiyyətin nümayəndələri, təhsil müəssisəsinin sabiq məzunları da iştirak edir və həmin şəxslərə iddiaçı tərəfindən nəzarət edilməsi praktiki cəhətdən mümkün deyil.

55. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçının qeyd olunan “son zəng” tədbiri keçirilən zaman artıq 60 yaşı tamam olmuş, “son zəng” tədbirinin açıq havada keçirildiyi, tədbirdə iştirak edən şəxslərin sayı və səsləri nəzərə alındıqda səsləndirilən musiqinin sözlərinin dərk edilməsi müəyyən vaxt tələb edə bilər.

56. Kollegiya qeyd edir ki, “son zəng” tədbirində həmin musiqinin səsləndirilməsi iddiaçının hər hansı etik qaydalara zidd hərəkəti nəticəsi baş verməmiş, əksinə videogörüntülərdən də gördündüyü kimi, musiqi səsləndirildikdən qısa müddət sonra dayandırılmışdır.

57. Cavabdeh apellyasiya şikayətində “son zəng” tədbirində baş vermiş bu halın ümumi təhsilin mahiyyətinə və məqsədlərinə uyğun olmaması ilə bağlı ictimai qınağın formalaşdığını bildirmişdir. Lakin iddiaçının tədbirdə məqsədi həmin musiqini dəstəkləmək və ya təbliğ etmək olmadığı halda, sırf bu səbəbdən formal və ümumi mülahizələr əsasında onun işdən azad edilməsi ədalətsiz yanaşma olmuşdur.

58. Bundan başqa, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tədbirdə iştirak edən şagirdlərin həmin musiqinin sözlərini oxumaları mütləq qaydada “son zəng” tədbirinə əvvəlcədən hazırlaşmalarına işarət etmir. Təhsil saatlarından sonra şagirdlərin evdə və ya digər yerlərdə hansısa musiqini dinləməsinə təhsil müəssisəsinin rəhbərliyi nəzarət edə bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3410/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar