Məhkəmə qərarları › İş №2(103)-1744/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1744/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1744/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: gecikmə faizi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X2, Cavabdeh vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı «faiz borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4811 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 12 ay müddətinə illik 15% dərəcəsi ilə 800.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

2. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2013cü il tarixli 4811 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 338.020,64 manat əsas borcu, 54.684,23 manat faiz borcu (müqavilə müddəti bitəndən İddiaçı QSC-yə keçən tarixə) vardır.

3. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 12 ay müddətinə illik 15% dərəcəsi ilə 1.500.000 manat məbləğində, kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.

4. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2013cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 1.423.399,30 manat əsas borcu, 218.333,64 manat faiz borcu (müqavilə müddəti bitəndən İddiaçı QSC-yə keçən tarixə) vardır.

5. xx.xx.2015-ci il tarixli “"xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair” müqavilənin surətindən görünür ki, Hüquq sahibi ("xxxx" ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2017-ci il tarixli, S-FK-1129 saylı təhvil-təslim aktına əsasən borclu şəxs Cavabdeh tərəf olduğu xx.xx.2013-cü il tarixli 4811 nömrəli və xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqavilələrinə dair sənədlər İddiaçı QSC-yə verilmişdir.

7. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 338.020,64 manat, faiz borcu üzrə 152.790,90 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.423.399,30 manat, 359.814,81 manat faiz borcu olmaqla, ümumilikdə 2.274.025,65 manat və 30 manat dövlət rüsumu məbləğində pul tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi üzrə 338.020,64 manat əsas borca hesablanmış 54.684,23 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə 1.423.399,30 manat əsas məbləğə hesablanmış 218.333,64 manat olmaqla, ümumilikdə 273.017,87 manat məbləğində əldən çıxmış faydanın və zərərin həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1129 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC Parakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh arasmda bağlanmış xx.xx.2013-cü il tarixli, 4811 nömrəli və xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqavilələrinə əsasən Bank tərəfindən borclu Cavabdeh 12 ay müddətinə illik 15% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə xx.xx.2013-cü il tarixli müqavilə üzrə 800.000 (səkkiz yüz min), xx.xx.2013-cü il tarixli müqavilə üzrə ******* (bir milyon beş yüz min manat) manat məbləğində kredit verilmiş və bu barədə xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli kassa məxaric orderlərindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesablarından istifadə etmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə olduğu təqdirdə borc tələbinin cavabdehdən tutulmasına dair məhkəməyə müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019cu il tarixli 14452 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi başa çatanadək əsas borc üzrə 338.020,64 (üç yüz otuz səkkiz min iyirmi manat, 64 qəpik) manat, faiz borcu üzrə 152.790,90 (bir yüz əlli iki min yeddi yüz doxsan manat, 90 qəpik) manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə 1.423.399,30 (bir milyon dörd yüz iyirmi üç min üç yüz doxsan doqquz manat, 30 qəpik) manat əsas borc üzrə, 359.814,81 (üç yüz əlli doqquz min səkkiz yüz manat, 81 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 2.274.025,65 (iki milyon iki yüz yetmiş dörd min iyirmi beş manat, 65 qəpik) manat və 30 manat dövlət rüsumu məbləğində pul tutulması qət edilmişdir. Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi başa çatdığı gündən xx.xx.2017-ci il tarixədək 338.020,64 (üç yüz otuz səkkiz min iyirmi manat, 64 qəpik) manat əsas borca hesablanmış 54.684,23 (əlli dörd min altı yüz səksən dörd manat, 23 qəpik) manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə 1.423.399,30 (bir milyon dörd yüz iyirmi üç min üç yüz doxsan doqquz manat,30 qəpik) manat əsas məbləğə hesablanmış 218.333,64 (iki yüz on səkkiz min üç yüz otuz üç manat, 64 qəpik) manat olmaqla ümumilikdə 273017,87 (iki yüz yetmiş üç min on yeddi manat, 87 qəpik) manat məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. "xxxx" ASC-nin Pərakəndə Biznes Departamenti “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin 10.5 maddəsinin b) və v) bəndlərini rəhbər tutaraq, borc alan üzərinə götürdüyü öhdəlikləri icra etməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, borc verənin əldən çıxmış fayda şəklində zərər tələb etmək hüququ vardır.

10. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 47.792,36 manat, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 188.205,0 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı, cəmi 236.023,36 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, iddia digər hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 14 manatı İddiaçı QSC BOKT-dan, 86 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh (ona aid sənədlərin təhvil verildiyi tarixə) tərəf olduğu hər iki müqavilə üzrə kreditin verilmə müddəti bitmiş, əsas borcu və müqavilə müddəti üçün hesablanmış faiz borcu mövcud olmuşdur. Borcalancavabdeh kredit müqavilələrində nəzərdə tutulmuş müddət bitdikdən sonra hesablanmış borc məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə "xxxx" ASC-nin Cavabdeh tərəf olduğu kredit müqavilələri üzrə təhvil-təslim aktı tərtib edildiyi günə yuxarıda qeyd edilən əsaslarla yaranmış tələb hüququ eyni həcmdə İddiaçı QSC BOKT-a keçdiyindən iddiaçı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Həmçinin qeyd edilməlidir ki, tələb hüququ güzəşt edilən QSCnin bu hüquqdan istifadə etməsini qadağan edən hərhansı qeyd-şərtin və ya bu məsələni fərqli qaydada tənzimlənmək imkanının olması işdə olan sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. İş üzrə ekspertizanın keçirilməsi labüd hesab edilmiş, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6565 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4811 saylı kredit müqaviləsi üzrə cavabdehin müqavilə müddətinin bitdiyi gündən (338.020,64 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 47.792,36 manat təşkil edir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə cavabdehin müqavilə müddətinin bitdiyi gündən (1.423.399,30 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 188.205,0 manat təşkil edir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 193.1, 196, 443.1, 443.2, 445.7, 449.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə araşdırma zamanı Cavabdeh kiminsə pul vəsaitini qanunsuz olaraq əldə etməsini, onu qaytarmaqdan boyun qaçırdığını və s. müəyyən etməmişdir. Bu əsaslar olmadığı üçün və Ekspertiza Mərkəzinin rəyi Mülki Məcəllənin 445-ci maddəsinə əsasən verildiyi üçün məhkəmə Mülki Prosessual Məcəllənin tələbini pozmaqla iddia tələbindən kənara çıxmaqla iddianı qismən təmin etmişdir. Əslində isə iddia əsassız olduğu üçün rədd edilməli idi. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 449-cu maddəsinə əsaslanmaqla iddiasını formalaşdırmış və Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq faizləri hesablamaqla iddiasını irəli sürmüşdür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı qətnaməsi ilə İcranı gecikdirməsinə görə Cavabdeh faizlərin tutulması müəyyən edilmişdir. Göstərilənlərə əsasən bildirilir ki, iş materiallarında Cavabdeh qəsdən hansısa öhdəliyiniicra etməməsi müəyyən edilməmişdir. Bundan başqa əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı işlərdə borclu şəxsin təqsiri sübut edilməlidir. Hazırkı iş üzrə borclunun təqsirinin nədən ibarət olması aydınlaşdırılmamışdır. İcra sənədi qəsdən icra edilmirsə o zaman əlavə maliyyə sanksiyaları tətbiq edilə bilər. Lakin hazırda Cavabdeh da təsisçisi olduğu “FF-2011” Mənzil Tikinti Kopperativinin xx.xx.2012-ci il tarixli, 01 saylı müracəti nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binalarının tikintisi qanunsuz olaraq dayandırılmışdır. Bu səbəbdən də götürülən kreditlər ödənilə bilməmişdir. İddiaçı QSC "xxxx" ASC-nin problemli aktivlərinin yığımını həyata keçirir. Yığılan vəsaitlər isə dövlət büdcəsinə köçürülür. Əldən çıxmış fayda barədə iddia o zaman qaldırıla bilər ki, borc kreditorun özü tərəfindən verilsin, öz vəsaitləri olsun və kredit şəklində verilmiş həmin vəsaitlər yığıldıqdan sonra həmin vəsaitlərin təkrar dövriyəsindən qazanc əldə etmiş olsun. Hazırkı məqamda isə İddiaçı QSC yalnız həmin vəsaitlərin yığımı ilə məşğul olur və həmin vəsait iddiaçının şəxsi kredit portifelinə aid olan borc öhdəliyi deyildir. Belə olan halda qanuna düzgün istinad edilmədiyi üçün iddia əsassız hesab edilməlidir. Öz şəxsi vəsaiti olmadığı üçün göstərilən kredit borcları üzrə də əldən çıxmış faydanın tələb edilməsi qanunsuzdur. Bundan başqa iddiaçı iddia ərizəsində də göstərdiyi kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 saylı Fərmanı ilə “X5 Edilməsi Agentliyi” MMC yaradılmış və sözügedən problemli aktivlərin idarə edilməsi həmin Agentliyə tapşırılmışdır. "xxxx"ASC ilə İddiaçıQSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqavilədə “əldən çıxmış fayda” və ya “vurulmuş zərərinin tələb edilməsinə” dair hüquqların İddiaçı QSC-ə ötürülməsinə dair heç bir müddəa yoxdur. Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Qərarının 3-cü bəndində deyilir: “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır”. Kredtdən yenidən istifadə edə bilməməsi faktını iddiaçı necə sübut edir. Bu halda iddiaçı həqiqətən də hazırda kredit vermək üçün vəsaitlərinin olmamasını sübut etməlidir. İddiaçı QSC-nin hazırda və ya rəy verildiyi dövr ərzində kredit vermək üçün vəsait sıxıntısının olmasını necə sübut edir? Subyektiv hüququ olmadan belə bir iddia qaldırmaq və iddianın təmin edilməsi qanunsuzdur. Göstərilənlərdən başqa məhkəmə prosesində tərəflərindən təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Belə ki, Nəsimi rayon İcra Şöbəsi tərəfindən başlanmış icra işi ilə bağlı Cavabdeh xx.xx.2021-ci il tarixində izahatı alınmışdır. Həmin izahatında borclu qətnamə üzrə borcun ödənilməməsinin səbəblərini izah etməklə yanaşı, bu borcun ödənilməsindən yayınmadığını, boyun qaçırmadığını, qəsdən icra etmə halı olmadığını bildirmiş həmçinin tələbkara ümumi dəyəri 300 000 mant olan əmlakları təhvil verdiyini bildirmişdir. Borc məbləğinin 300 000 manat azaldılmasına baxmayaraq ekspert tərəfindən təqdim edilən rəydə və tələbkar tərəfidən təqdim edilıən arayışlarda borc məbləği ilkin borc məbləğində göstərilmişdir. Bu da borclunun hüquqlarının bir daha pozulmasına səbəb olmuşdur. Tələb etməyinə baxmayaraq iddiaçı 300 000 manatın əsas yoxsa faiz borcundan silinməsi, və ya təqdim edilən əmlakların necə qəbul edilməsi, hansı formada realizə edilməsinə dair sənədlər məhkəməyə təqdim edilməmişdir. ilkin kreditor "xxxx" ASC olmuşdur. Tələb sonradan İddiaçıQSC BOKT-a xx.xx.2015-ci il tarixində keçmişdir. İddiaçı ilk növbədə hansı tarixdən başlayaraq cavabdehdən öhdəliyi icra etməsini tələb etdiyini və borcu hansı qaydada icra etməli olmasını bildirdiyini məhkəməyə sübut etməlidir. İlkin kreditorun tələbi hazırkı iddiaçıya güzəşt etməyinə dair bildiriş cavabdehə verilibmi? Bu barədə xəbərdarlıq cavabdehə hansı tarixdə verilibdir? Belə bir xəbərdarlıq yoxdursa məhkəmə ekspert qarşısında sual qoyan zaman Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 90/2020 saylı qətnaməsinin icraya yönəldiyi yəni Nəsimi rayon İcra Şöbəsininxx.xx.2021-ci il tarixli İcraata başlamaq haqqında qərarında sonrakı tarix üçün illik 5 faiz hesablanmasını tələb etməli idi. Lakin ekspertiza mərkəzi qanunsuz olaraq 2014-cü il tarixindən başlayaraq 2017-ci il tarixinə kimi illik 5 faiz zərəri hesablamışdır. Halbu ki, həmin tarix üçün artıq cərimə faizi ilə hesablanmaqla cavabdehə maliyyə sanksiyası tətbiq edilmiş və buna dair qətnamə çıxmışdır. Həmin qətnamə də qeyd etdiyimiz kimi 2021-ci il tarixində icraya yönəldilmişdir. Bir mülki hüquqi pozuntuya görə iki dəfə cərimələnmək nə dərəcədə ədalətlidir?

