Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1739/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxslər Bakı şəhəri 7 saylı xüsusi notariat ofisi və Bakı şəhəri 50 saylı xüsusi notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin, bunun əsasında fərdi yaşayış evinə və torpaq sahəsinə verilmiş çıxarışların etibarsız hesab edilməsi, əmlakın təhvil verilməsi və evdən çıxarılma tələbi”nə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 və üçüncü şəxs Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə qarşı ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə onun, yəni İddiaçı adından şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 1, 19 saylı fərdi yaşayış evinə dair (indiki ünvan- ünvan 1 Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində xx xxxxxx 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, əmlakın ona təhvıl verilməsinə və cavabdehin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun, yəni İddiaçı adından şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi, döngə 1, 19 saylı fərdi yaşayış evinə dair (indiki ünvan- ünvan 1 Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində xx xxxxxx 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın, xx xxxx 2019-cu il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-315 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında onların adlarına verilmiş ******* saylı xx xxxx 2019-cu il tarixli çıxarış, xx xxxx 2019-cu il tarixli Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış torpağa dair 4Ə-314 reyestrli alqısatqı müqaviləsinin, bunun əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 1, 19 C saylı fərdi yaşayış evinə və hazırda ona məxsus olan həmin ünvandakı 0.0574 torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il tarixli çıxarışın, xx.xx.2019-cu il tarixli A412578 saylı torpaq sahəsinin plan və ölçüsünün, Cavabdeh1 adına verilmiş ******* saylı xx.xx.2019- cu il tarixli çıxarışın və bölgü-sxemin etibarsız hesab edilməsi, əmlakın ona təhvıl verilməsinə və cavabdehlərin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən Cavabdeh2, Cavabdeh3 cavabdeh, Bakı şəhəri 50 saylı xüsusi notariat ofisi və Xəzər rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyası iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 ilə İddiaçıarasında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M. C. Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 7 saylı xüsusi notariat ofisində xx xxxxxx 2018-ci il tarixində rəsmiləşdirilmiş 4Ə-398 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş ******* saylı xx.xx.2018- ci il tarixli çıxarışın, xx xxxx 2019-cu il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə-315 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında onların adlarına verilmiş ******* saylı xx xxxx 2019-cu il tarixli çıxarışın, xx xxxx 2019-cu il tarixli Bakı şəhəri 50 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış torpağa dair 4Ə-314 reyestrli alqı-satqı müqaviləsinin, bunun əsasında Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 1, 19 C saylı fərdi yaşayış evinə və hazırda ona məxsus olan həmin ünvandakı 0.0574 torpaq sahəsinə dair qeydiyyat nömrəsi **********, xx.xx.2019-cu il tarixli çıxarışın, xx.xx.2019-cu il tarixli A412578 saylı torpaq sahəsinin plan və ölçüsü, Cavabdeh1 adına verilmiş ******* saylı xx.xx.2019-cu il tarixli çıxarışın və bölgü-sxeminin etibarsız hesab edilməsi, cavabdehlərin iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M. C. Bağırzadə küçəsi (Məktəbli küçəsi), döngə 1, 19 saylı və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, X4 küçəsi, döngə 1, 19 C saylı evdən çıxarılaraq, həmin əmlak İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən Cavabdeh2 apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-133/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən avabdeh Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1739/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1739/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver