Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1743/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X*3, Ərizəçi oğunun “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(003)-2872/2023 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası (təkrar verilməsi) üçün qeydiyyat şöbəsinə müraciət etmiş, "Bakı şəhəri üzrə “X*0 X* Sistem”-dəki məlumatlar yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamış, həmçinin qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpası mümkün olmadığından məhkəməyə müraciət etməsi bildirilmişdir. Hazırda ərizəçi akt qeydinin aparılması faktının müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi oğu ərizə ilə məhkəməyə müraciət edərək, onun X7 ilə X4 birgə nikahından xx.xx.*936-cı il tarixdə Bakı şəhərində doğulması, milliyətinin azərbaycanlı olması barədə akt qeydiyyatının aparılması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxx *936-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun xx xxxx *936-cı il tarixdə Bakı şəhərində doğulması, milliyyətinin azərbaycanlı olması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09 ünvanında qeydiyyatda olmaqla yaşaması qeyd edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnaməsi itmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 07 iyul 2022-ci il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X*0 idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *936-cı ilə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu və Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Bundan başqa Bakı şəhəri Maraqlı şəxsnə müraciət edilmiş, *7.09.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri üzrə “X*0 X* Sistemin”-dəki məlumatlar yoxlanılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Onun doğum faktı şəxsiyyət vəsiqəsi ilə təsdiqlənir və həmin zaman doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin halhazırda doğum haqqında şəhadətnaməsi yoxdur. Həmçinin qızının doğum haqqında şəhadətnaməsində, hərbi biletində milliyətinin azərbaycanlı olduğu göstərilmiş, evlənmək haqqında şəhadətnamədə doğum tarixi göstərilmişdir. Qeyd etmək istəyir ki, Əzizbəyov RPİ-i tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini alarkən onun verilməsinə əsas olan doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bərpası isə mümkün deyildir. Milli arxiv İdarəsinə və Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək doğum haqqında qeydləri özündə əks etdirən arayış tələb etsə də ona bildirilmişdir ki, kök sənədlər aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2* bildirmişdir ki, ərizəçi onun qaynatasıdır. Qaynatasını 90-cı illərdən tanıyır, onun qızı ilə evləndikdən sonra tanımışdır. Qonşuluqda yaşayırlar. Ərizəçinin atasının adı İbrahim, soyadı Yunusov, anası isə Səkinə olmuşdur. Ərizəçinin atası və anasını görməmişdir. Ərizəçinin anası və atası Buzovna qəsəbəsində dəfn olunmuşlar. Qəbrləri yan-yana yerləşir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X*4 bildirmişdir ki, Ərizəçi bibisinin əridir. Ərizəçinin atasının adı İbrahim, anasının adı isə Səkinə olmuşdur. Buzovna qəbirstanlığında dəfn olunmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(003)- 2872/2023 nömrəli qətnaməsi ərizənin qismən təmin edilməsi, Ərizəçi oğunun xx.xx.*936-cı ildə Bakı şəhərində doğulması, milliyyətinin Azərbaycanlı kimi qeyd edilməsi faktının müəyyən edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda X*0 qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydini bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, işin araşdırılması zamanı Ərizəçi oğunun xx.xx.*936-cı il tarixində Bakı şəhərində doğulması, milliyyətinin Azərbaycanlı olması iş üzrə öz təsdiqini tapmışdır. Lakin mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə ərizəçinin əvvəl mövcud olmuş doğum haqqında aktda onun atasının adının X7, anasının adının isə X2 qeyd edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, bu halın sübutu kimi yalnız şahidlər məhkəməyə təqdim edilmişdir ki, onların ifadələri əsasında ərizəçinin əvvəl mövcud olmuş doğum haqqında aktda ata qrafasında X7, ana qrafasında isə X8 qeyd edilməsi halının müəyyən olunması kimi qəbul edilməsini məhkəmə əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası MPM-nin 307.*, 307.2.3, 308-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarına istinadla əsaslandırmışdır. Həmin qətnamədən ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi və ərizənin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş materillarında iddia tələbinin tam təmin edilməsi üçün kifayət qədər sübutlar olduğu halda, həmçinin oxşar işlərdə sənədlərin başqa cür əldə olunması mümkün olmadığından faktlara əsaslanmalı, şahid ifadələri və məhkəmənin daxili inamına əsaslanan hallara söykənməli olduğu halda məhkəmə hansısa digər mötəbər sübutlar tələb etmişdir. Bundan başqa işdə olan sübutlardan görünür ki, ərizəçinin soyadı, ata adı onun şəxsiyyət vəsiqəsində, evlənmə haqqında şəhadətnaməsində, qızının doğum haqqında şəhadətnaməsində görünür. Həmçinin ərizəçinin atasının ölüm haqqında şəhadətnaməsindən də göründüyü kimi “İbrahim Cəfərqulu oğlu” qeyd edilmişdir. Hazırda ərizənin qismən təmin edilməsi mübahisələndirilir. Hesab edir ki, məhkəmənin ərizənin təmin edilməsi üçün sübutlarla yanaşı daxili inamının əsaslanması üçün də kifayət qədər sübutlar olduğu halda ərizəni qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, onun nəzərdə tutduğu əsas sənəd (doğum qeydinə dair) mövcud olsa idi ərizəçinin məhkəməyə müraciət etməyinə ehtiyac qalmazdı. Məhkəmənin düzgün nəticəyə gəlməməsinə görə sözügedən qətnamə qənuni qüvvəyə mindikdən sonra ərizəçi sənədləşmə üçün lazımı hərəkətləri edə bilməyəcəkdir. Həmçinin şəxs qohumluq faktı ilə bağlı yenidən məhkəməyə müraciət edərkən hazırkı qətnamənin mövcudluğu şəxsə maneə olacaqdır. Bununla yanaşı iş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin *3/8 və *3/7 nömrəli, *4.**.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09-da qeydiyyatdadır, atası X9 *982-ci ildə ölmüşdür və Buzovna qəbristanlığında dəfn olunmuşdur. X3, *980-ci ildə ölmüş və Buzovna qəbristanlığında dəfn olunmuşdur. Bundan başqa ölmüş şəxslərin qəbir üstü baş daşlarının fotoşəkillərindən də ərizəçinin ata analarının ad soyad və ata adları görünür. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - ərizənin təmin edilməyən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllə: *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.*.* və 385.*.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı:
4. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X*0nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X*0nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X*0nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X*0nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ərizənin rədd edilən hissəsində ləğv edilməklə, ərizə həmin hissədə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya AZE, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi, xx.xx.*936-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Evlidir və Bakı şəhəri, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanlanmış *7.09.2022-ci il tarixli məktubundan görünür ki, sonuncunun doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, "Bakı şəhəri üzrə “X*0 X* Sistemi”-dəki məlumatlar yoxlanılmış və doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin bərpa edilməsi (yeni doğum haqqında şəhadətnamənin verilməsi) ilə bağlı bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “X*0nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın *3-cü bəndinin tələbinə uyğun olaraq X*0nın itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırkı halda yuxarıda adı çəkilən Müddəaların *4-cü bəndinin tələbinə uyğun olaraq itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, X*0n qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən aidiyyəti məhkəməyə müraciət edə bilməsi izah edilmişdir. Azərbaycan Respublikasının Dövlət arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və X*0 idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində *936-cı ilə dair Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu və Buzovna qəsəbəsi üzrə doğum haqqında qeydiyyat Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan NZ seriyalı, 070*272 nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.*936-cı il təvəllüdlü Ərizəçi, Bakı şəhərində doğulmuş, milliyəti azərbaycanlıdır. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 46350* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 25.07.*973-cü il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu Buzovna qəsəbəsində doğulmuş X5 atası Ərizəçi, anası isə X6r. İş materiallarında olan AZ seriyalı, 0*263* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.*936-cı il təvəllüdlü, Bakı şəhərində doğulmuş Ərizəçi ilə X*2 arasında *8.09.*963-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan İİİ-ЖГ seriyalı, 352877 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahim Cəfərqulu oğlu 20.**.*982-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin *3/8 və *3/7 nömrəli, *4.**.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09-da qeydiyyatdadır, atası X9 *982-ci ildə ölmüşdür və Buzovna qəbristanlığında dəfn olunmuşdur. X3, *980-ci ildə ölmüş və Buzovna qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir yaxud itirilmiş sənədlərin bərpası mümkün deyil. Hazırki iş üzrə də ərizəçi bildirmişdir ki, xx xxxx *936-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Həmin şəxsiyyət vəsiqəsində onun xx xxxx *936-cı il tarixdə Bakı şəhərində doğulması, milliyyətinin azərbaycanlı olması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, ev *09 ünvanında qeydiyyatda olmaqla yaşaması qeyd edilmişdir. Naməlum şəraitdə doğum haqqında şəhadətnaməsi itmişdir. Buna görə də doğum haqqında akt qeydinin bərpası və təkrar ona verilməsi mümkün deyildir. Yuxarıda göstərilən, ərzəçinin təqdim etdiyi sübutlardan da bəlli olur ki, ərizəçi doğumu haqqında aktnın, yəni onun X7 ilə X4 birgə nikahından andan olmasını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq üçün mümkün olan bütün qanuni vasitələrdən istifadə etmiş, lakin doğum haqqında qeydiyyat Ərizəçi təvəllüdü haqqında heç bir məlumat aşkarlanmadığından bu sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Həmçinin ərizəçinin nümayəndəsi kollegiyanın əvvəlki iclasında iştirak edərək qeyd olunan faktın müəyyən edilməsinin vərəsəlik qaydasında ərizəçinin atasından qalmış torpaq sahəsinin rəsmiləşdirilməsi üçün lazım olduğunu bildirmişdir. Lakin birinci instansiya məhkəməsi mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə ərizəçinin əvvəl mövcud olmuş doğum haqqında aktda onun atasının adının X7, anasının adının isə X2 qeyd edilməsinin öz təsdiqini tapmaması qənaətinə gəlmiş, ancaq bu faktın müəyyən edilməsi üçün ərizəçinin daha hansı sübutlar təqdim etməli olduğunu yaxud hansısa digər bir sübut təqdim etmək imkanının olmasını açıqlamamışdır. Başqa sözlə, ərizənin qeyd olunan hissədə təmin edilməsi üçün ərizəçinin başqa hansısa sübut təqdim etməli olması ona aydın olmalıdır. Yəni, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir (MPM. mad.*4.*). Çünki, mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş 28 mart 2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi *5.02.2005-ci il tarixdə ilk dəfə Xəzər Rayon Polis İdarəsi tərəfindən AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda həmin şəxsiyyət vəsiqəsi aktiv statusdadır. Şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün deyildir. Bununla belə qeyd olunan məktubla Ərizəçi məxsus “fərdi uçot kartoçkasının” surəti məhkəməyə göndərilmişdir və həmin sənəddən görünür ki, “ata” qrafasında X7, “ana” qrafasında isə X8 olması qeyd edilmişdir. Göründüyü kimi işin qeyd olunan halları ilə ərizəçinin əvvəl mövcud olmuş doğum haqqında aktda onun atasının adının X7, anasının adının isə X2 qeyd edilməsi öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi isə ərizəçiyə verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsinin hazırda “aktiv” statusunda olmasını, eləcə də həmin şəxsiyyət vəsiqəsinin hansı əsaslarla əldə edilməsini müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçiyə məxsus doğum haqqında şəhadətnaməsi hazırda mövcud olmamış, eləcə də ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmişdir. Beləliklə də işin müəyyən edilmiş halları ilə Ərizəçi məxsus doğum qeydində atasının X7 anasının isə X8 olması öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin isə qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsi üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, bu hissədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə, yəni ərizənin rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə ərizə təmin edilməklə Ərizəçi oğuna məxsus doğum qeydində atasının X7, anasının isə X8 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(003)- 2872/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. Ərizə təmin edilməyən hissədə təmin edilsin. Ərizəçi X7 ilə X4 birgə nikahından doğulması faktı müəyyən edilsin. Ərizəçi oğunun adına doğum akt qeydində atasının X7, anasının isə X8 olması qeydə alınsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Kamran Əkbərov