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının əldən çıxmış faydanın tələb edilməsi hüququ yoxdur. Əldə çıxmış faydanın tələb edilməsi 11 avqust 2015-ci ildən sonra İddiaçı QSC BOKT-a keçmişdir. Əldən çıxmış faizin tələb edilməsi Beynəlxalq Banka məxsusdur. Pulu cavabdehə təminatsız şəkildə verən Beynəlxalq Bank olmuşdur, İddiaçı QSC BOKT olmamışdır. Konstitusiya Məhkəməsinin qərarında da qeyd edilmişdir ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı QSC BOKT sübut etməlidir ki, ona hansı həddə zərər dəymişdir. Amma iş materiallarında belə bir sübut yoxdur. İddiaçı QSC BOKT-un büdcəsi dövlət tərəfindən formalaşdırılır, ona zərər dəyməsi necə mümkün ola bilər? 2020-ci ildə rayon məhəkməsinin qətnaməsi çıxmış və 2021-ci ildə qətnamə icraya yönəldilmişdir. İddiaçı QSC BOKT rayon məhkməsinin qətnaməsinin çıxdığı gündən sonrakı dövr üçün əldən çıxmış faydanı tələb edə bilər. Konstitusiya Məhkəməsinin qərarı da bu mövqedədir.Tərəflər arasında münasibətlər Nəsimi rayon məhkəməsində xitam verilmişdir. Məhkəmə ekspertiza təyin etmişdir və ekspert rəyinə əsasən cavabdehin faizi 512.000 manat olduğu qeyd edilmişdir. İddiaçı QSC BOKT hesablanması bəlkə də səhvdir, niyə cavabdeh artıq ödəməlidir? Həm də şəxsin təqsirini iddiaçı sübut edə bilmir. Cavabdehin biznesini dayandırıblar deyə işləyə bilmir.

17. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-un nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli aktivləri onlara keçmişdir. Dövləd büdcəsindən Beynəlxalq Banka vəsait ödənilmişdir. İddiaçı QSC BOKT hər ay səhmlər üçün vergi ödəyir. Onlar artıq məbləğ istəməyiblər. Tələb hüququ onlara Beynəlxalq Bankdan keçmişdir. Onlar hüquqdan istifadə ediblər. Buna oxşar münasibətlərdə Ali Məhkəmənin qərarları da var. Müqavilələrə xitam verilməyib. Onlar heç bilmirdilər ki, faizdən kəsilə bilər. Bilsəydilər əvvəldən tələb edərdilər. Aktla keçən dövlətin vəsaiti var ki, yerinə qoyulmalıdı. Buna görə faiz istəyiblər. 2014-2017ci ilə qədər əsas borca faiz hesablanmışdır. Cavabdeh öhdəliyini icra etməyib, ödəniş etməyib. Bunları sübut da ediblər. Buna görə şikayətin təmin edilməməsini xahiş edir. Onlara aktla Beynəlxalq Bankdan faiz məbləği keçmişdir. Bank daxili krediti verəndə cavabdeh müqaviləyə imza edib, bilirdi ki, necə faizlər hesablanacaq. Beynəlxalq Banka da faizlər necə hesablanacaqsa o şəkildə onların bankına ötürümüşdür.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

23. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

24. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

25. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.

Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin müəyyən edilən halları odur ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 4811 nömrəli və xx.xx.2013-cü il tarixli, 5089 nömrəli kredit müqavilələri imzalanmışdır. Hüquq sahibi ("xxxx" ASC) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına uyğun olaraq həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşlər. xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu şəxs Cavabdeh tərəf olduğu xx.xx.2013-cü il tarixli 4811 nömrəli və xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqavilələrinə dair sənədlər İddiaçı QSC-yə verilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 338.020,64 manat, faiz borcu üzrə 152.790,90 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.423.399,30 manat, 359.814,81 manat faiz borcu olmaqla, ümumilikdə 2.274.025,65 manat və 30 manat dövlət rüsumu məbləğində pul tutulmuşdur.

31. İddiaçı kredit müqavilələri üzrə müqavilənin müddətinin bitdiyi vaxtdan tələb hüququnun İddiaçı QSC-yə güzəşt edildiyi vaxtadək, yəni xx.xx.2017-ci il tarixədək əsas borca hesablanmış zərərin cavabdehdən tutulmasını tələb edir.

32. İşə baxan rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri odur ki, cavabdehin təqsiri sübut olunmur, iddiaçı dövlət büdcəsindən maliyyələşdiyi üçün əldən çıxmış fayda tutula bilməzdi, qətnamə icraya 2021-ci il tarixdə göndərildiyindən gecikmə faizi 2014-2017-ci illər üzrə hesablanmalı deyildi.

33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqavilələri üzrə müqavilənin müddəti 2014-cü ildə bitsə də cavabdeh borcunu vaxtında ödəməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-90/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 4811 saylı kredit müqaviləsi üzrə əsas borcu 338.020,64 manat, xx.xx.2013-cü il tarixli 5089 saylı kredit müqaviləsi üzrə əsas borcu 1.423.399,30 manat olmuşdur. Müqavilə tərəfi olan bankın tələb hüququ hazırki iş üzrə iddiaçıya xx.xx.2017-ci il tarixdə keçmişdir. İddiaçı müqavilə müddətinin bitdiyi vaxtdan tələb hüququnun güzəşt edildiyi vaxta əsas borcun gecikdirildiyi üçün faiz borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

34. Mülki Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.

35. İşə baxan rayon məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6565 nömrəli ekspert rəyinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013- cü il tarixli 4811 saylı kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddətinin bitdiyi gündən ödənişlərini (338.020,64 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 47.792,36 manat təşkil edir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5089 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh müqavilə müddətinin bitdiyi gündən ödənişlərini (1.423.399,30 manat məbləğində əsas borcun) gecikdirildiyi vaxt üçün (xx.xx.2017-ci il tarixədək) "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən illik 5 % olmaqla hesablanan faiz borcu 188.205,0 manat təşkil edir.

36. İşə baxan rayon məhkəməsi ekspertizanın rəyini əsas götürərək iddia tələbini qismən təmin etmişdir. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi mövqe ilə razılaşaraq qeyd edir ki, ekspertin verdiyi rəyi şübhə altına alan heç bir sübut işdə yoxdur.

37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 9 iyul tarixli Qərarında əks olunmuş hüquqi mövqe bir daha təsdiq edilməklə nəzərə alınmalıdır ki, MM-in 449-cu, xüsusilə də 449.3-cü maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, MM-in 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.”

38. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

39. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

42. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar